Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-498/2024 25.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Ssamux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən "xxxx" MMC-nin xeyrinə üç müqavilə üzrə yəni, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 531.86 manat ödənilməmiş, 53.14 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 287.29 manat ödənilməmiş, 28.71 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 142 manat ödənilməmiş, 14 manat cərimə olmaqla ümumilikdə 1057 manat borc, 30.57 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdehin bağladığı xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********02648 BLACKVİEW A95 markalı telefon, İMEİ kodu **********49065 Samsung Galaxy A03 markalı telefon, İMEİ kodu **********16269 XİAOMİ REDMİ 10C markalı tetlefon üçün 1057 borcu vardır. Cavabdehin "xxxx" MMC il xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 522 manat (18 ay x 29 manat) olan İMEİ kodu **********16269 XİAOMİ REDMİ 10C markalı telefon üçün 142 manat ödənilməmiş hissə,14 manat dəbbə pulu borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 761.63 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavələrinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əşyaların təhvil-təslim” aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra elməli olduğunu rəsmi qaydada bildirilsədə, cavabdeh müqavlə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 522.05 , İMEİ kodu **********16269 XİAOMİ REDMİ 10C markalı telefonu nisyə qaydada almış, malın qiymətini ayda 29 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 419.91 manat olan, İMEİ kodu **********49065 Samsung Galaxy A 03 markalı telefonu nisyə qaydada almış, malın qiymətini ayda 23.33 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. ABC Telecom» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 780.9 manat olan, İMEİ kodu **********02648 BLACKVİEW A95 markalı telefonu nisyə qaydada almış, malın qiymətini ayda 23.33 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. ABC Telecom» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 380 manat ödəmiş, 142 manat əsas borc, 14 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 132,65 manat ödəmiş, 287.29 manat əsas, 28.71 manat dəbbə pulu, xx.xx.2023-cü il, ci il tarixli müqavilə üzrə əsas məbləğdən 248.98 manat ödəmiş, 531.86 manat əsas borc, 53.14 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqavilələridir. Nisyə alqısatqı müqaviləsinin şərtlərinə görə cavabdeh həmin müqavilələr üzrə aldığı malların qiymətini hissə-hissə ödəmək öhdəliyi daşımışdır. Lakin, cavabdeh bu öhdəliyini vaxtında və tam icra etməmişdir. Belə olan halda iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satılmış əşyaların ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 14 manat, xx.xx.2023-cü iltarixli müqavilə üzrə 28.71 manat, xx.xx.2023-cü il müqavilə üzrə 53.14 manat, dəbbə pulu tələb etmişdir. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında dəbbə pulu nəzərdə tutulduğundan iddiaçının hesabladığı dəbbə pulu məbləği müqavilənin şərtlərinə uyğundur. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq gecikdirilmiş məbləğə münasibətdə tənasübsüz dərəcədə yüksək olan dəbbə pulunun azaldılmasını məqsədə müvafiq hesab edir. Buna uyğun olaraq məhkəmənin qənaətinə görə cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 25 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə cavabdehdən üç müqavilə üzrə 961.15 manat ödənilməmiş hissə, 67,71 manat dəbbə pulu olmaqla, cəmi 1028.86 manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30,57 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 142 manat ödənilməmiş hissə, 14 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 287.29 manat ödənilməmiş hissə, 28.71 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 531.86 manat ödənilməmiş hissə, 25 manat cərimə, olmaqla ümumilikdə 1028.86 manat (bir min iyirmi səkkiz manat səksən altı qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30.57 manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-498/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-498/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver