Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № e-2(058)-701/2025 16.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC-ti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən PALTARYUYAN LG üçün 1510.6 (min beş yüz on manat, altmış qəpik) manat ödənilməmiş hissə, 151.06 (yüz əlli bir manat, altı qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********38986 SAMSUNG GALAXY S22, SAMSUNG CHARGER, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməüti üçün 366.5 (üç yüz altmış altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, 36.65 (otuz altı manat, altmış beş qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********46613 OPPO A18, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmətüi üçün 279.1 (iki yüz yetmiş doqquz manat, on qəpik) manat ödənilməmiş hissə, 27.91 (iyirmi yeddi manat, doxsan bir qəpik) manat cərimə, ümumilikdə 2371.82 manat borcun və 43.72 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, “Elektron Məhkəmə Sistemi”-də sorğu edilmiş və məlum olmuşdur ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər "xxxx" MMC-nə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(058)-701/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №e-2(058)-701/2025
16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver