Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-717/2024 09.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 980 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı vergi orqanında fiziki şəxs kimi qeydiyyatdan keçərək (VÖEN 200538 4382) fəaliyyət göstərir. Avtomaşın təkərlərinin satışını həyata keçirir. Müraciət edən müştəri avtomobil təkərlərini nağd şəkildə almaqda çətinlik çəkdikdə, malın nisyə olaraq alğı-satqısı həyata keçirilir. Həmin alğı-satqı onunla müştəri arasında bağlanmış “Nisyə alğı-satqı müqaviləsi” əsasında reallaşır. Müqaviləyə əlavə 1-də alınmış malın adı, qiyməti, dəyəri, qeyd olunur, tərtib olunmuş təhvil təslim aktına əsasən mal müştəriyə təqdim edilir. "xxxx" QSC-lə (bundan sonra “FAKTOR QSC” adlanacaq) zaminlik müqaviləsi bağlanır, müştəri öhdəliyi yerinə yetirmədikdə tərəfindən həmin ödəniş banka edilir və bunun əsasinda reqres qaydasında məhkəməyə müraciət etmək hüququ yaranır. Sənədlər imzalanmaqla alıcıya (müştəriyə) müqavilənin şərtləri izah olunmaqla yanaşı, ödənişin hansı formada həyata keçirilməsi də izah edilir və ödənişin aparılması qaydasını göstərən nümunə onlara təqdim edilir. Onunla müştəri Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Nisyə alğı-satqı müqaviləsi Akl 001580” №-li müqaviləyə əsasən, satıcı qismində çıxış edərək, alıcı Cavabdeh 4 ədəd, 235/55R/16 LEON SPORT markalı, hər birinin dəyəri 245 manat, cəmi dəyəri 980 manat olan mal verilmişdir. Müqavilənin şərtlərinə əsasən alıcı xx.xx.2023-cü ildən başlayaraq 06 ay müddətinə, 160 manat ödəniş etməklə malın dəyərini tam ödəməli idi. Lakin alıcı Cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etməyərək ödənişi tam etməmiş 980 manat borclu qalmış, onunla aparılan danışıqlar bir fayda verməmişdir. Müqavilənin 5-ci maddəsidə mübahisələrin həllindən bəhs edilir və qeyd olunur ki, tərəflər meydana gələn mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr qanunvericiliyə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Həmin Məcəllənin) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdehlər həmin bildirişi qəbul etmiş, lakin cavabdehlər tərəfindən bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan № AKL000731 saylı, xx.xx.2022-ci il tarixli Nisyə alğısatqı müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh qiyməti aylıq 76 manat ödəmək şərti ilə 06 ay müddətinə nisyə məbləği 456 manat olan waterfall satılmışdır. İş materiallarında olan "xxxx" QSC ilə İddiaçı arasında imzalanan № R-1216/22 saylı, xx.xx.2022-ci Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Əliyev X1 Zahid Sabir oğluna qarşı olan tələb hüququ "xxxx" QSC-yə keçmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 30 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 980 (doqquz yüz səksən) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 980 (doqquz yüz səksən) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-717/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-717/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver