Məhkəmə qərarları › İş №e-2(058)-1542/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-1542/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-1542/2023 13.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, ********* saylı xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 770.60 manat əsas borc və 115.50 manat cərimə borcu, cəmi 886.10 manat pulun; ********* saylı xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 43.90 manat əsas borc və 6.50 manat cərimə borcu, cəmi 50.40 manat pulun; ********* saylı xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 637.50 manat əsas borc və 95.60 manat cərimə borcu, cəmi 733.10 manat pulun, ümumilikdə üç müqavilə üzrə 1452 manat əsas borc və 217.60 manat cərimə borcu, cəmi 1669.60 manat məbləğində borcun və ödənilmiş 36.70 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış ********* saylı xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, ümumi dəyəri 1740.60 olan “Samsung” markalı telefonu hər ay 97 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə almış, son ödəniş xx.xx.2023-cü il tarixində 97 manat məbləğində həyata keçirilmişdir. Ödənilməmiş əsas borc məbləği 770.60 manat, gecikdirilmiş günlərə görə 115.50 manat hesablanmışdır. ********* saylı xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, ümumi dəyəri 113.90 olan “JBL” markalı qulaqcığı hər ay 10 manat olmaqla 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə almış, son ödəniş xx.xx.2023-cü il tarixində 10 manat məbləğində həyata keçirilmişdir. Ödənilməmiş əsas borc məbləği 43.90 manat, gecikdirilmiş günlərə görə 6.50 manat hesablanmışdır. ********* saylı xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, ümumi dəyəri 1097.50 olan “XİAOMİ” markalı telefonu hər ay 92 manat olmaqla 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə almış, son ödəniş xx.xx.2023-cü il tarixində 92 manat məbləğində həyata keçirilmişdir. Ödənilməmiş əsas borc məbləği 637.50 manat, gecikdirilmiş günlərə görə 95.60 manat hesablanmışdır. Nisyə alqı-satqı müqavilələrinin №1 saylı əlavələrinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış ********* saylı xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) “Samsung” markalı mobil telefon adlı məhsulları alıcıya verməyi, alıcı isə həmin avadanlığı qəbul edib məhsulun dəyərini ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarına əlavə edilmiş ********* saylı xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, alıcı (cavabdeh) 0 manat ilkin ödəniş etməyi, qalan 1740.60 manat məbləğində pulu 18 ay müddətində hər ay 97 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2022ci il tarixli müqavilə üzrə malın dəyərindən 970 manat ödəmiş, hazırda 770.60 manat müqavilə üzrə ödənilməmiş məbləğ və 1155 manat cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış ********* saylı xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) “JBL” markalı qulaqcıq adlı məhsulları alıcıya verməyi, alıcı isə həmin avadanlığı qəbul edib məhsulun dəyərini ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarına əlavə edilmiş ********* saylı xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, alıcı (cavabdeh) ilkin ödəniş 0 manat, qalan 113.97 manat məbləğində pulu 12 ay müddətində hər ay 10 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2022ci il tarixli müqavilə üzrə malın dəyərindən 70 manat ödəmiş, hazırda 43.90 manat müqavilə üzrə ödənilməmiş məbləğ və 65 manat cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış ********* saylı xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) “XİAOMİ” markalı telefon adlı məhsulları alıcıya verməyi, alıcı isə həmin avadanlığı qəbul edib məhsulun dəyərini ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarına əlavə edilmiş ********* saylı xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, alıcı (cavabdeh) ilkin ödəniş 0 manat, qalan 956 manat məbləğində pulu 12 ay müddətində hər ay 92 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2022ci il tarixli müqavilə üzrə malın dəyərindən 0 manat ödəmiş, hazırda 637.50 manat müqavilə üzrə ödənilməmiş məbləğ və 956 manat cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş xəbardarlığın surətindən görünür ki, İddiaçı MMC tərəfindən borclu Cavabdeh ********* saylı xx.xx.2022-ci il tarixli, ********* saylı xx.xx.2022ci il tarixli və ********* saylı xx.xx.2022-ci tarixli alqı-satqı müqavilələr üzrə borcunu ödəməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda maliyyə arayışları üzrə cavabdeh ödənişləri gecikdirmişdir. Müqavilələrə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1%-i (50 qəpikdən az olmamaqla) hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilə şərtlərinə uyğun olduğu müəyyən edilir. Lakin, məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə dəbbə pulu azaldılmalı və 60 manat məbləğində müəyyən edilməlidir və xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə dəbbə pulu azaldılmalı və 50 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, cavabdehdən sözügedən müqavilələr üzrə əsas borc və cərimə daxil olmaqla ümumilikdə 2399.10 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 36.70 manat dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq 35.68 manat hissəsi iddiaçının xeyrinə Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 770.60 manat əsas borc və 60 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 43.90 manat əsas borc və 6.50 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 637.50 manat əsas borc və 50 manat dəbbə pulu olmaqla, ümumilikdə 1568.50 (min beş yüz altmış səkkiz manat, əlli qəpik) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35.68 manat pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar