Məhkəmə qərarları › İş №e-2(059)-268/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-268/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-268/2022 28.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ramiz oğlu Ələkbərov, iddiaçı "xxxx" MMC-nin Cavabdeh Hacıbala qızına qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh Hacıbala qızına qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən "xxxx" MMC-nin xeyrinə ümumilikdə 4151 manat ödənilməmiş hissə, 414 manat cərimə olmaqla, cəmi 4565 manat borc və 65,65 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh Hacıbala qızı arasında bağlanmış 22 may 2019-cu il tarixli, 00676381 saylı, 06 iyul 2019-cu il tarixli, 00764273 saylı, 08 noyabr 2019-cu il tarixli, 01035578 saylı və eyni tarixli 01035517 saylı, eləcə də, 18 noyabr 2019-cu il tarixli, 01059129 saylı, nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh müvafiq olaraq “Hoffmann” markalı televizor, “01642” kodlu mebel, “SONY” markalı Playstation-4, “Samsung A50 (SM-A505)” markalı telefon və “Asus” markalı dizüstü kompüter, satın almışdır. Lakin, 08 noyabr 2019-cu il tarixli, 01035578 saylı müqaviləyə əsasən cavabdeh “SONY” markalı Playstation 4-ü 18 noyabr 2019-cü il tarixə qədər istifadə etdikdən sonra məhsul 1268 manat qiymətləndirilməklə borcundan silinərək geri qaytarılmış, digər 4 müqavilə üzrə isə borcundan bu günədək ümumilikdə 1288 manat ödəniş etmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bu müqavilələrə əlavə olunmuş ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh mübahisəsiz olaraq dəbb (penya) ödəyir. Dəfələrlə Cavabdeh Hacıbala qızı şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq o, müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Nəticədə, onun iddiaçı MMC-yə müqavilələr üzrə ümumilikdə 4565 manat borcu yaranmışdır. Ona görə də, iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehin həmin bildirişi 25 mart 2022-ci il tarixdə poçt xəbərnaməsinə şəxsən imza etməklə qəbul etməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı "xxxx" MMC ilə Cavabdeh Hacıbala qızı arasında bağlanmış 22 may 2019-cu il tarixli, 00676381 saylı, 06 iyul 2019-cu il tarixli, 00764273 saylı, 08 noyabr 2019-cu il tarixli, 01035578 saylı və eyni tarixli 01035517 saylı, eləcə də, 18 noyabr 2019cu il tarixli, 01059129 saylı, nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh müvafiq olaraq “Hoffmann” markalı televizor, “01642” kodlu mebel, “SONY” markalı Playstation-4, “Samsung A50 (SM-A505)” markalı telefon və “Asus” markalı dizüstü kompüter, satın almışdır. Lakin, 08 noyabr 2019-cu il tarixli, 01035578 saylı müqaviləyə əsasən cavabdeh “SONY” markalı Playstation 4-ü 18 noyabr 2019-cü il tarixə qədər istifadə etdikdən sonra məhsul 1268 manat qiymətləndirilməklə borcundan silinərək geri qaytarılmış, digər 4 müqavilə üzrə isə borcundan bu günədək ümumilikdə 1288 manat ödəniş etmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bu müqavilələrə əlavə olunmuş ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh mübahisəsiz olaraq penya ödəyir. Dəfələrlə Cavabdeh Hacıbala qızı şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq o, müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Nəticədə, onun iddiaçı MMC-yə müqavilələr üzrə ümumilikdə 4151 manat ödənilməmiş hissə, 414 manat cərimə olmaqla, cəmi 4565 manat borcu yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 65,65 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-ci maddəsinə sasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh Hacıbala qızı nisyə alqı-satqı müqavilələri üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Nisyə alqı-satqı müqavilələrinə əlavə olunmuş ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284- 5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Hacıbala qızından iddiaçı "xxxx" MMC-nin xeyrinə 22 may 2019cu il tarixli, 00676381 saylı, 06 iyul 2019-cu il tarixli, 00764273 saylı, 08 noyabr 2019-cu il tarixli, 01035578 saylı və eyni tarixli 01035517 saylı, eləcə də, 18 noyabr 2019-cu il tarixli, 01059129 saylı, nisyə alqı-satqı müqavilələri üzrə müvafiq olaraq “Hoffmann” markalı televizora görə 673 manat ödənilməmiş hissə, 67 manat cərimə, “01642” kodlu mebelə görə 570 manat ödənilməmiş hissə, 57 manat cərimə, “SONY” markalı Playstation-4-ə görə 220 manat ödənilməmiş hissə, 22 manat cərimə, “Samsung A50 (SM-A505)” markalı telefona görə, 785 manat ödənilməmiş hissə, 78 manat cərimə, “Asus” markalı dizüstü kompüterə görə isə 1903 manat ödənilməmiş hissə, 190 manat cərimə olmaqla, hər beş müqavilə üzrə ümumilikdə 4565 manat borc və ödənilmiş 65,65 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Hacıbala qızından iddiaçı "xxxx" MMC-nin xeyrinə 22 may 2019-cu il tarixli, 00676381 saylı, 06 iyul 2019-cu il tarixli, 00764273 saylı, 08 noyabr 2019-cu il tarixli, 01035578 saylı və eyni tarixli 01035517 saylı, eləcə də, 18 noyabr 2019-cu il tarixli, 01059129 saylı, nisyə alqı-satqı müqavilələri üzrə müvafiq olaraq “Hoffmann” markalı televizora görə 673 manat ödənilməmiş hissə, 67 manat cərimə, “01642” kodlu mebelə görə 570 manat ödənilməmiş hissə, 57 manat cərimə, “SONY” markalı Playstation-4-ə görə 220 manat ödənilməmiş hissə, 22 manat cərimə, “Samsung A50 (SM-A505)” markalı telefona görə 785 manat ödənilməmiş hissə, 78 manat cərimə, “Asus” markalı dizüstü kompüterə görə isə 1903 manat ödənilməmiş hissə, 190 manat cərimə olmaqla, hər beş müqavilə üzrə ümumilikdə 4565 (dörd min beş yüz altmış beş) manat borc və ödənilmiş 65,65 (altmış beş manat 65 qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar