Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-424/2025 04.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümyəndəsi vəkil Nümayəndə oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhəri 11 saylı Notariat ofisi notarius X22, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X9 və Cavabdeh1 qarşı “mirasdan imtina barədə ərizənin iradə ifadəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, qanun üzrə X5 verilməsi və müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı nümyəndəsi vəkil Nümayəndə “mirasdan imtina barədə ərizənin iradə ifadəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, qanun üzrə X5 verilməsi və müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 verilmiş xx.xx.2022-ci il tarixli 2V-12 nömrəli V-7/2022 nömrəli vərəsəlik işi üzrə Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ləğv edilməsi və 1/3 hissədə onun, 1/3 hissədə Cavabdeh3, 1/3 hissədə mərhum əri X1 payı müəyyən edilməklə qanun üzrə vərəsəlik haqqında şəhadatmə verilməsi barədə qətnamə qəbul edilməsi, ünvan 6nında yerləşən, ümumi sahəsi 0.1504 ha olan torpaq sahəsinə dair 2 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin Xüsusi notariusu X13 təsdiq edilmiş Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 4Ə-1911 № ilə qeyd edilmiş səkkiz avqust iki min iyirmi üçüncü il tarixli alqı-satqı müqaviləsi ləğv edilməsi, Bakı şəhəri 11 saylı Notariat ofisi notarius X22 barəsində aidiyyat qaydalarına riayət etmədən birinci dərəcəli vərəsəni müəyyən etmədiyinə və vərəsələrin əhatə dairəsini müəyyən etmədən notarial hərəkətləri apardıqlarına görə barələrində xüsusi qərardad çıxarılması və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinə göndərilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, O, şəhid ailəsidir. X2 xx.xx.2014-cü ildə ölmüşdür. Həmin vaxt güclü stres və travma yaşamışdır. Uzun müddət şokda olmuşdur. xx.xx.2014-cü il tarixdə vəfat etmiş X10 isə digər övladıdır. Onun 3 vərəsəsi olduğu halda o və mərhum əri X6 göstərməməklə vərəsəlik edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh aldadaraq iradə ifadəsinin ziddinə olaraq şəhid ailəsinə düşən ünvan 2ində yerləşən ümumi sahəsi 0.1504 ha olan torpaq sahəsini Bakı şəhəri 11 saylı Notariat ofisinin xüsusi notarius X22 aşağıdakı məzmunlu reyestrdə 2V-12 nömrə ilə **********012 nömrəli ərizəyə imza etdirmişlər: O, Bakı şəhəri 11 saylı Notariat ofisinin xüsusi notariusu fəaliyyət göstərən notarius X22 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 2i ünvanında qeydiyyatda olan arvadı Cavabdeh3 və o miras əmlakı irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X7 verilmiş **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.1504 ha torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********İN72701 olan arayışa əsasən X21 şəhadətnamə verilənədək ünvan 2i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Həmçinin ərizələrdə yazılmışdır. V-7/2022 ərizə : 26 Fevral 2014-cü ildə ünvan 3 ünvanda yaşamış X10 ölmüşdür. Mirasın tərkibi: ünvan 6nda yerləşən torpaq sahəsindən ibarət mirası qəbul edir. Ondan başqa aşağıdakı vərəsələr vardır (olduğu halda) İddiaçı (Anası). Mirasın tərkibinə daxil olan ünvan 6nda yerləşən torpaq sahəsindən ona çatası hissəyə dair qanun üzrə (və ya vəsiyyətnamə üzrə,habelə məcburi paya) vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir (əmlakın növü və vərəsəliyə çağırılmanın əsası fərdi qaydada göstərilməklə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü ,1246cı və 1267-cı maddələrinin tələbləri ona izah edilmişdir. İmza: Cavabdeh3, xx.xx.2022-ci il. Reyestrdə 8İ-605 nömrəsi ilə qeyd edilmiş **********605 nömrəli Ərizə yazılaraq qeyd edilmişdir: Yazıb bildirir ki, ƏMDK-nin yanında DƏDRX tərəfindən xx.xx.2021 il tarixdə **********79 reyestr nömrəli ,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6nlı ümumi sahəsi 0.1504 ha ölçülü torpaq sahəsinin satmaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumat real vaxt rejimində daşınmaz əmlakın reyestrindən əldə edilməsini təmin etməsini xahiş edir. Qeyd olunan məlumatın əldə edilməsi ilə bağlı dövlət rüsumunun və xidmət haqqının ödənilməsinə dair qəbzləri ərizəsinə əlavə edir. Qeyd: Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 67-ci maddəsinə əsasən notarius və ya müvafiq icra hakimiyyəti orqanı sənəddə imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir. çap tarixi: xx.xx.2022 12:39 İmza: Cavabdeh3. Bununla bağlı bildirir ki, vərəsəlik işi mirasın olduğu yer üzrə deyil başqa ərazinin notariat kontorunda açılmalı olduğu halda qanunsuz olaraq Bakı şəhəri 11 saylı Notariat ofisi notarius X22 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermiş və bundan başqa vərəsələrin əhatə dairəsini müəyyən etməmişdir. Salyan rayonu, Xıdırlı bələdiyyəsinin sədri P.Zülfüqarovanın xx.xx.2022-ci il tarixli 02 nömrəli arayışda qeyd olunmuşdur ki, Arayış verilir, Cavabdeh3 ondan ötrü ki, Salyan rayonu, Xıdırlı kəndində yerləşən mərhum əri X7 məxsus Xıdırlı kəndi ərazisində yerləşən 0.1504 ha torpaq sahəsinin vergisini vəfat edəndən hal-hazırki günə kimi Cavabdeh3 ödəmişdir. Amma vərəsələrdən onu və mərhum əri X1 vərəsə kimi olmasını göstərməmişdir. Salyan rayon 2 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş 30 oktyabr 2014-cü il reyestrdə 7E-5/4638 nömrəli ərizədə qeyd olunmuşdur ki, Salyan rayonu Xıdırlı kəndində yaşayan X6, bildirir ki, onun mərhum X26 (digər sənədlərdə adı Səxavət kimi yazılmışdır) Allahverən oğlu 26 fevral 2014-cü ildə vəfat etmiş və onun vəfatından sonra Xıdırlı kəndində yerləşən 0.15 ha torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsindən, mərhum oğlunun sağ qalmış arvadı Cavabdeh3 miras qalan ikidən bir payın və qanun üzrə vərəsə kimi ona çatası vərəsəlik payının ayrılıb ona verilməsinə etiraz etmir. Həmin paya dair gələcəkdə də heç bir iddia və tələbi də olmayacaqdır. Bu ərizə onun sözləri əsasında tərtib edilərək ona ucadan oxunmuş, razıdır və imza edir: X6. Cavabdeh3 verilmiş xx.xx.2022-ci il tarixli 2V-12 nömrəli V-7/2022 nömrəli vərəsəlik işi üzrə Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə qanunun tələblərini kobud surətdə pozulmaqla verildiyindən ləğv edilməli və 1/3 hissədə onun, 1/3 hissədə Cavabdeh3, 1/3 hissədə mərhum əri X6 payı müəyyən edilməklə qanun üzrə vərəsəlik haqqında şəhadatmə verilməsi barədə qətnamə qəbul edilməlidir. Bundan sonra həmin mübahisəli Satıcı ünvan 6nında yerləşən, ümumi sahəsi 0.1504 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə Cavabdeh3 (tam hissə, 0.1504 ha) –Cavabdeh1 (ƏMDK-nin yanında DƏDRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə Cavabdeh3 verilmiş **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 0.1504 ha) 10000 manat qiymətinə satmışdır. Bu alqı-satqı müqaviləsi Reyestrdə 4Ə-1911 № ilə qeyd edilmiş və səkkiz avqust iki min iyirmi üçüncü il tarixdə rəsmiləşdirilmişdir. Bu müqavilədə notarius tərəfindən ərazi aidiyyatının pozulması ilə bağlanmışdır. Bu müqavilə xx.xx.2024-cü il tarixdə qaldırılmış qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi barədə iddiaya baxılarkən müəyyən edilmişdir. Bundan sonra ərizə verilmiş və İddiaçı cavabdehlər Cavabdeh3 və Bakı şəhəri 11 saylı Notariat ofisi notarius X16 qarşı cavabdehə verilmiş qanun üzrə X5 etibarsız hesab edilməsi və ona qanun üzrə vərəsə kimi qanun üzrə vərəsə barədə şəhadətnamə verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmişdir. Yenidən hər iki sənəd mübahisələndirilir. Bundan başqa bu müqavilə vərəsəlik hüquqlarının pozulması ilə əldə edilmiş əmlaka münasibətdə bağlandığından ləğv edilməlidir. Notariat haqqında qanunvericiliyin tələblərini (Notariat haqqında Qanunun və Notarial hərəkətlər haqqında Təlimatın və Mülki Məcəllənin müvafiq maddələri) pozduqlarına görə də Bakı şəhəri 11 saylı Notariat ofisi notarius X22 barəsində aidiyyat qaydalarına riayət etmədən, qanun üzrə birinci dərəcəli sağ qalmış ananın və vəfat etmiş atanın miras qoyandan sonra vəfat etdiyinə görə mirasda payının olması halını müəyyən etmədən, o cümlədən qanunvericiliyin tələbinə əsasən geri 120 il müddətinə valideynlərinin sənədlərinin yoxlanılmasının təmin etmədən və vərəsələrin əhatə dairəsini müəyyən etmədən notarial hərəkətləri apardıqlarına görə barələrində xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümyəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək göstərmişdir ki, iddiaçının oğlu Səcavət Kərimov xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Torpaq sahəsinə sənədlərin əsilləri onlarda olsa da Cavabdeh3 torpaq sahəsinə çıxarış almışdır. Eyzangül başqa vərəsələrin olmasını gizlətmişdir. Hesab edir ki, xx.xx.2022-ci il tarixli 2V-12 nömrəli V-7/2022 nömrəli vərəsəlik işi üzrə Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə qanunun tələblərini kobud surətdə pozulmaqla verildiyindən ləğv hər bir vərəsənin 1/3 hissədə payı müəyyən edilməklə qanun üzrə vərəsəlik haqqında şəhadatmə verilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh3 məhkəməyə poçt vasitəsi ilə ərizə ünvanlayaraq göstərmişdir ki, 4 aprel 2025-ci il tarixə təyin olunmuş iclasda iştirak edə bilməyəcəkdir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Bakı şəhəri 11 saylı Notariat ofisi notariusu X22, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin Xüsusi notariusu X13 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə sonuncuların iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 12 fevral 2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, ünvan 4 ünvanında yaşayır. Salyan şəhərində qeydiyyatdadır. İddianı qəbul etmir. Barışıq olmasını istəsə də, iddiaçının vəkili razı olmamışdır. Həyat yoldaşı 2014-cü ildə vəfat etmişdir. Evində olan pulu mənimsəmişlər. Bir neçə dəfə iddiaçıya təklif etsə də iddiaçı bölgü üçün gəlməmişdir. Həmçinin evini sataraq 20000 manat pulu İddiaçı saxlamaq üçün vermişdir. Sonradan İddiaçı pulu ona qaytarmaqdan imtina edərək, onun güya ki, şər atdığını bildirmişdir. İddiaçı yaşadığı kənddə faizə pul verən şəxs kimi tanınır. İddiaçıya 2000 manat pul verməyə etiraz etmir. İstənilən vaxt həmin məbləği iddiaçıya verə bilər. Məhkəmənin 12 fevral 2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, o, vicdanlı alıcıdır. O, torpaq sahəsini “ASAN xidmət” mərkəzinin notarial ofisində bağlanmış alğı-satqı müqaviləsinə əsasən 10.000 (on min) manata almışdır. Torpaq sahəsinin qiymətinin bir qədər baha almasına səbəb toraq sahəsinin çıxarışının olmasıdır. Kərimovaları tanıyır. Onların ailəsi 1992-ci ildə Çuxanlı kəndindən Xıdırlı kəndinə köçüblər. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi vəkilin izahatını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X6 ilə X23 arasında nikah Salyan rayon Xıdırlı kənd İnzibati Nümayəndəliyində xx.xx.1967-ci ildə bağlanmış və bu barədə 26 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan X15 ksero surətindən görünür ki, X6 xx.xx.2021-ci ildə Salyan rayonu, Xıdırlı kəndində ölmüşdür. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin e-2(057)-1727/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3 və Bakı şəhəri 11 saylı Notariat ofisi notarius X16 qarşı cavabdehə verilmiş qanun üzrə X5 etibarsız hesab edilməsi və ona qanun üzrə vərəsə kimi qanun üzrə vərəsə barədə şəhadətnamə verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş 2V-12 nömrəli, xx.xx.2022-ci il tarixli Qanun üzrə X21 Şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi arvadı Cavabdeh3dır və o miras əmlakı irs almalıdır. Şəhadətnamə verilən miras əmlak-ƏMDKnin yanında DƏDRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X7 verilmiş **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6nında yerləşən ümumi sahəsi 0.1504 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan X6 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, onun mərhum X2 26 fevral 2014-cü ildə vəfat etmiş və onun vəfatından sonra Salyan rayonu, Xıdırlı kəndində yerləşən 0.15 ha torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsindən, mərhum oğlunun sağ qalmış arvadı Cavabdeh3 miras qalan ikidən bir payın və qanun üzrə vərəsə kimi ona çatası vərəsəlik payının ayrılıb ona verilməsinə etiraz etmir. Həmin paya dair gələcəkdə də heç bir iddia və tələbi olmayacaqdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-599/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh3 cavabdeh X17 qarşı mirasın vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışdan görünür ki, Salyan rayonu, Xıdırlı kəndində yerləşən 0.1504 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X7 məxsusdur. İş materiallarında olan X12 ksero surətindən görünür ki, X23 xx.xx.1951-ci ildə doğulmuşdur. İş materiallarında olan KOD 80900038 JN-556A olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ksero surətindən görünür ki, Salyan rayonu, Xıdırlı kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi Salyan rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cu il tarixli, 07 saylı qərarı ilə X8 verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 6nında yerləşən ümumi sahəsi 0.1504 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə Alıcı Cavabdeh1 mülkiyyətinə verimişdir. İş materiallarında olan ******* nömrəli vəsiqədən görünür ki, İddiaçı şəhid ailəsidir. İş materiallarında olan X15 ksero surətindən görünür ki, X10 xx.xx.2014-cü ildə bakı şəhərində ölmüşdür. İş materiallarında olan Cavabdeh3 tərəfindən verilmiş ərizədən görünür ki, 26 fevral 2014-cü ildə onun ünvan 3 ünvanda yaşamış əri X10 ölmüşdür. ünvan 6nında yerləşən torpaq sahəsindən ibarət mirası qəbul edir. İş materiallarında olan Salyan rayon Xıdırlı bələdiyyəsinin sədri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh3 Salyan rayonu, Xıdırlı kəndində yerləşən mərhum əri X7 məxsus Xıdırlı kəndi ərazisində yerləşən 0.1504 ha torpaq sahəsinin vergisini vəfat edəndən hal-hazırki günə kimi o, ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Mülki Məcəllənin 1247-ci maddəsinə əsasən, əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Mülki Məcəllənin 1300-cü maddəsinə əsasən, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, yəni Salyan rayonu, Xıdırlı kəndində yerləşən 0.1504 ha torpaq sahəsinə İddiaçı, Cavabdeh3 və X1 qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissədə paylarının müəyyən edilməsi və həmin torpağa dair Cavabdeh3 verilmiş xx.xx.2022-ci il tarixli 2V-12 nömrəli V-7/2022 nömrəli qanun üzrə X5 qismən, yəni İddiaçı və X1 paylarına münasibətdə etibarsız hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin, mübahisəli torpaq sahəsinə dair 4Ə- 1911 № ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri 11 saylı Notariat ofisi notarius X22 barəsində aidiyyat qaydalarına riayət etmədən birinci dərəcəli vərəsəni müəyyən etmədiyinə və vərəsələrin əhatə dairəsini müəyyən etmədən notarial hərəkətləri apardıqlarına görə barələrində xüsusi qərardad çıxarılması ilə bağlı hissələrdə iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 mübahisəli torpaq sahəsinin dəyərini ödəməklə əldə etmişdir, yəni vicdanlı alıcı olmuşdur. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 oktyabr 2004cü il qərarında qeyd edilir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıdakıları göstərməklə Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qladışeva Rusiyaya qarşı” (Gladysheva v. Russia, №7097/10) işi üzrə qəbul etdiyi 06 dekabr 2011-ci tarixli Qərarında qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə qanuni olmaqla həmçinin proporsionallıq tələblərinə də uyğun olmalıdır. Məhkəmə dəfələrlə vurğulamışdır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxslərin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında əlverişli qərar qəbul edilməlidir və belə əlverişli qərarın axtarışı bütövlükdə Konvensiyaya məxsusdur. Məhkəmə belə qərara gəlmişdir ki, ərizəçi hətta saxta sənədlər əsasında və dələduzluq yolu ilə özəlləşdirilmiş mənzili alarkən milli qanunvericiliyin bütün tələblərinə əməl etdiyindən vicdanlı alıcı hesab edilməli və onun sonradan Moskva şəhər Mənzil İstismar İdarəsinin iddiasına əsasən üç ildən artıq müddətdə yaşadığı mənzildən əvəzi ödənilmədən çıxarılması ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Beləliklə, mübahisəli torpaq sahəsi hazırda vicdanlı alıcı Cavabdeh1 mülkiyyətində olduğundan, həmin toraq sahəsinin onun mülkiyyətinə keçməsinə əsas olmuş sənədlərin (alqı-satqı müqaviləsinin ləğv edilməsi və s.) etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün əsaslar yaranmır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Salyan rayonu, Xıdırlı kəndində yerləşən 0.1504 ha torpaq sahəsinə İddiaçı, Cavabdeh3 və X1 qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsində paylarının müəyyən edilməsi və həmin torpağa dair Cavabdeh3 verilmiş xx.xx.2022-ci il tarixli 2V-12 nömrəli V-7/2022 nömrəli qanun üzrə X5 qismən, yəni İddiaçı və X1 paylarına münasibətdə etibarsız hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Son olaraq məhkəmə hesab edir ki, iddiaçıya miras əmlakdakı payının dəyərini tələb etmək hüququnun olması izah edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.4.-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. İş materiallarından görünür ki, iddiaçı şəhid ailə üzvüdür. Belə olan halda, məhkəmə hesab edir ki, ödənilməmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh3 dövlət nəfinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Salyan rayonu, Xıdırlı kəndində yerləşən 0.1504 ha torpaq sahəsinə İddiaçı, Cavabdeh3 və X1 qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsində paylarının müəyyən edilməsi və həmin torpağa dair Cavabdeh3 verilmiş xx.xx.2022-ci il tarixli 2V-12 nömrəli V-7/2022 nömrəli qanun üzrə X5 qismən, yəni İddiaçı və X1 paylarına münasibətdə etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh3 dövlət nəfinə tutulsun. İddiaçı tərəfə miras əmlakdakı paylarının dəyərini tələb etmək üçün Cavabdeh3 qarşı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-424/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-424/2025
04.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver