Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-76/2024 12.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ əsasında pul tutulması” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı “subroqasiya hüququ əsasında pul tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3873.61 (üç min səkkiz yüz yetmiş üç manat altmış bir qəpik) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 59.40 (əlli doqquz manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 3933 (üç min doqquz yüz otuz üç) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Kia Rio minik” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Qazax yolunun 5-ci km ilə hərəkət edən zaman “Hyundai Accent” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı X6 Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar ilə “Kia Rio minik” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanan “Hyundai Accent” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9273.61 (doqquz min iki yüz yetmiş üç manat, altmış bir qəpik) manat maddi zərər dəymişdir. MJB210006 saylı sığorta şəhadətnaməsinə və AKS230049 saylı, xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 8873.61 (səkkiz min səkkiz yüz yetmiş üç manat, altmış bir qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, “Kia Rio minik” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASC-də olmuşdur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinin tələbinə əsasən, tərəflərindən "xxxx" ASC-yə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 5000 (beş min) manat ödəniş həyata keçirilmişdir. Bundan sonra, sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 3873.61 (üç min səkkiz yüz yetmiş üç manat, altmış bir qəpik) manat təşkil etmişdir. Salyan Rayon Məhkəməsinin e-2(057)-1416/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsinə əsasən, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə üzrlü səbəbi məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, ziyan çox hesablanmışdır. İddiaçı sığorta məbləğini xeyli miqdarda şişirdmişdir. Özü sığortaya yaxınlaşmışdır. O ziyan hesabına yazılan detalları daha ucuz qiymətə alıb təqdim edə bilərdi. İddianı qismən qəbul edir. Eyni zamanda cavabdeh çıxışından sonra “zərər məbləğinin dəyişdirilməsi” barədə vəsatət və zərər aktı təqdim etmişdir. Vəsatətdə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı-Qazax yolunun 5-ci kilometrliyində idarə etdiyi “Kia Rio” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə X1 idarə etdiyi “Hyundai Accent” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşaraq, sığorta hadisəsi baş vermişdir. Bundan sonra "xxxx" ASC onun iştirakı olmadan zərər çəkmiş “Hyundai Accent” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, sonradan görmüşdür ki, hadisə zamanı zərər aktında şişirdilmiş, yəni avtomobilin detalları yeni detallarla yüksək qiymətlər əks olunan, reallığı əks etdirməyən zərər aktı çıxarılmışdır. "xxxx" ASC-Sığorta Şirkəti həmin zərər aktını sonradan ona göstərmişdir. Aktı görən zaman onlara bu məbləğin real məbləğ olmadığını və "xxxx" MMC tərəfindən avtomobilinə baxış keçirilməsini təklif etmişdir. Lakin sığorta şirkəti onun haqlı tələbinə məhəl qoymamışdır. Bakı Ekspertiza Mərkəzi MMC-yə şifahi xahiş etmişdir ki, zərəri qiymətləndirmək üçün tərəflərin razılığı və ya məhkəmə qərardadı olmalıdır. Əldə etdiyi fotoşəkillər əsasında həmin avtomobilin zərərini təxminən 5292 (beş min iki yüz doxsan iki) manat olduğunu müəyyən etmiş, təmir ustaları ilə birgə fotoşəkillərə baxaraq detalların və usta xərclərinin qiymətini aşağıdakı kimi müəyyən etmişdir. Zərər aktına görə qiyməti 20 manat olan 1 ədəd disk, qiyməti 55 manat olan 185/65/R15 təkər, qiyməti 150 manat olan ara sağ stupça 1 ədəd, qiyməti 1 manat olan 5 ədəd podkrelnik knopkaları, qiyməti 130 manat olan arxa sağ amartzator bir, qiyməti 40 manat olan baqaj petləsi sağ, qiyməti 30 manat olan baqaj petləsi sol, qiyməti 250 manat olan ön bufer, qiyməti 150 manat olan ön obirsovka, qiyməti 90 manat olan ön sağ dumannı, qiyməti 110 manat olan ön sol dumannı, qiyməti 350 manat olan ön sağ fara, qiyməti 350 manat olan ön sol fara, qiyməti 190 manat olan ön sağ qanad, qiyməti 30 manat olan su baçoku, qiyməti 14 manat olan ön sağ krepleniya, qiyməti 10 manat olan ön sol krepleniya, qiyməti 60 manat olan ön sağ podkrelnik, qiyməti 380 manat olan baqaj qapısı, qiyməti 90 manat olan arxa sağ baqaj stopu, qiyməti 120 manat olan arxa sağ qanad stopu, qiyməti 160 manat olan arxa sağ stopaltı dəmir, qiyməti 65 manat olan arxa sağ podkrelnik, qiyməti 40 manat olan arxa sol podkrelnik, qiyməti 15 manat olan baqajın iç rezini, qiyməti 15 manat olan arxa sağ havakeş, qiyməti 250 manat olan bufer, qiyməti 50 manat olan arxa bufer altı qara, qiyməti 110 manat olan arxa usiliter, qiyməti 30 manat olan arxa sağ krekleniya, qiyməti 350 manat olan arxa sağ qanad, qiyməti 18 manat olan accent yazısı, qiyməti 350 manat olan arxa panel, qiyməti 20 manat olan gerimetika stik doldurucu, qiyməti 20 manat olan patpres gerimetikası, qiyməti 15 manat olan kley praymer, qiyməti 2 manat olan 20 ədəd bufer knopkaları, qiyməti 150 manat olan baqaj içi orta obivka olmaqla cəmi 4532 manat, görülən işlər 300 manat rəngsaz, 100 manat armaturçu, 250 manat dəmirçi, 110 manat çilingər, cəmi 760 manat olmaqla, ümumilikdə 5292 manat təşkil etmişdir.Ona görə də, həmin məbləğin 5292 manat dəyişdirilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan X6 Xidməti inspektoru polis baş serjantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın surətindən görünür ki, “Kia Rio minik” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan X5 tərəfindən verilmiş izahatın ksero surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə təqribən saat 17:30 radələrində idarə etdiyi “Hyundai Accent” markalı, **-PV-*** nömrəli avtomobillə Bakı-Qazax yolunun 5-ci kilometrliyində Biləcəri dairəsi istiqamətində hərəkətdə olduğu zaman “Kia Rio” markalı avtomobil **-HL-*** nömrəli avtomobil onun avtomobilini arxadan vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş izahatın ksero surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə təqribən saat 17:30 radələrində idarə etdiyi “Kia Rio” markalı, **-HL-*** nömrəli avtomobillə Bakı-Qazax yolunun 5-ci kilometrliyində Biləcəri dairəsi istiqamətində hərəkətdə olduğu zaman “Hyundai” markalı, **-PV-*** nömrəli avtomobilə arxadan vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İş materiallarında olan Sığorta hadisələrinin tənzimlənməsi departamentinin müdiri Samid Mirzəyev tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, 634-05/23 SH saylı qiymətləndirməyə dair hesabatın ksero surətindən görünür ki, xx.xx.2022-ci il tarixində Bakı-Qazax yolu 5-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “Avtonəqliyyat vasitələrinin könüllü sığortası (avtokasko) növü üzrə sığortalanmış “Hyundai Accent” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9273.61 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan “avtonəqliyyat vasitələrinin könüllü sığortası şəhadətnaməsindən” görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə məxsus “Hyundai Accent” minik markalı, ağ rəngli, 2020-ci il buraxılışlı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AKS230049 nömrəli sığorta ödənişi aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı-Qazax yolunun 5-ci kilometrliyində baş vermiş hadisə nəticəsində “Hyundai Accent” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 dəymiş zərərə görə 9273.61 manat təmir müəssisəsinə sığorta ödənişi olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış eyni məzmunlu ekspertizanın təyin edilməsi barədə vəsatətlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı- Qazax yolunun 5-ci kilometrliyində idarə etdiyi “Kia Rio” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomabili ilə X1 idarə etdiyi “Hyundai Accent” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomabilin arxa hissəsi ilə toqquşmuş, hadisə zamanı günahkar özü olmuşdur. "xxxx" ASC onun iştirakı olmadan “Hyundai Accent” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirilməsini düzgün etməyib və dəfələrlə müraciət etsə də, dəymiş zərər barədə akt ona təqdim olunmamışdır. O hesab edir ki, dəymiş zərər barədə yenidən qiymələndirmə aparılmalıdır. Əlavə olaraq bildirmək istəyir ki, DYP-nin tərtib etdiyi yol-nəqliyyat hadisəsi sxemində qarşı iki avtomabilin toqquşduğu göstərilmişdir, lakin buna buxmayaraq “Hyundai Accent” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfində qiymətləndirilmə aparılmışdır. Odur ki, 12 dekabr 2023-cü il tarixli, 9/8024-8/3215 nömrəli ekspert rəyində “Hyundai Accent” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən sonra təmir olunduğu göstərilmişdir. Lakin hadisə yerində avtomobilin fotoşəkilləri mövcuddur. Yenidən fotoşəkillər əsasında qiymətləndirilmə yəni, Məhkəmə-Əmtəəşünaslıq ekspertizası keçirilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8024-8/3215 saylı rəyindən görünür ki, 27 oktyabr 2023-cü il tarixli vəsatətdə “Hyundai Accent” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi qorunaraq saxlandığı vəziyyətdə, yəni hadisədən sonra təmir və istismar olunmadığı şəraitdə baxış keçirilməsi göstərilmişdir. 29 noyabr 2023-cü il tarixdə mərkəzə daxil olmuş vəsatətə cavab məktubunda isə “Hyundai Accent” markalı avtomobilin hadisədən sonra təmir olunduğu məhkəmə tərəfindən göstərilmişdir. Ona görə də, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə aparılmış tədqiqatda qeyd edilən səbəblərə görə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı-Qazax yolunun 5-ci kilometrliyində “Kia Rio minik” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “Hyundai Accent” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toquşmuş və nəticədə “Kia Rio minik” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Accent” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi ziyan dəymişdir. Həmçinin Cavabdeh avtomobili idarə etmək hüququ olmadan idarə etmiş, beləliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində inzibati xəta haqqında protokol və müvafiq inzibati tənbeh haqqında qərar qəbul edilərək cərimə edilmişdir. Beləliklə, müvafiq yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsiri artıq müəyyən edilmişdir. Eyni zamanda, bu avtomobil iddiaçı "xxxx" ASC tərəfindən sığorta edilmiş olduğundan yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş avtomobillərə iddiaçı tərəfindən 3873.61 (üç min səkkiz yüz yetmiş üç manat altmış bir qəpik) manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda sığortaçı yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilə görə ödənilmiş 3873.61 (üç min səkkiz yüz yetmiş üç manat altmış bir qəpik) manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 19.1-ci maddəsinə əsasən, sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. 19.2-ci maddəsinə əsasən, bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnu yaradır. 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Hazırkı işdən görünür ki, Cavabdeh avtomobili etibarnaməsi olmadan idarə etmişdir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəllənin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirməlidir. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və 3873.61 (üç min səkkiz yüz yetmiş üç manat altmış bir qəpik) manat sığorta ödənişi, həmin yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 59 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 59.40 (əlli doqquz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında pul tutulması tələbinə dair iddiası təmin edilsin. Sığortalıya ödənilmiş 3873.61 (üç min səkkiz yüz yetmiş üç manat altmış bir qəpik) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 59.40 (əlli doqquz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilsin. Cavabdeh 59.40 (əlli doqquz manat, qırx qəpik) manat tutularaq, iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-76/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-76/2024
12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver