Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-778/2025 14.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən TOSHİBA 43V35ME kompüter, MYCHOİCE CASE, İmei kod **********73152 OPPO A60 markalı telefon almış və nəticədə 2066.35 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 999.9 manat (18 ay x 55.55 manat + 0 manat ilkin ödəniş) olan TOSHİBA43V35ME kompüter üçün ümumilikdə 1227.07 manat olmaqla ondan, 943.9 manat ödənilməmiş hissə, güzəşt olunaraq 283.17 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 39.83 manat (18 ay x 39.83 manat + 0 manat ilkin ödəniş) olan MYCHOİCE CASE, İmei kod **********73152 OPPO A60 markalı telefoünçün ümumilikdə 839.28 manat olmaqla ondan, 645.6 manat ödənilməmiş hissə, güzəşt olunaraq 193.68 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 127.34 manat təşkil edir, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən TOSHİBA 43V35ME kompüter üçün 943.9 manat ödənilməmiş hissə, güzəşt olunaraq 283.17 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, MYCHOİCE CASE, İmei kod **********73152 OPPO A60 markalı telefon üçün 645.6 manat ödənilməmiş hissə, güzəşt olunaraq 193.68 manat cərimə ümumilikdə 2066.35 manat borc, 40.67 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən TOSHİBA 43V35ME kompüter və MYCHOİCE CASE alıcıya satılmışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən TOSHİBA 43V35ME kompüter, MYCHOİCE CASE, İmei kod **********73152 OPPO A60 markalı telefon almış və nəticədə 2066.35 manat borcu vardır. - xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - mədaxil qəbzindən görünür ki, 40,67 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 30 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən TOSHİBA 43V35ME kompüter üçün 943,9 manat ödənilməmiş hissə, güzəşt olunaraq 30 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, MYCHOİCE CASE, İmei kod **********73152 OPPO A60 markalı telefon üçün 645.6 manat ödənilməmiş hissə, güzəşt olunaraq 20 manat cərimə ümumilikdə 1639,5 manat borc, 40.67 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən TOSHİBA 43V35ME kompüter üçün 943,9 manat ödənilməmiş hissə, güzəşt olunaraq 30 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, MYCHOİCE CASE, İmei kod **********73152 OPPO A60 markalı telefon üçün 645.6 manat ödənilməmiş hissə, güzəşt olunaraq 20 manat cərimə ümumilikdə 1639,5 manat borc və 40.67 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-778/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-778/2025
14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver