Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(059)-122/2024 10.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin, borcun və xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin, borcun və xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVAW01HHFKE164017 olan qara rəngli minik avtomobilinin MMC-yə geri qaytarılması və 22 iyun 2023-cü il tarixli, MAS-5996 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik, eləcə də istifadə edilməsinə görə cavabdehdən iddiaçı MMC-nin xeyrinə 07 yanvar 2024-cü il tarixə olan 1183,11 manat əsas, 419,85 manat gecikdirilmiş mükafat, həmçinin həmin günə hesablanmış 611,26 manat dəbbə pulu olmaqla, cəmi 2214,22 manat məbləğində borcun, habelə ödənilmiş 100,40 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası 10 oktyabr 2024-cü il tarixə, saat 12:30-a təyin edilmişdir. İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, aralarında razılıq əldə olunduğuna görə, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, cavabdeh iştirak etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə iclasın tərəflərin (onların nümayəndələrinin) iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manatın 50%-i, yəni 25 manatı İddiaçı MMC-dən, qalan 50%-i, yəni 25 manatı isə Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manatın 50%-i, yəni 25 manatı İddiaçı MMC-dən, qalan 50%-i, yəni 25 manatı isə Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədr vəzifəsini müvəqqəti icra edən : İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №e-2(059)-122/2024
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(059)-122/2024
10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver