Məhkəmə qərarları › İş №e-2(057)-815/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-815/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-815/2025 14.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********74303 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER 561.3 (beş yüz altmış bir manat otuz qəpik) manat ödənilməmiş hissə, 168.39 (bir yüz altmış səkkiz manat otuz doqquz qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, DEFUNC qulaqlıq üçün , 100.7 (yüz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 30.21 (otuz manat iyirmi bir qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********78546 XİAOMİ REDMİ A2+ markalı telefon üçün 95.4 (doxsan beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 28.62 (iyirmi səkkiz manat altmış iki qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********67616 SAMSUNG GALAXY A04 markalı telefon, PANASONİC qulaqlıq üçün 62.2 (altmış iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 18.66 (on səkkiz manat altmış altı qəpik) manat cərimə, ümumilikdə 1065.48 manat borc və 30.66 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ce il tarixlərindəki müqavilələrinə əsasən, İmei kod **********74303 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER, SOYUDUCU HOFFMANN, DEFUNC qulaqlıq, İmei kod **********78546 XİAOMİ REDMİ A2+ markalı telefon, İmei kod **********67616 SAMSUNG GALAXY A04 markalı telefon, PANASONİC qulaqlaıqlmış və nəticədə 1065.48 (bir min altmış beş manat, 48 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1520.46 (bi rmin beş yüz iyirmi manat, 46 qəpik) manat (18 ay x 84.47 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********74303 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER üçün 729.69 (yeddi yüz iyirmi doqquz manat, 69 qəpik) manat olmaqla ondan, 561.3 (beş yüz altmış bir manat, 30 qəpik) manat ödənilməmiş hissə, 168.39 (yüz altmış səkkiz manat, 39 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 182.04 (yüz səksən iki manat, 4qəpik) manat (12 ay x 15.17 manat + 0 manat ilkin ödəniş) olan DEFUNC qulaqlıq üçün 130.91 (yüz otuz manat, 91 qəpik) manat olmaqla ondan, 100.7 (yüz manat, 70 qəpik) manat ödənilməmiş hissə, 30.21 (otuz manat, 21 qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 333.48 (üç yüz otuz üç manat, 48 qəpik) manat (12 ay x 25.19 manat + 31.2 manat ilkin ödəniş) olan İmei kod **********78546 XİAOMİ REDMİ A2+ markalı telefonüçün 124.02 (yüz iyirmi dörd manat, 2 qəpik) manat olmaqla ondan 95.4 (doxsan beş manat, 40 qəpik) manat ödənilməmiş hissə, 28.62 (iyirmi səkkiz manat, 62 qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 613.44 (altı yüz on üç manat, 44 qəpik) manat (18 ay x 34.08 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********67616 SAMSUNG GALAXY A04 markalı telefon, PANASONİC qulaqlüıqçün 80.86 (səksən manat, 86 qəpik) manat olmaqla ondan 62.2 (altnış iki manat, 20 qəpik) manat ödənilməmiş hissə, 18.66 (on səkkiz manat, 66 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1829.82 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdilkəri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 03225469 saylı, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı İmei kod **********74303 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 04096369 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən DEFUNC qulaqlıq cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 02136027 saylı, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən İmei kod **********78546 XİAOMİ REDMİ A2+ markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 03244616 saylı, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən , İmei kod **********67616 SAMSUNG GALAXY A04 markalı telefon, PANASONİC qulaqlıq cavabdehə satılmışdır. İş materiallarında olan iddiaçının 24 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 819.6 manat ödənilməmiş hissə, 245.88 manat cərimə borcu olmaqla, cəmi 1065.48 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 30.66 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üçün kredit borcu 561.3 manata mütənasib olmadığından 168.39 manat məbləğində cərimə pulunun 20 manat, xx.xx.2024-cü il tarixli kredit borcu 100.7 manata mütənasib olmadığından 30.21 manat məbləğində cərimə pulunun 03 manat, xx.xx.2023-cü il tarixli kredit borcu 95.4 manata mütənasib olmadığından 28.62 manat məbləğində cərimə pulunun 02 manat, xx.xx.2023-cü il tarixli kredit borcu 62.2 manata mütənasib olmadığından 18.66 manat məbləğində cərimə pulunun 01 manat məbləğinə azaldılması məqsədə uyğundur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən № 03225469 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 561.3 (beş yüz altmış bir manat otuz qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, № 04096369 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 100.7 (bir yüz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 03 (üç) manat cərimə, № 02136027 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 95.4 (doxsan beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 02 (iki) manat cərimə, № 03244616 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 62.2 (altmış iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 01 (bir) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh № 03225469 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 561.3 (beş yüz altmış bir manat otuz qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, № 04096369 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 100.7 (bir yüz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 03 (üç) manat cərimə, № 02136027 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 95.4 (doxsan beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 02 (iki) manat cərimə, № 03244616 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 62.2 (altmış iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 01 (bir) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar