Məhkəmə qərarları › İş №e-2(060)-1215/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1215/2022

21.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1215/2022 21.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontoruna (üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3) qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontoruna (üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3) qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək İddiaçı əri X4 qalmış mirasın qəbulunun gecikdirilməsi səbəbinin üzrlü sayılaraq miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 17 aprel 1986-cı il tarixdə X12 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahlarından iki övladları - Maraqlı şəxs3 və Maraqlı şəxs1 vardır. X5 14 sentyabr 2005-ci il tarixində ölmüşdür. Bu haqda 15 sentyabr 2005-ci il tarixində 2025 nömrə ilə ölüm haqqında akt qeydi tərtib edilmişdir. İddiaçının ərinin valideynlərinin hər ikisi ölmüşdür. Müvafiq aktlar iddia ərizəsinə əlavə edilmişdir. X1, X9 və X12 tərəfindən təsis edilmiş "xxxx" Kiçik müəssisəsi və həmin "xxxx" Kiçik müəssisəsi 18 fevral 1998-ci il tarixində 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır. İddiaçı X5nun vərəsəsi olduğundan o öldükdən sonra ərinin"xxxx" Kiçik müəssisəsində təsisçi olduğunu öyrənmiş və bununla bağlı vərəsəlik hüquqlarını həyata keçirməyə çalışmışdır. Lakin "xxxx" Kiçik müəssisəsinin təsis sənədlərində iddiaçının əri mərhum “X12”nun adı “X13” kimi qeyd edilmişdir. X2 məxsus bütün sənədlərdə onun adı (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə, xarici pasport) adı “X12” kimi qeyd edilmişdir. Bununla bağlı 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edilərək "xxxx" Kiçik müəssisəsinin Dövlət Reyestr çıxarışında 3-cü təsisçi X8 adının səhv olmasını, düzəliş edilərək adının “X12” yazılmasını xahiş edilmiş, lakin buna cavab olaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsindən bildirilmişdir ki, "xxxx" Kiçik müəssisəsinin nizamnaməsində və təsis müqaviləsində müəssiəsinin təsisçiləri X1, X9 və X11r. Göründüyü kimi Lətafət” Kiçik müəssisəsinin nizamnaməsində və təsis müqaviləsində “X13”nun “X12” olmasını təsdiq edilə bilmədiyindən faktın müəyyənləşdirilməsi zərurəti yarandığından iddiaçı məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5094/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının “hüquq müəyyənedici sənədlərin - "xxxx" Kiçik müəssisəsinin nizamnaməsi və təsis müqaviləsinin ərizəçi İddiaçı həyat yoldaşı, mərhum X10 aid olması faktının müəyyən edilməsi barədə” ərizəsi təmin edilmişdir. Bundan sonra iddiaçı vərəsəlik hüquqlarının həyata keçirilməsi məqsədilə Sumqayıt şəhər 1saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən bildirilmişdir ki, mirasın qəbulu üçün müəyyən edilmiş 3 aylıq müddət ötürülmüşdür. Ona görə də iddiaçıya miras əmlakın qəbulu üçün müddətinin bərpa edilməsi barədə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işdə olan sənədlər iddianın əsaslılığının sübutu baxımından kifayət etdiyini qeyd edərək, 21.04.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirakı mümkün olmadığı üçün məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, bildirmişdir ki, İddiaçı 17 aprel 1986-cı il tarixdə X12 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladı - Maraqlı şəxs3 və Maraqlı şəxs1 doğulmuşdur. Həyat yoldaşı X12 14 sentyabr 2005-ci il tarixində vəfat etmişdir. Bu haqda 15 sentyabr 2005-ci il tarixində 2025 nömrə ilə ölüm haqqında akt qeydi tərtib edilmişdir. İddiaçının həyat yoldaşının valideynlərinin hər ikisi ölmüşdür. Müvafiq aktlar iddia ərizəsinə əlavə edilmişdir. X1, X9 və X12 tərəfindən təsis edilmiş "xxxx" Kiçik müəssisəsi və həmin "xxxx" Kiçik müəssisəsi 18 fevral 1998-ci il tarixində 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır. İddiaçı həyat yoldaşı X7 vərəsəsi olduğundan o vəfat etdikdən sonra həyat yoldaşının "xxxx" Kiçik müəssisəsində təsisçi olduğunu öyrənmiş və bununla bağlı vərəsəlik hüquqlarını həyata keçirməyə çalışmışdır. Lakin "xxxx" Kiçik müəssisəsinin təsis sənədlərində iddiaçının həyat yoldaşı mərhum “X12”nun adı “X13” kimi qeyd edilmişdir. X2 məxsus bütün sənədlərdə onun adı “X12” kimi qeyd edilmişdir. Bununla bağlı 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edilərək "xxxx" Kiçik müəssisəsinin Dövlət Reyestr çıxarışında 3-cü təsisçi X8 adının səhv olmasını, düzəliş edilərək adının “X12” yazılmasını xahiş edilmiş, lakin buna cavab olaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsindən bildirilmişdir ki, "xxxx" Kiçik müəssisəsinin nizamnaməsində və təsis müqaviləsində müəssiəsinin təsisçiləri X1, X9 və X11r. Göründüyü kimi Lətafət” Kiçik müəssisəsinin nizamnaməsində və təsis müqaviləsində “X13”nun “X12” olmasını təsdiq edilə bilmədiyindən faktın müəyyənləşdirilməsi zərurəti yarandığından iddiaçı məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5094/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının “hüquq müəyyənedici sənədlərin - "xxxx" Kiçik müəssisəsinin nizamnaməsi və təsis müqaviləsinin ərizəçi İddiaçı həyat yoldaşı, mərhum X10 aid olması faktının müəyyən edilməsi barədə” ərizəsi təmin edilmişdir. Bundan sonra iddiaçı vərəslik hüquqlarının həyata keçirilməsi məqsədilə Sumqayıt şəhər 1saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən bildirilmişdir ki, mirasın qəbulu üçün müəyyən edilmiş 3 aylıq müddət ötürülmüşdür. Buna görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək 31.03.2022-ci il tarixli məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" Kiçik Müəssisəsi, Maraqlı şəxs3 və Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2(060)-5094/2021 saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxslər 2 saylı Ərzai Vergilər İdarəsinə və "xxxx" Kiçik müəssisəsinə qarşı hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilmiş, "xxxx" Kiçik müəssisəsinin 27.01.1992-ci il tarixli İV-JQ seriyalı 682275 saylı nizamnaməsinin və 27.01.1992-ci il tarixli təsis müqaviləsinin ərizəçi İddiaçı həyat yoldaşı mərhum X10 məxsus olması faktı müəyyən edilmişdir. - ünvan 1 ünvanlanmış məktubdan görünür ki, İddiaçı mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. - nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X12 arasında 17 aprel 1986-cı il tarixli nikah qeydi vardır. - "xxxx" Kiçik Müəssisəsinin məhkəməyə ünvanladığı məktubdan görünür ki, maraqlı şəxs kimi İddiaçı ərizəsinin təmin edilməsinə etiraz etmirlər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinə, ölmüş əri X4 miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin notariat ofisi imtina etmişdir, ona görə ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. İddiaçı əvvəl miras qaldığını bilməmiş, sonra isə miras qoyanın sənədlərində ata adı səhv qeyd edildiyi üçün məhkəməyə müraciət edərək həmin ziddiyətin aradan qaldırılmasına nail olmuş və nəticədə mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. İddiaçı X7 qanun üzrə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə İddiaçı X7 qanun üzrə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 15 sentyabr 2005-ci ildə ölmüş əri X4 qalmış mirasın qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və uzadılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı 14 sentyabr 2005-ci ildə ölmüş əri X4 qalmış mirasın qəbul edilməsi müddəti üzrlü sayılsın və uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar