Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-482/2024 29.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 231,9 manat ödənilməmiş hissə, 23.1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 116.2 manat ödənilməmiş hissə, 11.8 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 97.4 manat ödənilməmiş hissə, 9.6 manat cərimə borcu, ümumilikdə 490 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 298.8 manat (12 ay x 22.9 manat + 24 manat ilkin ödəniş), İMEİ KODU **********77824 SAMSUNG GALAXYY A02 markalı telefon üçün 231.9 manat ödənilməmiş hissə, 23.1 manat cərimə borcu vardır. Cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1358.4 manat (24 ay x 56.6 manat + 0 manat ilkin ödəniş), DNEPR şarpayı, DNEPR dolab, DNEPR termo, 2 ədəd DNEPR tumba, matras üçün 97.4 manat ödənilməmiş hissə, 9.6 manat cərimə borcu vardır. Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 811.2 manat (24 ay x 33.8 manat + 0 manat ilkin ödəniş), ALYAN MASA VERONA, 6 ədəd VENETSİYA stul üçün 116.2 manat ödənilməmiş hissə, 11.8 manat cərimə borcu vardır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixində MATRAS-dan imtina etmiş və məhsul 180 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1081 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 180 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 761.9 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh dəyəri 298.8 manat olan İMEİ KODU **********77824 SAMSUNG GALAXYY A02 markalı telefonu nisyə qaydada almış və malın qiymətini ayda 22.9 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. ABC Telecom» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh dəyəri 811.2 manat olan ALYAN MASA VERONA, 6 ədəd VENETSİYA stulu nisyə qaydada almış və malın qiymətini ayda 33.8 manat olmaqla, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. ABC Telecom» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh dəyəri 1358.4 manat olan DNEPR şarpayı, DNEPR dolab, DNEPR termo, 2 ədəd DNEPR tumba, matrası nisyə qaydada almış və malın qiymətini ayda 56.6 manat olmaqla, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Maliyyə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 66.9 manat ödəniş etmişdir, 231.9 manat əsas borc və gecikməyə görə 23.1 manat cərimə borcu hesablanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 97.4 manat əsas borc və gecikməyə görə 9.6 manat cərimə borcu hesablanmışdır. xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh əsas məbləğdən 695 manat ödəniş etmişdir, 116.2 manat əsas borc və gecikməyə görə 11.8 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 57-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında cərimə nəzərdə tutulduğundan iddiaçının hesabladığı cərimə məbləğləri müqavilələrin şərtlərinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC-nin xeyrinə cavabdehdən ümumilikdə 490 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə üzrə 231,9 manat ödənilməmiş hissə, 23.1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 116.2 manat ödənilməmiş hissə, 11.8 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 97.4 manat ödənilməmiş hissə, 9.6 manat cərimə borcu, ümumilikdə 490 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-482/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-482/2024
29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver