Məhkəmə qərarları › İş №e-2(057)-591/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-591/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-591/2025 26.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, TCL LED TV üçün, 625.7 (altı yüz iyirmi beş manat yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 187.71 (bir yüz səksən yeddi manat yetmiş bir qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, ŞİRƏ ÇƏKƏN PHİLİPS üçün 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 108 (bir yüz səkkiz) manat cərimə. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********77194 OPPO RENO 7 markalı telefon üçün 167.8 (bir yüz altmış yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 50.34 (əlli manat otuz dörd qəpik) manat cərimə, ümumilikdə 1523.15 manat borc, 35.24 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, TCL LED TV, ŞİRƏ ÇƏKƏN PHİLİPS, İmei kod **********77194 OPPO RENO 7 markalı telefon almış və nəticədə 1523.15 (min beş yüz iyirmi üç manat, 15 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 839.52 (səkkiz yüz otuz doqquz manat, 52 qəpik) manat (24 ay x 34.98 manat + 0 manat ilkin ödəniş) olan TCL LED TV üçün ümumilikdə, 813.41 (səkkiz yüz on üç manat, 41 qəpik) manat olmaqla ondan, 625.7 (altı yüz iyirmi beş manat, 70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 187.71 (yüz səksən yeddi manat, 71 qəpik) manat cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 375 (üç yüz yetmiş beş) manat (3 ay x 120 manat + 15 manat ilkin ödəniş) olan ŞİRƏ ÇƏKƏN PHİLİPS üçün ümumilikdə, 468 (dörd yüz altmış səkkiz) manat olmaqla ondan, 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 108 (yüz səkkiz) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1006.92 (min altı manat, 92 qəpik) manat (12 ay x 83.91 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********77194 OPPO RENO 7 markalı telefon üçün ümumilikdə, 241.74 (iki yüz qırx bir manat, 74 qəpik) manat olmaqla ondan, 167.8 (yüz altmış yeddi manat, 80 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 50.34 (əlli manat, 34 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1067.94 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 03766129 saylı, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən İmei kod **********77194 OPPO RENO 7 markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 02076543 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı TCL LED TV cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № ******* saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən ŞİRƏ ÇƏKƏN PHİLİPS cavabdehə satılmışdır. İş materiallarında olan iddiaçının 26 dekabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 1153.5 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 346.05 manat cərimə borcu olmaqla, cəmi 1523.5 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 35.24 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İddiaçı cihazın İMEİ kodunun deaktiv olunması üsuli ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsumun ödənilməsi barədə heç bir sübut iddia ərizəsinə əlavə edilmədiyi üçün həmin hissədə iddia təmin edilməməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli kredit borcu 167.8 manata mütənasib olmadığından 50.34 manat məbləğində cərimə pulunun 02 manat, xx.xx.2024-cü il tarixli müqavilə üçün kredit borcu 625.7 manata mütənasib olmadığından 187.71 manat məbləğində cərimə pulunun 10 manat, xx.xx.2024-cü il tarixli kredit borcu 360 manata mütənasib olmadığından 108 manat məbləğində cərimə pulunun 5 manat məbləğinə azaldılması məqsədə uyğundur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən 03766129 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 167.8 (bir yüz altmış yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 02 (iki) manat cərimə borcu, 02076543 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 625.7 (altı yüz iyirmi beş manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, ******* saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 05 (beş) manat cərimə, ümumilikdə 1170.5 (bir min yüz yetmiş manat əlli qəpik) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 31.70 (otuz bir manat yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 03766129 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 167.8 (bir yüz altmış yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 02 (iki) manat cərimə borcu, 02076543 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 625.7 (altı yüz iyirmi beş manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, ******* saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 05 (beş) manat cərimə borcu, ümumilikdə 1170.5 (bir min yüz yetmiş manat əlli qəpik) manat borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 31.70 (otuz bir manat yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar