Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-621/2025 13.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kod **********35466 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER üçün 3871.97 (üç min səkkiz yüz yetmiş bir manat, 97 qəpik) manat ödənilməmiş hissə, 1161.59 (bir min yüz altmış bir manat, 59 qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə 5033.56 manat borc və 70.34 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********35466 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER almış və nəticədə 5033.56 (beş min otuz üç manat, 56 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 4069.97 (dörd min altmış doqquz manat, 97 qəpik) manat (yəni 18 ay x 215.11 manat + 197.99 manat ilkin ödəniş) olan İmei kod **********35466 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER üçün ümumilikdə, nəticədə 5033.56 (beş min otuz üç manat, 56 qəpik) manat olmaqla ondan 3871.97 (üç min səkkiz yüz yetmiş bir manat, 97 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1161.59 (bir min yüz altmış bir manat, 59 qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 198 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kod **********35466 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER üçün 3871.97 (üç min səkkiz yüz yetmiş bir manat, 97 qəpik) manat ödənilməmiş hissə, 1161.59 (bir min yüz altmış bir manat, 59 qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə 5033.56 manat borc və 70.34 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 bildirmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********35466 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER almış və nəticədə 5033.56 (beş min otuz üç manat, 56 qəpik) manat borc yaranmışdır. Cavabdehin borcundan cəmi ödədiyi məbləğ 198 manat təşkil edir. Cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Həmçinin cavabdeh tərəfindən təşkilata saxta sənədlər təqdim olunmuşdur. Odur ki, iddianın təmin olunmasını və cavabdeh tərəfindən təqdim olunmuş saxta arayışla bağlı xüsusi qərardad çıxarılmasını və prokurorluq orqanlarına məlumat verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, Samirə adlı xanımla 2023cü ilin avqust ayında Xırdalan şəhərində tanış olmuş, Samirə ilə birıikdə təmizlikçi işləmiş və qonşuluqda kirayədə yaşamışlar. Samirənin rəsmi iş yeri olmadığı üçün ondan öz adına “Kontakt Home” mağazasından kreditə “İphone 14 pro” markalı telefon götürməsini xahiş etmiş, şəxsiyyət vəsiqəsi ilə onlayn qaydada telefon götürəcəyini bildirmişdir. O, Samirə ilə qonşu olduğundan ona inanmış və razılıq vermişdir. Daha sonra Samirənin münasibətdə olduğu şəxslə mağazanın əməkdaşları onun yaşadığı ünvana gələrək, telefonu onun adına rəsmiləşdirmişlər. Savadsız olduğu üçün yazıb-oxuya bilmədiyinə görə sənədləri başa düşmədən imza etmişdir. 2024-cü ildə “Kontakt Home” mağazasından ona zəng edilərək, telefonun kreditinin 3 aydır ki, ödənilməməsi bildirilmişdir. Sonradan Samirəni tapa bilmədiyi üçün aldanıldığını başa düşmüş və bu barədə Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Orada xx.xx.2024-cüil tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. İddianı qəbul etmədiyini bildirərək, təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İmei kod **********35466 İPHONE 14 PRO MAX markalı telefon və APPLE ADAPTER alıcıya satılmışdır. 30 dekabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə cavabdehin iddiaçıya əsas borca görə 3871.97 manat ödənilməmiş hissə, 1161.59 manat dəbbə pulu olmaqla, ümumilikdə 5033.56 manat borcu vardır "xxxx" MMC-nin Cavabdeh oğluna ünvanladığı 27 dekabr 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 70,34 manat dövlət rüsumu ödənilmişdir. Abşeron Rayon Polis idarəsinin TŞ-nın təhqiqatçısı polis mayoru Faiq Səfərov tərəfindən qəbul edilmiş 24 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, vətəndaş Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən, cavabdehə verilmiş alqı-satqı qiyməti 4069,97 manat dəyərində olan İPHONE 14 PRO MAX markalı telefonu (APPLE ADAPTER) 18 ay müddətinə hər ay 215,11 manat ödəmək şərti ilə almışdır (ilkin ödəniş 197.99 manat). Cavabdeh müqavilə üzrə ümumilkdə 198 manat ödəniş etmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə iddiaçı həmin telefonu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, lakin həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 3871.97 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 1161.59 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 50 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 54.80 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC -nin xeyrinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC -nin xeyrinə 3871.97 (üç min səkkiz yüz yetmiş bir manat, 97 qəpik) manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu olmaqla, ümumilikdə 3921.97 manat borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 54.80 manat pul tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3871.97 (üç min səkkiz yüz yetmiş bir manat 97 qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu olmaqla, ümumilikdə 3921.97 manat borc və 54.80 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-621/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-621/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver