Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1042/2023 23.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 3153 manat ödənilməmiş hissə və 51,53 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1976-cı ildə, Lənkəran rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24048580 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə «HP» markalı kompüteri satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli, 24006577 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə MARVİN, BELLA markalı mebel əşyaları, ALİSA, boy aynası satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli, 22248368 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə “Marvin” markalı mebel əşyaları satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli, 24010257 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə GORENJE çaynik, çöp kovası və 2 ədəd tabak satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli, 24010221 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə Bağ mebeli satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli 22367285 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə JBL satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 94,2 manat iddiaçıya ödəməlidir. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 37,7 manat iddiaçıya ödəməlidir. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 32,5 manat iddiaçıya ödəməlidir. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 8,1 manat iddiaçıya ödəməlidir. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 3,8 manat iddiaçıya ödəməlidir. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 11,2 manat iddiaçıya ödəməlidir. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 2260,8 manat olan HP PAVİLİON üçün hazırda ümumilikdə 1871,1 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 389,7 manat təşkil edir. Cavabdehin alqı-satqı qiyməti 904,8 manat olan MARVİN, BELLA markalı mebel əşyaları, ALİSA, boy aynası üçün hazırda ümumilikdə 716 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 188,8 manat təşkil edir. Cavabdehin alqı-satqı qiyməti 780 manat olan Marvin-GENC DOLAB, MARVİN-GENC-TUMBA üçün hazırda ümumilikdə 389,5 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 390,5 manat təşkil edir. Cavabdehin alqı-satqı qiyməti 145,8 manat olan çaynik Gorenje, çöp kovası, tabak, tabak üçün hazırda ümumilikdə 97 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 48,8 manat təşkil edir. Cavabdehin alqı-satqı qiyməti 91,2 manat bağ mebeli üçün hazırda ümumilikdə 68,4 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 22,8 manat təşkil edir. Cavabdehin alqı-satqı qiyməti 134,4 manat olan JBL üçün hazırda ümumilikdə 11 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 123,4 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən HP kompüter, MARVİN, BELLA markalı mebel əşyaları, ALİSA, boy aynası, MARVİN markalı mebel əşyaları, GORENJE çaynik, çöp kovası və 2 ədəd tabak, BAĞ MEBELİ, JBL iddiaçıdan tam qüsursuz halda təhvil alınmışdır. İşdə olan xx.xx.2022 -ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 51,53 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilələri bağlanmışdır. İddiaçı həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliukləri yerinə yetirərək müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə həmin əşyaların dəyərini tam ödəməmişdir Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). İşdən göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24048580 saylı, xx.xx.2021-ci il tarixli, 24006577 saylı və xx.xx.2021-ci il tarixli, 24010221 saylı müqavilələrin icra müddəti bitməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrdə də cavabdehin müqavilə şərtlərinə əməl etmədiyi təqdirdə iddiaçının bütün müqavilə dövrü üçün hesablanmış borcu tələb edə bilmək hüququ təsbit edilməmişdir. Lakin iddiaçı cavabdehdən müqavilələr üzrə əsas borc məbləğini bütövlükdə tələb edir. Belə olan halda müddəti bitməmiş müqavilələr üzrə iddiaçı müqavilələrin ləğv edilməsi tələbini irəli sürmədən bütün müqavilə müddəti üçün nəzərdə tutulmuş əsas borcu tələb edə bilməzdi. Bu səbəbdən həmin müqavilələr üzrə cavabdehin ödənişləri çıxılmaqla məhkəməyə müraciət edildiyi günə qədər olan borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixli, 24048580 saylı müqavilə üzrə xx.xx.2023-cü ilə qədər cavabdehin ödəməli olduğu 1507,2 manatdan ödədiyi 389,7 manat çıxılmaqla, 1175,5 manat, xx.xx.2021-ci il tarixli, 24006577 saylı müqavilə üzrə həmin tarixə ödəməli olduğu 640,9 manatdan ödədiyi 188,8 manat çıxılmaqla 452,1 manat, xx.xx.2021-ci il tarixli, 24010221 saylı müqavilə üzrə həmin tarixə ödəməli olduğu 64,6 manatdan ödədiyi 22,8 manat çıxılmaqla 41,8 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə həmin məbləğləri cavabdehdən digər müqavilələr üzrə tutulmalı olan məbləğlərlə cəmlədikdə, cavabdehdən tutulmalı olan məbləğ 2166,9 manat təşkil edir. Bu səbəbdən iddi qismən təmin edilməlidir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 51,53 manat dövlət rüsumunun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2166 (iki min yüz altmış altı) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-1042/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1042/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver