Məhkəmə qərarları › İş №e-2(057)-715/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-715/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-715/2024 30.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “Lizinq Müqaviləsi üzrə borcun və lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “Lizinq Müqaviləsi üzrə borcun və lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 dekabr 2022-ci il tarixli MAS-5604 saylı “Daxili Lizinq” Müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 oktyabr 2023-cü il tarixə 230,79 manat gecikdirilmiş əsas, 217,31 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 318,31 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD" minik markalı, **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2425,81 manat, ümumilikdə 3192,22 manat borc və ödənilmiş 51,93 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlarımış 19 dekabr 2022-ci il tarixli MAS-5604 saylı "Daxil müqaviləsmə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD" minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil unun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxıli lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5% mükafat məbləği hesablanmaqla 42 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 449,66 manat ümumilikdə isə 21086 manat məbləğində pulu "xxxx" MMCnin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməlı olan ümumilikdə 21086 manat 14800 manat əsas məbləğ təşkil edir. 17 may 2023-cü il tarixdə X3, X5 və İddiaçı MMC arasında MAS-5604 saylı “öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və 19 dekabr 2022-ci il tarixli MAS-5604 saylı "Daxili lizinq” müqaviləsi üzrə bu öhdəlikləri X5 öz üzərinə götürmüşdür.19 may 2023-cü il tarixdə X5, Cavabdeh və "Azərmaş” MMC arasında MAS- 5604 “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 19 dekabr 2022-ci il tarixli MAS- 5604 saylı "Daxili lizinq” müqaviləsi üzrə pul öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "Azərmaş” MMC-nın mülkiyyətində olan, "Khazar SD” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 oktyabr 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Serviz Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2425,81 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-5604 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 oktyabr 2023-cü il tarixə ümumilikdə 766.41 manat məbləğində gecikmə borcu yaranmışdır.“Daxili Lizinq" müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir.Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödəniməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3% hesanlanmaqla cərimə ödəyir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 19 dekabr 2022-ci il tarixli MAS- 5604 saylı “Daxili Lizinq” Müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 oktyabr 2023-cü il tarixə 230,79 manat gecikdirilmiş əsas, 217,31 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 318,31 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD" minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2425,81 manat, ümumilikdə 3192,22 manat borc və ödənilmiş 51,93 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı MMC-nin nümayəndəsi X4 məhkəməyə ərizə göndərərək mülki işə iştirakları olmadan baxılmasını xahiş etmiş, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də, məhkəmə sonuncunun iştirakı olmadan işə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialında olan 19 dekabr 2022-ci il tarixli MAS-5604 saylı X1 surətindən görünür ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış X2 əsasən 2021-ci il buraxılışlı, “Khazar SD" minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili Lizinq" müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödəniməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3% hesanlanmaqla cərimə ödəyir. İş materialına əlavə edilmiş 17 may 2023-cü il müqavilədən görünür ki, X3, X5 və İddiaçı MMC arasında 17 may 2023-cü il tarixdə MAS-5604 saylı “öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və 19 dekabr 2022-ci il tarixli MAS-5604 saylı "Daxili lizinq” müqaviləsi üzrə bu öhdəlikləri X5 öz üzərinə götürmüşdür. İş materialına əlavə edilmiş 19 may 2023-cü il tarixli müqavilədən görünür ki, X5, Cavabdeh və "Azərmaş” MMC arasında 19 may 2023-cü il tarixli MAS-5604 “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 19 dekabr 2022-ci il tarixli MAS-5604 saylı "Daxili lizinq” müqaviləsi üzrə pul öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərmaş MMC servis xidməti tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, avtomobilə dəymiş ziyan 2425,81 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 230,79 manat gecikdirilmiş əsas, 217,31 manat gecikdirilmiş mükafat və 318,31 manat cərimə borcu olmaqla, cəmi 766,41 manat borcu var. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh lizinq obyektinə dəymiş ziyanı ödəməsini və yerinə yetirilmədiyi təqdirdə qanunamüvafiq qaydada məsuliyyət daşıdıqları bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, lizinq alan 19 dekabr 2022-ci il tarixli MAS-5604 saylı “Daxili Lizinq” Müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 oktyabr 2023-cü il tarixə 230,79 manat gecikdirilmiş əsas, 217,31 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 318,31 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD" minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2425,81 manat, ümumilikdə 3192,22 manat borc və ödənilmiş 51,93 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarasını xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 51,93 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 19 dekabr 2022-ci il tarixli MAS-5604 saylı “Daxili Lizinq” Müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 oktyabr 2023-cü il tarixə 230,79 manat gecikdirilmiş əsas, 217,31 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 318,31 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD" minik markalı, **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2425,81 manat, ümumilikdə 3192,22 manat borc və ödənilmiş 51,93 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 19 dekabr 2022-ci il tarixli MAS-5604 saylı “Daxili Lizinq” Müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 oktyabr 2023cü il tarixə 230,79 manat gecikdirilmiş əsas, 217,31 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 318,31 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD" minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2425,81 manat, ümumilikdə 3192,22 manat borc və ödənilmiş 51,93 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar