Məhkəmə qərarları › İş №e-2(057)-554/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-554/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-554/2025 21.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********67583 İPHONE 13 markalı telefon üçün 1680 (bir min altı yüz səksən) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) rüsum, 504 (beş yüz dörd) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********03322 İPHONE 13 markalı telefon, APPLE ADAPTER üçün 1866.2 (bir min səkkiz yüz altmış altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik), 559.86 (beş yüz əlli doqquz manat səksən altı qəpik) manat cərimə, ümumilikdə 4657.26 manat borc və 66.58 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-nə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 4.11.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei kod **********67583 İPHONE 13 markalı telefon, İmei kod **********03322 İPHONE 13 markalı telefon, APPLE ADAPTER almış və nəticədə 4657.26 (dörd min altı yüz əlli yeddi manat, 26 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2830.86 (iki min səkkiz yüz otuz manat, 86 qəpik) manat (18 ay x 157.27 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********67583 İPHONE 13 markalı telefon üçün ümumilikdə, 2207.60 (iki min iki yüz yeddi manat, 60 qəpik) manat olmaqla ondan, 1680 (bir min altı yüz səksən) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) rüsum, güzəşt olunaraq 504 (beş yüz dörd) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2028.96 (iki min iyirmi səkkiz manat, 96 qəpik) manat (18 ay x 112.72 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********03322 İPHONE 13 markalı telefon, APPLE ADAPTER üçün ümumilikdə, 2449.66 (iki min dörd yüz qırx doqquz manat, 66 qəpik) manat olmaqla ondan, 1866.2 (bir min səkkiz yüz altmış altı manat, 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik), güzəşt olunaraq 559.86 (beş yüz əlli doqquz manat, 86 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1313.62 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 14343648 saylı, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən İmei kod **********67583 İPHONE 13 markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № ********* saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən İmei kod **********03322 İPHONE 13 markalı telefon, APPLE ADAPTER cavabdehə satılmışdır. İş materiallarında olan iddiaçının 16 dekabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 3546.2 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47.2 manat rüsum, 1063.86 manat cərimə borcu olmaqla, cəmi 4657.26 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Cihazın İMEİ kodunun deaktiv olunması üsuli ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 47.2 manat rüsumun ödənilməsi barədə heç bir sübut iddia ərizəsinə əlavə edilmədiyi üçün həmin hissədə iddia təmin edilməməlidir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 66.58 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, № 14343648 saylı, xx.xx.2023cü il tarixli müqavilə üçün kredit borcu 1680 manata mütənasib olmadığından 504 manat məbləğində cərimə pulunun 40 manat, № ********* saylı, xx.xx.2024-cü il tarixli kredit borcu 1866.2 manata mütənasib olmadığından 559.86 manat məbləğində cərimə pulunun 50 manat məbləğinə azaldılması məqsədə uyğundur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən № 14343648 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1680 (bir min altı yüz səksən) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə və № ********* saylı, xx.xx.2024-cü il il tarixli müqaviləyə əsasən 1866.2 (bir min səkkiz yüz altmış altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu, ümumilikdə 3636.2 (üç min altı yüz otuz altı manat iyirmi qəpik) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 56.36 (əlli altı manat otuz altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh № 14343648 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1680 (bir min altı yüz səksən) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə və № ********* saylı, xx.xx.2024-cü il il tarixli müqaviləyə əsasən 1866.2 (bir min səkkiz yüz altmış altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu, ümumilikdə 3636.2 (üç min altı yüz otuz altı manat iyirmi qəpik) manat borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 56.36 (əlli altı manat otuz altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar