Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-666/2024 01.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, xx.xx.2023-cü il tarixli, HHA11953 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 163.02 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 41 ABŞ dolları cərimə, cəmi 204.02 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixdə bağlanmış HHA 1953 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 529 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 529 ABŞ dolları) “Dell NB E5470” markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq ABŞ dollar ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2023-cü il tarixdə 44.04 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 44.04 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 41.04 ABŞ dollan, xx.xx.2023-cü il tarixdə 77.08 ABŞ dollar, xx.xx.2023-cü il tarixdə 75.08 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 84.70 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Cavabdeh ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində satıcının xeyrinə faiz ödəyir. Həmin qanunvericiliyin tələblərinə əsasəsn iddiaçı tərəfindən cavabdehə alınmış əmlak təhvil verilmiş və borcu onunla bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalan 163.02 ABŞ dolları məbləğində borcunu hissə-hissə 12 ay müddətində ödəməli idi. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununlada onun hal-hazırki vaxta ödənilməmiş 163.02 ABŞ dolları məbləğində borcu yaranmışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alğısatqı müqaviləsinə əsasən satıcı (iddiaçı) «Dell NB E 5470» adlı malı alıcıya verməyi, alıcı isə həmin avadanlığı qəbul edib dəyəri olan 529 ABŞ dolları məbləğində pulu 12 ay ərzində isə hər ay 44 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Gecikdirilən aylıq borc məbləğinə dəbbə pulu kimi gündəlik 1 faiz dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə ümumilikdə 163.02 ABŞ dolları əsas ödənilməmiş pul, ödənişin gecikdirldiyi hər gün üçün, məcmu borcun 1% həcmində 41 ABŞ dolları cərimə, cəmi 204.02 ABŞ dollar borcu var. xx.xx.2024-cü il tarixli son xəbərdarlığın surətindən görünür ki, Cavabdehdan əsas borc məbləğini və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%- i həcmində cərimə məbləğini 3 (üç) gün müddətində ödəməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 09 fevral 2022-ci il tarixli bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən qiyməti 529 ABŞ dolları olan «Dell NB E 5470» malı nisyə qaydada, 12 ay ərzində hissə-hissə ödəmək şərti ilə almış, lakin müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda cavabdeh öhdəliyin icrasını gecikdirdiyindən və bu halda dəbbə pulu ödəməli olması barədə müqavilə şərti olduğundan iddiaçı dəbbə pulu ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tələb edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və 20 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə cavabdehdən 163.02 ABŞ dolları ödənilməmiş məbləğ və 20 ABŞ dolları dəbbə pulu tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 374- 220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 163.02 ABŞ dolları ödənilməmiş hissə, 20 ABŞ dolları dəbbə pulu olmaqla 183,02 ABŞ dolları (Azərbaycan manatı məzənnəsi üzrə) və dövlət rüsumunun əvəzi qismində 30 manat pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-666/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-666/2024
01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver