Məhkəmə qərarları › İş №e-2(058)-648/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №e-2(058)-648/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № e-2(058)-648/2024 31.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 270 manat əsas borc və dövlət rüsumu qismində 30 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda məlum olmuşdur ki, sözügedən mülk iş ərazi aidiyyəti üzrə Samux Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, AZMİS-Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatlardan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Salyan rayonu, Xolcalı kəndində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin qanuna əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Göründüyü kimi, cavabdehlərin qeydiyyatda olduğu yer Salyan rayonunun ərazisidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakim özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə cavabdehlərin rəsmi qeydiyyat ünvanı Salyan rayonunun inzibati ərazisində yerləşdiyindən hazırki tələbə aidiyyəti üzrə Samux Rayon Məhkəməsində baxıla bilməz, qeyd olunan mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 32.3, 44.2.2, 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair e-2(058)- 648/2024 nömrəli mülki iş ərazi aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar