Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-835/2025 18.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PALTARYUYAN BEKO üçün, 658.98 (altı yüz əlli səkkiz manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 197.69 (bir yüz doxsan yeddi manat altmış doqquz qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********59652 OPPO A58 markalı telefon üçün 631.08 (altı yüz otuz bir manat səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 189.32 (bir yüz səksən doqquz manat otuz iki qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HOFFMANN SOAC kondensioner üçün 579.96 (beş yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 173.99 (bir yüz yetmiş üç manat doxan doqquz qəpik) manat cərimə, ümumilikdə 2454.63 manat borc, 44.55 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, PALTARYUYAN BEKO, İmei kod **********59652 OPPO A58 markalı telefon, HOFFMANN SOAC kondensioner almış və nəticədə 2454.63 (iki min dörd yüz əlli dörd manat, 63 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 659.98 (altı yüz əlli doqquz manat, 98 qəpik) manat (18 ay x 36.61 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN BEKO üçün ümumilikdə, 856.67 (səkkiz yüz əlli altı manat, 67 qəpik) manat olmaqla ondan, 658.98 (altı yüz əlli səkkiz manat, 98 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 197.69 (yüz doxsan yeddi manat, 69 qəpik) manat cərimə. xx.xx.2024 -ci il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 631.08 (altı yüz otuz bir manat, 8 qəpik) manat (18 ay x 35.06 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********59652 OPPO A58 markalı telefonüçün ümumilikdə, 844 (səkkiz yüz qırx dörd) manat olmaqla ondan, 631.08 (altı yüz otuz bir manat, 8 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 189.32 (yüz səksən doqquz manat, 32 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 579.96 (beş yüz yetmiş doqquz amnat, 96 qəpik) manat (18 ay x 32.22 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN SOAC kondensioner üçün ümumilikdə, 753.95 (yedi yüz əlli üç amnat, 95 qəpik) manat olmaqla ondan, 579.96 (beş yüz yetmiş doqquz manat, 96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 173.99 (yüz yetmiş üç manat, 99 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-ci il, xx.xx.2024 -ci il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 06652069 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən PALTARYUYAN BEKO cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 13985163 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı , İmei kod **********59652 OPPO A58 markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 06652071 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən HOFFMANN SOAC kondensioner cavabdehə satılmışdır. İş materiallarında olan iddiaçının 23 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 1870.02 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 561.01 manat cərimə borcu olmaqla, cəmi 2454.63 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 44.55 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, cihazın İMEİ kodunun deaktiv olunması üsuli ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənildiyi iddia olunan 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsumun ödənilməsi barədə heç bir sübut iddia ərizəsinə əlavə edilmədiyi üçün həmin hissədə iddia təmin edilməməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, № 06652069 saylı, xx.xx.2024cü il tarixli kredit borcu 658.98 manata mütənasib olmadığından 197.69 manat məbləğində cərimə pulunun 20 manat, № 13985163 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üçün kredit borcu 631.08 manata mütənasib olmadığından 189.32 manat məbləğində cərimə pulunun 15 manat, № 06652071 saylı, xx.xx.2024-cü il tarixli kredit borcu 579.96 manata mütənasib olmadığından 173.99 manat məbləğində cərimə pulunun 10 manat məbləğinə azaldılması məqsədə uyğundur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən № 06652069 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 658.98 (altı yüz əlli səkkiz manat doxsan səkkiz qəpik) ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, № 13985163 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 631.08 (altı yüz otuz bir manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə borcu, 06652071 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 579.96 (beş yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 1915.02 (bir min doqquz yüz on beş manat iki qəpik) və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 39.15 (otuz doqquz manat on beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh № 06652069 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 658.98 (altı yüz əlli səkkiz manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, № 13985163 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 631.08 (altı yüz otuz bir manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə borcu, 06652071 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 579.96 (beş yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 1915.02 (bir min doqquz yüz on beş manat iki qəpik) manat borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 39.15 (otuz doqquz manat on beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-835/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-835/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver