Məhkəmə qərarları › İş №e-2(058)-696/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-696/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-696/2024 24.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh və 3-cü şəxs Gəncə şəhəri 2 saylı notariat ofisinə qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-ti Cavabdeh və 3-cü şəxs Gəncə şəhəri 2 saylı notariat ofisinə qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış Gəncə şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 49.4 kv.m mənzildən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixdə AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi (Gəncə şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmişdir) bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 49.4 kv.m mənzilin alıcı Cavabdeh 10500 (on min beş yüz) manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3000 (üç min) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyəcəkdir. Cavabdeh qalan 7500 (yeddi min beş yüz) manat məbləği isə xx.xx.2023-cü il tarixədək hər 6 aydan bir dəfə 1200 (min iki yüz) manat olmaqla, 3 dəfə ödəniş və sonuncu ödəniş kimi isə 3900 manatı ödəmə etməyi öhdəsinə götürmüşdür. Lakin alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 3000 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam etmişdir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-cü il tarixdə müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmiş, lakin cavabdeh təklifə cavab verməmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. 3-cü şəxs ünvan 2 ünvanlayaraq iş fəaliyyəti ilə əlaqədar məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan baxılmasını və qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 49.4 kv.m olan mənzil İddiaçı QSC-ti tərəfindən Cavabdeh 10500 manat qiymətinə satılmışdır. Tərəflər arasında hesablaşma qaydasına əsasən alıcı Cavabdeh ilkin olaraq 3000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmişdir. Qalan 7500 manat məbləği isə xx.xx.2023-cü il tarixədək hər 6 aydan bir dəfə 1200 manat olmaqla 3 ödəniş və sonuncu ödəniş 3900 manat notariusun bankdakı depozit vasitəsilə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Əhmədbəyli kəndi, ev 1, 2 nömrəli mənzil İddiaçı QSC-nin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil orderinin (qəbzin) surətindən görünür ki, Cavabdeh tərəfindən 3000 manat ödənilmişdir. İş materiallarında olan Cavabdeh ünvanlanmış 075874 nömrəli müqavilənin ləğvinə dair təklifdən görünür ki, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi təklif edilmiş, həmin təklifə 10 gün müddətində rəsmi şəkildə cavab verilməsi xahiş olunmuş, əks təqdirdə müqavilənin ləğv edilməsi və müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün Bank tərəfindən məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İddiaçı QSC-ti ilə Cavabdeh ərizəsindən görünür ki, İddiaçı QSC-nə məxsus ünvan 1 ünvanda yerləşən mənzilin (1/1 hissə, 49.4 kv.m) 10500 manat qiymətə satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki qanunvericilik daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmənin yollarından biri kimi, mülki hüquq münasibətləri subyektlərinin belə əmlakla bağlı müxtəlif əqdlər, o cümlədən alqı-satqı müqavilələri bağlama imkanlarını nəzərdə tutur. Belə münasibətlərin və ondan doğan nəticələrin qanuniliyini, sabitliyi və davamlılığını təmin etməkdən ötrü qanunverici adı çəkilən əqdlə bağlı bir sıra şərtlər də irəli sürür. Bu şərtlərin məcmu halında mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlak üzərində qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatdan keçirmiş mülkiyyətçi onu öz iradəsi daxilində digər şəxslərə sərbəst surətdə bağladığı alqı-satqı müqaviləsi ilə sata bilər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi elə bir zəruri vasitədir ki, onun köməyilə əmtəəpul dövriyyəsi sferasında yaranan ictimai münasibətlərin geniş dairəsi qaydaya salınır, tənzimlənir və bu yolla həmin ictimai münasibətlərdəki sabitlik və dayanıqlılıq təmin edilir. Məhkəmə iclasında müəyyən olmuşdur ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 49.4 kv.m olan fərdi yaşayış evinin alıcı Cavabdeh 10500 (on min beş yüz) manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3000 (üç min) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməlidir. Qalan 7500 (yeddi beş yüz) manat məbləği isə xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüş, hər 6 (altı) aydan bir dəfə 1200 (min iki yüz) manat olmaqla, 3 (üç) ödəniş və sonuncu ödəniş 3900 (üç min doqquz yüz) manat notariusun bankdakı depozit hesabı vasitəsi ilə satıcıya ödənilməlidir. Lakin alıcı tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği banka ödəməmişdir. İddiaçı QSC tərəfindən Cavabdeh müqavilənin ləğvinə dair təklif göndərilmiş və göstərilmişdir ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən «AccessBank" QSC-nin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh 10500 (on min beş yüz) manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 3000 (üç min) manat məbləği satıcı “AccessBank" QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə, qalan 7500 (yeddi min beş yüz) manat məbləği xx.xx.2023-cü il tarixədək, hər 6 (altı) ayda bir dəfə 1200 (min iki yüz) manat olmaqla 3 (üç) ödəniş, sonda 3900 (üç min doqquz yüz) manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. Lakin Cavabdeh tərəfindən yalnız 3000 (üç min) manat ödəniş edilmiş, qalan məbləğlər ödənilməmişdir. İddiaçı QSC ilə Cavabdeh arasında fərdi yaşayış evinin nisyə alqı-satqı münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı bank qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı QSC-ti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, Cavabdeh İddiaçı QSC-nin mülkiyyət hüquqları qeydə alınmış ünvan 4 ünvandan çıxarılmalı, həmin mənzil boşaldılaraq, iddiaçıya təhvil veriməli, cavadehdən ödənilmiş 100 manat dövlət rüsumu tutularaq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı QSC-ti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı QSC-nin mülkiyyət hüquqları qeydə alınmış ünvan 4 ünvandan çıxarılsın. ünvan 4 ünvan boşaldılaraq, İddiaçı QSC-nə təhvil verilsin. Cavadeh Cavabdeh ödənilmiş 100 manat dövlət rüsumu tutularaq, İddiaçı QSC-nə verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar