Məhkəmə qərarları › İş №e-2(057)-773/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-773/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-773/2024 10.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Səfərəliyev Eldəniz İbrahim oğlunun, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 2641 manat dəyərində borcun və 46.41 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin Salyan filialı ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 129 saylı alğı-satqı müqaviləsinə əsasən Salyan rayonu, Xalac kəndi ərazisində 5 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 4543 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 1170 manat məbləğində şum, 287 manat məbləğində mala çəkmə, 402 manat məbləğində çiyid səpini, 136 manat məbləğində kultivasiya, 639 manat məbləğində rotasion kultivasiya, 576 manat məbləğində kultivasiya, 180 manat məbləğində gübrə, 125 manat məbləğində toxumluq çiyid, 1028 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, ümumilikdə, 4543 manat məbləğində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 1391 manat məbləğində, 2140 kq xam-pambıq təhvil vermiş, çəkilmiş xərclərdən hazırkı dövrə kimi 3152 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayındığından X3 qarşı borc tələbi ilə Salyan Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə baxışı zamanı X4 izahatında İddiaçı MMC-nin Salyan filialı ilə alğısatqı müqaviləsinin bağlandığını etiraf etsə də, torpağı Salyan rayon, Xalac kənd sakini Cavabdeh ilə şərikli əkdiklərini,borcun 400 manatının ona, 2752 manatının isə Cavabdeh məxsus olduğunu bildirmişdir. Cavabdeh borcun 2691 manatının ona məxsus olduğunu üzləşmə aktı ilə etiraf etmiş və xx.xx.2023-cü il tarixdə ümumi borcdan 50 manat məbləğində ödəniş etməklə hazırkı dövrə kimi çəkilmiş xərclərdən, 2641 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilmişdir. Salyan Rayon Məhkəməsinin e-2(057)-773/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə baxış iclasında İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə təqdim edərək Cavabdeh qarşı iddia tələbini mübahisənin məhkəmədən kənar həlli motivi ilə mülki işin baxılmamış saxlanması barədə qərar qəbul edilməsi və ödənilmiş dövlət rüsumunun qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və cavabdehin fikirini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Həmin Məcəllə) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Mülki işin materiallarından görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 46,41 manat dövlət rüsumu ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC tərəfindən ödənilmiş 46.41 manat dövlət rüsumu dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar