Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1030/2023 10.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx"MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********09305 Samsung Galaxy A52 markalı telefon üçün 607 (altı yüz yeddi) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X1 üçün 584,8 (beş yüz səksən dörd manat səksən qəp) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********15219 Samsung Galaxy A11 markalı telefon üçün 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********14406 Samsung galaxy A10s markalı telefon üçün 150,4 (yüz əlli manat qırx qəp) manat ödənilməmiş hissə, ümumilikdə 1662,2 manat borc və 36,63 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********09305 Samsung Galaxy A52 markalı telefon, X1, İmei kodu **********15219 Samsung GalaxyA11 markalı telefon və İmei kodu **********14406 Samsung galaxyA10s markalı telefon almış və nəticədə 1662,2 (min altı yüz altmış iki manat iyirmi qəp) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 787,4 (yeddi yüz səksən yeddi manat qırx qəp) manat (18 ay x 39,8 manat + 71 manat ilkin ödəniş) olan İmei kodu **********09305 Samsung Galaxy A52 markalı telefon üçün 607 (altı yüz yeddi) manat olmaqla ondan, 607 (altı yüz yeddi) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 739,8 (yeddi yüz otuz doqquz manat səksən qəp) manat (18 ay x 41,1 manat + 0 manat ilkin ödəniş) olan X1 üçün 584,8 (beş yüz səksən dörd manat səksən qəp) manat olmaqla ondan, 584,8 (beş yüz səksən dörd manat səksən qəp) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 573,6 (beş yüz yetmiş üç manat altmış qəp) manat (24 ay x 23,9 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********15219 Samsung Galaxy A11 markalı telefon üçün 320 (üç yüz iyirmi) manat olmaqla ondan 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 294,8 (iki yüz doxsan dörd manat səksən qəp) manat (12 ay x 23,4 manat + 14 manat ilkin ödəniş) olan İmei kodu **********14406 Samsung galaxy A10s markalı telefon üçün 150,4 (yüz əlli manat qırx qəp) manat olmaqla ondan 150,4 (yüz əlli manat qırx qəp) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 733,4 manat təşkil edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 573,6 manat olan İmei kodu **********15219 Samsung Galaxy A11 markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 294,8 manat olan İmei kodu **********14406 Samsung Galaxy A10s markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 739,8 manat olan X1 almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 787,4 manat olan İmei kodu **********09305 Samsung Galaxy A52 markalı telefon almışdır. - xx.xx.2020ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İmei kodu **********09305 Samsung Galaxy A52 markalı telefon, X1, İmei kodu **********15219 Samsung GalaxyA11 markalı telefon və İmei kodu **********14406 Samsung galaxyA10s markalı telefon Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 23,9 manat olmaqla, İmei kodu **********15219 Samsung Galaxy A11 markalı telefon; 12 ay müddətinə, 14 manat ilkin ödənişlə, aylıq ödəniş 23,4 manat olmaqla İmei kodu **********14406 Samsung Galaxy A10s markalı telefon; 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 41,1 manat olmaqla X1 və 18 ay müddətinə, ilkin 71 manat ödənişlə, aylıq ödəniş 39,8 manat olmaqla İmei kodu **********09305 Samsung Galaxy A52 markalı telefon almış və 733,4 manat ödəniş etmişdir. - "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən alınan malların 2395,6 manat olan ümumi dəyərindən cəmi 733,4 manat ödəniş etmiş və nəticədə 1662,2 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021 və xx.xx.2021ci il tarixli əşyanın alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 2395,6 manat ümumi dəyərindən cəmi 733,4 manat ödəniş etmiş və nəticədə 1662,2 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1662,2 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 36,63 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh;
1. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********09305 Samsung Galaxy A52 markalı telefon üçün 607 (altı yüz yeddi) manat ödənilməmiş hissə,
2. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X1 üçün 584,8 (beş yüz səksən dörd manat səksən qəp) manat ödənilməmiş hissə,
3. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********15219 Samsung Galaxy A11 markalı telefon üçün 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə,
4. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********14406 Samsung galaxy A10s markalı telefon üçün 150,4 (yüz əlli manat qırx qəp) manat ödənilməmiş hissə, ümumilikdə 1662,2 manat borc və 36,63 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elmir Hüseynov