Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-556/2025 12.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - Cəmiyyət və ya iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “pul” tələbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixdə 238/2023 saylı daxili lizinq müqaviləsinə əsasən ödənilməmiş aylıq lizinq ödənişi üzrə 3 ay 24 gün (114 gün) müddətinə hesablanmaqla 1745 manat aylıq lizinq ödənişi, gecikdirilmiş 84 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 773 manat, əlavə olaraq cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə iddiaçı tərəfindən ödənilmiş 208 manat və avtomobilin sıradan çıxması nəticəsində dəymiş ziyan kimi 1250 manat olmaqla, cəmi 3976 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 59.76 manat pulun alınaraq İddiaçı MMC-yəödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə, həmçinin “AZEMİS” sistemi vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəfindən İddiaçıya 26 fevral 2025-ci il tarixdə təklif olunmuşdur ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsllərini, həmçinin ödəniş qəbzlərini xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasına qədər məhkəməyə təqdim etsin. Lakin buna baxmayaraq İddiaçı məhkəmənin təklifinə heç bir münasibət bildirməmiş nə də ki, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə hesab edir ki, işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi üçün məhkəmənin təklif etdiyi sənədlərin təqdim olunması zəruridir. Belə ki, məhkəmənin 26 fevral 2025-ci il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı təşkilata 9000 manata yaxın pul ödəmişdir. “Opel Astra” markalı avtomobili İddiaçı təşkilatın nümayəndəsinin razılığı əsasında dostunun atasına vermişdir. Sonradan bilmişdir ki, həmin şəxs 4 ay lizinq ödənişini ödəməmişdir. İddianı qəbul etmir. İş üzrə sübutların təqdim edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi nəzərə alınmaqla, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər məhkəmə hazırlıq iclaslarına gəlmədikləri üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Ona görə də, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 114.1.5-ci maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 259.0.6, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 60 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən İddiaçınə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-556/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-556/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver