Məhkəmə qərarları › İş №e-2(057)-936/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-936/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-936/2024 20.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçın Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış, xx.xx.2023-cü tarixli, № ********* saylı “Müddətli (nisyə) Alqı-satqı” müqaviləsi üzrə 1433.7 manat əsas, 215 manat cərimə, cəmi 1648.7 manat borc, xx.xx.2023-cü il tarixli, № ********* saylı “Müddətli (Nisyə) Alqı-satqı” müqaviləsi üzrə, 177.5 manat əsas, 26.6 manat cərimə, cəmi 204.1 manat borc, xx.xx.2023-cü il tarixli, № ********* saylı “Müddətli (nisyə) Alqı-satqı” müqaviləsi üzrə 377.2 manat əsas, 56.5 manat cərimə, cəmi 433.7 manat borc ümumilikdə üç müqavilə üzrə 1988.4 manat əsas, 298.1 manat cərimə, cəmi 2286.5 manat cəmi borcun və 42.86 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış, № ********* saylı, xx.xx.2023-cü tarixli “Müddətli (nisyə) Alğı-satqı” müqaviləsi üzrə “Samsung” markalı televizora görə 1722.90 manat pulu 18 ay ödəniş cədvəli üzrə hər ay 96 manat, № ********* saylı, xx.xx.2023-cü il tarixli “Müddətli (Nisyə) Alğı-satqı” müqaviləsinə əsasən, “Xiaomi” markalı mobil telefon, qulaqcığa görə 312.50 manat pulu 12 ay ödəniş cədvəli üzrə hər ay 27 manat, № ********* saylı, xx.xx.2023-cü il tarixli “Müddətli (Nisyə) Alğı-satqı” müqaviləsinə əsasən, “Xiaomi” markalı mobil telefon, ütü və qulaqcığa görə 489.20 manat pulu 18 ay ödəniş cədvəli üzrə hər ay 28 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq nəticədə İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi üzrə № ********* saylı, xx.xx.2023-cü tarixli “Müddətli (nisyə) Alğı-satqı” müqaviləsi üzrə ödənilməmiş əsas borc 1433.70 manat gecikdirilmiş günlərə görə 2150 manat, № ********* saylı, xx.xx.2023-cü il tarixli “Müddətli (nisyə) Alğı-satqı” müqaviləsi üzrə ödənilməmiş əsas borc 177.50 manat gecikdirilmiş günlərə görə 266 manat borc və № ********* saylı, xx.xx.2023-cü il tarixli “Müddətli (nisyə) Alğı-satqı” müqaviləsi üzrə ödənilməmiş əsas borc 377.20 manat gecikdirilmiş günlərə görə 565 manat borc yaranmışdır. “X1-satqı” müqaviləsinin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır. Göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixinə yaranmış, xx.xx.2023-cü tarixli, № ********* saylı “Müddətli (nisyə) Alqı-satqı” müqaviləsi üzrə 1433.7 manat əsas, 215 manat cərimə, cəmi 1648.7 manat borc, xx.xx.2023-cü il tarixli, № ********* saylı “Müddətli (Nisyə) Alqı-satqı” müqaviləsi üzrə, 177.5 manat əsas, 26.6 manat cərimə, cəmi 204.1 manat borc, xx.xx.2023-cü il tarixli, № ********* saylı “Müddətli (nisyə) Alqı-satqı” müqaviləsi üzrə 377.2 manat əsas, 56.5 manat cərimə, cəmi 433.7 manat borc ümumilikdə üç müqavilə üzrə 1988.4 manat əsas, 298.1 manat cərimə, cəmi 2286.5 manat cəmi borcun və 42.86 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Həmin Məcəllə) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehin iddia ərizəsində göstərilən ünvana rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə göndərilmiş, cavabdeh iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış № ********* saylı, xx.xx.2023-cü il tarixli “Müddətli (nisyə) Alğı-satqı” müqaviləsinə əsasən, aldığı “Xiaomi” markalı mobil telefon, qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 27 manat, 01 ay 15.58 manat olmaqla, cəmi 312.58 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış № ********* saylı, xx.xx.2023-cü il tarixli Müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Xiaomi” markalı mobil telefon, ütü və qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 28 manat, 01 ay 13.27 manat olmaqla, cəmi 489.27 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış № ********* saylı, xx.xx.2023-cü il tarixli Müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung” markalı televizora görə 12 ay ödəniş cədvəli üzrə hər ay 96 manat, 01 ay 90.99 manat olmaqla, cəmi 1722.99 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh İddiaçı MMC-yə yaranmış borcu 443.50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh İddiaçı MMC-yə yaranmış borcu 942.20 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh İddiaçı MMC-yə yaranmış borcu 3583.70 manat təşkil edir. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə gecikdirilmiş borcunun olması, yaranmış borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət nəfinə 42.86 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - Mülki Məcəllənin) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci madəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı xx.xx.2024-cü il tarixə № ********* saylı, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 177.5 manat əsas kredit borcuna mütənasib olmadığından 26.6 manat məbləğində cərimə pulunun 02 manat, № ********* saylı, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 377.2 manat kredit borcuna mütənasib olmadığından 56.5 manat məbləğində cərimə pulunun 05 manat, № ********* saylı, xx.xx.2023-cü il tarixli müqavilə əsasən 1433.7 manat kredit borcuna mütənasib olmadığından 215 manat məbləğində cərimə pulunun 25 manat məbləğinə azaldılması məqsədəuyğundur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış, xx.xx.2023-cü tarixli, № ********* saylı “Müddətli (nisyə) Alğı-satqı” müqaviləsi üzrə 1433.7 (bir min dörd yüz otuz üç manat yetmiş qəpik) manat əsas, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2023-cü il tarixli, № ********* saylı “Müddətli (Nisyə) Alğı-satqı” müqaviləsi üzrə, 177.5 (bir yüz yetmiş yeddi manat əlli qəpik) manat əsas, 2 (iki) manat cərimə, xx.xx.2023-cü il tarixli, № ********* saylı “Müddətli (nisyə) Alğı-satqı” müqaviləsi üzrə 377.2 (üç yüz yetmiş yeddi manat iyirmi qəpik) manat əsas, 5 (beş) manat cərimə, ümumilikdə üç müqavilə üzrə 1988.4 (bir min doqquz yüz səksən səkkiz manat qırx qəpik) manat əsas, 32 (otuz iki) manat cərimə, cəmi 2020.4 (iki min iyirmi manat qırx qəpik) manat borcun və 40.20 (qırx manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 284-1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış, xx.xx.2023-cü tarixli, № ********* saylı “Müddətli (nisyə) Alğı-satqı” müqaviləsi üzrə 1433.7 (bir min dörd yüz otuz üç manat yetmiş qəpik) manat əsas, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2023-cü il tarixli, № ********* saylı “Müddətli (Nisyə) Alğı-satqı” müqaviləsi üzrə, 177.5 (bir yüz yetmiş yeddi manat əlli qəpik) manat əsas, 2 (iki) manat cərimə, xx.xx.2023-cü il tarixli, № ********* saylı “Müddətli (nisyə) Alğı-satqı” müqaviləsi üzrə 377.2 (üç yüz yetmiş yeddi manat iyirmi qəpik) manat əsas, 5 (beş) manat cərimə, ümumilikdə üç müqavilə üzrə 1988.4 (bir min doqquz yüz səksən səkkiz manat qırx qəpik) manat əsas, 32 (otuz iki) manat cərimə, cəmi 2020.4 (iki min iyirmi manat qırx qəpik) manat borcun və 40.20 (qırx manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar