Məhkəmə qərarları › İş №e-2(058)-1252/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-1252/2025

12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-1252/2025 12.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 632.99 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə 23.6 manat, 63.30 manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən 250.54 manat ödənilməmiş hissə, 25.05 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 95.89 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə 23.6 manat və 9.59 manat cərimə olmaqla ümumilikdə 1124.56 manat borcun və 31.25 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, imei kod **********96395 samsung galaxy a35, paket l xidməti, qızıl zəmanət ultra 2 ıl xidməti, zəmanət + 3 ıl xidməti, nevada-qonaq–masa, imei kod **********29490 nokıa 321 almış və nəticədə 1124.56 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1139.94 manat (18 ay x 63.33 manat + 0 manat ilkin ödəniş) olan imei kod **********96395 samsung galaxy a35, paket l xidməti, qızıl zəmanət ultra2 ıl xidmət üçün ümumilikdə, 719.89 manat olmaqla, 632.99 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 63.30 manat cərimə. xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 561.6 manat (24 ay x 23.4 manat + 0 manat ilkin ödəniş) olan zəmanət + 3 ıl xidməti, nevada- qonaq – masa üçün ümumilikdə, 275.59 manat olmaqla ondan, 250.54 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25.05 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 129.08 manat (9 ay x 19.22 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********29490 NOKİA 3210 üçün ümumilikdə, 129.08 manat olmaqla ondan, 95.89 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 9.59 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 895.1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024 -cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh qızı arasında bağlanmış xx.xx.2024-ci il müqavilənin və ona əlavənin surətindən görünür ki, cavabdeh dəyəri 1139.99 manat olan imei kod **********96395 samsung galaxy a35, paket l xidməti, qızıl zəmanət ultra2 ıl xidmət nisyə qaydada almış, malın qiymətini ayda 63.33 manat olmaqla, 18 ay müddətinə: xx.xx.2024cü il tarixli və ona əlavənin surətindən görünür ki, cavabdeh dəyəri 561.6 manat zəmanət + 3 ıl xidməti, nevada- qonaq – masanı nisyə qaydada almış, malın qiymətini ayda 23.4 manat olmaqla, 24 ay müddətinə; həmçinin xx.xx.2024-cü il tarixli müqavilənin və ona əlavənin surətindən görünür ki, cavabdeh dəyəri 172.98 manat olan İmei kod **********29490 NOKİA 3210 nisyə qaydada almış, malın qiymətini ayda 19.22 manat olmaqla, 9 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024cü il tarixli müqavilə üzrə 632.99 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə 23.6 manat və gecikməyə görə 63.30 manat cərimə borcu hesablanmışdır. xx.xx.2024-cü il müqavilə üzrə 250.54 manat əsas borc və gecikməyə görə 25.05 manat cərimə borcu hesablanmışdır. Həmçinin xx.xx.2024-cü il müqavilə üzrə 95.89 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə 23.6 manat və gecikməyə görə 9.59 manat cərimə borcu hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı baradə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 57-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında cərimə nəzərdə tutulduğundan iddiaçının hesabladığı cərimə məbləğləri müqavilələrin şərtlərinə uyğundur. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq hesab edir ki, cərimənin məbləği məhkəmə tərəfindən azaldılaraq olaraq hər müqavilə üzrə 5 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə cavabdehdən ümumilikdə 994.42 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzinin qismində 30 manat da cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 632.99 manat əsas, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 250.54 manat əsas, 5 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 95.89 manat əsas 5 manat cərimə olmaqla ümumilikdə 994.42 (doqquz yüz doxsan dörd manat qırx iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar