Məhkəmə qərarları › İş №e-2(057)-900/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-900/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-900/2024 07.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı "xxxx" MMC-nin Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, BEYAZ - QONAQ - KAMOD, BEYAZ - QONAQ - MASA, BEYAZ - QONAQ - VİTRİN, 6 ədəd STUL - VENETSİYA, AMELİYA - YATAQ - TREMO, 2 ədəd AMELİ YATAQ - TUMBA, MATRAS, AMELİYA - YATAQ - DOLAB, AMELİYA - YATAQ – CARPAYİ almış və nəticədə 2260 (iki min iki yüz altmış) manat borc yaranmışdı. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-cl il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2515.2 (iki min beş yüz on beş manat iyirmi qəpik) manat (24 ay x 104.8 manat + 0 manat ilkin ödəniş) olan BEYAZ - QONAQ - KAMOD, BEYAZ - QONAQ - MASA, BEYAZ - QONAQ - VİTRİN, 6 ədəd STUL - VENETSİŞİR ümumilikdə, 1267 (bir min iki yüz altmış yeddi) manat olmaqla ondan, 1151.98 (birmin yüz əlli bir manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 115.02 (yüz on beş manat iki qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2942.60 (iki min doqquz yüz otuz) manat (20 ay x 146.5 manat + 0 manat ilkin ödəniş) olan AMELİYA - YATAQ - TREMO, 2 ədəd AMELİYA - YATAQ - TUMBA, MATRAS, AMELİYA - YATAQ - DOLAE AMELİYA - YATAQ - CARPAYüçün ümumilikdə, 993 (doqquz yüz doxsan üç) manat olmaqla ondan, 903 (doqquz yüz üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 90 (doxsan) manat cərimə miqdarında borc yarannışdır. Cavabdehin cəml ödədiyi məbləğ 3390.22 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-cl il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü İl tarixi xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh oğlundan xx.xx.2021-ci il tarixli -ci il tarixli 23147617 müqaviləsinə əsasən BEYAZ - QONAQ - KAMOD, BEYAZ - QONAQ - MASA, BEYAZ - QONAQ - VİTRİN, 6 ədəd STUL – VENETSİYA üçün 1151.98 (birmin yüz əlli bir manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 115.02 (yüz on beş manat iki qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, AMELİYA - YATAQ - TREMO, 2 ədəd AMELİYA - YATAQ - TUMBA, MATRAS, AMELİYA - YATAQ - DOLAB, AMELİYA - YATAQ - CARPAYlüçün, 903 (doqquz yüz üç) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə, ümumilikdə 2260 manat borc, 42.60 manat ödənilmiş dövlət rüsumu Cavabdeh oğlundan alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini vəona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.Belə ki, İş materiallarında olan vəməhkəmə tərəfindən tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixli 23147617 müqaviləsinə əsasən BEYAZ - QONAQ - KAMOD, BEYAZ - QONAQ - MASA, BEYAZ - QONAQ - VİTRİN, 6 ədəd STUL – VENETSİYA üçün 1151.98 (birmin yüz əlli bir manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 115.02 (yüz on beş manat iki qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, AMELİYA - YATAQ - TREMO, 2 ədəd AMELİYA - YATAQ - TUMBA, MATRAS, AMELİYA - YATAQ - DOLAB, AMELİYA - YATAQ - CARPAYlüçün, 903 (doqquz yüz üç) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə, ümumilikdə 2260 manat borcu vardır. "xxxx" MMC-nin Cavabdeh oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki,cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 42.60 manat dövlət rüsumu ödənilmişdir. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Kəlbiyev X1 rayonu Arbatan kəndində ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2021-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan RespublikasınınMülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən,öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinəəsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 42.60 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 42.60,0 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 42.60 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh oğlundan BEYAZ - QONAQ - KAMOD, BEYAZ - QONAQ - MASA, BEYAZ - QONAQ -VİTR 6 ədəd STUL - VENETSİYA üçün, 1151.98 (birmin yüz əlli bir manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 115.02 (yüz ort bəş manat iki qəpik) manat cərimə, xx.xx.2021-ci İl tarbdi müqaviləsinə əsasən, AMELİYA - YATAQ - TREMO, 2 ədəd AMELİYA - YATAQ - TUMBA, MATRAS, AMELİYA - YATAQ - DOLAB, AMELİYA - YATAQ - CARPAYlüçün, 903 (doqquz yüz üç) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə, ümumilikdə 2260 manat borc, 42.60 manat ödənilmiş dövlət rüsumu rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227,233,284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiatələbi təminedilsin. xx.xx.2021-ci il tarixdi müqaviləsinə əsasən, BEYAZ - QONAQ - KAMOD, BEYAZ - QONAQ - MASA, BEYAZ - QONAQ -VİTR ı 6 ədəd STUL - VENETSİYA üçün, 1151,98 manat ödənilməmiş hissə, 115,02 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, AMELİYA - YATAQ - TREMO, 2 ədəd AMELİYA - YATAQ - TUMBA, MATRAS, AMELİYA - YATAQ - DOLAB, AMELİYA - YATAQ – CARPAYl üçün, 903 manat ödənilməmiş hissə, 90 manat cərimə, ümumilikdə 2260 manat borc və 42,60 manat ödənilmiş dövlət rüsumu Cavabdeh oğlundan alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməkləSalyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar