Məhkəmə qərarları › İş №e-2(058)-216/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-216/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-216/2025 07.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5575 manat pulun və 75.75 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “VAZ 21074” markalı, 90–LH–797 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 sahibliyində olan və digər Cavabdeh1 sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21074” markalı, 90–LH–797 dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri, H.Əliyev prospektində “VAZ 2107” markalı, 99–BE–281 dövlət nömrə nişanlı, “Ford Focus” markalı, 20–CZ–039 dövlət nömrə nişanlı, “Chevrolet Aveo” markalı, 20– DA–896 dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı, 20–DA–896 dövlət nömrə nişanlı avtomobilin sürücüsü X6 yüngül dərəcədə xəsarət almışdır.Gəncə şəhər DYPŞ-in TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə maddəsi ilə təqsirli bilinmişdir. Gəncə şəhər DYPŞ-in TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsində (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” X16 tərəfindən verilmiş 2035 nömrəli ekspert rəyinə əsasən X3 yüngül xəsarət alması öz təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 8276 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “VAZ 2107” markalı, 99–BE–281 dövlət nömrə nişanlı avtomobilə 715 manat zərər dəymişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 8269 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “FORD FOCUS” markalı, 20–CZ–039 dövlət nömrə nişanlı avtomobilə 1210 manat zərər dəymişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 8277 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “CHEVROLET AVEO” markalı, 20–DA–896 dövlət nömrə nişanlı avtomobilə 2900 manat zərər dəymişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 1850 nömrəli ödəniş tapşırığı ilə 715 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X7 ödəmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 1846 nömrəli ödəniş tapşırığı ilə 2900 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X4 ödəmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 1842 nömrəli ödəniş tapşırığı ilə 1210 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X11 ödəmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 1847 nömrəli ödəniş tapşırığı ilə 750 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X4 ödəmişdir. Buna görə də, sözügedən şəxslərə qarşı subroqasiya hüququ yaranmışdır cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5575 manat məbləğində vurulmuş zərər və 75.75 manat məbləğində iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və mülki iş üzrə bütün məhkəmə baxış iclaslarının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və tələbin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, sözügedən yol-nəqliyyat hadisəsində təqsirli şəxs Cavabdeh1dur. Belə ki, hadisəni Cavabdeh1 törədib. Onun bu işdə heç bir təqsiri olmadığından məsuliyyəti də yaranmır. İddianın ona münasibətdə rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: 12 yanvar 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh1 əməlində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Gəncə şəhər BPİ-nin DYPŞnə göndərilməsi qərara alınmışdır. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 İXM 334.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2021-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə olan arayışın surətindən görünür ki, sözügedən yol-nəqliyyat hadisəsi baş verən vaxt VAZ-21074 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Cavabdeh1 olmuş, hadisə nəticəsində X4 yüngül bədən xəsarəti dəymiş, həmçinin onun avtomobilinə maddi zərər dəymişdir. Həmçinin hadisə zamanı X5 mülkiyyətində olan VAZ 21074 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı, X9 mülkiyyətində olan Ford Focus markalı **-CZ-*** qeydiyyat nişanlı avtomobillərə ziyan dəymişdir. İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Asc tərəfindən sığortalanmışdır. Sığortalı şəxs X8r. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, “FORD FOCUS” markalı, 20–CZ–039 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın əvəzində X11 "xxxx" ASC tərəfindən 1210 manat manat məbləğində pul ödənilmişdir. xx.xx.2022-ci il tarixli Xalq bankın 1846 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, X2 hesabına 2900 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X7 715 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X16 16 dekabr 2021-ci tarixli, 2035 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X1 qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurulduğu müəyyən olunmuşdur. xx.xx.2022-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" tərəfindən Cavabdeh1 “VAZ 2107” markalı 99–BE–281 dövlət nömrə nişanlı, “Ford Focus” markalı 20–CZ– 039 dövlət nömrə nişanlı, “Chevrolet Aveo” markalı 20–DA–896 dövlət nömrə nişanlı avtomobillər ilə toqquşma nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi görə və “Chevrolet Aveo” markalı, 20–DA–896 dövlət nömrə nişanlı avtomobilin sürücüsü X6 yüngül dərəcədə xəsarət alması səbəbinə görə sığorta şirkəti tərəfindən ödənilmiş 5575 manat sığorta ödənişinin əvəzi subroqasiya qaydasında tələb olunmuşdur. xx.xx.2022-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" tərəfindən Cavabdeh2 “VAZ 2107” markalı 99–BE–281 dövlət nömrə nişanlı, “Ford Focus” markalı 20–CZ– 039 dövlət nömrə nişanlı, “Chevrolet Aveo” markalı 20–DA–896 dövlət nömrə nişanlı avtomobillər ilə toqquşma nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi görə və “Chevrolet Aveo” markalı, 20–DA–896 dövlət nömrə nişanlı avtomobilin sürücüsü X6 yüngül dərəcədə xəsarət alması səbəbinə görə sığorta şirkəti tərəfindən ödənilmiş 5575 manat sığorta ödənişinin əvəzi subroqasiya qaydasında tələb olunmuşdur. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 “VAZ 21074” markalı, **-LH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan, həmçinin sərxoş halda idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, həmin hadisə nəticəsində “VAZ 2107” markalı, 99–BE–281 dövlət nömrə nişanlı, “Ford Focus” markalı, 20–CZ– 039 dövlət nömrə nişanlı, “Chevrolet Aveo” markalı, 20–DA–896 dövlət nömrə nişanlı avtomobillərə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində həmçinin, “Chevrolet Aveo” markalı, 20–DA–896 dövlət nömrə nişanlı avtomobilin sürücüsü X6 yüngül dərəcədə bədən xəsarət almışdır. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sözügedən avtomobillərə və şəxsin sağlamlığına dəymiş ziyana görə ümumilikdə 5575 manat məbləğində sığota ödənişi ödənilmişdir. Məhkəmə qeyd edir ki, icbari sığorta ödənişi etmiş sığortaçının subroqasiya tələbi sığortalıya, sığorta olunana və ya təqsirkara yönələ biləcəyindən Cavabdeh1 qarşı belə tələb irəli sürülə və təmin edilə bilər. Buna görə də, iddiaçının sığorta hadisəsinin baş verməsində təqsiri olan Cavabdeh1 qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə törədilmiş mülki hüquq pozuntusuna görə Cavabdeh1 mülki məsuliyyəti yaranmışdır. Lakin digər Cavabdeh2 nə sığortalı, nə sığorta olunan, nə də ki, sözügedən yol-nəqliyyat hadisəsində təqsirli olmadığından iddia tələbi həmin cavabdehə münasibətdə əsaslı deyil. Odur ki, iddia tələbi qismən, yəni Cavabdeh1 münasibətdə təmin edilərək ondan 5575 manat pul subroqasiya qaydasında tutularaq iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 75,75 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq iddiaçının xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 subroqasiya qaydasında 5575 (beş min beş yüz yetmiş beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 75.75 manat pul tutularaq “Xalq Sığorta" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar