Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-217/2023 03.05.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 21 aprel 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 273,90 manat əsas, 41 manat cərimə olmaqla, cəmi 314,90 manat, 21 aprel 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 292 manat əsas, 43,80 manat cərimə olmaqla, cəmi 335,80 manat, 21 aprel 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən 313,50 manat əsas, 47 manat cərimə olmaqla, cəmi 360,50 manat, 21 aprel 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 292 manat əsas, 43,80 manat cərimə olmaqla, cəmi 335,80 manat, 21 aprel 2022ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 373,90 manat əsas, 56 manat cərimə olmaqla, cəmi 429,90 manat, 21 aprel 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən isə 246,90 manat əsas, 37 manat cərimə olmaqla, cəmi 283,90 manat ümumilikdə 2060,80 manat borcun və 40,60 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin, Cavabdeh etirazına əsasən Siyəzən Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə, iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 21 aprel 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Elektrikli uşaq maşınına” görə 12 ay ərzində hər ay 30 manat, sonuncu ay 22,09 manat olmaqla, cəmi 352,09 manat, eyni tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Elektrikli uşaq maşınına” görə 12 ay ərzində hər ay 36 manat, sonuncu ay 25,59 manat olmaqla, cəmi 421,59 manat, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Elektrikli uşaq maşınına” görə 12 ay ərzində hər ay 30 manat, sonuncu ay 22,09 manat olmaqla, cəmi 352,09 manat, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən cavabdeh aldığı “Elektrikli uşaq maşınına” görə 12 ay ərzində hər ay 38 manat, sonuncu ay 31,99 manat olmaqla, cəmi 449,99 manat, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Elektrikli uşaq maşınına” görə 12 ay ərzində hər ay 28 manat, sonuncu ay 21,99 manat olmaqla, cəmi 329,99 manat, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən isə cavabdeh aldığı “Elektrikli uşaq maşınına” görə 12 ay ərzində hər ay 27 manat, sonuncu ay 20,99 manat olmaqla, cəmi 317,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, 21 aprel 2022-ci il tarixli ********* saylı müqavilə üzrə sonuncu dəfə 30 avqust 2022-ci il tarixdə 30 manat, ********* saylı müqavilə üzrə sonuncu dəfə 30 avqust 2022-ci il tarixdə 72 manat, ********* saylı müqavilə üzrə sonuncu dəfə 30 avqust 2022-ci il tarixdə 30 manat, ********* saylı müqavilə üzrə sonuncu dəfə 05 dekabr 2022-ci il tarixdə 12 manat, ********* saylı müqavilə üzrə sonuncu dəfə 30 avqust 2022-ci il tarixdə 28 manat, ********* saylı müqavilə üzrə isə sonuncu dəfə 30 avqust 2022-ci il tarixdə 44 manat ödədikdən sonra ödənişləri dayandırmış və sözügedən müqavilələr üzrə qalıq qalmış 1792,20 manat borcu qaytarmamışdır. Qeyd olunan müqavilələr üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı ümumilikdə 2686 manat təşkil etdiyi halda, iddiaçı MMC humanizm prinsipinə əsaslanaraq, cavabdehdən həmin cərimə məbləğinin 10%-ni, yəni 268,60 manatını tələb edir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Nəticədə, onun iddiaçı MMC-yə cəmi 2060,80 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, müddətli (nisyə) alqı-satqı müqavilələrinə əsasən cavabdeh tərəfindən alınmış məhsulların heç birində zəmanət talonu olmamış, habelə sonuncu sözügedən maşınlarda olan nasazlıqla əlaqədar iddiaçı MMC-yə müraciət etməmişdir. Bundan əlavə, müddətli (nisyə) alqı-satqı müqavilələrində zəmanətlə bağlı hər hansı qeyd olmur. Belə ki, zəmanət talonu ayrılıqda tərtib oluna və ya olunmaya bilər. Mübahisəli durumla əlaqədar iddiaçı MMC-nin problemli kreditlər şöbəsinin nümayəndələri tərəfindən cavabdehlə əlaqə saxlanılmış, lakin bu vaxt sonuncu əşyalarda nasazlığın olmasını qeyd etməmiş, bununla bağlı hər hansı formada etirazını bildirməmişdir. Bundan başqa, cavabdeh müqavilələri imzalayaraq, məhsulları alsa da, ödənişlər başqa şəxs tərəfindən həyata keçirilməklə, istifadə edilmişdir. Beləliklə, cavabdeh borcun başqa şəxs tərəfindən ödəniləcəyini düşünərək, vaxt qazanmaq məqsədilə etiraz vermişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında göstərmişdir ki, Siyəzən şəhərində yerləşən Heydər Əliyev seyrəngahında əri tərəfindən icarəyə verilməsi məqsədilə o, 20 aprel 2022-ci il tarixdə "xxxx" MMC-yə müraciət edərək, elektrikli uşaq maşınları sifariş etmişdir. Ona 12 ay müddətinə hissə-hissə ödəməsi şərtilə ilkin ödəniş etmədən ala biləcəyi təklif olunsa da, o, öhdəliyinin azalması məqsədilə 400 manat məbləğində ilkin ödəniş edərək, sifarişi rəsmiləşdirmişdir. Bundan sonra, sözügedən məhsullar 27 aprel 2022-ci il tarixdə onlara təqdim edilmiş, habelə o, 24 may 2022-ci il tarixdə birinci ayın ödənişlərini onlayn şəkildə ödəmişdir. 01 iyun 2022-ci il tarixdə qeyd edilən parkın açılışı günü aldıqları maşınları istifadəyə versələr də, maşınlar həmin gün yararsız hala düşmüş, habelə maşınların bir gün işləməklə xarab olmasına parkda işləyən personallar da şahid olmuşlar. Daha sonra, 02 iyun 2022-ci il tarixdə “İrşad- Electronics" MMC-yə zəng edib, iradlarını bildirərək, bütün maşınların bir günə sıradan çıxmasını qeyd etsə də, sonuncunun əməkdaşları buna görə məsuliyyət daşımadıqlarını və zəmanət vermədiklərini bildirmişlər. Bundan sonra, o, dəfələrlə “İrşad-Electronics" MMC-yə zənglər etmiş, MMC-nin əməkdaşları isə gəlib həmin məhsullara baxılıb narahatlığı aradan qaldırılacaqlarını bildirsələr də, zənglərin heç bir faydası olmamışdır. Beləliklə, ödəniş zamanı “İrşad-Electronics" MMC-nin əməkdaşları zəng edərək, ödəniş etməsini bildirdiklərində o, maşınları təmir etmələrini və ya geri götürmələrini qeyd etmişdir. Daha sonra, 29 avqust 2022-ci il tarixdə ona ödənişi etməsini, habelə bundan sonra servis xidmətini göndərəcəklərini bildirdikləri üçün əri 30 avqust 2022-ci il tarixdə 250 manat ödəniş etmişdir. Lakin, maşınlar hələ də yararsız halda parkın kənarında qalmaqdadır. Onlar, işin davam etməsi məqsədilə “Lalafo” kimi tanınan internet saytından az işlənmiş maşınlar alıb işə davam etmişlər. Dəfələrlə ödənişlə bağlı zənglər olunsa da, o, ödənişləri etməmiş, habelə məhkəməyə verildikdən sonra haqqın bərqərar olmasını gözləmişlər. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 21 aprel 2022-ci il tarixli 011078481, 011078483, 011078484, 011078487, ********* və ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələrinin, eləcə də sözügedən müqavilələrə əlavələrin surətləridən görünür ki, cavabdeh, iddiaçı MMC-dən 12 ay müddətinə hisə-hissə ödəmək şərtilə yuxarıda dəyərləri göstərilən elektrikli uşaq maşınları nisyə satın almışdır. İşdə olan xəbərdarlıqdan görünür ki, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən 17 yanvar 2023-cü il tarixdə tərtib edilmiş maliyyə arayışlarının surətlətindən görünür ki, Cavabdeh iddiaçı MMC-yə 21 aprel 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 292 manat əsas, 438 manat cərimə, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 313,50 manat əsas, 470 manat cərimə, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 292 manat əsas, 438 manat cərimə, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 373,90 manat əsas, 560 manat cərimə, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 273,90 manat əsas, 410 manat cərimə, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 246,90 manat əsas, 370 manat cərimə borcu vardır. İşdə olan 24 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət edərkən 40,60 (qırx manat 60 qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, tərəflər arasında bağlanmış sözügedən müqavilələrə əsasən Cavabdeh həmin müqavilələrdə müəyyən edilmiş əşyanı iddiaçıdan almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında onun dəyərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilələr əsasında iddiaçıdan müqavilə predmetini almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Yuxarıda sadalanan maddələri rəhbər tutan məhkəmə cavabdehin etirazında nisyə alqı-satqı müqavilələrinin predmeti olan əşyaların qüsurlu olması barədə vurğuladığı məqamlara tənqidi yanaşır və qeyd edir ki, bu barədə iş materiallarında hər hansı sübut növü yoxdur. Daha öncə istinad olunan maddənin dispozisiyasından da göründüyü kimi alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirməlidir. Alıcının bu istiqamətdə hər hansı hərəkəti işdən görünmür. Məhkəmə xüsusi ilə qeyd edir ki, iddiaçı alqı-satqı müqavilələrinə uyğun gələn elektrikli uşaq maşınlarını cavabdehə vermiş və cavabdeh aldığı əşyalardan bir müddət şikayətçi olmamışdır. Hazırda cavabdeh həmin maşınlarda nasazlıq olmasından şikayətçi olsa da, bu halı sübut edəcək hər hansı formada sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə cavabdehin gətirdiyi arqumenti borcun ödənilməsindən yayınma kimi qiymətləndirməklə, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun hesab etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Müddətli (nisyə) alqı-satqı müqavilələrinə 1 nömrəli əlavəyə əsasən gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh 21 aprel 2022-ci il tarixli müqavilələr üzrə alıcı kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etməyərək onları əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyalarından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, müqavilələrin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 21 aprel 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 273,90 manat əsas, 41 manat cərimə olmaqla, cəmi 314,90 manat, 21 aprel 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 292 manat əsas, 43,80 manat cərimə olmaqla, cəmi 335,80 manat, 21 aprel 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 313,50 manat əsas, 47 manat cərimə olmaqla, cəmi 360,50 manat, 21 aprel 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən 292 manat əsas, 43,80 manat cərimə olmaqla, cəmi 335,80 manat, 21 aprel 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 373,90 manat əsas, 56 manat cərimə olmaqla, cəmi 429,90 manat, 21 aprel 2022ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən isə 246,90 manat əsas, 37 manat cərimə olmaqla, cəmi 283,90 manat, ümumilikdə 2060,80 manat borc və 40,60 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 21 aprel 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 273,90 manat əsas, 41 manat cərimə olmaqla, cəmi 314,90 manat, 21 aprel 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 292 manat əsas, 43,80 manat cərimə olmaqla, cəmi 335,80 manat, 21 aprel 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 313,50 manat əsas, 47 manat cərimə olmaqla, cəmi 360,50 manat, 21 aprel 2022ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 292 manat əsas, 43,80 manat cərimə olmaqla, cəmi 335,80 manat, 21 aprel 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 373,90 manat əsas, 56 manat cərimə olmaqla, cəmi 429,90 manat, 21 aprel 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən isə 246,90 manat əsas, 37 manat cərimə olmaqla, cəmi 283,90 manat ümumilikdə 2060,80 (iki min altmış manat 80 qəpik) manat borc və 40,60 (qırx manat 60 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-217/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-217/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver