Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-382/2024 19.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh nümayəndəsi vəkil X2 iştirakı ilə pul tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində iş ürə Cavabdeh 9000 manat kirayə pulu, 110 manat ödənilmiş dövlət rüsumu və 800 manat ödənilmiş hüquqi yardım üçün, cəmi 9910 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə bildirmişdir ki, iddiaçı Kürdəmir rayonu Qaraqocalı kəndində yaşayır. ünvan 1 ünvanında yerləşən mənzil ona məxsusdur. İş üzrə Cavabdeh ilə xx.xx.2020-ci ildə İddiaçı arasında 3 il müddətinə, hər ay 250 manat vermək şərti ilə kirayə müqaviləsi bağlanaraq evi cavabdehə kirayəyə vermişdir. Cavabdeh Kürdəmir RPŞ-də rəis müavini vəzifəsində işləmiş, xx.xx.2020-ci ildən, xx.xx.2023-cü ilə kimi iddiaçıya məxsus evdə kirayədə yaşamışdır. Münasibətləri yaxşı olmuş, yaşadığı müddət ərzində heç bir ödəniş etməmişdir. İcarə müqaviləsi bitdikdən sonra cavabdeh bildirmişdir ki, yaxın vaxtlarda kirayə haqqını tam ödəyəcək, lakin bu vaxta qədər heç bir ödəniş etməmişdir. Şəxs iki və ya üç şəxslə kirayə müqaviləsi bağlaya bilər. Şəxsin “Şah Otel” -də qalması və ya digər yerdə kirayə müqaviləsi bağlaması iddiaçının bağladığı kirayə müqaviləsinin etibarsızlığına əsas vermir, kirayə müqaviləsi qüvvədə olmuşdur. Cavabdehin etirazı əsassızdır, əqdin uydurma əqd olması üçün müddət var, həmin müddət ərzində tərəflər öz aralarında əqdi mübahisələndirməmişlər. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X3 bildirmişdir ki, cavabdeh Kürdəmir RPŞ-də rəis müavini vəzifəsində işləmiş, 2023-cü ilin avqust ayında təhqiqatçı kimi pensiyaya çıxmışdır. DİN-nin əməkdaşlarına təqdim olunmuş kirayə müqaviləsinə əsasən aylıq kirayə haqqı ödənilmişdir. Cavabdeh həmin kirayə pulunu almaq üçün formal olaraq iddiaçı ilə kirayə müqaviləsi bağlamışdır. Lakin bir gün belə həmin mənzildə yaşamamışdır. 2022-ci ilin yanvar ayında DİN-dən yoxlama gəlmiş, müəyyən olunmuşdur ki, 2 polis əməkdaşı bir-biri ilə müqavilə bağlamış, bu halı da cavadehə irad tutmuşlar. Buna görə də cavabdeh 2022-ci ilin fevral ayında başqa bir şəxslə kirayə müqaviləsi bağlamışdır. Cavabdeh qeyd olunan mənzildə yaşamamışdır, 2020-ci ilin avqust ayından 2023-cü ilin avqust ayına qədər Kürdəmir şəhərində “Şah” oteldə yaşamışdır. Əqd uydurma əqddir. Ona görə ki, əqd bağlanarkən həm iddiaçı həm də cavabdeh qeyd edilən əqdin hansı məqsədlə bağlandığını dərk etmiş və bilmişlər. Ona görə də, iddianın əsassız olduğundan rədd olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə elan olunmuş “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən məzili Cavabdeh arasında Kürdəmir regional “Asan xidmət” mərkəzində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi istifadəyə verməklə aralarında kirayə müqaviləsi bağlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın reyestrində xx.xx.2011-ci ildə ******* saylı çıxarışla qeydə alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.3 kv/m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan “Şah Otel” -in sahibkarı Şükürov R.T tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixinədən Kürdəmir “Şah Otel” -də qalmışdır. Məhkəmədə elan olunmuş Kürdəmir Mənzil İstismar sahəsinin rəisi Azər Məmmədov tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli arayışdan görünür ki, Hüseynov X4 şəhəri M.Ə.Sabir küçəsi 9 mənzil 3 saylı ünvanda 2020-ci ilin avqust ayından 2023-cü ilin sentyabr ayına qədər göstərilən ünvanda yaşamamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında kirayə müqaviləsi bağlanmış, lakin cavabdeh həmin mənzildə yaşamamışdır.Tərəflər arasında kirayə müqaviləsinin olması halı heç də cavabdehin həmin mənzildə yaşamasını təsdiqləmir. İddiaçı cavabdehin həmin mənzildə yaşamasını təsdiq edən kifayət qədər möhtəbər sübut təqdim edə bilməmişdir.Tərəflər arasında bağlanmış kirayə müqaviləsi cavabdehin işlədiyi nazirlikdən kirayə haqqı almağına xidmət etmişdir. Tərəflər arasında bağlanmış əqd hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, ona görə həmin əqd əhəmiyyətsizdir. Həmin səbəbdən məhkəmə iddianın əsassız olması səbəbindən rədd olunmasını daha qanuni və əsaslı hesab edir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsində qeyd olunmuşdur ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iş üzrə Cavabdeh 9000 manat kirayə pulu, 110 manat ödənilmiş dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 800 manat, cəmi 9910 manat pulun alınıb ona verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-382/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-382/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver