Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-1152/2025 23.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Əhmədli İnal Söhrab oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-ti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobil alışına dair iki əqd arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 6670 (altı min altı yüz yetmiş) manat və real olaraq təmir üçün çəkilmiş xərc olan 4561 (dörd min beş yüz altmış bir) manat olmaqla, ümumilikdə 11,231 (on bir min iki yüz otuz bir) məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC-ti və alıcı Cavabdeh arasında sonuncunun şəxsi istifadəsi üçün nisyə avtomobil alqı-satqısına dair xx.xx.2024cü il tarixli B-114-SA-24 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən dəyəri ƏDV daxil 80,940 (səksən min doqquz yüz qırx) manat müəyyən edilən “Skoda Kodiaq 2.0 TSİ” markalı, buraxılış ili 2022 olan (VİN:TMBLD6NS7N8044455), ikinci əl və yürüşü 44993 km olan avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, alıcı tərəfindən ilkin ödəniş edilməmiş və ödənilməli olan qalıq borc sayılacaq 80,940 (səksən min doqquz yüz qırx) manat məbləği xx.xx.2024-cü il tarixdən etibarən 60 (altmış) ay müddətinə, ayda 1349 (min üç yüz qırx doqquz) manat olmaqla, satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC-ti tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə ödəniş öhdəliklərini vaxtında icra etməmiş, sonuncu 2024-cü ilin dekabr ayında edilmiş 3-cü ayın ödənişindən sonra müqaviləyə xitam verilən tarixə-26 fevral 2025-ci ilə kimi heç bir aylıq ödəniş etməmiş, həmin aylar ərzində avtomobili geri qaytarmamış, həmçinin həmin dövrdə cavabdehin etibar etdiyi şəxslər tərəfindən inzibati tənbeh növündə müxtəlif cərimələr tətbiq edilmiş və cavabdeh tərəfindən ödənilməmişdir. Bununla da, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli B-040- SA-24 nömrəli müqavilənin 3.2.6-cı bəndinin a,c və d hissələrinin şərtləri pozulmuşdur. Gecikmələri barədə cavabdehlə şifahi danışıqlar aparılsa da, xx.xx.2025-ci il tarixli məktubla xəbərdarlıq edilsə də, nəticə olmamışdır. Öhdəliklərini icra etməməsi səbəbindən cavabdehə “Skoda Kodiaq 2.0 TSİ” markalı, **-PX-*** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və xx.xx.2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin müvafiq duracağından nümayəndə tərəfindən götürülmüşdür. Avtomobil iddiaçının qanuni sahibliyinə geri qaytarıldıqdan sonra cavabdehə xx.xx.2025-ci il tarixli məktubla İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçiriləcəyi barədə məlumat verilmiş və təhvil-təslim edilməsi üçün dəvət edilmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh iştirak etmədiyi səbəbindən, cavabdehin iştirakı olmadan avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair ilkin baxış aktı tərtib olunmuş və münasibət bildirilməsi üçün həmin akt qarşı tərəfə göndərilmişdir, lakin cavabdeh tərəfindən həmin akta heç bir münasibət bildirilməmişdir. Həmin baxış əsasında - ilkin baxış aktına əsasən avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün vurulmuş real zərər müəyyən edilmiş və xx.xx.2025-ci il tarixdə yenidən satışa çıxarılması üçün cavabdehin təqsiri üzündən vurulmuş zərərin aradan qaldırılması ilə bağlı təmir işləri aparılmışdır. Həmin xərclərin dəyəri 4561 (dörd min beş yüz altmış bir) manat təşkil edir. Avtomobilə baxış keçirilərkən cavabdeh tərəfindən 65535 km yürüş ilə geri qaytarıldığından avtomobilin dəyəri 25 faiz dərəcədə azalmışdır. Cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması səbəbindən - xx.xx.2024-cü il tarixli B-114-SA-24 nömrəli müqavilənin 3.2.6-cı bəndinin a, c və d hissələrinin iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli məktubu ilə müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli B-114-SA- 24 nömrəli müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Eyni zamanda, avtomobillə bağlı qeyd olunan xərclər iddiaçı tərəfindən ödənildikdən sonra xx.xx.2024-cü il tarixli B- 114-SA-24 nömrəli müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə uyğun olaraq 65535 km yürüşü olan “Skoda Kodiaq 2.0 TSİ” markalı, buraxılış ili 2022 olan (VİN:TMBLD6NS7N8044455) yenidən satışa çıxarılmış və İddiaçı MMC-ti ilə "xxxx" MMCti (VÖEN:**********) arasında bağlanmış xx.xx.2025-ci il tarixli C-009-SA-25 nömrəli əqdə əsasən həmin avtomobilin dəyəri 36 ay, ayda 1500 ödənilməsi şərti ilə 58000 manat müəyyən edilmişdir. Müqavilə ilə ödəniş tam edildikdən sonra alıcının mülkiyyətinə keçirilməsi nəzərdə tutulmuşdur. Eyni avtomobil eyni tarixdə birinci müqavilədə göstərilən şərtlər ilə 60 ay müddətinə satılsa idi müqavilənin ümumi qiyməti 70,421 (yetmiş min dörd yüz iyirmi bir) manat müəyyən ediləcəkdir. İkinci müqavilə üzrə satışa çıxarılan məbləğin aşağı düşməsinə səbəb avtomobilin yürüşü və həmin avtomobillərə dair bazar qiymətləri əhəmiyyətli rol daşıyır. Hazırda sonuncu müqavilə qüvvədə olmaqla, “X9 Kodiaq 2.0 TSİ” markalı, buraxılış ili 2022 olan (VİN:TMBLD6NS7N8044455) avtomobil "xxxx" MMC-nin sahibliyindədir. xx.xx.2024-cü il tarixli B-114-SA-24 nömrəli müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə əsasən avtomobil onun likvid dəyəri ilə üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda satıcı yerdə qalan məbləği alıcıya geri qaytarır. Həmin məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Odur ki, cavadeh Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli B-114- SA-24 nömrəli müqavilənin dəyəri 80,940 (səksən min doqquz yüz qırx) manat, xx.xx.2025-ci il tarixli C-009-SA-25 nömrəli ikinci satış müqaviləsinin dəyəri isə eyni şərtlər ilə 60 ay müddətinə 70,421 (yetmiş min dörd yüz iyirmi bir) manat müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh tərəfindən ümumilikdə 3849 manat aylıq ödəniş edilmiş, cavabdeh tərəfindən edilmiş aylıq ödənişlər də, iki müqavilə arasında olan fərqdən çıxıldıqdan sonra (1-ci müqavilə dəyəri 80940 manat, ikinci müqavilə dəyəri 70421 manat = 10519 manat – ümumi ödənişlər 3849 manat = 6670 manat) Cavabdeh İddiaçı MMC-yə 6670 (altı min altı yüz yetmiş) manat borcu qalmışdır. Cavabdeh avtomobil alışına dair iki əqd arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi-6670 (altı min altı yüz yetmiş) manat və cavabdehin avtomobili istismar etdiyi zaman vurduğu zərər (delikt) olmaqla, avtomobilə təkrar satışa (əvvəlki vəziyyətə gətirilməsi) çıxarılması üçün iddiaçıya dəymiş zərər qismində iddiaçı tərəfindən real olaraq təmir üçün çəkilmiş xərc olan 4561 (dörd min beş yüz altmış bir) manat olmaqla, ümumilikdə 11,231 (on bir min iki yüz otuz bir) manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, nümayəndənin iş çoxluğu ilə əlaqədar xx.xx.2025-ci il tarixə saat 12:30-a təyin edilmiş baxış iclasında iştirakının üzürlü səbəbdən mümkün olmayacağı səbəbindən baxış iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirdi ki, o, şirkətə işə daxil olmuş, həmin şirkət o, işə daxil olmamışdan əvvəl avtosalondan bir avtomobil götürmüş, müqavilə onun adına bağlanmış, lakin sözügedən avtomobil ona verilməmişdir, həmin avtomobilin idarə olunmasına dair avtosalon tərəfindən başqa şəxsə etibarnamə verilmişdir. Həmin adam bir neçə aylar avtomobilin ödənişini etmiş, bir müddət sonra işlər uzandığı üçün əmək haqqı almadığı üçün işdən kənarlaşmışdır. O, işdən kənarlaşdıqdan sonra avtosalonla əlaqə saxlamış və bildirmişdir ki, avtomobil onun həyətindədir, ödəniş yoxdursa götürsünlər. Həmin avtosalon şirkətin adına olan avtomobili qapıdan götürüb aparmış, şirkət rəhbərinin idarə etdiyi - onun adına olan avtomobili isə bir neçə ay ödəniş etdikdən sonra başqa şəxsə vermişlər. Avtosalon onunla əlaqə saxlamış və bildirmişdir ki, avtomobilin ödənişi yoxdur və avtosalona verilməlidir. O, həmin avtomobili idarə edənin nömrəsini tapmış, avtosalona yaxınlaşmasını xahiş etmiş və həmin adama avtomobili öz adına keçirməsini demişdir. O, həmin məlumatı avtosalona vermiş, həmin adamı avtosalona dəvət etmişlər, lakin avtomobil olmamışdır. Avtosalon həmin adama etibarnamə vermiş və bir ay sonra avtomobili həmin adamın adına keçirəcəklərini bildirmişlər. Həmin vaxt ödəniş olunmadığı üçün avtosalon polisə müraciət etmiş və avtomobil duracağa yerləşdirilmişdir. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli B-114-SA-24 nömrəli avtomobil alqı-satqısı müqaviləsinin 1.1-ci maddəsindən görünür ki, satıcı müqavilənin şərtlərinə uyğun olaraq, modeli “Skoda Kodiaq 2.0 TSİ” buraxılış ili 2022 olan (VİN: TMBLD6NS7N8044455, rəng: tünd göy metal) avtomobil (lər)i dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobil(lər)i qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyəndəşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərələrin razılığı ilə ƏDV daxil 80940 (səksən min doqquz yüz qırx) manat məbləğində müəyyən edilir. Alıcı 0 (sıfır) manat məbləğində ödəniş edir. Qalıq borc sayılacaq 80940 (səksən min doqquz yüz qırx) manat məbləği isə alıcı xx.xx.2024-cü il tarixdən etibarən 60 (altmış) ay müddətində, ayda 1349 (min üç yüz qırx doqquz) manat olmaqla, ödəməyi satıcı qarşısında öz öhdəsinə götürür. Həmin müqavilənin 3.2.5-ci maddəsinin a bəndinə əsasən alıcının bu Müqavilə üzrə öhdəliklərini yeirnə yetirməsi üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlanıldığı tarixdən etibarən alıcı bu müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu taqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Bu halda, avtomobil onun ani likvid dəyəri ilə satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra, satış məbləği "alıcı”-nın borcunu tam bağladıqda satıcı yerdə qalan məbləği alıcıya geri qaytarır. Bu məbləğ "alıcı”-nın borcunu ödəmədiyi təqdirdə "alıcı” qalıq borc məbləğini “satıcı”-ya ödəməlidir. “Alıcı” bundan imtina etdiyi təqdirdə “satıcı” məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. İşdə olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-ti tərəfindən işəsalma açarı (2 ədəd), istismar kitabçası, ayaqaltı dəsti, ehtiyat təkər, alətlər dəsti, domkrat, açar və “Skoda Kodiaq 2.0 TSİ” markalı avtomobil qüsursuz və texniki saz vəziyyətdə (alıcıya) Cavabdeh təhvil verilmişdir. Cavabdeh (alıcıya) avtomobilin təchizatı və texniki xüsusiyyətləri izah olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan **-PX-*** dövlət nömrə nişanlı “Skoda Kodiaq” markalı avtomobilin idarə edilməsini X3 (sürücülük vəsiqəsi seriya: BB № 703188, dərəcəsi: B1, B) etibar edir. İşdə olan xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan **-PX-*** dövlət nömrə nişanlı “Skoda Kodiaq” markalı avtomobilin idarə edilməsini Cavabdeh (sürücülük vəsiqəsi seriya: AF № 028512, dərəcəsi: B) etibar edir. İşdə olan xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan **-PX-*** dövlət nömrə nişanlı “Skoda Kodiaq” markalı avtomobilin idarə edilməsini X2 (sürücülük vəsiqəsi seriya: AC № 085386, dərəcəsi: B) etibar edir. İşdə olan arayışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli B-114-SA- 24 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixdə 580 manat məbləğində ilkin ödəniş edilmişdir. Müqavilə üzrə borc məbləği-80940 manat, ödənilən aylıq-3849 manat, qalıq borc-77091 manat, xx.xx.2025-ci il tarixi üçün gecikdirilmiş məbləğ 2896 manat, cərimə məbləği 464 manat təşkil etmişdir. İşdə olan kassa mədaxil orderlərindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMCnin hesabına xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 849 manat, xx.xx.2024-cü il tarixdə 500 manat və xx.xx.2024-cü il tarixdə 2000 manat məbləğində pul ödənilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-ti tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, xx.xx.2024-cü il tarixli B-114-SA-24 nömrəli müqavilənin davam etdirilməsi üçün “Skaz Autohouse" MMC-yə olan ümumilikdə 2119 (iki min yüz on doqquz) manat məbləğində borcun 7 (yeddi) gün ərzində ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks təqdirdə xx.xx.2024-cü il tarixli B-114-SA-24 nömrəli müqaviləyə xitam veriləcəyi və məhkəməyə müraciət edilərək İddiaçı MMC-yə dəymiş zərər və bununla bağlı çəkilmiş bütün xərclərin iddia predmetinə əlavə edilərək Cavabdeh tələb olunacağı bildirilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixdə tərtib olunmuş xx.xx.2024-cü il tarixli B-114-SA-24 nömrəli avtomobil alqı-satqı müqaviləsinin əlavə razılaşması üzrə nəqliyyat vasitəsinin təhvil-təslim edilməsinə dair aktdan görünür ki, İddiaçı MMC-nin əməkdaşı-stock meneceri Məmmədov Cabbar tərəfindən tərtib edilmiş akt üzrə “Skoda Kodiaq” (Ban nömrə: TMBLD6NS7N8044455) **-PX-*** dövlət qeydiyyat nömrəli avtomobilin xx.xx.2025-ci il tarixdə axşam radələrində İddiaçı texniki təmir mərkəzinin (avtoservis) qarşısında yerləşən boş əraziyə (ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74) cərimə meydançasından gəlib, həmin avtomobilin alıcı Cavabdeh rəsmi təhvil-təslim aktı üzrə geri alınması mümkün olmamışdır. “Skoda Kodiaq” (Ban nömrə: TMBLD6NS7N8044455) **- PX-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin vəziyyəti-təkərlərində zədələr var, açar yoxdur, arxa krıloda zədələr var, arxa baqajın qapısında zədə var, ön şüşədə çat var kimi qiymətləndirilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-ti tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, “Skoda Kodiaq 2.0 TSİ”, buraxılış ili 2022 olan (VİN: TMBLD6NS7N8044455, rəng: tünd göy metal) avtonəqliyyat vasitəsinin Cavabdeh tərəfindən İddiaçı MMC-nin qanuni sahibliyinə geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə 10:00-nın rəsmi servis (texniki xidmət) mərkəzində Skoda Kodiaq 2.0 TSİ, buraxılış ili 2022 olan (VİN: TMBLD6NS7N8044455, rəng: tünd göy metal) avtonəqliyyat vasitəsinə texniki baxış keçiriləcək, nəqliyyat vasitəsinin geri qaytarılma tarixinə mövcud olan texniki vəziyyəti müəyyən ediləcək və texniki yoxlanışın nəticəsinə uyğun olaraq müvafiq akt tərtib ediləcəkdir. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 10:00-da İddiaçı-nın rəsmi servis mərkəzinə (Ünvan: Nizami rayonu, Babək pr-ti 74) gəlməsi və nəqliyyat vasitəsinə texniki baxış keçirilən zaman iştirak etməsi xahiş olunmuşdur. Yoxlanışın keçirilmə tarixinin və ya vaxtının Cavabdeh uyğun gəlməyəcəyi təqdirdə, müvafiq dəyişikliyin edilməsi mümkündür. Texniki baxışın keçiriləcəyi tarixdə və vaxtda Cavabdeh İddiaçı servis mərkəzinə gəlməyəcəyi təqdirdə, texniki baxışın Cavabdeh iştirakı olmadan həyata keçiriləcəyi, tərtib edilmiş aktın 1 nüsxəsinin Cavabdeh ünvanına göndəriləcəyi və təmir aktında qeyd olunmuş məqamların Cavabdeh tərəfindən qəbul edilmiş hesab ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli təmir aktından görünür ki, “Skoda Kodiaq” markalı **- PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci cəmi 6879,84 manat təşkil etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-ti tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsinə keçirilmiş baxışın nəticəsində müvafiq akt tərtib edilmişdir. Məktuba əlavə edilən təmir aktına dair Cavabdeh hər hansı əlavə və dəyişiklikləri, habelə irad və təklifləri olacağı təqdirdə 3 (üç) iş günü ərzində İddiaçı MMC-yə məlumat verilməsi Cavabdeh xahiş olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-ti tərəfindən Cavabdeh ünvanlanmış müqaviləyə xitam verilməsi barədə məktubdan görünür ki, İddiaçı MMC-yə ümumilikdə xx.xx.2025-ci il tarixə olan əsas 1349 (min üç yüz qırx doqquz ) manat, cərimə 770 (yeddi yüz yetmiş) manat məbləğində borcun 7 (yeddi) gün ərzində ödənilməsinin təmin edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli xəbərdarlığa baxmayaraq, Cavabdeh tərəfindən heç bir addım atılmadığından Cavabdeh ilə İddiaçı MMC arasında avtomobil alqı-satqısına dair xx.xx.2024-cü il tarixli B-114-SA-24 nömrəli müqaviləyə İddiaçı MMC-ti tərəfindən xitam verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli icra edilmiş xidmətlərə dair aktdan görünür ki, “X8 2.0 TSİ” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci cəmi 4560,64 manat təşkil etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli C-009-SA-25 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC-ti tərəfindən “X8 2.0 TSİ” markalı VİN: TMBLD6NS7N8044455, buraxılış ili: 2022, rəngi: tünd göy metal olan avtomobil "xxxx" MMC-nin lizinqə verilmişdir. Lizinq ödənişlərinin ümumi məbləği 58000 (əlli səkkiz min) manat təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2025-ci il tarixli C-009-SA-25 nömrəli lizinq müqaviləsində göstərilən lizinq obyekti satıcı İddiaçı MMC-ti tərəfindən "xxxx" MMC-yə (lizinq alana) təhvil verilmişdir. Lizinq obyekti - “X8 2.0 TSİ” (VİN: TMBLD6NS7N8044455), işəsalma açarı, çətir, ayaqaltı dəsti, ehtiyat təkər, alətlər dəsti, domkrat və açardan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 645.2-ci maddəsinə əsasən əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmlakına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq göstərir ki, hazırda iddiaçı qanunla üzərinə düşən sübutetmək vəzifəsinin öhdəsindən gəlmişdir. Bu zaman göstərilən halın əks olmasının təsdiqi üçün mötəbər sübutların təqdim edilməsi cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının mövqeyi mülkiyyətində olan avtomobildə aşkar edilmiş qüsurlarla bağlı aktlarla və müqavilə şərtləri ilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə iddiaçının mövqeyini əsaslı sayır və göstərir ki, iddiaçı avtomobilə dəymiş zərərlə bağlı pulunu tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində təsbit edilmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinin tələbinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəməyə təqdim olunmuş materiallardan müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobil alqı-satqısı müqaviləsinə əsasən iddiaçı cavabdehə “X8 2.0 TSİ” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili satmışdır. Cavabdeh tərəfindən sözügedən avtomobil şirkətə təhvil verilmiş, həmin avtomobil təhvil verilərkən avtomobildə qüsurlar olduğu aşkar edilmiş və aşkar edilmiş qüsurlarla bağlı aktlar tərtib edilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC-ti tərəfindən “X8” avtomobil "xxxx" MMC-nə 58000 (əlli səkkiz min) manata lizinqə verilmişdir. xx.xx.2024-cü il tarixli avtomobil alqı-satqısı müqaviləsinin 3.2.5-ci maddəsinin a bəndinə əsasən avtomobil alışına dair iki əqd arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 6670 (altı min altı yüz yetmiş) manat və 4561 (dörd min beş yüz altmış bir) manat məbləğində zərər vurulduğunu təsdiq edən sübut kimi iddiaçı xx.xx.2024-cü il tarixli avtomobil alqı-satqısı müqaviləsinə və təmir aktlarına əsaslanmışdır. Cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirmədiyindən iddiaçı öz tələbində haqlıdır və buna görə də iddia tələbi təmin edilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 123,70 manat dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 6670 (altı min altı yüz yetmiş) manat və 4561 (dörd min beş yüz altmış bir) manat təmir xərci, cəmi 11231 (on bir min iki yüz otuz bir) manat və ödənilmiş 123,70 (yüz iyirmi üç manat yetmiş qəpik) manat dövlət rüsumu alınaraq, İddiaçı MMC-yə verilsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(058)-1152/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-1152/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver