Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(059)-792/2023 22.12.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ramiz oğlu Ələkbərov, İddiaçı ASC-nin cavabdeh X1 qarşı "borcun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, sadələşdirilmiş icraat qaydasında məhkəmənin binasında baxaraq, müəyyənetdi: İddiaçı ASC cavabdeh X1 qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1837,10 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh Ramazan Musayev iddia ərizəsinin məhkəməyə verilməsindən əvvəl ölüb: ölüm 22 iyul 2019-cu il tarixində baş verib, iddia ərizəsi isə 04 il 03 ay 29 gün bundan sonra 20 noyabr 2023-cü il tarixdə elektron qaydada məhkəməyə daxil olmuş, habelə, ölmüş şəxs iddia ərizəsində cavabdeh kimi göstərilmişdir. İnsan öldükdən sonra fiziki şəxs hesab olunmur. Qanunvericiliyə görə cavabdeh fiziki şəxs olmalıdır (MPM, maddə 50.3). Ölmüş şəxs cavabdeh hesab olunmadığından ona qarşı verilmiş iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil. Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. İş üzrə icraata bu əsasla da xitam verilməlidir. Hesab edirəm ki, cavabdeh Ramazan Musayev iddia ərizəsinin verilməsindən əvvəl öldüyünə görə prosessual hüquq varisliyinə yol verilmir. Belə ki, ölən şəxs sağlığında prosessual hüquqi statusa (cavabdeh və s.) malik olduğu halda prosessual hüquq varisliyi (prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi) mümkündür. Əgər şəxs iddia verilənə qədər ölürsə o, prosessual hüquqi statusa malik olmur, ölmüş şəxsin malik olmadığı status başqasına keçə bilməz. Mülki-Prosessual Məcəllənin 58-ci maddəsinin mənası da bunu təsdiq edir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 261.0, 261.0.1, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ASC-nin cavabdeh X1 qarşı "borcun ödənilməsi" dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin və ödənilmiş 38,38 (otuz səkkiz manat 38 qəpik) manat dövlət rüsumu iddiaçı Soltanxanım Qafarovaya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verə bilərlər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-792/2023
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(059)-792/2023
22.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver