Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-600/2025 26.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh X2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) cavabdeh X2 (bundan sonra - Vaqif Əliyev və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 SLİM 1 üçün 1121.90 (bir min yüz iyirmi bir manat doxsan qəpik) manat ödənilməmiş hissə, 336.57 (üç yüz otuz altı manat əlli yeddi qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********21557 OPPO A58 markalı telefon üçün 499.3 (dörd yüz doxsan doqquz manat otuz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 149.79 (bir yüz qırx doqquz manat yetmiş doqquz qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, CASE, İmei kod **********90731 OPPO A18 markalı telefon üçün 348.30 (üç yüz qırx səkkiz manat otuz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 104.49 (bir yüz dörd manat qırx doqquz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, OPPO ENCO AİR3 PRO qulaqlıq üçün 187.20 (bir yüz səksən yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 56.16 (əlli altı manat on altı qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, BLENDER PANASONİC MX üçün, 166.10 (bir yüz altmış altı manat on qəpik) manat ödənilməmiş hissə, 49.83 (qırx doqquz manat səksən üç qəpik) manat cərimə, ümumilikdə 3066.84 manat borc, 50.67 manat manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, PLAYSTATİON 5 SLİM 1 , İmei kod **********21557 OPPO A58 markalı telefon, CASE, İmei kod **********90731 OPPO A18 markalı telefon, OPPO ENCO AİR3 PRO qulaqlıq, LENDER PANASONİC MX almış və nəticədə 3066.84 (üç min altmış altı manat, 84 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1562.94 (min beş yüz altmış iki manat, 94 qəpik) manat (18 ay x 62.33 manat + 441 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 SLİM 1 üçün ümumilikdə, 1458.47 (min dörd yüz əlli səkkiz manat, 47 qəpik) manat olmaqla ondan, 1121.90 (min yüz iyirmi bir manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 336.57 (üç yüz otuz altı manat, 57 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 576.78 (beş yüz yetmiş altı manat, 78 qəpik) manat (18 ay x 31.21 manat + 15 manat ilkin ödəniş) olan İmei kod **********21557OPPO A58 markalı telefon üçün ümumilikdə, 672.69 (altı yüz yetmiş iki manat, 69 qəpik) manat olmaqla ondan 499.3 (dörd yüz doxsan doqquz manat, 30 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 149.79 (yüz qırx doqquz manat, 79 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 431.86 (dörd yüz otuz bir maat, 86 qəpik) manat (18 ay x 21.77 manat + 40 manat ilkin ödəniş) olan CASE, İmei kod **********90731OPPO A18 markalı telefon, üçün ümumilikdə, 476.39 (dörd yüz yetmiş altı manat, 39 qəpik) manat olmaqla ondan, 348.30 (üç yüz qırx səkkiz manat, 30 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 104.49 (yüz dörd manat, 49 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 210.6 (iki yüz on manat, 60 qəpik) manat (18 ay x 11.70 manat + 0 manat ilkin ödəniş) olan OPPO ENCO AİR3 PRO qulaqlıq üçün ümumilikdə, 243.36 (iki yüz qırx üç manat, 36 qəpik) manat olmaqla ondan, 187.20 (yüz səksən yeddi manat, 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 56.16 (əlli altı manat, 16 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 181.20 (yüz səksən bir manat, 20 qəpik) manat (24 ay x 7.55 manat + 0 manat ilkin ödəniş) olan BLENDER PANASONİC MX üçün ümumilikdə, 215.93 (iki yüz on beş manat, 93 qəpik) manat olmaqla ondan, 166.10 (yüz altmış altı manat, 10 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49.83 (qırx doqquz manat, 83 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 640.58 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sifarişli məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 10651884 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı PLAYSTATİON 5 SLİM 1 cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № ******* saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən İmei kod **********21557 OPPO A58 markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 02076582 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən CASE, İmei kod **********90731 OPPO A18 markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № ******* saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən OPPO ENCO AİR3 PRO qulaqlıq cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 02076583 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən BLENDER PANASONİC MX cavabdehə satılmışdır. İş materiallarında olan iddiaçının 19 dekabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 2322.8 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 696.84 manat cərimə borcu olmaqla, cəmi 3066.84 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 50.67 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üçün kredit borcu 1121.90 manata mütənasib olmadığından 336.57 manat məbləğində cərimə pulunun 40 manat, xx.xx.2024-cü il tarixli kredit borcu 499.3 manata mütənasib olmadığından 149.79 manat məbləğində cərimə pulunun 20 manat, xx.xx.2024-cü il tarixli kredit borcu 348.30 manata mütənasib olmadığından 104.49 manat məbləğində cərimə pulunun 10 manat, xx.xx.2024-cü il tarixli kredit borcu 187.20 manata mütənasib olmadığından 56.16 manat məbləğində cərimə pulunun 02 manat, xx.xx.2024-cü il tarixli kredit borcu 166.10 manata mütənasib olmadığından 49.83 manat məbləğində cərimə pulunun 02 manat məbləğinə azaldılması məqsədə uyğundur. Cihazın İMEİ kodunun deaktiv olunması üsuli ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsumun ödənilməsi barədə heç bir sübut iddia ərizəsinə əlavə edilmədiyi üçün həmin hissədə iddia təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən № 10651884 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1121.90 (bir min yüz iyirmi bir manat doxsan qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, № ******* saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 499.3 (dörd yüz doxsan doqquz manat otuz qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, № 02076582 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 348.30 (üç yüz qırx səkkiz manat otuz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, № ******* saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 187.20 (bir yüz səksən yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 02 (iki) manat cərimə, № 02076583 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 166.10 (bir yüz altmış altı manat on qəpik) manat ödənilməmiş hissə, 02 (iki) manat cərimə, ümumilikdə 2396.8 (iki min üç yüz doxsan altı manat səksən qəpik) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 43.96 (qırx üç manat doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. X1 № 10651884 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1121.90 (bir min yüz iyirmi bir manat doxsan qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, № ******* saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 499.3 (dörd yüz doxsan doqquz manat otuz qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, № 02076582 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 348.30 (üç yüz qırx səkkiz manat otuz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, № ******* saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 187.20 (bir yüz səksən yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 02 (iki) manat cərimə, № 02076583 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 166.10 (bir yüz altmış altı manat on qəpik) manat ödənilməmiş hissə, 02 (iki) manat cərimə, ümumilikdə 2396.8 (iki min üç yüz doxsan altı manat səksən qəpik) manat borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 43.96 (qırx üç manat doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-600/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-600/2025
26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver