Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-1251/2025 30.01.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən "xxxx" MMC-nin xeyrinə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 298.04 manat ödənilməmiş hissə, 29.80 manat cərimə; xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən 400.5 manat ödənilməmiş hissə, 40.05 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 729.9 manat ödənilməmiş hissə, 72.99 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 729.9 manat ödənilməmiş hissə, 72.99 manat cərimə olmaqla ümumilikdə 2374.17 manat borcun və 43.75 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərindəki müqavilələrinə əsasən, ime ikod **********03323 xıaomı redmı 13 markalı telefon, paket xl xidməti, qızıl zəmanət ultra 3 ıl xidməti, imei kod **********94780 huaweı nova y72s markalı telefon, qızıl zəmanət ultra 1 ıl xidməti, paket xl xidməti, qızıl zəmanət ultra2 ıl xidməti, samsung charger, imei kod **********84722 samsung galaxs 16 markalı telefon, imei kod **********36808 samsung galaxy 16 markalı telefon, samsung charger, paket xl xidməti, qızıl zəmanət ultra 2 ıl xidməti almış və nəticədə 2374,17 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 458,04 manat (12 ay x 38,17 manat + 0 manat ilkin ödəniş) olan ime ikod **********03323 xıaomı redmı 13 markalı telefon, paket xl xidməti, qızıl zəmanət ultra 3 ıl xidməti üçün 327,84 manat olmaqla ondan, 298,04 manat ödənilməmiş hissə, 29,80 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 420,5 manat (18 ay x 22,25 manat + 20 manat ilkin ödəniş) olan İmei kod **********94780 HUAWEİ NOVAY72S markalı telefon, qızıl zəmanət ultra1 ıl xidməti üçün 440,55 manat olmaqla ondan, 400,5) manat ödənilməmiş hissə, 40,05 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 729.9 manat (18 ay x 40.55 manat + 0 manat ilkin ödəniş) olan paket xl xidməti, qızıl zəmanət ultra2 ıl xidməti, samsung charger, imei kod **********84722 samsung galaxya16 markalı telefon üçün 802,89 manat olmaqla ondan 729,9 manat ödənilməmiş hissə, 72,99 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 729,9 manat (18 ay x 40,55 manat + 0 manat ilkin ödəniş) olan imei kod **********36808 samsung galaxy a16 markalı telefon, samsung charger, paket xl xidməti, qızıl zəmanət ultra2 ıl xidməti üçün 802,89 manat olmaqla ondan 729,9 manat ödənilməmiş hissə, 72,99 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 180 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il müqavilənin və ona əlavənin surətindən görünür ki, cavabdeh dəyəri 458.04 ime ikod **********03323 xıaomı redmı 13 markalı telefon, paket xl xidməti, qızıl zəmanət ultra 3 ıl xidməti üçün nisyə qaydada almış, malın qiymətini ayda 38.17 manat olmaqla, 12 ay müddətinə: xx.xx.2025-ci il tarixli və ona əlavənin surətindən görünür ki, cavabdeh dəyəri 420.5 manat İmei kod **********94780 HUAWEİ NOVAY72S markalı telefon, qızıl zəmanət ultra1 ıl xidməti nisyə qaydada almış, malın qiymətini ayda 22.25 manat olmaqla, 18 ay müddətinə; həmçinin xx.xx.2025-ci il tarixli müqavilənin və ona əlavənin surətindən görünür ki, cavabdeh dəyəri 729.91 manat olan paket xl xidməti, qızıl zəmanət ultra 2 ıl xidməti, samsung charger, imei kod **********84722 samsung galaxy a16 markalı telefon nisyə qaydada almış, malın qiymətini ayda 40.55 manat olmaqla, 18 ay müddətinə; xx.xx.2025-ci il tarixli müqavilənin və ona əlavənin surətindən görünür ki, imei kod **********36808 samsung galaxy a16 markalı telefon, samsung charger, paket xl xidməti, qızıl zəmanət ultra 2 ıl xidməti nisyə qaydada almış, malın qiymətini ayda 40.55 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 160 manat ödəniş etmişdir, 298.04 manat əsas borc və gecikməyə görə 29.80 manat cərimə borcu hesablanmışdır. xx.xx.2025-ci il tarixli müqavilə üzrə üçün əsas məbləğdən 20 manat ödəniş etmişdir, 400.5 manat əsas borc və gecikməyə görə 40.05 manat cərimə borcu hesablanmışdır. xx.xx.2025-ci il tarixli müqavilə üzrə 729.9 manat əsas borc və gecikməyə görə 72.99 manat cərimə borcu hesablanmışdır. Həmçinin xx.xx.2025-ci il tarixli müqavilə üzrə 729.9 manat əsas borc və gecikməyə görə 72.99 manat cərimə borcu hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı baradə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 57-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında cərimə nəzərdə tutulduğundan iddiaçının hesabladığı cərimə məbləğləri müqavilələrin şərtlərinə uyğundur. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq hesab edir ki, cərimənin məbləği məhkəmə tərəfindən azaldılaraq olaraq hər müqavilə üzrə 10 manat cəmi 40 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə cavabdehdən ümumilikdə 2198.34 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzinin qismində 41.99 manat da cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 298.04 manat əsas, 10 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 400.5 manat əsas, 10 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 729.9 manat əsas 10 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 729.9 manat əsas 10 manat cərimə olmaqla ümumilikdə 2198.34 (iki min yüz doxsan səkkiz manat otuz dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41.99 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-1251/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-1251/2025
30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver