Məhkəmə qərarları › İş №e-2(058)-595/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-595/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-595/2024 24.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən "xxxx" MMC-nin xeyrinə ümumilikdə 2367 manat borcun və 43.67 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1485 manat (18 ay x 82.5 manat + 0 manat ilkin ödəniş), LG LED TV üçün 1086.5 manat ödənilməmiş hissə, 108.5 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 961.92 manat (18 ay x 53.44 manat + 0 manat ilkin ödəniş), İMEİ KODU **********68650 SAMSUNG GALAXY A33 markalı telefon, SAMSUNG CHARGER üçün 723.96 manat ödənilməmiş hissə, 72.04 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 489.96 manat 12 ay x 40.83 manat + 0 manat ilkin ödəniş), İMEİ KODU **********83463 SAMSUNG GALAXY A13 markalı telefon, SAMSUNG CHARGER üçün 283.46 manat ödənilməmiş hissə, 28.54 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 706.86 manat (18 ay x 39.27 manat + 0 manat ilkin ödəniş), İMEİ KODU **********2609 SAMSUNG GALAXY A22 markalı telefon üçün 58.27 manat ödənilməmiş hissə, 5.73 manat cərimə borcu vardır. Cavabdeh cəmi 1491.55 manat ödəniş etmişdir. Cavabdehlə "xxxx" MMC ilə bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilənin ayrimaz tərkib hissəsi olan Əşyaların təhviəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə "xxxx" MMC ilə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə qarşı tərəf müqavil ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin və ona əlavə olunmuş əlavənin surətindən görünür ki, cavabdeh dəyəri 1485 manat olan LG LED TV üçün 1485 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin və ona əlavə olunmuş əlavənin surətindən görünür ki, cavabdeh dəyəri 961.99 manat olan SAMSUNG GALAXY A33 markalı telefon, SAMSUNG CHARGER üçün ayda 53.44 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin və ona əlavə olunmuş əlavənin surətindən görünür ki, cavabdeh dəyəri 489.95 manat olan SAMSUNG GALAXY A13 markalı telefon, SAMSUNG CHARGER üçün ayda 40.83 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci tarixli müqavilənin və ona əlavə olunmuş əlavənin surətindən görünür ki, cavabdeh dəyəri 706.91 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixli müqavilə üzrə əsas məbləğdən 398.5 manat ödəniş, 1086.5 manat əsas borc və gecikməyə görə 108.5 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas məbləğdən 237.96 manat ödəniş, 723.96 manat əsas borc və gecikməyə görə 72.04 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas məbləğdən 206.5 manat ödəniş, 283.46 manat əsas borc və gecikməyə görə 28.54 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 648.59 manat ödəniş, 58.27 manat əsas borc və gecikməyə görə 5.73 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 522.96.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 57-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 522.96.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 522.96.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilə şərtlərinə uyğun olduğu müəyyən edilir. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq gecikdirilmiş məbləğə münasibətdə tənasübsüz dərəcədə yüksək olan dəbbə pulunun azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna uyğun olaraq məhkəmənin qənaətinə görə cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2022-ci tarixli müqavilə üzrə 5 manat, cəmi 95 manat cərimə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə cavabdehdən 2247.19 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 43.67 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1086.5 manat ödənilməmiş hissə, 50 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 723.96 manat ödənilməmiş hissə, 30 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 283.46 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu, xx.xx.2022-ci tarixli müqavilə üzrə 58.27 manat ödənilməmiş hissə, 5 manat cərimə pulu olmaqla, ümumilikdə 2247.19 (iki min iki yüz qırx yeddi manat, on doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43.67 manat manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar