Məhkəmə qərarları › İş №e-2(057)-806/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-806/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-806/2025 17.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borc pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Salyan Rayon Məhkəməsində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borc pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 1576 manat əsas borc, Cavabdeh3 və Cavabdeh2 617 manat əsas borc, Cavabdeh3n və Cavabdeh1 565 manat əsas borc və dövlət rüsumu kimi ödədiyim 47.58 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayonu, H.Z.Tağıyev küçəsi, ev 99A-da yerləşən ” Elektro Center” mağazasında sahibkar fəaliyyəti ilə məşğul olur. 08 yanvar 2022-ci il tarixdə Salyan rayonu 104 nömrəli yataqxanada yaşayan Cavabdeh3 işlədiyi mağazaya gəlmiş, kreditə dəyər qiyməti 688 manat olan 1 ədəd Samsung A32 (64gb) markalı telefonu alqı-satqı müqaviləsi bağladıqdan sonra 10 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 mağazadan götürdüyü telefona görə mağazanın xəzinəsinə 68 manat ilkin ödəniş etməli və hər ay mağazaya 62 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 68 manat ilkin ödəniş etmiş və 3 il 1 ay müddət ərzində 514 manat əsas borcdan ödəmiş və 3 il 1 ay ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 106 manat ödəniş etmişdir. Bununlada Cavabdeh3 hal-hazırda xx.xx.2022 tarixli müqaviləyə əsasən mağazanın xəzinəsinə 106 manat əsas borcu yaranmışdır. Növbəti dəfə 05 fevral 2022-ci il tarixdə Salyan rayonu 104 nömrəli yataqxanada yaşayan Cavabdeh3 işlədiyi mağazaya gəlmiş, kreditə dəyər qiyməti 362 manat olan 1 ədəd Artel 2 göz markalı paltaryuyanı alqısatqı müqaviləsi bağladıqdan sonra 12 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 mağazadan götürdüyü paltaryuyana görə mağazanın xəzinəsinə 36 manat ilkin ödəniş etməli və hər ay mağazaya 28 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 36 manat ilkin ödəniş etmiş və 3 il müddət ərzində 248 manat əsas borcdan ödəmiş və 3 il ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 78 manat ödəniş etmişdir. Bununlada Cavabdeh3 hal-hazırda xx.xx.2022 tarixli müqaviləyə əsasən mağazanın xəzinəsinə 78 manat əsas borcu yaranmışdır. Növbəti dəfə 15 iyul 2022-ci il tarixdə Salyan rayonu 104 nömrəli yataqxanada yaşayan Cavabdeh3 işlədiyi mağazaya gəlmiş, kreditə dəyər qiyməti 670 manat olan 1 ədəd Shivaki smart tv 43 markalı televizoru alqı-satqı müqaviləsi bağladıqdan sonra 7 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 mağazadan götürdüyü televizora görə mağazanın xəzinəsinə 100 manat ilkin ödəniş etməli və hər ay mağazaya 82 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 100 manat ilkin ödəniş etmiş və 2 il 7 ay müddət ərzində 279 manat əsas borcdan ödəmiş və 2 il 7 ay ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 291 manat ödəniş etmişdir. Bununlada Cavabdeh3 hal-hazırda xx.xx.2022 tarixli müqaviləyə əsasən mağazanın xəzinəsinə 291 manat əsas borcu yaranmışdır. Növbəti dəfə 11 avqust 2022-ci il tarixdə Salyan rayonu 104 nömrəli yataqxanada yaşayan Cavabdeh3 işlədiyi mağazaya gəlmiş, kreditə dəyər qiyməti 890 manat olan 1 ədəd Samsung A52 (128gb) markalı telefonu alqı-satqı müqaviləsi bağladıqdan sonra 12 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 mağazadan götürdüyü telefona görə mağazanın xəzinəsinə 100 manat ilkin ödəniş etməli və hər ay mağazaya 66 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 100 manat ilkin ödəniş etmiş və 2 il 6 ay müddət ərzində 209 manat əsas borcdan ödəmiş və 2 il 6 ay ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 290 manat ödəniş etmişdir. Bununlada Cavabdeh3 hal-hazırda xx.xx.2022 tarixli müqaviləyə əsasən mağazanın xəzinəsinə 581 manat əsas borcu yaranmışdır. Növbəti dəfə 31 avqust 2022-ci il tarixdə Salyan rayonu 104 nömrəli yataqxana sakini Cavabdeh3 1 nəfər ona zaminlik edən Salyan rayonu Kürqaraqaşlı kənd sakini Cavabdeh2 ilə birlikdə işlədiyi mağazaya gəlmiş, kreditə dəyər qiyməti 799 manat olan 1 ədəd X1 11S (6/128) markalı telefonu zamini vasitəsilə alqı-satqı müqaviləsi bağladıqdan sonra 12 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 mağazadan götürdüyü telefona görə mağazanın xəzinəsinə 100 manat ilkin ödəniş etməli və hər ay mağazaya 59 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 100 manat ilkin ödəniş etmiş , 2 il 6 ay müddət ərzində 82 manat əsas borcdan ödəmiş və 2 il 6 ay müddət ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 75 manat ödəniş etmişdir. Bununlada Cavabdeh3 halhazırda xx.xx.2022 tarixli müqaviləyə əsasən mağazanın xəzinəsinə 617 manat əsas borcu yaranmışdır. Növbəti dəfə 21 aprel 2024-cü il tarixdə Salyan rayonu 104 nömrəli yataqxana sakini Cavabdeh3 1 nəfər ona zaminlik edən həyat yoldaşı Salyan rayonu 104 nömrəli yataqxana sakini Cavabdeh1 ilə birlikdə işlədiyi mağazaya gəlmiş, kreditə dəyər qiyməti 719 manat olan 1 ədəd Midea MDRT294FGF02 markalı soyuducunu zamini vasitəsilə alqı-satqı müqaviləsi bağladıqdan sonra 12 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 mağazadan götürdüyü soyuducuya görə mağazanın xəzinəsinə 30 manat ilkin ödəniş etməli və hər ay mağazaya 58 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 30 manat ilkin ödəniş etmiş , 10 ay müddət ərzində 124 manat əsas borcdan ödəmiş və 10 ay müddət ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 50 manat ödəniş etmişdir. Bununlada Cavabdeh3 hal-hazırda xx.xx.2024 tarixli müqaviləyə əsasən mağazanın xəzinəsinə 565 manat əsas borcu yaranmışdır. Növbəti dəfə 21 avqust 2024-cü il tarixdə Salyan rayonu 104 nömrəli yataqxanada yaşayan Cavabdeh3 işlədiyi mağazaya gəlmiş, kreditə dəyər qiyməti 520 manat olan 1 ədəd Shivaki smart 43 M markalı televizoru alqı-satqı müqaviləsi bağladıqdan sonra 6 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 mağazadan götürdüyü televizora görə hər ay mağazaya 87 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 6 ay müddət ərzində heç bir ödəniş etməmişdir. Bununlada Cavabdeh3 hal-hazırda xx.xx.2024 tarixli müqaviləyə əsasən mağazanın xəzinəsinə 520 manat əsas borcu yaranmışdır. Müqavilənin icrasından irəli gələn mübahisələri danışıq yolları ilə həll etmək mümkün olmadığı üçün Salyan rayonu 104 nömrəli yataqxana ünvanında yaşayan Cavabdeh3, Salyan rayonu 104 nömrəli yataqxana ünvanında yaşayan həyat yoldaşı Cavabdeh1 və Salyan rayonu Kürqaraqaşlı kənd ünvanında yaşayan Cavabdeh2 ünvanına məktublar göndərərək mağazaya vurduğu ziyanı ödəməsini tələb etsədə Cavabdeh3, həyat yoldaşı Cavabdeh1 və Cavabdeh2 bundan qəsdən imtina etmiş mübahisənin danışıq yolu ilə nizama salınmasını istəməmiş və onlarla heç bir əlaqə saxlamamışlar. Odur ki, cavabdehlər Cavabdeh3 , həyat yoldaşı Cavabdeh1 Namiq qızı və Cavabdeh2 ilə aralarında bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərini pozduqları üçün o, məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Cavabdehlər İddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Alqı-satqı (hissə-hissə) müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən İddiaçı, Cavabdeh3 kredit məbləği 620 manat olan Samsung A32 (64gb) markalı telefonu satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Alqı-satqı (hissə-hissə) müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən İddiaçı, Cavabdeh3 kredit məbləği 326 manat olan 1 ədəd ShivakiArtel 2 göz markalı paltaryuyan satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Alqı-satqı (hissə-hissə) müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən İddiaçı, Cavabdeh3 kredit məbləği 570 manat olan Shivaki Smart 43K markalı televizor satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Alqı-satqı (hissə-hissə) müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən İddiaçı, Cavabdeh3 kredit məbləği 790 manat olan Samsung A52 128/GB markalı telefonu satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Alqı-satqı (hissə-hissə) müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən İddiaçı, Cavabdeh3 kredit məbləği 699 manat olan X1 11S 6/12 GB markalı telefonu satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit götürən Cavabdeh3 öhdəlikləri üçün bank qarşısında zamin kimi öhdəlik götürmüşlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Alqı-satqı (hissə-hissə) müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən İddiaçı, Cavabdeh3 kredit məbləği 689 manat olan Midea soyuducu satmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit götürən Cavabdeh3 öhdəlikləri üçün bank qarşısında zamin kimi öhdəlik götürmüşlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Alqı-satqı (hissə-hissə) müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən İddiaçı, Cavabdeh3 kredit məbləği 520 manat olan Shivaki Smart 43M markalı televizor satmışdır. İş materiallarında olan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, onlara gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 47.58 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 567-ci maddəsinin tələbinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 470.1-ci maddəsin əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlıçəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3 1576 (bir min beş yüz yetmiş altı) manat əsas borc, Cavabdeh3 və Cavabdeh2 617 (altı yüz on yeddi) manat əsas borc, Cavabdeh3 və Cavabdeh1 565 (beş yüz altmış beş) manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 47.58 (qırx yeddi manat əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3 1576 (bir min beş yüz yetmiş altı) manat əsas borc, Cavabdeh3 və Cavabdeh2 617 (altı yüz on yeddi) manat əsas borc, Cavabdeh3 və Cavabdeh1 565 (beş yüz altmış beş) manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 47.58 (qırx yeddi manat əlli səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar