Məhkəmə qərarları › İş №e-2(059)-9/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-9/2025

14.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-9/2025 14.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı7, iddiaçı, eləcə də digər iddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh5 nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçılar İddiaçı7, İddiaçı6, İddiaçı3, Vəkil, İddiaçı2, İddiaçı4 və Salahova (Həsənova) İzafə Qəribağa qızının cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Siyəzən rayon dövlət notariat kontorunun sabiq dövlət notariusu X16, Şabran rayon notariat ofisinin sabiq xüsusi notariusu X50 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, dövlət aktının, torpaq sahələrinə dair cədvəlin, eləcə də, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunlardan irəli gələn hüquqi nəticələrin ləğvi, həmçinin miras əmlakın vərəsələr arasında bölünməklə, payların müəyyən edilməsi və çıxarışların verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı3, Vəkil, İddiaçı2, İddiaçı4 və Salahova (Həsənova) İzafə Qəribağa qızı cavabdehlər Cavabdeh1, Siyəzən rayon dövlət notariat kontorunun sabiq dövlət notariusu X16, Şabran rayon notariat ofisinin sabiq xüsusi notariusu X50 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ondan irəli gələn hüquqi nəticələrin ləğvi, əmlak üzərində vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X17 miras qalmış 1981-ci il buraxılışlı, ban nömrəsi ******* olan “VAZ 2103” minik markalı avtomobilin vərəsəlik yolu ilə X41 və Cavabdeh1 tərəfindən qəbul edilməsinə dair 06 iyun 2017-ci il tarixli, 2V-63 reyestr qeydiyyatlı, 43/2017 nömrəli vərəsəlik işi üzrə Siyəzən rayon notariat kontorunun dövlət notariusu vəzifəsini icra edən X30 tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, X17 miras qalmış Siyəzən rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli 37-İİİ nömrəli qərarı və torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0091 nömrəli, 30505018 kodlu dövlət aktı əsasında 12 avqust 1998-ci il tarixdə sonuncunun mülkiyyətinə verilmiş Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 2,57 ha torpaq sahəsinin ona düşən miras qalmış hissəsinin vərəsəlik yolu ilə X41 və Cavabdeh1 tərəfindən qəbul edilməsinə dair 03 iyul 2018-ci il tarixli, 2V-81 nömrəsi ilə qeydə alınmış 43/2017 nömrəli vərəsəlik işi üzrə Siyəzən rayon dövlət notariat kontorunun dövlət notariusu X30 tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-İİ nömrəli qərarı və torpağın mülkiyyətə verilməsinə dair JN-053F nömrəli şəhadətnamə əsasında 26 may 2004-cü il tarixdə X24 mülkiyyətinə verilmiş Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsinin və onun üzərindəki iki mərtəbəli fərdi yaşayış evinin Dəvəçi rayon ZDS İcraiyyə Komitəsinin X31 fərdi mənzil tikintisi üçün Siyəzən rayonunun Yenikənd kəndindən baş plana uyğun 1250 kv.m torpaq sahəsinin verilməsinə dair qəbul edilmiş 10 iyun 1967-ci il tarixli qərarı nəzərə alınmaqla, qeyd olunan torpağın və iki mərtəbəli yaşayış evinin həmin tarixdən faktiki olaraq mərhumun mülkiyyəti kimi tanınması, X17 miras qalmış Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş iki mərtəbəli evin vərəsəlik yolu ilə X41 və Cavabdeh1 tərəfindən qəbul edilməsinə dair 19 dekabr 2019-cu il tarixli, 2V-654 reyestr qeydiyyatlı 43/2017 nömrəli vərəsəlik işi üzrə Şabran rayon Notariat ofisinin xüsusi notariusu X65 tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 14 yanvar 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, eləcə də ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, mərhum X17 qalan miras əmlakların sonuncunun birinci və ikinci nikahından olan bütün vərəsələri arasında 1/11 hissədə paylı mülkiyyətlərə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bundan sonra, iddiaçı tərəf Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra edən Aygün Muradovanı və nümayəndə Ceyhun Əliyevi də cavabdehlər siyahısına əlavə etdiyi tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X17 miras qalmış 1981-ci il buraxılışlı, ban nömrəsi ******* olan “VAZ 2103” minik markalı avtomobilin vərəsəlik yolu ilə X41 və Cavabdeh1 tərəfindən qəbul edilməsinə dair 06 iyun 2017-ci il tarixli, 2V-63 reyestr qeydiyyatlı, 43/2017 nömrəli vərəsəlik işi üzrə Siyəzən rayon notariat kontorunun dövlət notariusu vəzifəsini icra edən X30 tərəfindən verilmiş 06 iyun 2018-ci il tarixli, 2V-63 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, buna əsas olmuş Siyəzən RİHB-nin Yenikənd kəndi üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Aygün Muradova tərəfindən verilmiş 06 iyun 2017-ci il tarixli arayışın, X17 miras qalmış Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 2,57 ha torpaq sahəsinin ona düşən miras qalmış hissəsinin vərəsəlik yolu ilə X41 və Cavabdeh1 tərəfindən qəbul edilməsinə dair 03 iyul 2018-ci il tarixli, 2V-81 nömrəsi ilə qeydə alınmış 43/2017 nömrəli vərəsəlik işi üzrə Siyəzən rayon dövlət notariat kontorunun dövlət notariusu X30 tərəfindən verilmiş 03 iyul 2018-ci il tarixli, 2V-81 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, buna əsas olmuş Siyəzən RİHB-nin Yenikənd kəndi üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Aygün Muradova tərəfindən verilmiş 06 iyun 2017-ci il tarixli arayışın, Dəvəçi rayon ZDS İcraiyyə Komitəsinin X31 fərdi mənzil tikintisi üçün Siyəzən rayonunun Yenikənd kəndindən baş plana uyğun 1250 kv.m torpaq sahəsinin verilməsinə dair qəbul edilmiş 10 iyun 1967-ci il tarixli qərarına əsasən, X24 mülkiyyətinə verilmiş Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsi və onun üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin vərəsəlik yolu ilə X41 və Cavabdeh1 tərəfindən qəbul edilməsinə dair 19 dekabr 2019-cu il tarixli, 2V-654 reyestr qeydiyyatlı 43/2017 nömrəli vərəsəlik işi üzrə Şabran rayon notariat ofisinin xüsusi notariusu X65 tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, buna əsas olmuş Siyəzən RİHB-nin Yenikənd kəndi üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Aygün Muradova tərəfindən verilmiş 06 iyun 2017-ci il tarixli arayışın ləğv edilməsi, həmçinin mərhum X17 qalan miras əmlakların onun birinci və ikinci nikahından olan bütün vərəsələri arasında 1/11 hissədə paylı mülkiyyətlərə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra, iddiaçı tərəf 19 iyul 2023-cü il tarixdə Siyəzən Rayon İcra hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra edən Aygün Muradovanı və nümayəndə Ceyhun Əliyevi cavabdehlər siyahısına çıxarmaqla, Cavabdeh4 bu siyahıya əlavə etməklə, növbəti tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onlar tərəfindən mərhum X17 miras qalmış 1981-ci il buraxılışlı, ban nömrəsi ******* olan “VAZ 2103” minik markalı avtomobilə, Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 2,57 ha və 0,25 ha torpaq sahələrinə, sonuncu torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evinə dair mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməklə uzadılması, X17 miras qalmış 1981-ci il buraxılışlı, ban nömrəsi ******* olan “VAZ 2103” minik markalı avtomobilin vərəsəlik yolu ilə X41 və Cavabdeh1 tərəfindən qəbul etmələrinə dair 06 iyun 2017-ci il tarixli, 2V-63 reyestr qeydiyyatlı, 43/2017 nömrəli vərəsəlik işi üzrə Siyəzən rayon notariat kontorunun dövlət notariusu vəzifəsini icra edən X30 tərəfindən verilmiş 06 iyun 2018-ci il tarixli, 2V-63 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, X17 miras qalmış Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 2,57 ha torpaq sahəsinin ona düşən miras qalmış hissəsinin vərəsəlik yolu ilə X41 və Cavabdeh1 tərəfindən qəbul etmələrinə dair 03 iyul 2018-ci il tarixli, 2V-81 nömrəsi ilə qeydə alınmış 43/2017 nömrəli vərəsəlik işi üzrə Siyəzən rayon dövlət notariat kontorunun dövlət notariusu X30 tərəfindən verilmiş 03 iyul 2018-ci il tarixli, 2V-81 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Siyəzən rayon Dövlət Notariat Kontorunda 06 sentyabr 2018-ci il tarixdə 4Ə-359 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 2,57 ha torpaq sahəsinin 1,1853 ha hissəsinin Cavabdeh4 satılmasına dair alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, bu hissəyə dair Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsi, Dəvəçi rayon ZDS İcraiyyə Komitəsinin X31 fərdi mənzil tikintisi üçün Siyəzən rayonunun Yenikənd kəndindən baş plana uyğun 1250 kv.m torpaq sahəsinin verilməsinə dair qəbul edilmiş 10 iyun 1967-ci il tarixli qərarına əsasən X24 mülkiyyətinə verilmiş Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsi və onun üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin vərəsəlik yolu ilə X41 və Cavabdeh1 tərəfindən qəbul etmələrinə dair 19 dekabr 2019-cu il tarixli, 2V-654 reyestr qeydiyyatlı 43/2017 nömrəli vərəsəlik işi üzrə Şabran rayon notariat ofisinin xüsusi notariusu X65 tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mərhum X17 miras qalmış 1981-ci il buraxılışlı, ban nömrəsi ******* olan “VAZ 2103” minik markalı avtomobilə, Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 2,57 ha və 0,25 ha torpaq sahələrinə, həmçinin sonuncu torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evinə onların 1/11 hissədə vərəsəlik hüquqlarının tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda, 19 iyul 2023-cü il tarixdə Cavabdeh4 cavabdeh qismində işdə iştirak etməyə cəlb edilməklə, yanaşı, qəbul ediləcək qətnamənin onun da maraqlarına toxuna biləcəyi nəzərə alınaraq, mərhum X24 birinci növbə vərəsəsi Cavabdeh5 da cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bundan əlavə, iddiaçı tərəf yenə də iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tələblərini qalan hissələrdə müdafiə etməklə, yanaşı onlar tərəfindən mərhum X17 miras qalmış 1981-ci il buraxılışlı, ban nömrəsi ******* olan “VAZ 2103” minik markalı avtomobilə, Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 2,57 ha və 0,25 ha torpaq sahələrinə, sonuncu torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evinə, yay mətbəxinə, tövləyə və sair tikililərə dair mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməklə uzadılması, 1981-ci il buraxılışlı, ban nömrəsi ******* olan “VAZ 2103” minik markalı avtomobilin X1 dair 03 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, eləcə də sonuncunun adına verilmiş AD 608037 nömrəli şəhadətnamənin ləğv edilməsi, Dəvəçi rayon ZDS İcraiyyə Komitəsinin X31 fərdi mənzil tikintisi üçün Siyəzən rayonu Yenikənd kəndindən baş plana uyğun 1250 kv.m torpaq sahəsi verilməsinə dair qəbul edilmiş 10 iyun 1967-ci il tarixli qərarına əsasən X24 mülkiyyətinə verilmiş Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 0,25 ha və 0,02 torpaq sahələrinin, onların üzərində yerləşən iki mərtəbəli yaşayış evinin, yay mətbəxinin, tövlənin və sair tikililərin birinci nikahda olduğu X46 ilə ümumi mülkiyyətdə olması və sonuncunun 1980-ci ildə vəfat etməsi ilə bağlı mirasın tam şəkildə ona keçməsini nəzərə alaraq, X17 miras qalmış 0,25 ha və 0,02 torpaq sahələrinin, onların üzərində yerləşən iki mərtəbəli yaşayış evinin, yay mətbəxinin, tövlənin və sair tikililərin 1/2 hissədə mərhumun birinci nikahdan olan qanun üzrə vərəsələri X25, X12, İddiaçı5, X13, Vəkil Qəribağa oğlunun, İddiaçı2, İddiaçı4 və X18 hər birinə 1/8 hissədə qanun üzrə vərəsəlik hüquqlarının tanınması, mərhum X17 miras qalmış 1981-ci il buraxılışlı, ban nömrəsi ******* olan “VAZ 2103” minik markalı avtomobilə, Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 2,57 ha torpaq sahəsinə, Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsinə və onun üzərində yerləşən iki mərtəbəli yaşayış evinə, yay mətbəxinə, tövləyə və sair tikililərə birinci nikahdan olan qanun üzrə vərəsələrə düşən mirasın 1/2 hissəsi nəzərə alınmaqla, yerdə qalan 1/2 hissəsi qanun üzrə vərəsələr X25, X12, İddiaçı5, X13, Vəkil Qəribağa oğlunun, İddiaçı2, İddiaçı4, X18, X19 və Cavabdeh1 hər birinə 1/10 hissədə vərəsəlik hüquqlarının tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Yeindən, iddiaçı tərəf yenidən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tələblərini qalan hissələrdə müdafiə etməklə, yanaşı Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsinə və onun üzərində yerləşən iki mərtəbəli yaşayış evinə, yay mətbəxinə, tövləyə və sair tikililərə birinci nikahdan olan qanun üzrə vərəsələrə düşən mirasın 1/2 hissəsi nəzərə alınmaqla, yerdə qalan 1/2 hissəsinə qanun üzrə vərəsələr X25 irsi transmissiya üzrə vərəsəsi İddiaçı6, X12 irsi transmissiya üzrə vərəsəsi İddiaçı3, İddiaçı5, X13, Vəkil Qəribağa oğlunun, İddiaçı2, İddiaçı4, X18, X19 və Cavabdeh1 hər birinə 1/10 hissədə vərəsəlik hüquqlarının tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, eləcə də mərhum X17 miras qalmış 1981-ci il buraxılışlı, ban nömrəsi ******* olan “VAZ 2103” minik markalı avtomobilə, Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 2,57 ha torpaq sahəsinə qanun üzrə vərəsələr X25 irsi transmissiya üzrə vərəsəsi İddiaçı6, X12 irsi transmissiya üzrə vərəsəsi İddiaçı3, İddiaçı5, X13, Vəkil Qəribağa oğlunun, İddiaçı2, İddiaçı4, X18, X19, Cavabdeh1 və Məmmədova (Həsənova) Yeganə Qəribağa qızının hər birinə 1/11 hissədə vərəsəlik hüquqlarının tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bundan sonra, iddiaçı tərəf 01 oktyabr 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən rayonu Yenikənd kəndində olan 0,25 ha və 0,02 ha torpaq sahəsi və onların üzərində yerləşən iki mərtəbəli yaşayış evi, yay mətbəxi, tövlə və sair tikililər üzrə X24, X19, Cavabdeh1 və X14 hər birinin payı 1/4 hissədə olmaqla, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş 26 may 2004-cü il tarixli, JN seriyalı, 053F nömrəli, 30505018 kodlu şəhadətnamə və onun verilməsinə əsas olmuş Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 saylı qərarında qeyd olunmuş inzibati əraziyə uyğun gəlmədiyinə görə etibarsız sayılması, Siyəzən rayonu Yenikənd kəndində olan 0,25 ha və 0,02 ha torpaq sahəsi və onların üzərində yerləşən iki mərtəbəli yaşayış evinin, yay mətbəxinin, tövlənin və sair tikililərin mülkiyyətə verilməsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş 26 may 2004-cü il tarixli, JN seriyalı, 053F nömrəli, 30505018 kodlu şəhadətnamədə X24, X19, Cavabdeh1 Qəribağa oğlunun və Məmmədova (Həsənova) Yeganə Qəribağa qızının subyekt kimi göstərilməsinə əsas olmuş ay və ili göstərilməyən 1999-cu il tarixli Siyəzən rayonunun Yenikənd kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin və onun əsasında tərtib olunmuş 22 mart 2004-cü il tarixli cədvəlin etibarsız hesab edilməsi, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 37-İİİ nömrəli qərarı ilə 2,57 ha torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinə dair tərtib olunmuş JN-0091, KOD 30505018 seriyalı 12 avqust 1998-ci il tarixli dövlət aktı arasında uyğunsuzluq olduğuna görə həmin dövlət aktının və onun əsasında verilmiş 03 iyul 2018-ci il tarixli, 2 V-81 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, X17 miras əmlak qalmış 1981-ci il buraxılışlı, ban nömrəsi ******* olan VAZ 2103 minik markalı avtomobilin satışından əldə olunan DYP-yə sorğu verilməklə əldə edilən müqavilədə göstərilən pul məbləğinin müvafiq olaraq digər qanun üzrə vərəsələrə çatası payların Cavabdeh1 Qəribağa oğlundan tutularaq, İddiaçı2, İddiaçı4, Vəkil, Salahova (Həsənova) İzafə Qəribağa qızına, İddiaçı6, X42 və İddiaçı7 ödənilməsi, X17 miras qalmış Siyəzən rayonu Yenikənd kəndində yerləşən 2,57 ha torpaq sahəsinin ona düşən hissəsinin vərəsəlik yolu ilə X41 və Cavabdeh1 Qəribağa oğlu tərəfindən qəbul edilməsinə dair 03 iyul 2018-ci il tarixli, 2V-81 nömrəsi ilə qeydə alınmış 43/2017 nömrəli vərəsəlik işi üzrə Siyəzən rayon dövlət notariat kontorunun dövlət notariusu X30 tərəfindən verilmiş 03 iyul 2018-ci il tarixli, 2 V-81 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin birinci nikahdan olan qanun üzrə vərəsələrin adlarını bilərəkdən gizlətmələri səbəbindən ləğv edilməsi, Siyəzən rayonu Yenikənd kəndi ərazisində yerləşən 2,57 ha torpaq sahəsinin 1,1853 ha hissəsinin Cavabdeh4 satılmasından əldə olunan pulun müvafiq olaraq digər qanun üzrə vərəsələrə çatası paylara görə pul məbləğinin Cavabdeh1 Qəribağa oğlundan tutularaq İddiaçı2, İddiaçı4, Vəkil, Salahova (Həsənova) İzafə Qəribağa qızına, İddiaçı6, X42 və İddiaçı7 ödənilməsi, keçmiş Dəvəçi rayon ZDS İcraiyyə Komitəsinin X31 fərdi mənzil tikintisi üçün Siyəzən rayonu Yenikənd kəndindən baş plana (genplana) uyğun 1250 kv.m torpaq sahəsi verilməsinə dair qəbul edilmiş 10 iyun 1967-ci il tarixli qərarına əsasən və daha sonra X24 mülkiyyətinə verilmiş Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsinin və onun üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin vərəsəlik yolu ilə X41 və Cavabdeh1 Qəribağa oğlu tərəfindən qəbul edilməsinə dair 19 dekabr 2019-cu il tarixli, 2V-654 reyestr, 43/2017 nömrəli vərəsəlik işi üzrə Şabran rayon Notariat ofisinin xüsusi notariusu X65 tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin birinci nikahdan olan qanun üzrə vərəsələrin adlarını bilərəkdən gizlətmələri səbəbindən ləğv edilməsi, keçmiş Dəvəçi rayon ZDS İcraiyyə Komitəsinin X31 fərdi mənzil tikintisi üçün Siyəzən rayonu Yenikənd kəndindən genplana uyğun 1250 kvm torpaq sahəsi verilməsinə dair qəbul edilmiş 10 iyun 1967-ci il tarixli qərarına əsasən X24 mülkiyyətinə verilmiş Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,25 ha və 0,02 torpaq sahələrinin və onların üzərində inşa edilmiş iki mərtəbəli yaşayış evinin, yay mətbəxinin, tövlənin və sair tikililərin birinci nikahda olduğu X46 ilə birlikdə ümumi mülkiyyətlərində olması və sonuncunun 1980-ci ildə vəfat etməsi ilə bağlı mirasın tam şəkildə ona keçməsini nəzərə alaraq, X17 miras qalmış 0,25 ha və 0,02 torpaq sahələri və onların üzərində yerləşən iki mərtəbəli yaşayış evi, yay mətbəxi, tövlə və sair tikililər 1/2 hissədə mərhumun birinci nikahdan olan qanun üzrə vərəsələri X24, X25, X12, İddiaçı5, X13, Vəkil Qəribağa oğlunun, İddiaçı2, İddiaçı4 və Həsənova (Salahova) İzafə Qəribağa qızının hər birinə 1/8 hissədə müəyyən edilərək mülkiyyət haqqında çıxarışın verilməsi, Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsi və onun üzərində yerləşən iki mərtəbəli yaşayış evinə, yay mətbəxinə, tövləyə və sair tikililərə birinci nikahdan olan qanun üzrə vərəsələrə düşən miras payı nəzərə alınmaqla, yerdə qalan hissəsi isə qanun üzrə vərəsələr X25 irsi transmissiya üzrə vərəsəsi İddiaçı6, X12 irsi transmissiya üzrə vərəsəsi X33, İddiaçı5 irsi transmissiya üzrə vərəsəsi İddiaçı7, X7, Vəkil, İddiaçı2, İddiaçı4, Salahova (Həsənova) İzafə Qəribağa qızının, Məmmədova (Həsənova) Yeganə Qəribağa qızının və Cavabdeh1 Qəribağa oğlunun hər birinin 1/10 hissədə vərəsəlik hüquqları tanınaraq mülkiyyət haqqında çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra, iddiaçı tərəf 18 oktyabr 2024-cü il tarixdə üçüncü şəxs Məmmədova (Həsənova) Yeganə Qəribağa qızının prosessual statusunu dəyişməklə, sonuncunun cavabdeh qismində işə cəlb edilməklə, digər Cavabdeh4 cavabdehlər siyahısından çıxarmaqla, növbəti tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən rayonu Yenikənd kəndində olan 0,25 ha və 0,02 ha torpaq sahələri və onların üzərində yerləşən iki mərtəbəli yaşayış evi, yay mətbəxi, tövlə və sair tikililər üzrə X24, X19, Cavabdeh1 və X14 hər birinin payı ¼ hissədə olmaqla, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş 26 may 2004-cü il tarixli, JN seriyalı, 053F nömrəli, 30505018 kodlu şəhadətnamənin, onun verilməsinə əsas olmuş Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 34-11 saylı, 09 fevral 1998-ci il tarixli qərarında qeyd olunmuş inzibati əraziyə uyğun gəlmədiyinə görə etibarsız sayılması, Siyəzən rayonu Yenikənd kəndində olan 0,25 ha və 0,02 ha torpaq sahələrinin və onların üzərində yerləşən iki mərtəbəli yaşayış evinin, yay mətbəxinin, tövlənin və sair tikililərin mülkiyyətə verilməsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş 26 may 2004-cü il tarixli, JN seriyalı, 053 nömrəli 30505018 kodlu şəhadətnamədə X24, X19, Cavabdeh1 və Məmmədova (Həsənova) Yeganə Qəribağa qızının subyekt kimi göstərilməsinə əsas olmuş ay və ili göstərilməyən 1999-cu il tarixli Siyəzən rayonunun Yenikənd kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin etibarsız hesab edilməsi, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli 37-İİİ nömrəli qərarı ilə 2,57 ha torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinə dair tərtib olunmuş JN-0091, KOD 30505018 seriyalı, 12 avqust 1998-ci il tarixli dövlət aktı arasında uyğunsuzluq olduğuna görə həmin dövlət aktı və onun əsasında verilmiş 03 iyul 2018-ci il tarixli, 2 V-81 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, 1981-ci il buraxılışlı, ban nömrəsi ******* olan VAZ 2103 minik markalı avtomobilin vərəsəlik yolu ilə X41 və Cavabdeh1 Qəribağa oğlu tərəfindən qəbul edilməsinə dair 06 iyun 2017-ci il tarixli, 2V-63 reyestr 43/2017 nömrəli vərəsəlik işi üzrə Siyəzən rayon notariat kontorunun dövlət notariusu vəzifəsini icra edən X30 tərəfindən verilmiş 06 iyun 2018-ci il tarixli, 2 V-63 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, X17 miras qalmış 1981-ci il buraxılışlı, ban nömrəsi ******* olan VAZ 2103 minik markalı avtomobilin satışından əldə olunan DYP-yə sorğu verilməklə əldə edilən müqavilədə göstərilən pul məbləğinin müvafiq olaraq digər qanun üzrə vərəsələrə çatası payların Cavabdeh1 Qəribağa oğlundan tutularaq İddiaçı2, İddiaçı4, Vəkil, Salahova (Həsənova) İzafə Qəribağa qızına, X51, X42 və İddiaçı7 ödənilməsi, X17 miras qalmış Siyəzən rayonu Yenikənd kəndində yerləşən 2,57 ha torpaq sahəsinin ona düşən hissəsinin vərəsəlik yolu ilə X41 və Cavabdeh1 Qəribağa oğlu tərəfindən qəbul edilməsinə dair 03 iyul 2018-ci il tarixli, 2V-81 nömrəsi ilə qeydə alınmış 43/2017 nömrəli vərəsəlik işi üzrə Siyəzən rayon Dövlət Notariat Kontorunun dövlət notariusu X30 tərəfindən verilmiş 03 iyul 2018-ci il tarixli, 2 V-81 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin birinci nikahdan olan qanun üzrə vərəsələrin adlarını bilərəkdən gizlətdikləri səbəbindən ləğv edilməsi, Siyəzən rayonu Yenikənd kəndi ərazisində yerləşən 2,57 ha torpaq sahəsinin 1,1853 ha hissəsinin Cavabdeh4 satılmasından əldə olunan pulun müvafiq olaraq digər qanun üzrə vərəsələrə çatası paylara görə pul məbləğinin Cavabdeh1 Qəribağa oğlundan tutularaq İddiaçı2, İddiaçı4, Vəkil, Salahova (Həsənova) İzafə Qəribağa qızına, İddiaçı6, X42 və İddiaçı7 ödənilməsi, keçmiş Dəvəçi rayon ZDS İcraiyyə Komitəsinin X31 fərdi mənzil tikintisi üçün Siyəzən rayonu Yenikənd kəndindən Baş planına (genplana) uyğun 1250 kv.m torpaq sahəsi verilməsinə dair qəbul edilmiş 10 iyun 1967-ci il tarixli qərarına əsasən və daha sonra X24 mülkiyyətinə verilmiş Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsi və onun üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin vərəsəlik yolu ilə X41 və Cavabdeh1 Qəribağa oğlu tərəfindən qəbul edilməsinə dair 19 dekabr 2019-cu il tarixli, 2V-654 reyestr qeydiyyatlı 43/2017 nömrəli vərəsəlik işi üzrə Şabran rayon notariat ofisinin xüsusi notariusu X65 tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin birinci nikahdan olan qanun üzrə vərəsələrin adlarını bilərəkdən gizlətdikləri səbəbindən ləğv edilməsi, keçmiş Dəvəçi rayon ZDS İcraiyyə Komitəsinin X31 fərdi mənzil tikintisi üçün Siyəzən rayonu Yenikənd kəndindən genplana uyğun 1250 kvm torpaq sahəsi verilməsinə dair qəbul edilmiş 10 iyun 1967-ci il tarixli qərarına əsasən X24 mülkiyyətinə verilmiş Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,25 ha və 0,02 torpaq sahələrinin və onların üzərində inşa edilmiş iki mərtəbəli yaşayış evinin, yay mətbəxinin, tövlənin və sair tikililərin birinci nikahda olduğu X46 ilə birlikdə ümumi mülkiyyətlərində olması və sonuncunun 1980-cı ildə vəfat etməsi ilə bağlı mirasın tam şəkildə ona keçməsini nəzərə alaraq, X17 miras qalmış 0,25 ha və 0,02 torpaq sahələrinin və onların üzərində yerləşən iki mərtəbəli yaşayış evinin, yay mətbəxinin, tövlənin və sair tikililərin 1/2 hissədə mərhumun birinci nikahdan olan qanun üzrə vərəsələri X24, X25, X12, İddiaçı5, X13, Vəkil Qəribağa oğlunun, İddiaçı2, İddiaçı4 və Həsənova (Salahova) İzafə Qəribağa qızının hər birinə 1/8 hissədə müəyyən edilərək mülkiyyət haqqında çıxarıların verilməsi, Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsinə və onun üzərində yerləşən iki mərtəbəli yaşayış evinə, yay mətbəxinə, tövləyə və sair tikililərə birinci nikahdan olan qanun üzrə vərəsələrə düşən miras payı nəzərə alınmaqla, yerdə qalan hissəsi isə qanun üzrə vərəsələr X25 irsi transmissiya üzrə vərəsəsi İddiaçı6, X12 irsi transmissiya üzrə vərəsəsi X33, İddiaçı5 irsi transmissiya üzrə vərəsəsi İddiaçı7, X7, Vəkil, İddiaçı2, İddiaçı4, Salahova (Həsənova) İzafə Qəribağa qızının, Məmmədova (Həsənova) Yeganə Qəribağa qızının və Cavabdeh1 Qəribağa oğlunun hər birinin 1/10 hissədə vərəsəlik hüquqları tanınaraq mülkiyyət haqqında çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmçinin, mülki iş üzrə 23 oktyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikasının MPM-nin 58.1-ci maddəsinə əsasən, İddiaçı5 öldüyünə görə, o, hüquqi varisi İddiaçı7 ilə əvəz edilmişdir. Nəhayət, iddiaçı tərəf 25 fevral 2025-ci il tarixdə iddia tələbin dəqiqləşdirilməsi barədə sonuncu ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən rayonu Yenikənd kəndində olan 0,25 ha və 0,02 ha torpaq sahələri və onların üzərində yerləşən iki mərtəbəli yaşayış evi, yay mətbəxi, tövlə və sair tikililər üzrə X24, X19, Cavabdeh1 və Məmmədova (Həsənova) Yeganə Qəribağa qızının hər birinin payı ¼ hissədə olmaqla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş 26 may 2004-cü il tarixli, JN seriyalı, 053F nömrəli, 30505018 kodlu şəhadətnamənin, onun verilməsinə əsas olmuş Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 saylı qərarında qeyd olunmuş inzibati əraziyə uyğun gəlmədiyinə görə etibarsız sayılması və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, Siyəzən rayonu Yenikənd kəndində olan 2,57 ha torpaq sahəsinin X24, X19, Cavabdeh1 və Məmmədova (Həsənova) Yeganə Qəribağa qızının hər birinin ¼ hissədə olmaqla, xüsusi mülkiyyətlərinə verilməsinə dair verilmiş 12 avqust 1998-ci il tarixli, JN seriyalı, 0091 nömrəli, 30505018 nömrəli dövlət aktı onun verilməsinə əsas olmuş Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 37-İİİ nömrəli qərarına uyğun olmadığına görə etibarsız sayılması və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, Siyəzən rayonu Yenikənd kəndində olan 0,25 ha və 0,02 ha torpaq sahələrinin və onların üzərində yerləşən iki mərtəbəli yaşayış evinin, yay mətbəxinin, tövlənin və sair tikililərin mülkiyyətə verilməsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş 26 may 2004-cü il tarixli, JN seriyalı, 053 nömrəli, 30505018 kodlu şəhadətnamədə X24, X19, Cavabdeh1 və X2 kimi göstərilməsinə əsas olmuş ay və ili göstərilməyən 1999-cu il tarixli Siyəzən rayonunun Yenikənd kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 37-İİİ nömrəli qərarı ilə 2,57 ha torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinə dair tərtib olunmuş 12 avqust 1998-ci il tarixli, JN seriyalı, 0091 nömrəli, 30505018 kodlu dövlət aktı arasında uyğunsuzluq olduğuna görə həmin dövlət aktının və onun əsasında verilmiş 03 iyul 2018-ci il tarixli, 2 V-81 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, 1981-ci il buraxılışlı, ban nömrəsi ******* olan VAZ 2103 minik markalı avtomobilin vərəsəlik yolu ilə X41 və Cavabdeh1 Qəribağa oğlu tərəfindən qəbul edilməsinə dair 06 iyun 2017-ci il tarixli, 2V-63 reyestr qeydiyyatı 43/2017 nömrəli vərəsəlik işi üzrə Siyəzən rayon notariat kontorunun dövlət notariusu vəzifəsini icra edən X30 tərəfindən verilmiş 06 iyun 2018-ci il tarixli, 2 V- 63 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, X17 miras qalmış 1981-ci il buraxılışlı, ban nömrəsi ******* olan VAZ 2103 minik markalı avtomobilin satışından əldə olunan DYP-yə sorğu verilməklə əldə edilən müqavilədə göstərilən pul məbləğinin müvafiq olaraq digər qanun üzrə vərəsələrə çatası payların Cavabdeh1 Qəribağa oğlundan tutularaq İddiaçı2, İddiaçı4, Vəkil, Salahova (Həsənova) İzafə Qəribağa qızına, X51, X42 və İddiaçı7 ödənilməsi, X17 miras qalmış Siyəzən rayonu Yenikənd kəndində yerləşən 2,57 ha torpaq sahəsinin ona düşən hissəsinin vərəsəlik yolu ilə X41 və Cavabdeh1 Qəribağa oğlu tərəfindən qəbul edilməsinə dair 03 iyul 2018-ci il tarixli, 2V-81 nömrəsi ilə qeydə alınmış 43/2017 nömrəli vərəsəlik işi üzrə Siyəzən rayon dövlət notariat kontorunun dövlət notariusu X30 tərəfindən verilmiş 03 iyul 2018-ci il tarixli, 2 V-81 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin birinci nikahdan olan qanun üzrə vərəsələrin adlarını bilərəkdən gizlətdikləri səbəbindən ləğv edilməsi, keçmiş Dəvəçi rayon ZDS İcraiyyə Komitəsinin X31 fərdi mənzil tikintisi üçün Siyəzən rayonu Yenikənd kəndindən Baş planına (genplana) uyğun 1250 kv.m torpaq sahəsi verilməsinə dair qəbul edilmiş 10 iyun 1967-ci il tarixli qərarına əsasən və daha sonra X24 mülkiyyətinə verilmiş Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsinin və onun üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin vərəsəlik yolu ilə X41 və Cavabdeh1 Qəribağa oğlu tərəfindən qəbul edilməsinə dair 19 dekabr 2019-cu il tarixli, 2V-654 reyestr qeydiyyatlı 43/2017 nömrəli vərəsəlik işi üzrə Şabran rayon notariat ofisinin xüsusi notariusu X65 tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, birinci nikahdan olan qanun üzrə vərəsələrin adlarını bilərəkdən gizlətdikləri səbəbindən ləğv edilməsi, keçmiş Dəvəçi rayon ZDS İcraiyyə Komitəsinin X31 fərdi mənzil tikintisi üçün Siyəzən rayonu Yenikənd kəndindən genplana uyğun 1250 kv.m torpaq sahəsi verilməsinə dair qəbul edilmiş 10 iyun 1967-ci il tarixli qərarına əsasən, X24 mülkiyyətinə verilmiş Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,25 ha və 0,02 torpaq sahələrinin və onların üzərində inşa edilmiş iki mərtəbəli yaşayış evinin, yay mətbəxinin, tövlənin və sair tikililərin birinci nikahda olduğu X46 ilə birlikdə ümumi mülkiyyətlərində olması və sonuncunun 1980-ci ildə vəfat etməsi ilə bağlı mirasın tam şəkildə ona keçməsini nəzərə alaraq, X17 miras qalmış 0,25 ha və 0,02 torpaq sahələrinin və onların üzərində yerləşən iki mərtəbəli yaşayış evinin, yay mətbəxinin, tövlənin və sair tikililərin 1/2 hissəsinə mərhumun birinci nikahdan olan qanun üzrə vərəsələri X25, X12, İddiaçı5, X13, Vəkil Qəribağa oğlunun, İddiaçı2, İddiaçı4 və Həsənova (Salahova) İzafə Qəribağa qızının hər birinə 1/8 hissədə payı müəyyən edilərək mülkiyyət haqqında çıxarışların verilməsi, Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsinə və onun üzərində yerləşən iki mərtəbəli yaşayış evinə, yay mətbəxinə, tövləyə və sair tikililərə birinci nikahdan olan qanun üzrə vərəsələrə düşən miras payı nəzərə alınmaqla, yerdə qalan hissəsi isə qanun üzrə vərəsələr X25 irsi transmissiya üzrə vərəsəsi İddiaçı6, X12 irsi transmissiya üzrə vərəsəsi X33, İddiaçı5 irsi transmissiya üzrə vərəsəsi İddiaçı7, X7, Vəkil, İddiaçı2, İddiaçı4, Salahova (Həsənova) İzafə Qəribağa qızının, Məmmədova (Həsənova) Yeganə Qəribağa qızının və Cavabdeh1 Qəribağa oğlunun hər birinin 1/10 hissədə vərəsəlik hüquqları tanınaraq mülkiyyət haqqında çıxarışların verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Habelə, mülki iş üzrə 12 mart 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4 işdə prosessual vəziyyəti dəyişilərək, o, yenidən cavabdehlər siyahısına daxil edilmiş, X34 isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia ərizəsi iddiaçılar tərəfindən ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, X47 və X46 1949-cu ildə evlənmiş, onların birgə nikahından 8 (səkkiz) övladı doğulmuşdur. X62 1967-ci ildə Siyəzən (keçmiş Dəvəçi) rayonunun Yenikənd kəndində mənzil tikmək üçün 0,25 ha torpaq sahəsi almış və həmin torpağın üzərində iki mərtəbəli ev inşa etmişdir. Onlar hamısı bu evdə böyümüş, tikintisi 1978-ci ildə başa çatan sözügedən evin inşasında tikintiyə cəlb edilmiş ustanın köməkçi kimi çalışmış, habelə həyətdə olan yardımçı tikililər sayılan yay mətbəxinin, tövlənin tikintisinin, eləcə də torpaq sahəsinin daş və taxta ilə hasarlanmasını ataları ilə birlikdə özləri həyata keçirmişlər. X6 1980-ci ildə vəfat etmiş, habelə 1981-ci ildə ataları X47 1981-ci il buraxılışlı, ******* ban nömrəsi olan VAZ 2103 minik markalı avtomobili almışdır. Bundan sonra, 25 may 1984-cü il tarixdə ataları X4 Qızqayıt Osman qızı ilə rəsmi nikaha daxil olmuş və sonuncu “Həsənova” soyadını götürmüş, habelə, onların birgə nikahından 1985ci ildə Vahid və Yeganə adlı əkiz övladları doğulmuşdur. Ataları başqa qadınla nikaha daxil olmasına baxmayaraq, İddiaçı5 (ailəsi ilə birlikdə), Adgözəl Həsənov (ailəsi ilə birlikdə), İddiaçı2, İddiaçı4, X74 rayonunun Yenikənd kəndində yerləşən iki mərtəbəli evdə yaşamaqla, təsərrüfatı birgə idarə etmişlər. Ögey anaları Qızqayıt Həsənova evdar qadın olduğuna görə, X62 təqaüdə çıxdıqdan sonra onlar təsərrüfatın saxlanılması üçün daim atalarına maddi yardım göstərmişlər. Həmçinin, X62 23 yanvar 2009-cu il tarixdə öldükdən sonra, sonuncunun yas mərasimləri, qəbrinin üstünün götürülməsi tərəflərindən, yəni mərhumun birinci nikahdan olan övladları tərəfindən tam şəkildə qarşılanmışdır. Atalarının “qırx” mərasimindən sonra bütün qardaş və bacılar, o cümlədən analıqları birlikdə atalarına məxsus həmin evin özgəninkiləşdirilməməsinin və hər bir övladın orada payı olmasının nəzərə alınmaqla, sözügedən evdə yaşamaq hüquqlarının saxlanılmasını sövdələşmişlər. Beləliklə, miras hamı tərəfindən faktiki olaraq qəbul edilmiş, sadəcə qardaşları X8, eləcə də X19 və Cavabdeh1 Qəribağa oğlunun yaşamağa başqa mənzilləri olmadığına görə onların orada yaşamalarına və digər vərəsələrə düşən paylardan da müvəqqəti olaraq istifadə etmələrinə icazə verilmişdir. Eyni zamanda, qonşuluqda yaşayan qardaşları İddiaçı5 həmin evin həyətində olan tövlədə iri buynuzlu mal-qara saxlamasına və torpağın bağ olmayan hissəsindən bostan kimi istifadə etməsinə qərar verilmişdir. Mirasın faktiki olaraq hamılıqla qəbul edilməsi faktını X56, Rəhim Qəhrəmanov, X9, X35, X57, X26 və digər şəxslər təsdiq edə bilərlər. Atalarının vəfatından sonra da qardaşları Adgözəl Həsənov və analıqları Qızqayıt Həsənova işləmədiyinə görə mütəmadi olaraq, Siyəzən rayonunun Yenikənd kəndində yerləşən iki mərtəbəli evin saxlanılması məqsədilə analıqları 13 dekabr 2020-ci il tarixdə vəfat edənədək sonuncuya pul və ərzaqla köməklik göstərmişlər. Bununla yanaşı, evin həyətində olan bağın meyvələrindən istifadə edərək, abadlaşdırılmasında iştirak etmişlər. Vərəsələrdən Bakı şəhərində yaşayanlar kəndə gələrkən həmin ata evində qalmışlar. Analıqları vəfat edəndən sonra ikinci nikahdan doğulmuş qardaşları Cavabdeh1 bir müddət, yəni 7-8 ay Siyəzən şəhərində yaşadıqdan sonra 2022-ci ilin oktyabr-noyabr aylarında işləmək üçün Bakı şəhərinə getmiş və bu günədək həmin şəhərdə yaşayır. Cavabdeh1 Bakı şəhərinə gedəndən sonra ata evində vərəsə olmayan Aygün adlı qadının yaşadığını görən İddiaçı5 onun hansı əsaslarla orada yaşadığı ilə maraqlanmış, daha sonra oradan çıxmasını tələb etdikdə isə ögey bacıları Cavabdeh5 əri Nümayəndə atalarına məxsus evin tamamilə ögey qardaşları Cavabdeh1 Qəribağa oğlunun adına keçirildiyini və onların həmin evə dair heç bir hüquqlarının olmadığını bildirmişdir. Vahidlə görüşüb məsələyə aydınlıq gətirmək cəhdləri boşa çıxdığına görə isə notariat kontoruna müraciət etmək qərarına gəlmişlər. Bununla bağlı, qardaşları İddiaçı5 02 fevral 2023-cü il tarixdə Siyəzən rayon dövlət notariat ofisinə müraciət etmişdir. İddiaçı5 vərəsəliklə bağlı ərizəsi Siyəzən rayon dövlət notariat ofisində araşdırılarkən, dövlət notariusu vəzifəsini icra edən X80 Həsənovu ofisə dəvət edərək onun hüquqi savadsızlığından sui-istifadə etməklə hansısa iki sənədə imza etdirmişdir. Bununla bağlı İddiaçı5 şikayəti əsasında Siyəzən rayon prokurorluğunda araşdırma aparılsa da, araşdırmanın nəticəsi barədə hələlik heç bir rəsmi cavab yoxdur. Siyəzən rayon dövlət notariusu vəzifəsini icra edən Kamran Muradovun 15 mart 2023-cü il tarixli, 83 saylı cavab məktubunda isə aşağıdakılar qeyd olunmuşdur. “xx.xx.2009-cu il tarixdə vəfat etmiş X20 miras qalmış əmlaklarına dair elektron notariat informasiya sistemində aparılmış araşdırma nəticəsində xx.xx.2017-ci il tarixli 2V-63 və xx.xx.2018-ci il tarixli 2V- 81 reyestr nömrəli digər vərəsələrin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr aşkar edlmişdir. Miras əmlakın bölüşdürülməsi ilə əlaqədar hər hansı mübahisə varsa, bununla əlaqədar məhkəməyə müraciət edə bilərsiniz”. Notariusun cavab məktubu 18 mart 2023-cü il tarixdə İddiaçı5 təqdim edildikdən sonra məlum olmuşdur ki, ataları X17 miras qalmış Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0, 25 ha torpaq sahəsi və üzərindəki iki mərtəbəli evlə bağlı ondan və digər vərəsələrdən gizlin olaraq notariat ofisinə müraciət edilməklə, X19 və Cavabdeh1 Qəribağa oğlunun adına qanun üzrə şəhadətnamələr alınmışdır. Şabran rayon dövlət notariat kontorundan götürülmüş 06 iyun 2017-ci il tarixli, 2V-63 reyestr nömrəli 43/2017 nömrəli vərəsəlik işindən göründüyü kimi, X41 və Cavabdeh1 Qəribağa oğlu notariusa verdikləri ərizələrində digər vərəsələri bilərəkdən gizlətməklə bir-birlərini X24 vərəsəsi kimi göstərərək, sonuncudan miras qalmış 1981-ci il buraxılışlı, ban nömrəsi ******* olan VAZ 2103 minik markalı avtomobili miras kimi qəbul etmişlər. Həmin tarixdə də X41 avtomobildən vərəsəlik yolu ilə ona düşən payı Cavabdeh1 Qəribağa oğluna bağışlamasını rəsmiləşdirmiş, daha sonra isə həmin avtomobil Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmişdir. Həmin notariat kontorundan götürülmüş 19 dekabr 2019-cu il tarixli, 2V-654 reyestr nömrəli 43/2017 saylı vərəsəlik işindən göründüyü kimi X41 və Cavabdeh1 Qəribağa oğlu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrin olub-olmaması barədə məlumat vermələrinin zəruriliyi notarius tərəfindən onlara izah edilməsinə və bu barədə tərtib olunmuş ərizələrində xüsusi qeydiyyat aparılmasına baxmayaraq, digər vərəsələr barədə məlumat verməyib onların adlarını bilərəkdən gizlətməklə, mərhum X17 miras qalmış Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 nömrəli qərarı əsasında 26 may 2004-cü il tarixdə sonuncunun mülkiyyətinə verilmiş Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsini hər birinə 1/2 hissədən ibarət olmaqla, miras əmlak kimi qəbul etmişlər. Siyəzən rayon dövlət notariat ofisindən götürülmüş 03 iyul 2018-ci il tarixli, 2V-81 nömrəsi ilə qeydə alınmış 43/2017-ci il tarixli vərəsəlik işindən göründüyü kimi, X41 və Cavabdeh1 Qəribağa oğlu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrin olub-olmaması barədə məlumat vermələrinin zəruriliyi notarius tərəfindən onlara izah edilməsinə və bu barədə tərtib olunmuş ərizələrində xüsusi qeydiyyat aparılmasına baxmayaraq, digər vərəsələr barədə məlumat verməyib onların adlarını bilərəkdən gizlətməklə, mərhum X17 miras qalmış Siyəzən rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 37-İİİ nömrəli qərarı və JN seriyalı, 0091 nömrəli, 30505018 kodlu dövlət aktı əsasında 12 avqust 1998-ci il tarixdə sonuncunun mülkiyyətinə verilmiş Siyəzən rayonu Yenikənd kəndində yerləşən 2,57 ha torpaq sahəsinin ona düşən miras qalmış hissəsinin hər birinə 1/2 hissədən ibarət olmaqla miras kimi qəbul etmişlər. Bununla əlaqədar, 2, 57 ha torpaq sahəsinin 1,1853 ha, 0,7744 ha, 0,612 ha hissələri müvafiq olaraq 02 avqust 2018-ci il tarixli, **********, ********** və ********** qeydiyyat nömrəli çıxarışlarla X19 (3/8 hissə), Cavabdeh1 Qəribağa oğlunun (3/8 hissə) və Cavabdeh5 Qəribağa qızının (2/8 hissə) adına daşınmaz əmlakın dovlət reyestrində qeydiyyata alınmışdır. Siyəzən rayonu dövlət notariat kontorunun 06 sentyabr 2018-ci il tarixli, 4e-359 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, 1,1853 ha torpaq sahəsi Cavabdeh4 adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsinin 0,7744 ha hissəsi Siyəzən rayonu dövlət notariat kontorunun 16 dekabr 2021-ci il tarixli, 2V-228 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X19 vərəsələri Cavabdeh1 Qəribağa oğlu (1/12 hissə) və Cavabdeh5 Qəribağa qızı (1/2 hissə) təyin edilərək, 24 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 Qəribağa oğlunun (9/16 hissə) və Cavabdeh5 Qəribağa qızının (7/16 hissə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş iki mərtəbəli ev X41 ilə nikaha daxil olanadək, ataları X24 xüsusi mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialından verilmiş sorğu əsasında Dəvəçi (indiki Şabran) rayon XDS İcraiyyə Komitəsinin 10 iyun 1967-ci il tarixli iclası ilə bağlı tərtib olunmuş 14 nömrəli protokol ona göndərilmişdir. Həmin protokolda aşağıdakılar qeyd olunmuşdur: “Dəvəçi rayon ZDS İcraiyyə Komitəsinin iclası qərara alır: Lenin südçülük sovxoz direktorunun 09/Vİ-67-ci il tarixli, 120 nömrəli əmri nəzərə alınmaqla, Yenikənd kənd əhli X36 fərdi mənzil tikintisi üçün Yenikənd kəndindən genplana uyğun 1250 kvm torpaq sahəsi verilsin”. Verilmiş sorğu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Siyəzən filialından göndərilmiş Dəvəçi (indiki Şabran) rayonu Yenikənd kənd X45 İcraiyyə Komitəsinin 1974-1976-cı illəri əhatə edən Yenikənd kəndi üzrə 02 saylı “təsərrüfatbaşına kitabının 110 saylı hesab nömrəsində X24 təsərrüfatı barədə aşağıdakı məlumat verilmişdir: Təsərrüfatın şəxsi istifadəsində 0,25 ha, o cümlədən tikililərin, kolluqların, meşəliyin, qobu-dərələrin və ictimai yolların altında 0,02 ha torpaq sahəsi qeyd edilmişdir. Həmin vaxt X24 təsərrüfatı birinci nikahdan olan arvadı və övladlarından ibarət olmuşdur. Lakin, Siyəzən Rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34/11 nömrəli qərarı əsasında 26 may 2004-cü il tarixdə Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsinin X24 mülkiyyətə verilməsinə dair JN seriyalı, 053F nömrəli, 30505018 kodlu şəhadətnamədə onun ailə üzvləri kimi, X41, Cavabdeh1 Qəribağa oğlu və X37 göstərilmişlər. Bu şəhadətnamədən göründüyü kimi, 0,25 ha torpaq sahəsi mərhum atalarının mülkiyyətinə verilərkən X41 onunla nikahda olmuşdur. Ona görə də paylı mülkiyyət kimi, həmin torpaq sahəsinin yarısı Qızqayıt Həsənovanın payına düşür və digər vərəsələrlə də məcburi pay bölgüsünə şərik olur. Lakin, bu heç də belə deyildir. Çünki, Dəvəçi (indiki Şabran) rayon XDS İcraiyyə Komitəsinin 10 iyun 1967-ci il tarixli iclası ilə bağlı tərtib olunmuş 14 nömrəli protokolundan görünür ki, həmin 0,25 ha torpaq sahəsi ataları X31 Dəvəçi rayon ZDS İcraiyyə Komitəsinin iclası qərarı ilə Lenin südçülük sovxoz direktorunun 09/Vİ-67-ci il tarixli, 120 nömrəli əmri nəzərə alınmaqla, fərdi mənzil tikintisi üçün Yenikənd kəndindən genplana uyğun verilmişdir. Bununla bağlı, Azərbaycan Respublikası Dövlət Arxivinin Siyəzən filialından göndərilmiş məlumata əsasən qeyd olunan 0,25 ha torpaq sahəsi üzərində inşa edilmiş iki mərtəbəli evdə Qəribağa Həsənovun birinci nikahından olan övladları və arvadı X46 yaşamışdır. Bu da o deməkdir ki, X41 mərhum ataları X47 ilə nikaha daxil olmamışdan (1984-cü ildən ) əvvəl 0,25 ha torpaq sahəsi mənzil tikilməsi üçün atalarının mülkiyyətinə verilmiş və həmin nikah bağlananadək torpağın üzərində iki mərtəbəli ev inşa olunmuşdur. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyriformal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. X3 və ögey qardaşları Cavabdeh1 Qəribağa oğlu arasında miras əmlakın 1/2 hissəsini bölünməsi düzgün deyildir. Ona görə də miras payın vərəsələr arasında qanunla iddiaçılara çatacaq həcmdə bölünməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, eləcə də digər iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, mərhum atası X47 1949-cu ildə X48 ilə faktiki olaraq nikaha daxil olmuş, 23 dekabr 1962-ci il tarixdə isə nikahlarını rəsmiləşdirmiş və sonuncuya Həsənova soyadı verilmişdir. Belə ki, onun atası və anasının birgə nikah dövründə Dəvəçi (indiki Şabran) rayonu Yenikənd kənd X45 İcraiyyə Komitəsinin 10 iyun 1967-ci il tarixli qərarı ilə genplana uyğun olaraq fərdi mənzil tikintisi üçün X24 adına Siyəzən rayonu Yenikənd kəndində 1250 kvadrat metr torpaq sahəsi və yardımçı təsərrüfat üçün torpaq sahələri olmaqla, ümumilikdə 0,25 və 0,02 hektar torpaq sahəsi ayrılmış, yəni qeyd olunanlar sonuncunun şəxsi mülkiyyətinə verilmişdir. Bundan sonra, ayrılmış torpaq sahəsində 1967-1974-cü illərdə ümumi sahəsi 114,8 kvadrat metr təşkil edən iki mərtəbəli yaşayış evi, yay mətbəxi, tövlə və sair tikililər inşa edilmişdir. Bundan başqa, X46 və X47 nikah dövründə təsərrüfatı birgə idarə etmişlər. Azərbaycan Respublikası Dövlət Arxivinin Siyəzən filialının arayışına əsasən Dəvəçi (indiki Şabran) rayonu Yenikənd kənd X45 İcraiyyə Komitəsinin 1974-1976-cı illəri əhatə edən Yenikənd kəndi üzrə 02 saylı “təsərrüfat kitabının 110 saylı hesab nömrəsində X24 təsərrüfatının şəxsi istifadəsində 0,25 ha, o cümlədən tikililərin, kolluqların, meşəliyin, qobu-dərələrin və ictimai yolların altında 0,02 ha torpaq sahəsi olması qeyd edilmişdir. Həmçinin, Qəribağa Həsənovun təsərrüfatı X21, X22, X10, İddiaçı5, X11, Vəkil Qəribağa oğlundan, İddiaçı2, İddiaçı4 və X15 ibarət olmuşdur. Siyəzən rayon dövlət arxivindən alınmış 02 sentyabr 2024-cü il tarixli Arxiv çıxarışından göründüyü kimi 1996-cı ilədək X24 təsərrüfatında birinci nikahdan olan övladları, 1968-ci ildə tikilmiş yaşayış evi, şəxsi istifadəsində 0,25 ha, o cümlədən tikililərin kolluqların, meşələrin, qobu -dərələrin və ictimai yolların altında 0,02 ha torpaq sahəsi olmuşdur. Bu təsərrüfat kitabı yalnız Aqrar islahat Komissiyası haqqında qanun qüvvəyə minənə qədər dəyişmədən qalmış və Siyəzən rayonu “Nizami” adına sovxoza məxsus torpaqlar vətəndaşlara paylananda həmin təsərrüfat kitabı heç bir əsas olmadan dəyişdirilərək birinci nikahdan olan ailə üzvləri təsərrüfat kitabından silinərək ikinci nikahdan olan ailə üzvləri qeyd olunmuşdur. Müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikası Konstitusiyası mülkiyyətin üç formasını, dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti formasını təsbit etmişdir. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası hesab olunur. Azərbaycan müstəqillik qazanana qədər isə mülkiyyət forması sosialist mülkiyyəti və şəxsi mülkiyyətdən ibarət olmuşdur. Azərbaycan SSR-in Mülki Məcəlləsinin 88-ci maddəsində qeyd olunmuşdur ki, Sosialist mülkiyyəti: dövlət (ümumixalq) mülkiyyətindən, kolxozların, sair kooperativ təşkilatlarının, onların birləşmələrinin mülkiyyətindən, ictimai təşkilatların mülkiyyətindən ibarətdir. Şəxsi mülkiyyət vətəndaşların tələbatını ödəmək vasitələrindən biridir. Azərbaycan SSR-in Mülki Məcəlləsinin 100-cü maddəsinə əsasən vətəndaşların şəxsi mülkiyyətində, onların maddi və mədəni tələbatını ödəmək təyinatlı əmlak ola bilər. Hər bir vətəndaşın şəxsi mülkiyyətində əməyinin gəliri və qənaətləri, yaşayış evi (və ya onun bir hissəsi) və yardımçı ev təsərrüfatı, ev təsərrüfatı və məişət predmetləri, şəxsi istehlak və rahatlıq şeyləri ola bilər. Azərbaycan SSR-in Mülki Məcəlləsinin 101-ci maddəsinə əsasən vətəndaşın şəxsi mülkiyyətində bir yaşayış evi və ya bir evin müəyyən hissəsi ola bilər. X46 xx xxxx 1980-ci il tarixdə vəfat etmiş və o, ölən günə qədər Siyəzən rayonu Yenikənd kəndində sözügedən iki mərtəbəli evdə yaşamışdır. Azərbaycan SSR-in nikah və ailə Məcəlləsinin 23-cü maddəsinə əsasən ər-arvadın nikah müddətində qazandıqları əmlak, o cümlədən mənzil tikintisi və bağ tikintisi kooperativlərinə verdikləri paylar onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilibedilməməsindən asılı olmayaraq ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Ər-arvadın ikisindən biri ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduqda və ya digər üzrlü səbəbə görə onun müstəqil qazancı olmadıqda da, onlar əmlak üzərində bərabər hüquqa malikdirlər. Nikah müddətində qazanılmış əmlakın ər-arvadın birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır. Azərbaycan SSR-in nikah və ailə Məcəlləsinin 28-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlak bölündükdə onların payları bərabər hesab edilir. Azərbaycan SSR-in 1976-cı il tarixli və mərhumun vəfat etdiyi vaxt qüvvədə olan Mülki Məcəllənin 527-ci maddəsinə əsasən vərəsəlik vəsiyyət və qanun üzrə həyata keçirilir. Azərbaycan SSR-in Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün hesab olunur. Azərbaycan SSR-in Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən birinci növbə vərəsəlikdə paylar bərabər olmaqla uşaqlar, ər (arvad) və ölənin valideynləri birinci növbə vərəsələr hesab olunurlar. Azərbaycan SSR-in Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirasın qəbulu-vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş olur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, X27 vəfatından sonra miras qalmış 0,25 hektar torpaq sahəsi və onun üzərində tikilmiş iki mərtəbəli yaşayış evi, yay mətbəxi, tövlə və sair tikililər Azərbaycan SSR-in nikah və ailə Məcəlləsinin 28-ci maddəsində qeyd olunan “ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlak bölündükdə onların payları bərabər hesab edilir” müddəası nəzərə alınmaqla onun qanuni vərəsələri ilə digər vərəsə X47 arasında mirasın bölgüsü aşağıdakı qaydada olmalıdır. Belə ki, ümumi birgə mülkiyyətdə olan 0,25 hektar torpaq sahəsinin və üzərində tikilmiş 62.5 kvadrat metr ölçüdə olan iki mərtəbəli yaşayış evinin, 52,3 kvadrat metr ölçüdə olan yay mətbəxinin, tövlə və sair tikililərin; eləcə də, 0,02 hektar torpaq sahəsinin 1/2 hissəsi X24 payına ayrıldıqdan sonra yerdə qalan torpaq sahəsinin 12,5 hektar və iki mərtəbəli evin 31,25 kvadrat metr hissəsi; yay mətbəxinin, tövlənin və sair tikililərin 26,15 kvadrat metr ölçüdə olan hissələri; həmçinin 0,01 hektar torpaq sahəsi X24, X25, X12, İddiaçı5, X13, Vəkil Qəribağa oğlunun, İddiaçı2, İddiaçı4 və X18 hər birinə 1/9 hissədə faktiki olaraq mirası qəbul etmiş qanun üzrə vərəsələrin miras payı kimi onların mülkiyyəti hesab edilməlidir. Bundan başqa, anası X46 xx xxxx 1980-ci il tarixdə vəfat etmiş,1981-ci ildə isə atası X47 həmin ildə buraxılmış və ******* ban nömrəsi olan “VAZ 2103” minik markalı avtomobili almışdır. Bundan sonra, 25 may 1984-cü ildə atası X4 Qızqayıt Osman qızı ilə rəsmi nikaha daxil olmuş və sonuncu Həsənov soyadını götürmüş, onların birgə nikahdan xx xxxxx 1985-ci il tarixdə Vahid və Yeganə adlı əkiz övladları olmuşdur. Həmçinin, atası Qəribağa X5 ilə nikaha girməsinə baxmayaraq o, Şakir, Adıgözəl Səfərəli, İlham, Əfqan və X64 rayonunun Yenikənd kəndində yerləşən iki mərtəbəli evdə yaşamaqla təsərrüfatı birgə idarə etmişlər. X41 evdar qadın olduğuna görə atası X47 təqaüdə çıxdıqdan sonra təsərrüfatın saxlanılması üçün daima atalarına maddi yardım göstərmişlər. Beləliklə, atası X47 23 yanvar 2009-cu il tarixdə vəfat etmiş, habelə sonuncunun yas mərasimi və qəbir daşı abidəsinin qoyulması xərci onlar, yəni, atasının birinci nikahından olan övladları tərəfindən tam şəkildə qarşılanmışdır. Eyni zamanda, atasının “qırx" yas mərasimindən sonra bütün qardaşlar və bacılar, o cümlədən analıqları mərhum Qızqayıt ilə birlikdə sövdələşib mərhum atası Qəribağaya məxsus sözügedən evin özgəninkiləşdirilməməsini, sonuncunun əvvəlki və sonrakı nikahlarından olan övladlarına fərq qoyulmadan hər biri üçün “ata ocağı” hesab edilməsini və rəsmi olaraq heç bir bölgü aparılmadan hər bir övladın orada payının olmasının nəzərə alınmasının, habelə həmin evdə yaşamaq hüquqlarının saxlanılmasını qərara almışlar. Bununla da, miras hamı tərəfindən faktiki olaraq qəbul edilmiş, lakin, qardaşları X8, X19 və Cavabdeh1 Qəribağa oğlunun yaşamağa evi olmadıqlarına görə sonuncuların həmin evdə yaşamalarına və onlara düşən paylardan da müvəqqəti olaraq istifadə etmələrinə icazə verilmişdir. Bundan başqa, sözügedən ev ilə qonşuluqda yaşayan qardaşları İddiaçı5 həmin evin həyətində olan tövlədə iri buynuzlu mal-qranı saxlamasına və torpağın bağ olmayan hissəsindən bostan kimi istifadə etməsinə qərar verilmişdir. Lakin, sonradan, Qızqayıt Həsənova evin xərclərini tək başına qarşıla bilməyəcəyini bildirmiş, onlar da, bu xərclərə görə Qızqayıta köməklik göstərəcəklərini qeyd etmişlər. Bundan başqa, atası Qəribağa vəfat edənək evin 1-ci mərtəbəsində sonuncunun anası, Adgözəl Həsənov, 2-ci mərtəbəsində isə Qızqayıt, atası Qəribağa və sonuncuların birgə nikahlarından doğulmuş Vahid və Yeganə adlı övladları yaşamışdır. Belə ki, Qızqayıt vəfat etməmişdən öncə qardaşı Rafiq Həsənova zəng vuraraq ona Bakı şəhərindən 2 otaqlı mənzil almasını istəmiş, lakin, sonuncu evin baha olması səbəbindən Qızqayıtın bu tələbini rədd etmişdir. Bundan sonra, Qızqayıt yenidən Rafiqə zəng edərək, ona Siyəzən şəhərində ev almasını istəmiş, lakin, Rafiq yenə bu təklifi qəbul etməmişdir. Daha sonra, Qızqayıt vəfat etməmişdən təxminən 10 gün öncə bir daha Rafiqə zəng edərək, Siyəzən rayonu ərazisindən 12 000 manata torpaq sahəsi tapdığını və ona həmin pulu verməsini istəmişdir. Bundan sonra, qardaşı Rafiq ilə birlikdə həmin pulu Qızqayıta vermək üçün Siyəzən rayonuna gəlmiş, lakin, onlara Qızqayıtın ev inşa etdirməyəcəyi, pulu digər xərclərə sərf edəcəyi bildirildiyinə görə qeyd olunan məbləği sonuncuya verməmişlər. Beləliklə, evin xərclərinə görə hər dəfə müəyyən məbləğldə Qızqayıta pul verməklə, yanaşı sonuncu dəfə həyətdəki nar ağaclarının səliqəyə saldırılması üçün ona 27 sentyabr 2020-ci il tarixdə 40 manat vermişdir. Bundan sonra, 2020-ci ilin oktyabr ayında Siyəzən rayonunun Yenikənd kəndində yerləşən evlərinə gəldikdə nar ağaclarının kəsildiyini görüb əsəbləşmiş, həmçinin Qızqayıta yenə də 30 manat vermişdir. Bundan başqa, ikinci nikahdan olan vərəsələr, notariat orqanı ilə əlbir olub Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300 və 1318-ci maddələrinin tələblərini pozmasaydılar, qanun üzrə vərəsəlik bölgüsü ədalətli aparılararaq, yuxarıda qeyd olunan bölgüdən sonra yerdə qalan, yəni X17 miras qalmış Siyəzən rayonunun Yenikənd kəndi ərazisində yerləşən 12,5 hektar torpaq sahəsi və üzərində tikilmiş iki mərtəbəli evin 31,25 kvadrat metr hissəsi, 26,15 kvadrat metr ölçüdə olan yay mətbəxi, tövlə və sair tikililər; 0,01 hektar torpaq sahəsi, 2, 57 hektar torpaq sahəsinin mərhumun payına düşən hissəsi; “VAZ 2103” minik markalı avtomobil qanun üzrə vərəsələr X25, X12 İddiaçı5, X13, Vəkil Qəribağa oğlunun, İddiaçı2, İddiaçı4, X18, X19 və Cavabdeh1 Qəribağa oğlunun hər birinə 1/10 hissədə qanun üzrə vərəsələrin miras payı kimi bölünərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinə əsasən, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1318-ci maddəsinə əsasən, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməlidir. İşin faktiki halları ilə müəyyən edilir ki, cavabdehlər miras qoyanın vərəsələri barədə düzgün məlumat verməmiş, notariat ofisi isə öz vəzifələrini lazımınca yerinə yetirməyərək, vərəsələrin vərəsəliyə çağırılması üçün tədbirlər görməmişdir. Çünki, atası X47 vəfat etdikdən sonra Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,25 və 0,02 hektar torpaq sahələri, onların üzərində tikilmiş iki mərtəbəli ev, eləcə də digər tikililər tərəflərindən hamılıqla idarə olunmuş, tikililərin saxlanması, onların dağılan və sökülən hissələrinin bərpası, həyətyanı sahədə olan bağın saxlanması, ağaclara qulluq edilməsi, suyun çəkilməsi və sair işlər üçün mütəmadi olaraq X3 vəfat edən günədək ona pul vermişlər. Bu cür əməllərin qarşısında heç ağıllarına belə gətirə bilməzdilər ki, orta təhsili belə olmayan bir qadınla orta təhsil attestatını böyük çətinliklə almış onun oğlu onlara qarşı belə xəyanət edərək atalarından miras qalmış əmlakı ələ keçirsinlər. Mərhum atası X17 onlara qalmış mirasın ögey qardaşları Cavabdeh1 Qəribağa oğlu tərəfindən xəbərsiz qanunsuz olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına 2023-cü ilin əvvəllərində əsaslı şübhələr yarandığına görə tərəflərindən 02 fevral 2023-cü il tarixdə Siyəzən rayon dövlət notariat ofisinə müraciət edilmişdir. Siyəzən rayon dövlət notariusu vəzifəsini icra edən Kamran Muradovun göndərdiyi 15 mart 2023-cü il tarixli, 83 saylı cavab məktubunda 24 yanvar 2009-cu il tarixdə vəfat etmiş X17 miras qalmış əmlaklarına dair elektron notariat informasiya sistemində aparılmış araşdırma nəticəsində 06 iyun 2017-ci il tarixli, 2V-63 və 03 iyul 2018-ci il tarixli, 2V-81 reyestr nömrəli digər vərəsələri adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr aşkar edildiyi, miras əmlakının bölüşdürülməsi ilə əlaqədar hər hansı mübahisə varsa bununla əlaqədar məhkəməyə müraciət edə biləcəkləri qeyd olunmuşdur. Bu cavabdan sonra tərəfərindən Siyəzən Rayon Məhkəməsində cavabdehlərə qarşı hazırkı mülki iddia qaldırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol İdarəsindən daxil olmuş vəkil sorğusuna cavabdan göründüyü kimi “VAZ 2103” markalı avtomobil vərəsəlik işi açılmazdan 5 il əvvəl, yəni 15 iyul 2012-ci il tarixdə mərhumun adından tərtib olunmuş saxta etibarnamə ilə X49 istifadə etmək üçün verilmişdir. 06 iyul 2017-ci il tarixdə vərəsəlik işi açıldıqdan sonra Cavabdeh1 Qəribağa oğlu tərəfindən həmin avtomobilə öz adına AA327371 nömrəli şəhadətnamə və **-BB-*** dövlət qeydiyyat nişanı alınmışdır. Cavabdeh1 tərəfindən X49 nəqliyyat vasitəsindən istifadə hüququ barədə 12 iyun 2017-ci il tarixdə etibarnamə verilmişdir. Daha sonra isə həmin avtomobil özgəninkiləşdirilərək X28 adına rəsmiləşdirilmişdir. Alqı-satqı ilə bağlı avtomobilin şəhadətnaməsi AD seriyalı, 608037 nömrəli yeni şəhadətnamə ilə, dövlət nömrə nişanı isə **-BU-*** ilə əvəz edilmişdir. Bununla bağlı Siyəzən Rayon Məhkəməsinin Aazərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nə göndərdiyi sorğuya cavab olaraq bildirilmişdir ki, müddət ötdüyünə görə “VAZ 2103” minik markalı avtomobilin alqı-satqısı ilə bağlı müqavilə məhv edilmiş və buna görə də onun surətini məhkəməyə göndərmək mümkün deyildir. Bu səbəbdən də, müqaviləyə əsasən avtomobilin satış qiymətini müəyyən etmək mümkün olmamışdır. Ona görə də, “VAZ 2103” minik markalı avtomobilin 03 oktyabr 2019-cu il tarixə olan bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə tərəflərindən AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinə müraciət olunmuş, habelə xidmətin tərtib etdiyi 19 dekabr 2024-cü il tarixli, AV 12-17/24 saylı hesabatına əsasən sözügedən avtomobilin 03 oktyabr 2019-cu il tarixə olan bazar dəyəri 3300 manat təşkil etməsi müəyyən olunmuşdur. Hesab edir ki, məhkəmədə iddianın hərtərəfli və tam araşdırılıb obyektiv qərar qəbul edilməsi üçün həmin mütəxəssis rəyi əsas götürülməlidir. Bundan başqa, 1967-ci ildə X31 mənzil tikməsi üçün verilmiş Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsi ləğv edilmiş Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli qərarı əsasında birinci nikahdan olan vərəsələr nəzərə alınmadan X24 və onun ailə üzvləri kimi qeyd olunan X19, Cavabdeh1 Qəribağa oğlunun və X14 xüsusi mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 26 may 2004-cü il tarixli, JN seriyalı, 053F nömrəli, 30505018 kodlu şəhadətnamə verilmişdir. Şabran rayon dövlət notariat kontorundan götürülmüş 19 dekabr 2019-cu il tarixli vərəsəlik işindən göründüyü kimi, X41 və Cavabdeh1 Qəribağa oğlu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrin olub-olmaması barədə məlumat verməyin zəruriliyi notarius tərəfindən onlara izah edilməsinə və bu barədə tərtib olunmuş ərizələrində xüsusi qeydiyyat aparılmasına baxmayaraq digər vərəsələr barədə məlumat verməyib onların adlarını bilərəkdən gizlətməklə mərhum Qəribağa Həsənovdan miras qalmış Siyəzən rayon Aqrar islahat Komissiyasının 09 fevral 1998-ci il tarixli torpağın xüsusi mülkiyyətə verilməsinə dair qərarı əsasında 26 may 2004cü il tarixdə X31 verilmiş seriya nömrəsi JN seriyalı, 053 nömrəli, 30505018 kodlu şəhadətnaməyə əsasən Siyəzən rayonu Yenikənd kəndində yerləşən ümumi sahəsi 0,25 hektar olan torpaq sahəsindəki mərhuma məxsus hissəsini hər birinə 1/2 hissədən ibarət olmaqla miras kimi qəbul etmişlər. Qeyd olunan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X41 (3/8 hissə torpaq sahəsi, fərdi yaşayış evi tam), Cavabdeh1 Qəribağa oğlu (3/8 hissə torpaq sahəsi) və Cavabdeh5 Qəribağa qızı (2/8 hissə torpaq sahəsi) tərəfindən miras kimi qəbul edilmişdir. Mirasın qəbul edilməsinə dair qanunda olan bu boşluq müəyyən vərəsələrin notariuslarla və başqa qurumlarla əlbir olub qeyri-qanuni münasibətlərə girərək digər qanun üzrə vərəsələrin hüquqlarını kobud surətdə pozmalarına şərait yaratmışdır. Nəhayət ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi özünün 26 dekabr 2023-cü il tarixli Plenum Qərarı ilə Ali Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğuna dair şərh vermiş, habelə Plenum belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməldir. Mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minənədək məhkəmələrin icraatında olan işlərə şamil olunmalıdr. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarından sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ( Mirasın qəbul edildiyi müddəti) və 1273-1 maddəsi (vərəsənin susması) məcəllədən çıxarılmışdır. Bu səbəbdən də, mirasın qəbulu müddətinin ötürülməsi hüquqi əhəmiyyət kəsb etmir və həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair tələb irəli sürülməsinə ehtiyac qalmır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinin məcəllədən çıxarılması ilə əlaqədar qanunsuz mirasa sahib olmağa cəhd göstərən vərəsələrin digər vərəsələrdən gizlin mirasa sahib olmaları və bu halın vərəsənin susması kimi qiymətləndirilməsinin artıq hüquqi əsası yoxdur. Qeyd olunanlardan əlavə məhkəmə prosesində müəyyən edilmişdir ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının Qərarına əsasən X31 “torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 053F nömrəli, 30505018 kodlu şəhadətnamə və JN seriyalı, 0091 nömrəli, 30505018 kodlu Dövlət Aktı verilmişdir. Həmin şəhadətnamə və Dövlət Aktı yoxlanılarkən müəyyən olunmuşdur ki, onlar Aqrar İslahat Komissiyasının qərarları ilə uyğunsuzluq təşkil edirlər. Ona görə ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 saylı qərarı ilə Siyəzən rayonunun Yenikənd kəndində yerləşən “Nizami” sovxozunun ərazisindən 0,25 hektar torpaq sahəsi Qəribağa Həsənovun mülkiyyətinə verilmişdir. Şəhadətnamə 2 nüsxədə tərtib edilməklə, aydın görünməyən nömrə ilə kitabda qeydə alınmış, 1-ci nüsxəsi X36 verilməklə, 2-ci nüsxəsi rayon şöbəsində saxlanılmışdır. Bundan başqa, JN seriyalı, 0091 nömrəli, 30505018 kodlu Dövlət Aktından görünür ki, həmin aktın verilməsinə Siyəzən rayon AİK-nın 23 fevral 1998-ci il tarixli, 37-İİİ nömrəli qərarı əsas olmuşdur. Lakin, araşdırma zamanı müəyyən olunmuş həmin sənədlərdən göründüyü kimi Siyəzən Rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 37- İİİ nömrəli qərarı 12 avqust 1998-ci il tarixli, JN seriyalı, 0091 nömrəli, 30505018 kodlu Dövlət Aktının verilməsinə əsas olmamaqla, 02 avqust 1996-cı ildən sonra Yenikənd kəndinə qeydiyyata düşən 20 nəfər əlavə vətəndaşın Siyəzən rayonu “Nizami’’ sovxozu ərazisində pay torpağı almaları üçün Yerli aqrar islahat komissiyasının 15 fevral 1998-ci il tarixli qərarının təsdiq edilməsinə dair tərtib olunmuş 11 nömrəli protokolu təsdiq edən qərardır. Ona görə də, Siyəzən Rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 37-İİİ nömrəli qərarının 12 avqust 1998-ci il tarixli, JN seriyalı, 0091 nömrəli, 30505018 kodlu Dövlət Aktının verilməsinə əsas olmuş AİK-nın Qərarı kimi qəbul edilməsi yol verilməzdir. Odur ki, yuxarıda qeyd olunan əsaslara görə 26 may 2004-cü il tarixli, JN seriyalı, 053F nömrəli, 30505018 kodlu şəhadətnamə və 12 avqust 1998-ci il tarixli, JN seriyalı, 0091 nömrəli, 30505018 kodlu Dövlət Aktı ləğv olunmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı7 da iddiaçı, eləcə də digər iddiaçıların nümayəndəsi və vəkili Vəkil izahatında qeyd etdiklərini təsdiq etməklə, yanaşı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, 31 oktyabr 2000-ci il tarixdə Cavabdeh5 ilə nikaha daxil olmuşdur. Bundan başqa, mərhum X41 ilə X47 nikaha daxil olduqdan sonra, sonuncunun birinci nikahdan olan övladlarında qəzəb yaranmış, habelə mərhumların xx xxxxx 1985-ci il tarixdə Vahid və Yeganə adlı əkiz övladları olduqdan sonra, iddiaçıların ataları ilə münasibətləri kəskin pisləşmişdir. Belə ki, X47 23 yanvar 2009-cu il tarixdə vəfat etmiş, habelə qeyd olunan tarixədək Siyəzən rayonunun Yenikənd kəndində yerləşən evdə sonuncu, Qızqayıt, Vahid və Adıgözəl yaşamışlar. Qəribağa ilə Qızqayıt evli olarkən, sonuncu mərhuma çox yaxşı baxmış, hətta Qəribağa vəfat etdikdən sonra, kəndin mürdəşiri iddiaçılara Qızqayıtın atalarını bu cür təmiz və səliqəli saxladığına görə ondan halallıq almalarını təklif etmişdir. Beləliklə, mərhum Qəribağanın 40 mərasimindən sonra, sonuncunun övladı Rafiq, Adıgözəl ilə Qızqayıtı çağırıb atalarının mülkündə gözlərinin olmadığını, Siyəzən rayonunun Yenikənd kəndində yerləşən evin Adgözəlin olduğunu qeyd etmişdir. Buna baxmayaraq, Qəribağanın birinci nikahdan olan övladı, mərhum İddiaçı5 öz heyvanlarını sözügedən evin həyətə buraxmış, nəticədə heyvanlar ağaclara ziyan vurmuş, habelə həyətyanı sahəni dağıtmışdır. Bundan başqa, hazırda həmin evdə qaynı Vahidlə, Səfəralının bacısı Validənin qızı yaşayır. Beləliklə, 2019-cu ildə mərhum Qızqayıt Həsənova ona Siyəzən rayonunun Yenikənd kəndində yerləşən evi adına keçirtmək istədiyini qeyd etmiş, o da, öz növbəsində Qəribağa Həsənovun ilk nikahından digər övladlarınında olduğunu bildirmişdir. Bundan başqa, Qəribağa Həsənov təxminən 2007-2008-ci illərdə “Vaz 2103” markalı avtomobilini əslən Xaçmaz rayonundan olan bir nəfər şəxsə etibarnamə əsasında satmışdır. Daha sonra, avtomobili alan, mərhum Qızqayıtın yanına gələrək, etibarnaməsinin müddətinin bitdiyini qeyd edib, ona yeni etibarnamə verilməsini istəmiş, sonuncu da, öz növbəsində Qəribağa Həsənovun vəfat etdiyini bildirmişdir. Bundan sonra, Qızqayıt Siyəzən rayon dövlət notariat ofisinə müraciət etmiş, habelə vərəsəlik haqqında şəhadətnamə əsasında avtomobili alan şəxsə yenidən etibarnamə vermişdir. Bundan başqa, 2019-cu ildə Qızqayıt onunla birlikdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kəndi İƏD üzrə nümayəndəliyinə gedərək, sözügedən torpaq sahəsinə və evə aid müvafiq arayış almış, habelə bu əmlaklara dair vərəsəlik haqqında şəhadətnamə almaq üçün Siyəzən rayon dövlət notariat ofisinə müraciət etmişlər. Həmçinin, sözügedən 2,57 ha torpaq sahəsi pay torpaqları olmaqla, orada əkinçilik işləri görmüşdür. Beləliklə, X41 17 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Bundan sonra, mərhum İddiaçı5 Qızqayıtın 40 mərasimi zamanı Siyəzən rayonunun Yenikənd kəndində yerləşən evə gələrək, sonuncunun vəfat etməsini gözlədiyini və artıq həmin evdə yaşayacağını bildirmişdir. Bundan sonra, Cavabdeh5 sözügedən evdə anasının yanaraq öldüyünü qeyd edərək, orada kiminsə yaşayacağına icazə verməyəcəyini bildirmiş və aralarında sözlü mübahisə yaranmışdır. Daha sonra, Yeganə mobil telefon vasitəsi ilə Səfəralı Həsənovla danışmış, habelə sonuncu Şakirin oradan getməsini bildirmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Siyəzən rayon dövlət notariat kontorunun sabiq dövlət notariusu X30, Şabran rayon notariat ofisinin sabiq xüsusi notariusu X65 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və onların nümayəndlərinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan da baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən 19 sentyabr 2023-cü il tarixdə verilmiş arayışın, eləcə də, eyni tarixli, AZ-İİ seriyalı, 345311 nömrəli ölüm haqqında şəhadətnamənin surətlərindən görünür ki, X47 ilə X48 23 dekabr 1962-ci il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Həsənova” soyadı verilmişdir. Həmçinin, bu nikaha Əzəmət Həsənovanın 01 avqust 1980-ci il tarixdə ölməsi ilə bağlı xitam verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayonu Yenikənd kənd soveti tərəfindən 25 may 1984-cü il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 352362 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X47 ilə X43 həmin tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Həsənova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 10 mart 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 322147 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X47 23 yanvar 2009-cu il tarixdə Siyəzən rayonunun Yenikənd kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 24 yanvar 2009-cu il tarixdə, 47 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 18 dekabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 119418 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X41 13 dekabr 2020-ci il tarixdə Siyəzən rayonunun Yenikənd kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 dekabr 2020-ci il tarixdə 260 nömrəli qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, İddiaçı5 28 aprel 2024-cü il tarixdə ölmüşdür. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 14 iyul 1998-ci il tarixdə verilmiş JN seriyalı, 0091 nömrəli, 30505018 kodlu torpağa mülkiyyət hüququn dair dövlət aktının surətindən görünür ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 37-İİİ saylı sərəncamı ilə Siyəzən rayonu ərazisindən 2,57 ha torpaq sahəsi X29, X19, Cavabdeh1 Qəribağa oğlunun və X14 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 26 may 2004-cü il tarixdə verilmiş JN seriyalı, 053F nömrəli, 30505018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 saylı qərarı ilə Siyəzən rayonu ərazisindən 0,25 ha torpaq sahəsi X29, X19, Cavabdeh1 Qəribağa oğlunun və X14 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən rayon dövlət notariat kontorunun dövlət notariusu vəzifəsini icra edən X30 tərəfindən 06 iyun 2017-ci il tarixdə verilmiş, reyestrdə 2V-63 nömrə ilə qeyd edilmiş, eləcə də 03 iyul 2018-ci il tarixdə verilmiş, reyestrdə 2V-81 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, vərəsələr X41 və Cavabdeh1 miras qoyan Qəribağa Həsənova məxsus miras əmlaklardan, o cümlədən 1981-ci il buraxılışlı, “VAZ 2103” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı minik maşınından, habelə Siyəzən rayonu Yenikənd kəndində yerləşən 2,57 ha torpaq sahəsindəki mərhuma məxsus hissədən ½ hissədə pay almalıdırlar. İşdə olan Şabran rayon notariat ofisinin xüsusi notariusu X65 tərəfindən 19 dekabr 2019-cu il tarixdə verilmiş, reyestrdə 2V-654 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, vərəsələr X41 və Cavabdeh1 miras qoyan Qəribağa Həsənova məxsus miras əmlakdan, o cümlədən Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsindəki mərhuma məxsus hissədən ½ hissədə pay almalıdırlar. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsindən verilmiş 23 avqust 2023-cü il tarixli, 3-21-3- 31/2-2868/2023 nömrəli məktubun surətindən görünür ki, Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsi ilə bağlı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X47 və 3 nəfər ailə üzvünün adına JN seriyalı 053F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şabran rayon dövlət notariat kontorunun 19 dekabr 2019-cu il tarixli 2V-654 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi ilə birlikdə paylı mülkiyyət hüququ üzrə X19, Cavabdeh5 Qəribağa qızının və Cavabdeh1 Qəribağa oğlunun adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, 14 yanvar 2020-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Siyəzən RİHB-nın Yenikənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyun 2017-ci il tarixli, 409 nömrəli arayışın surətindən görünür ki, həmin kəndin sakini X47 23 yanvar 2009-cu il tarixdə vəfat etdikdən sonra, onun təsərrüfatını ailə üzvləri olan X41 və Cavabdeh1 idarə etmişdir. İşdə olan Şabran rayon notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli, 583 nömrəli məktubdan görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən, miras qoyan X24 vərəsəlik işinə dair sənədlərin surətləri Vəkil 02 dekabr 2022-ci il tarixli, 423/30 saylı sorğusu əsasında sonuncuya təqdim edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(118)-1453/2024 nömrəli qərardadının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, torpaq islahatı aparılarkən iddiaçılar iddia etdikləri miras həyətyanı torpaq sahəsində yaşamadıqlarına görə onlara münasibətdə həmin torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 nömrəli qərarı əsasında 26 may 2004-cü il tarixdə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onların heç birinin adı ümumbirgə mülkiyyətçi kimi göstərilməmişdir, elə bu fakt sübut edir ki, iddiaçılar ən azı 26 may 2004-cü ildən, bu günə qədər 0,25 ha ölçüdə həyətyanı torpaq sahəsində, habelə üzərində tikilmiş dövlət tərəfindən daşınmaz əmlak kimi tanınmayan evdə yaşamamışlar. İşdə olan 15 may 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı, eləcə də digər iddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. O da nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin məcburi pay tələb etmək hüququ ilə məhdudlaşdırılmışdır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Beləliklə, işin faktiki halları, tədqiq olunmuş mötəbər sübutlar, proses iştirakçılarının izahatları ilə məhkəmə iclasında müəyyən edildi ki, Siyəzən rayonunun Yenikənd kənd sakini X47 ilə X27 birgə nikahından Rafiq, Validə, Şakir, Adgözəl, Səfərəli, İlham, Əfqan və İzafə adlı səkkiz övladı olmuşdur. Həmçinin, Əzəmət Həsənova 01 avqust 1980-ci il tarixdə vəfat etmiş, bundan bir neçə il sonra, yəni 25 may 1984-cü ildə Qızqayıt Həsənova ilə rəsmi nikahları qeydə alınmış Qəribağa Həsənovun bu nikahdan da Vahid və Yeganə adlı övladları doğulmuşdur. Bununla da, torpaq islahatları zamanı, Siyəzən rayonu ərazisindən 2,57 ha və 0,25 ha torpaq sahələri X24, X19, Cavabdeh1 Qəribağa oğlunun və X14 mülkiyyətinə verilmişdir. Qəribağa Həsənovun 24 yanvar 2009-cu il tarixdə vəfatından sonra, Qəribağanın birinci nikahdan övladlarından heç biri, Adgözəl Həsənov istisna olmaqla, mübahisəli evdə yaşamamış və ara-sıra həmin ünvana gəlib-getmişlər. Bununla da, X41 və Həsənov X44 Həsənovun vəfatından sonra, sonuncunun qanun üzrə vərəsələri kimi tanınaraq, miras əmlaklardan, o cümlədən Siyəzən rayonu Yenikənd kəndində yerləşən 2,57 ha və 0,25 torpaq sahəsindəki mərhuma məxsus hissələrdən, habelə 1981-ci il buraxılışlı, VAZ 2103 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı minik maşınından ½ hissədə pay almaq hüququna malik olmuşlar. İddiaçılar isə miras açıldığı andan qanun üzrə birinci növbədə vərəsə kimi miras əmlakı notarial qaydada qəbul etməyərək, yəni bu barədə aidiyyəti üzrə notairusa ərizə verməmiş, həmçinin onlar miras əmlakı faktik qəbul etməmiş, habelə onun idarəçiliyini həyata keçirməmişlər ki, qeyd olunan bu hal işin mübahisələndirilməyən halıdır. Belə ki, iddiaçı, eləcə, digər iddiaçıların nümayəndəsi və vəkili Vəkil izahatından da göründüyü kimi, X62un ölümündən sonra, hazırda mübahisə predmeti barəsində heç bir tələb irəli sürməyən Adgözəl Həsənovdan başqa, iddiaçılar ata evinin özgəninkiləşdirilməməsini qərarlaşdırmalarına baxmayaraq, orada təsərrüfat idarə etməmişlər. Belə ki, qanuni qüvvəsini almış Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qərardadının təsviri-əsaslandırıcı hissəsindən göründüyü kimi, torpaq islahatı aparılarkən iddiaçılar iddia etdikləri miras həyətyanı torpaq sahəsində yaşamadıqlarına görə onlara münasibətdə həmin torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında sözügedən şəhadətnamədə onların heç birinin adı ümumbirgə mülkiyyətçi kimi göstərilməmişdir. Bu fakt isə iddiaçıların 26 may 2004-cü il tarixdən hal-hazıradək 0,25 ha ölçüdə həyətyanı torpaq sahəsində, habelə həmin torpaq sahəsi üzərindəki evdə yaşamadıqlarını bir daha təsdiq edir. Həmçinin, Qəribağa Həsənov vəfat etdiyi vaxtadək bu evdə Adgözəl, Qızqayıt və sonununun övladları yaşamışlar. Deməli, miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Bu mənada, qeyd olunmalıdır ki, miras əmlakın iddiaçılar tərəfindən faktiki qəbul edilməməsi şübhəsizdir və işin mübahisələndirilməyən halıdır. Göstərilənlərlə yanaşı, məhkəmə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəf 2022-ci ilin dekabr ayından mübahisəli miras əmlaklarla bağlı baş verənlərdən, o cümlədən aparılan notariat hərəkətlərindən məlumatlı olmuş, həmin zaman mövcud vəziyyətə bu və ya sair formada etiraz etməmiş, habelə onlar hazırkı iddia ərizəsini 18 may 2023-cü il tarixdə məhkəməyə göndərmişlər. Belə ki, iddiaçı, eləcə də, digər iddiaçıların nümayəndəsi və vəkili Vəkil müraciətinə əsasən, Şabran rayon notariat ofisindən 12 dekabr 2022-ci il tarixdə, Siyəzən rayon dövlət notariat ofisindən 15 mart 2023-cü il tarixdə vərəsəlik işlərinin təsdiq edilmiş surətləri iddiaçı tərəfə göndərilmişdir. Göründüyü kimi, iddiaçı tərəf mövcud vəziyyətdən məlumatlı olduqları vaxtdan, yəni 2022-ci ilin dekabr ayından mirasın qəbulundan imtina edilməsinin mübahisələndirilməsinə əsas verən halları bildikləri gündən iki ay ərzində bu imtinanı mübahisləndirməli olduqları halda bunu etməmiş, yalnız 18 may 2023-cü il tarixdə sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamələri Siyəzən Rayon Məhkəməsində mübahisələndirmişlər. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı7, İddiaçı6, İddiaçı3, Vəkil, İddiaçı2, İddiaçı4 və Salahova (Həsənova) İzafə Qəribağa qızının cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Siyəzən rayon dövlət notariat kontorunun sabiq dövlət notariusu X16, Şabran rayon notariat ofisinin sabiq xüsusi notariusu X50 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bundan irəli gələn hüquqi nəticələrin ləğvi, həmçinin miras əmlakın vərəsələr arasında bölünməklə, payların müəyyən edilməsi və çıxarışların verilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 14 aprel 2025-ci tarixli, 2(059)-9/2025 saylı qərardadı ilə iddiaçılar İddiaçı7, İddiaçı6, İddiaçı3, Vəkil, İddiaçı2, İddiaçı4 və Salahova (Həsənova) İzafə Qəribağa qızının cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Siyəzən rayon dövlət notariat kontorunun sabiq dövlət notariusu X16, Şabran rayon notariat ofisinin sabiq xüsusi notariusu X50 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, dövlət aktının, torpaq sahələrinə dair cədvəlin, eləcə də, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunlardan irəli gələn hüquqi nəticələrin ləğvi, həmçinin miras əmlakın vərəsələr arasında bölünməklə, payların müəyyən edilməsi və çıxarışların verilməsi" tələbinə dair iddiasının “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, dövlət aktının, torpaq sahələrinə dair cədvəlin, eləcə də, bunlardan irəli gələn hüquqi nəticələrin ləğvi” hissəsi üzrə icraata xitam verilmişdir ki, bu hal nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş cəmi 100 (dörd yüz) manat dövlət rüsumu iddiaçı, eləcə də sair iddiaçıların nümayəndəsi və vəkili Vəkil aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı7, İddiaçı6, İddiaçı3, Vəkil, İddiaçı2, İddiaçı4 və Salahova (Həsənova) İzafə Qəribağa qızının cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Siyəzən rayon dövlət notariat kontorunun sabiq dövlət notariusu X16, Şabran rayon notariat ofisinin sabiq xüsusi notariusu X50 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bundan irəli gələn hüquqi nəticələrin ləğvi, həmçinin miras əmlakın vərəsələr arasında bölünməklə, payların müəyyən edilməsi və çıxarışların verilməsi" tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı, eləcə də digər iddiaçıların nümayəndəsi və vəkili Vəkil aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar