Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-176/2025 18.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X10 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3260 manat məbləğində vurulmuş zərərin və 52,60 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3312,60 manat pulun alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “QAZ 32213” markalı, **-CN-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 2021-ci il dekabrın 13-də Cavabdeh idarəetmə hüuqu olmadan idarə etdiyi “QAZ 32213” markalı, **-CN-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri, S.Əliyev küçəsində “VAZ 21074” markalı, **-SP-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, toqquşmanın nəticəsində sonuncu avtomobilin sürücüsü X4 yüngül dərəcədə xəsarət almışdır. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 334.3-cü ((Bu Məcəllənin 334.1-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə)) və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Gəncə şəhəri BPİ-nin DYPŞ-nə göndərilmişdir. Gəncə şəhəri BPİ-nin DYPŞ-in İXP ******* nömrəli X8 protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü (bu Məcəllənin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)-74/20222 nömrəli xx.xx.2022-ci il il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü (bu Məcəllənin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə təqsirli bilnmişdir. Vurulmuş zərərin məhz cavabdehin təqsiri nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 8262 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “VAZ 21074” markalı, **-SP-*** dövlət nömrə nişanlı avtomobilə 2510 manat məbləğində ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.5-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunan və ya üçüncü şəxs əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan yüngül xəsarət aldıqda - 15 faizi nisbətlərində ödənilir (5000 manat bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə x 15% = 750 manat). İddiaçı xx.xx.2022-ci il tarixdə 1100 nömrəli ödəniş tapşırığı ilə avtomobilə dəymiş zərərə görə 2510 manat və 1101 nömrəli ödəniş tapşırığı yüngül xəsarət aldığına 750 manat məbləği zərərçəkmiş şəxs X3 ödəmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(058)-1375/2024 nömrəli qərardadından görünür ki, mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, əlavə və vəsatətləri yoxdur, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etməmiş və bildirmişdir ki, o, idarə etdiyi avtomobil ilə qəza törətmiş, nəticədə 3260 manat sığorta borcu yaranmışdır. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi var, lakin mikroavtobus sürmək üçün kateqoriyası olmamışdır. Hazırkı qərara əsasən kateqoriya olmadan avtomobili sığorta etdirmək mümkün deyil, lakin onun həmin qərardan məlumatı olmamışdır, belə ki, o, avtomobilini sığorta etdirən zaman onun kateqoriyasına dair heç bir problem olmamışdır. Hazırda o, ailəlidir, himayəsində körpə uşaqları vardır, pulu ödəyə bilməməsinə səbəb borclarının və digər problemlərinin olmasıdır, lakin borcundan ödənişlər edəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli PXA********** nömrəli “icbari sığorta müqaviləsinə dair məlumat”-dan görünür ki, “QAZ 32213” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortaçı "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İşdə olan PXA101191 nömrəli sığorta aktından görünür ki, “Qaz 32213” markalı, 20 CN-112 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, S.Əliyev küçəsində “VAZ 21074” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, "xxxx" MMC tərəfindən təqdim olunmuş akta əsasən “VAZ 21074” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2510 manat məbləğində zərər dəymiş və həmin dəymiş 2510 manat məbləğində maddi ziyan "xxxx" ASC tərəfindən X3 ödənilmişdir. İşdə olan PXA103213 nömrəli sığorta aktından görünür ki, “Qaz 32213” markalı, 20 CN-112 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, S.Əliyev küçəsində “VAZ 21074” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilin sürücüsü X4 yüngül dərəcədə xəsarət almışdır, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya MTE və PA ETT Birliyinin Ekspert rəyinə əsasən X3 750 manat məbləğində zərər dəymiş və həmin dəymiş 750 manat məbləğində maddi ziyan "xxxx" ASC tərəfindən X3 ödənilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 8262 nömrəli "xxxx" automobil servic qiymətləndirilmə aktından görünür ki, “VAZ 2107” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2510 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Sürücü Cavabdeh X9 Qanunun tələblərini pozduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün onun barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli X8 Protokoldan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələri ilə təqsirli bilinmişdir. İşdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(043)- 74/2022 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 1100 nömrəli ödəniş tapşırığından görünür ki, “Xalq” Sığorta” ASC-ti tərəfindən PXA 101191 nömrəli sığorta aktına əsasən X3 2510 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 1101 nömrəli ödəniş tapşırığından görünür ki, “Xalq” Sığorta” ASC-ti tərəfindən PXA 103213 nömrəli sığorta aktına əsasən X3 750 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İşdə olan arayışdan görünür ki, Cavabdeh idarə etdiyi “QAZ 32213” markalı **-CN- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə saat 18:00-da Gəncə şəhəri, S.Əliyev küçəsində X2 idarə etdiyi “VAZ 21074” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində X4 yüngül xəsarət almışdır. İşdə olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 10 fevral 2022-ci il tarixli 05/01-265 nömrəli məktubdan görünür ki, Cavabdeh 3260 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında 7 (yeddi) iş günü ərzində könüllü ödəməsi təklif olunmuş, əks təqdirdə qeyd olunan məbləğin Cavabdeh məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. Məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi zamanı təsvir olunmuş sənədlərə əsasən hesablanmış ziyanın məbləği işin həqiqi hallarına uyğun gəlir və ona görə də ziyanın məbləği 3260 manat həddində qəbul edilməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş sığorta hadisəsinə görə sığortaçı tərəfindən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı sığortaçının subroqasiya hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən normaları əsasında həll olunmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığorta haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. Həmin Qanunun 3-cü maddəsinin 2-ci hissəsinə görə sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər. Həmin Qanunun 3-cü maddəsinin 3-cü hissəsinə görə könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi zamanı zərərçəkmişə sığorta ödənişi vermiş iddiaçının cavabdehə qarşı subroqasiya hüququ, yalnız cavabdeh nəqliyyat vasitəsini idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə sərxoş vəziyyətdə idarə etdiyi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırdığı, və yaxud hadisə yerindən yayınmış olduğu hallardan biri olduqda yaranır. Sadalanan halllardan biri olduqda, subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, S.Əliyev küçəsində Cavabdeh nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan “QAZ 32213” markalı **-CN-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh yol-nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. "xxxx" ASC-də əmlak sığortası qaydasında “Qaz 32213” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. Nəqliyyat hadisəsi baş verən zaman zərərçəkmiş şəxs X2 idarə etdiyi “VAZ 21074” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2510 manat məbləğində ziyan, X1 isə 750 manat məbləğində maddi zərər vurulmuş, bundan sonra iddiaçı tərəfindən könüllü sığorta müqaviləsinə əsasən X3 avtomobilə dəymiş ziyana görə 2510 manat, X2 yüngül dərəcədə xəsarət almasına görə isə 750 manat məbləğində sığorta ödənişi verilmişdir. Cavabdehin yol nəqliyyat hadisəsini törədən vaxt nəqliyyyat vasitəsini idarə etmə hüququ olmamışdır. Belə olan halda iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «X9» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, sığorta və zərərin ödənilməsi ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, 50-ci və 59-cu fəslinin müddəaları tətbiq edilməli və aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələri zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdiriliməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Yəni, sığortalının zərərin əvəzini üçüncü şəxs qarşısında irəli sürmək hüququ sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Sığortaçıya keçən zərərin əvəzinin ödənilməsi hüququnun həcmi, sığortalıya ödənilən məbləğdən artıq ola bilməz. İş materiallarından görünür ki, sığorta hadisəsi baş verəndən sonra sığortaçı sığortalıya 3260 manat sığorta ödənişi ödəmişdir və iddia tələbinin məbləği ödənilən sığorta məbləğinə uyğundur. Həmin Məcəllənin 21.1. maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2. maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-ti tərəfindən sığorta hadisəsi baş verən zaman sığorta müqaviləsinə əsasən faydalanan şəxsə sığorta ödənişi ödənildiyindən, zərərin əvəzinin ödəmək tələbi (hüququ) ödənişi vermiş sığortaçı olan "xxxx" ASC-nə keçdiyindən, ödənilmiş 2510 manat və 750 manat, cəmi 3260 manat sığorta ödənişi və 52,60 manat dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3260 (üç min iki yüz altmış) manat sığorta ödənişi və ödənilmiş 52,60 manat dövlət rüsumu alınaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(058)-176/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-176/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver