Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-110/2024 22.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X8 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 qaydasında 7250 (yeddi min iki yüz əlli) manat pul vəsaitinin və 92,50 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış və X12 tərəfindən idarə edilən VAZ 21063 minik markalı 90ZV986 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Gəncə şəhəri, Ü. Hacıbəyov küçəsi ərazisində 99CF649 dövlət qeydiyyat nişanlı Mitsubishi PAJERO İO markalı avtomobil ilə və 20CK635 dövlət qeydiyyat nişanlı DAİMLER CHRAYSLER C180 markalı avtomobil ilə toqquşmuşdur. Bununla Gəncə şəhəri, A. İldırım küçəsi, ev 4-də yaşayan X13 avtomobil ilə vuraraq az ağır xəsarət yetirmişdir və Gəncə şəhəri, G. Zeynalov küçəsi, ev 14-də yaşayan X10 avtomobil ilə vuraraq yüngül xəsarət yetirmişdir. Mitsubishi PAJERO İO markalı, 99CF649 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 4600 (dörd min altı yüz) manat ödənişi olunmuşdur. DAİMLER CHRAYSLER C180 markalı, 20CK635 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 400 (dörd yüz) manat ödənişi olunmuşdur. X3 dəymiş ziyanla bağlı 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi olunmuşdur. X2 dəymiş ziyanla bağlı 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi olunmuşdur. Buna görə də "xxxx" ASC-nin cavabdehdən subroqasiya qaydasında pul tələb etmək hüququ yaranmışdır. İddiaçı "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş, lakin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 21063” markalı, 90ZV986 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə PAZ********** nömrəli mülki məsuliyyətin icbari sığortası müqaviləsi üzrə bir il müddətinə icbari sığorta olunaraq, sığorta təminatı almışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin icbari sığorta üzrə hadisə hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, X12 “VAZ 21063” markalı, 90ZV986 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolnəqliyyat hadisəsi törətmişdir. X12 hadisə baş verən anda sərxoş vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə ekspertizası və kriminalistika bürosu MMC tərərəfindən verilmiş ekspert rəyin surətindən görünür ki, DAİMLER CHRAYSLER C180 markalı, 20CK635 dövlət qeydiyyat nişanlı avtomobilə 230 manat məbləğində ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş məhkəmə ekspertizası və kriminalistika bürosu MMC tərərəfindən verilmiş ekspert rəyinin surətindən görünür ki, Mitsubishi PAJERO İO markalı 99CF649 dövlət qeydiyyat nişanlı avtomobilə 1230 manat məbləğində ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxs tərəfindən verilmiş ekspert rəyin surətindən görünür ki, X3 az ağır zərər vurulması muəyyən edilir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxs tərəfindən verilmiş ekspert rəyin surətindən görünür ki, X2 yüngül zərər vurulması muəyyən edilir. İş materiallarına əlavə edimiş ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 4600 manat pul X11 hesabına köçürülmüşdür. İş materiallarına əlavə edimiş ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 1500 manat pul X11 hesabına köçürülmüşdür. İş materiallarına əlavə edimiş ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 750 manat pul X9 hesabına köçürülmüşdür. İş materiallarına əlavə edimiş ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 400 manat pul X5 hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında”Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, cavabdeh X4 halda idarə etdiyi nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək sığorta hadisəsinin baş verməsinə səbəb olmuşdur. X7 idarə etdiyi avtomobili mülki məsuliyyətin icbari sığortası növündə sığortalamış iddiaçı həmin sığorta hadisəsinə görə 7250 manat sığorta ödənişi ödəmişdir. Zərərin vurulmasında təqsirkar cavabdeh olduğuna görə iddiaçının, ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Buna görə də X6 7250 manat pul tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 92.50 manat məbləğində pul Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357-361-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh X6 ödənilmiş sığorta ödənişinin əvəzi qismində subroqasiya qaydasında 7250 (yeddi min iki yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 92.50 (doxsan iki manat əlli qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-110/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-110/2024
22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver