Məhkəmə qərarları › İş №e-2(058)-865/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-865/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-865/2025 30.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC-ti ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2017-ci il tarixli "383-GL/17" nömrəli müqavilə üzrə 6242 (altı min iki yüz qırx iki) manat qalıq borc, 9765,21 (doqquz min yeddi yüz altmış beş manat iyirmi bir qəpik) manat cərimə olmaqla, cəmi 16007,21 (on altı min yeddi manat iyirmi bir qəpik) manat maliyyə borcunun iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC-ti ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2017-ci il tarixli "383-GL/17" nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərti ilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2025-ci il tarixə 03 fevral 2017-ci il tarixli "383-GL/17" nömrəli müqavilə üzrə 6242 (altı min iki yüz qırx iki) manat qalıq borc, o cümlədən 6242 (altı min iki yüz qırx iki) manat gecikdirilmiş borc, 9765,21 (doqquz min yeddi yüz altmış beş manat iyirmi bir qəpik) manat cərimə olmaqla, cəmi 16007,21 (on altı min yeddi manat iyirmi bir qəpik) manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü, 442-ci və 445.2.1- ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 442-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, məhkəmə iclasında üzrlü səbəblərə görə iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılması və yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Samux Rayon icra Hakimiyyəti Başçısının Əhmədbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Samux rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda ərazidə yaşamır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci tarixli, 383-GL/17 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə görə lizinq verən ümumi məbləği 11800 manat olan və Spesifikasiyada (əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizingə verilir. Həmin müqavilənin 1.2-ci bəndinə görə lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.2-ci bəndinə görə lizinq alan texnikanın dövlət qeydiyyatına alınmasını, təyinatı üzrə səmərəli istifadəsini, saz saxlanmasını, vaxtında texniki qulluqların aparılmasını həyata keçirir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “383-GL/17” nömrəli lizinq müqaviləsinin spesifikasiyasının (əlavə № 1) surətindən görünür ki, 1 ədəd ilkin qiyməti 29000 manat olan “Belarus-892” markalı traktor və 1 ədəd ilkin qiyməti 2600 manat olan 4 gövdəli “AG- 14-4” markalı “Kotan” "xxxx" ASC-ti tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli “383-GL/17” nömrəli lizinq müqaviləsi üzrə ona xx.xx.2025-ci il tarixə qalıq borc üzrə 6242 (altı min iki yüz qırx iki) manat, cərimə üzrə 9765,21 (doqquz min yeddi yüz altmış beş manat iyirmi bir qəpik) manat, cəmi 16007,21 (on altı min yeddi manat iyirmi bir qəpik) manatdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli "xxxx" ASC-yə məxsus texnikaların təhvil-qəbulu barədə aktın surətindən görünür ki, “MTR-892” markalı traktor, “AG-14-4” markalı “Kotan” və “Fort-300” markalı GPS terminal "xxxx" ASC-nin Gəncə Rayonlararası Təchizat Bazasının müdiri X1 tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 3 fevral 2017-ci il tarixli "383-GL/17" nömrəli müqavilə bağlanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müvafiq əmri ilə texnikanın lizinq alana verilməsi rəsmiləşdirilmiş və müqaviləyə əlavə edilmiş ödəniş qrafiki əsasında ödənişin qaydaları müəyyənləşdirilmiş, lakin lizinq alan tərəfindən müqavilələrin şərtləri pozularaq borcun ödənilməsi gecikdirilmiş, maliyyə borcu yaranmışdır. 03 fevral 2017-ci il tarixli "383- GL/17" nömrəli müqavilə üzrə 6242 (altı min iki yüz qırx iki) manat qalıq borc, o cümlədən 6242 (altı min iki yüz qırx iki) manat gecikdirilmiş borc, 9765,21 (doqquz min yeddi yüz altmış beş manat iyirmi bir qəpik) manat cərimə olmaqla, cəmi 16007,21 (on altı min yeddi manat iyirmi bir qəpik) manat maliyyə borcu yaranmışdır. Adıçəkilən müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edir. Pretenziya məktubu ilə cavabdeh tərəfindən qalıq borc və cərimənin bu pretenziya məktubunun cavabdehə təqdim edildiyi gündən qısa müddət ərzində ödənilmədiyi halda, mübahisənin məhkəmə yolu ilə həll olunması üçün aidiyyəti məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC-ti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “383-GL/17” nömrəli lizinq müqaviləsinə əsasən həmin müqavilənin əlavəsi olan qrafikə uyğun ödənişlər aparmaq şərti ilə “Belarus-892” markalı traktor və 4 gövdəli “AG-14-4” markalı “Kotan” və “Fort-300” markalı GPS terminal Cavabdeh lizinqə verilmişdir. Cavabdeh lizinq ödənişlərini vaxtında və tam həyata keçirmədiyindən "xxxx" ASC-nin lizinq müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 6242 (altı min iki yüz qırx iki) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində təsbit edilmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinin tələbinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə görə lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin) lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 748-11.1.4-cü maddəsinin tələbinə görə lizinq ödənişlərinin ümumi məbləğinə lizinq verənin mükafatının məbləği də daxildir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 9765,21 manat təşkil edən dəbbə məbləğinin 20 (iyirmi) manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə qalıq borc üzrə 6242 (altı min iki yüz qırx iki) manat və cərimə (dəbbə) 20 (iyirmi) manat, cəmi 6262 (altı min iki yüz altmış iki) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsində qeyd edilir ki, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi tutulur. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə Cavabdeh 82,62 (səksən iki manat altmış iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli “383-GL/17” nömrəli lizinq müqaviləsi üzrə lizinq ödənişlərinə görə qalıq borcun əvəzi qismində 6242 (altı min iki yüz qırx iki) manat, cərimə (dəbbə) 20 (iyirmi) manat, cəmi 6262 (altı min iki yüz altmış iki) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İş üzrə ödənməli olan 82,62 (səksən iki manat altmış iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar