Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1329/2025 26.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və X7 cavabdeh 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X15, X9 və X4 qarşı məcburi pay hüququnun tanınması və s. tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X15, X9 və X4 qarşı məcburi pay hüququnun tanınması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 məcburi pay hüququnun tanınması və onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində yerləşən notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçılar İddiaçı2, İddiaçı1 və X13 iddia tələblərini onunla əsaslandırmışdırlar ki, İddiaçı2 və İddiaçı1 atası X16 xx.xx.2015-ci il tarixində, iddiaçıların nənəsi Əliyeva Mənzər Qəzənfər qızı isə xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Belə ki, Əliyeva Mənzər Qəzənfər qızı tərəfindən 03(üç) iyun 2022-ci il tarixli vəsiyyətnamə ilə ünvan 1 ünvanında yerləşən 25 saylı mənzili X5 (iddiaçıların bibisi) vəsiyyət edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət edilmişdir. 1 saylı Sumqayıt regional “Asan Xidmət ” mərkəzində yerləşən notariat ofisinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən, iddiaçılara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin qeyri-mümükün olması bildirilmişdir. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarından aydın olur ki, İddiaçılar qanun üzrə vərəsələrdə birinci dərəcəli vərəsə olduğundan və mirasda məcburi pay anlayışının qanun üzrə vərəsələrin payını qorumaqdan ibarət olduğundan hesab edirlər ki, cavabdehin vərəsəlik hüququ haqqında şəhadətnamə verməməsi əsassızdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
3. Daha sonra iddiaçıların ərizəsi əsasında X13 birgə iddiaçı qismində işə cəlb edilmişdir.
4. İddiaçılar İddiaçı2, İddiaçı1 və X13 cavabdeh 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X15, X9 və X4 qarşı məcburi pay hüququnun tanınması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı2, İddiaçı1 və X7 məcburi pay hüququnun tanınması və onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində yerləşən notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı2 nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 iyun 2024-cü il tarixli qərarı hazırki iş üzrə iddianın əsaslı olmasını izah edir. Belə ki, həmin qərarda qeyd olunur ki, Mülki Məcəllənin 1193-cü maddəsi ilə ailə birliyinin və maraqlarının qorunmasına xidmət edən mirasda məcburi pay institutu vasitəsi ilə birinci növbə qanun üzrə vərəsələrin vərəsəlik hüquqları miras qoyanın ölümlə bağlı sərəncamlarına qarşı təminat altına alınmış, onun belə sərəncamlarla ən yaxın ailə üzvlərini vərəsəlik hüququndan tamamilə məhrum etməsinin qarşısı alınmışdır. Məcburi pay, adından da göründüyü kimi “məcburilik” xüsusiyyəti ilə təmin olunaraq miras qoyanın birinci növbə qanun üzrə vərəsələrinin miras əmlakdan istisna edilə bilməyəcək şəkildə və ehtiyacdan asılı olmayaraq minimum həcmdə ayrılan miras hissəsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mirasda məcburi pay sahibi vərəsəliyin qanun üzrə vərəsəliyin toxunulmaz hissəsi olması qanunvericiliyin miras əmlakın böldüşdürülməsi ilə bağlı normalarının məcburi pay hüququ olan şəxslərə münasibətdə də tətbiq edilməsinə əsas verir. Məcburi pay hüququna malik vərəsələr öz məcburi paylarının həcminə mütənasib olaraq mirasa daxil olan bu və ya digər əmlakın onlara verilməsi, yaxud əmlakın bir miras şərikinə verilib, digərlərinə kompensasiya ödənilməsi və s. ilə bağlı digər vərəsələrlə qarşılıqlı razılıq əldə edə, belə razılıq olmadıqda isə miras əmlakın qanunvericiliyin tələblərinə uyğun olaraq bölüşdürülməsi üçün məhkəməyə müraciət edə bilərlər. Həmçinin Mülki Məcəllənin 1159.1.3-cü maddəsində göstərilir ki, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Mülki Məcəlləyə əsasən hazırki iddiaçılar qanun üzrə birinci növbə vərəsə sayılırlar. Lakin məcburi pay ala bilmirlər. Onlar bilirlər ki, bütün birinci növbə qanun üzrə vərəsələr məcburi pay hüquqlarını alırlar. Lakin hazırki iddiaçılar ala bilmirlər. İddiaçıları digər birinci növbə qanun üzrə vərəsələrə münasibətdə öz məcburi paylarını ala bilməmələrinə səbəb nədir? Bu sualın hüquqi olaraq heç bir məntiqli cavabı yoxdur. Sadəcə Məcəllədə uşaq yazması nəvə olan birinci növbə vərəsələrin hüquqlarını pozmamalıdır. Bu barədə də yuxarıda qeyd etdiyi Plenum qərarında ətraflı izah verilmişdir. Yuxarıda qeyd etdiklərini rəhbər tutaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 qızı məhkəməyə ərizə ilə müraciət edərək iddianı qəbul etmədiyini bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 və məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, məhkəmənin icraatında iddiaçılar İddiaçı1 və qeyrilərinin 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat ofisinə qarşı məcburi pay hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki iş vardır. O, həmin iddia tələbini qəbul etmir və bildirmək istəyir ki, anası X2 xx.xx.2024-cü ildə ürək xəstəliyindən vəfat etmişdir.O sağlığında bütün əmlakını ona vəsiyyət etmiş və onun ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Onu da qeyd edir ki, onun bir qardaşı X16-iddiaçıların atası onun anasından qabaq, 2015-ci ildə dünyasını dəyişmişdir. Lakin mərhum qardaşı R.Əliyevin uşaqları – oğlu İddiaçı1 və qızı İddiaçı2 notariusa V-525 xx.xx.2024-cü il tarixli **********018 və **********018 nömrəli ərizələr təqdim etmiş və həmin ərizələrdən belə məlum olur ki, Sumqayıt Asan Xidmət Mərkəzinin notariat ofisində (notarius Əmirəliyev Əmirəli) bu şəxslər miras qoyan anası M.Əliyevanın qanun üzrə vərəsələri sayılaraq həmin vərəsələr sırasına daxil edilmişlər. Halbuki bu şəxslər miras qoyan anası M.Əliyevanın qanun üzrə vərəsələri hesab oluna bilməzlər, belə ki, anası M.Əliyeva sağlığında vəsiyyətnamə qoymuşdur, digər tərəfdən bu şəxslərin atası olan R.Əliyev-miras qoyanın qanun üzrə 1-ci növbə vərəsəsi miras qoyandan qabaq dünyasını dəyişmişdir. O, belə bir ərizələrin təqdim olunmasından xəbər tutan kimi həmin şəxslərin miras qoyanın vərəsəsi kimi qəbul edilməsinin yolverilməzliyi barədə ərizə ilə müracit etmiş və cavabdeh orqan da haqlı olaraq həmin şəxsləri vərəsə siyahısına daxil etməkdən imtina emişdir. İddiaçılar iddia tələbində özlərini miras qoyanın qanun üzrə 1-ci növbə vərəsələri kimi qələmə verməklə onların miras əmlakda məcburi paylarının olmasını iddia edir və AR Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli Qərarına istinad edir. Halbuki həmin qərar 1-ci növbə qanun üzrə vərəsələrin miras əmlakdakı məcburi pay hüquqlarını tənzimləyir və konkret halda iddiaçılar miras qoyanın qanun üzrə birinci növbə vərəsələri hesab olunmur və miras əmlkdan məcburi pay almaq hüququ yalnız miras qoyanın qanun üzrə birinci növbə vərəsələrinə şamil edilir ki, həmin vərəsələrin də dairəsi AR MM-nin 1059-cu maddəsində qeyd edilmişdir. AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Əgər miras qoyan vəsiyyətnamə verməsəydi və miras qoyanın oğlu olan iddiaçıların atası R.Əliyev miras qoyandan sonra dünyasını dəyişsəydi bu halda miras əmlakda onların pay məsələsinə baxıla bilərdi, lakin konkret halda notariat ofisi düzgün hərəkət edərək iddiaçılara vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Onu da qeyd edir ki, miras qoyan anası M.Əliyeva sağlığında iddiaçılara qarşı onların miras kütləsinə daxil olan mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırmış və xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti vermiş və həmin iş üzrə icraat hüquqi varisliyin müəyyən edilməsi səbəbi ilə dayandırılmışdır. İddiaçıların iddia tələbi tam əsassızdır və qeyd olunanlara əsasən iddiaçılar İddiaçı1 və qeyrilərinin 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat ofisinə qarşı məcburi pay hüququnun tanınması tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəməyə etiraz təqdim edərək bildmişdir ki, o, iddia tələbini qəbul etmir. Onun anası Əliyeva Mənzər Qəzənfər qızı xx.xx.2024-cü ildə ürək xəstəliyindən vəfat etmişdir. O, sağlığında bütün əmlakını bacısı Səidəyə vəsiyyət etmiş və onun ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Onu da qeyd edir ki, bir qardaşı X16-iddiaçıların atası onun anasından qabaq- 2015-ci ildə dünyasını dəyişmişdir. Lakin mərhum qardaşı R.Əliyevin uşaqları - oğlu İddiaçı1 və qızı İddiaçı2 notariusa V-525 xx.xx.2024-cü il tarixli **********018 və **********018 nömrəli ərizələr təqdim etmiş və həmin ərizələrdən belə məlum olur ki, Sumqayıt Asan Xidmət Mərkəzinin notariat ofsində (notarius Əmirəliyev Əmirəli) bu şəxslər miras qoyan anası M.Əliyevanın qanun üzrə vərəsələri sayılmaları barədə ərizə vermiş, notarius onların ərizələrini qəbul etsə də, bu şəxsləri vərəsə kimi tanımaqdan haqlı olaraq imtina etmişdir. Mənzili anası bacısı Səidəyə vəsiyyət etdiyi üçün analarının iradəsinə hörmət olaraq bütün sağ qalan uşaqlaronlar övladlar notarial qaydada ərizə verməklə miras əmlakdan məcburi pay almaqdan imtina ediblər. Bu şəxslər miras qoyan anası M.Əliyevanın qanun üzrə vərəsələri hesab oluna bilməzlər, belə ki, anası M.Əliyeva sağlığında vəsiyyətnamə qoymuşdur, digər tərəfdən bu şəxslərin atası olan R.Əliyev-miras qoyanın qanun üzrə 1-ci növbə vərəsəsi miras qoyandan qabaq dünyasını dəyişmişdir. İddiaçılar iddia tələbində özlərini miras qoyanın qanun üzrə 1-ci növbə vərəsələri kimi qələmə verməklə onların miras əmlakda məcburi paylarının olmasını iddia edir və AR Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli Qərarına istinad edir. Halbuki həmin qərar 1-ci növbə qanun üzrə vərəsələrin miras əmlakdakı məcburi pay hüquqlarını tənzimləyir və konkret halda iddiaçılar miras qoyanın qanun üzrə birinci növbə vərəsələri hesab olunmur və miras əmlakdan məcburi pay aylaq hüququ yalnız miras qoyanın qanun üzrə birinci növbə vərəsələrinə şamil edilir ki,həmin vərəsələrin də dairəsi AR MM-nin 1059-cu maddəsində qeyd eilmişdir. AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Əgər miras qoyan vəsiyyətnamə verməsəydi və miras qoyanın oğlu olan iddiaçıların atası R.Əliyev miras qoyandan sonra dünyasını dəyişsəydi bu halda miras əmlakda onların pay məsələsinə baxıla bilərdi, lakin konkret halda notariat ofisi düzgün hərəkət edərək iddiaçılara vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Onu da qeyd edir ki, miras qoyan anası M.Əliyeva sağlığında iddiaçılara qarşı onların miras kütləsinə daxil olan mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırmış və xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti vermiş və həmin iş üzrə icraat hüquqi varisliyin müəyyən edilməsi səbəbi ilə dayandırılmışdır. İddiaçıların iddia tələbi tam əsassızdır və qeyd olunanlara əsasən iddiaçılar İddiaçı1 və qeyrilərinin 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat ofısinə qarşı məcburi pay hüququnun tanınması tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 9.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı2 nümayəndəsi – Vəkil, iddiaçılar İddiaçı1 və X13 ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin 1 saylı Sumqayıt regional “Asan Xidmət ” mərkəzində notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X15, X9 və X10 isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə hazırlıq iclaslarında iştirak edən İddiaçı2 nümayəndəsi Vəkil iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıların nənəsi hazırki iddiaçılara qarşı mənzildən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Lakin məhkəmə qətnaməsi çıxdıqdan 2 gün sonra iddiaçıların nənəsi vəfat etmişdir. Həmin qətnamədən tərəflərindən apellyasiya şikayəti verilmişdir. Bildirir ki, iddiaçıların atası nənələrindən daha əvvəl vəfat etmişdir. Xədicə və Əliəkbər notariusa vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdirlər. Lakin, notarius isə rədd cavabı vermişdir. Lakin, Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən qanun üzrə vərəsələrin mirasa məcburi payı qorunmalıdır. 1-ci növbə vərəsə olan ata vəfat edib və iddiaçılar da atanın vərəsəsidirlər. Hesab edir ki, ata daha əvvəl vəfat etsə də nəvələrin ata nənəsindən qalan mirasından məcburi pay almaq hüquqları vardır.
11. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
12. İşdə olan AZ-İİ 462776 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2015-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 432 nömrə ilə qeyd edilmişdir.
13. İşdə olan xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyeva Mənzər Qəzənfər qızı xx.xx.2024-cü ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-ci il tarixdə 450 nömrə ilə qeyd edilmişdir.
14. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4011/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi təmin edilmiş, X3, Alkan (Əliyeva) Xanım Rauf qızının, İddiaçı1 və Əliyeva (Mehdiyeva) Xədicə Rauf qızının iddaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanına olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir.
15. İşdə olan xx.xx.2022-ci il tarixli vəsiyyətnamədən görünür ki, Əliyeva Mənzər Qəzənfər qızı Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küç, ev 3, 25 saylı mənzili X5 vəsiyyət etmişdir.
16. İşdə olan 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat ofisinin xx.xx.2024-cü il tarixli 3020 saylı, xx.xx.2024-cü il tarixli 3021 və xx.xx.2025-ci il tarixli, 539 saylı məktublarından görünür ki, İddiaçı2, İddiaçı1 və X11 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.
17. İşdə olan xx.xx.2024-cü il tarixli **********018 nömrəli və xx.xx.2024-cü il tarixli **********019 nömrəli ərizələrdən görünür ki, İddiaçı2, İddiaçı1 mərhum nənənləri Əliyeva Mənzər Qəzənfər qızından miras qalmış əmlkadan onlara çatası hissəyə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etmişdirlər.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı2, İddiaçı1 və X7 atası X16 xx.xx.2015-ci il tarixində, iddiaçıların nənəsi Əliyeva Mənzər Qəzənfər qızı isə xx.xx.2024cü il tarixində vəfat etmişdir. Əliyeva Mənzər Qəzənfər qızı sağlığında 03 iyun 2022-ci il tarixli vəsiyyətnamə ilə ünvan 3 ünvanında yerləşən 25 saylı mənzili X5 (iddiaçıların bibisinə) vəsiyyət etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1 və X13 X14 Qəzənfər qızından miras qalmış əmlak dair onlara matası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin sonuncu həmin şəhadətnamənin verilməsindən imtina etmişdir. Hazırda iddiaçılar məcburi pay hüququnun tanınması və onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində yerləşən notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Cavabdehlər isə iddia tələbini qəbul etmirlər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur.
20. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir.
21. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir.
22. Konstitusiyanın 29-cu maddəsinin V hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.
23. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Bununla belə, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi).
25. Mülki qanunvericilik qanun üzrə vərəsəliyin subsidiarlığı prinsipini qəbul edərək vəsiyyətnamə üzrə vərəsəliyin qanun üzrə vərəsəlikdən üstün qüvvəyə malik olduğunu müəyyən etmişdir. Bununla belə, qanun üzrə vərəsəliklə vəsiyyət üzrə vərəsəlik bir-birini tamamlaya da bilər. Qanunverici tərəfindən vərəsəliyin qanun və vəsiyyət üzrə vərəsəlik formasında təsnif edilməsi məhz vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik və ailətəminat prinsiplərindən irəli gəlir.
26. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Vərəsəlik hüququnda ailə- təminatı prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarı).
27. Mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Vəsiyyət azadlığını məhdudlaşdıran hal kimi çıxış edən mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir. Bu hüquq məcburi pay almağa səlahiyyəti olan şəxsin mirasda minimal iştirakını təmin edir.
28. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
29. Göründüyü kimi, qanunverici məcburi pay almaq hüququ olan şəxslərin dairəsini məhdud şəkildə müəyyən edərək buraya vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) daxil olduğunu göstərmişdir.
30. Beləliklə, mülki qanunvericiliyin vərəsəliklə əlaqədar münasibətləri tənzimləyən normalarından göründüyü kimi məcburi pay almaq hüququ qanun üzrə vərəsəlik zamanı deyil, vəsiyyət üzrə vərəsəlik zamanı yaranan və tətbiq olunan hüquqdur.
31. İddiaçı tərəf AR Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə istinad edərək, X14 Qəzənfər qızının nəvələri olan vərəsələrin miras qoyanın mirasında məcburi pay almaq hüququna malik olduğunu iddia edirlər.
32. Həmin maddənin məzmununa görə bu sonuncuların (birinci növbə) nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
33. Məhkəmə qeyd edir ki, sözügedən maddə vəsiyyət üzrə vərəsəlik zamanı meydana gələn münasibətləri deyil, Mülki Məcəllənin Qanun üzrə vərəsəlik adlı 63-cü fəslində yer almaqla qanun üzrə vərəsəlik zamanı yaranan münasibətləri tənzimləyir və bu halda növbəlilik qaydasında bərabər pay hüquqlu vərəsələrin dairəsini müəyyən edir.
34. Məcburi payı tələb etmək hüququ olan şəxsin ölməsi halında həmin hüququn vərəsəlik üzrə keçməsi qaydaları isə Mülki Məcəllənin 1194-cü maddəsi ilə tənzimlənir. Maddənin məzmununa görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
35. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1159.1-ci maddəsində müəyyən edilmiş qanun üzrə vərəsələrin (birinci növbə vərəsələrin) qanuni maraqlarının müdafiəsinə yönələn məcburi pay hüququ ilə bağlı tələb və məcburi payı tələb etmək hüququnun vərəsəlik üzrə keçməsi mahiyyətcə fərqli hüquqi nəticələrin yaranmasına səbəb olur.
36. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir.
37. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir...
38. Beləliklə, Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən vəsiyyət edənin sağ olan vərəsələrinin məcburi pay hüququ mirasın açıldığı andan etibarən yarandığından, həmin pay hüququ, bir vərəsəlik payı kimi, onların əmlakına miras qoyanın öldüyü gün və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gündən etibarən vərəsəlik qaydasında keçir. Göründüyü kimi, vərəsənin (vərəsələrin), o cümlədən məcburi pay üzrə vərəsənin (vərəsələrin) vərəsəlik hüquqları miras əmlakın bölüşdürüldüyü andan deyil, mirasın açıldıgı andan yaranır.
39. Qeyd olunmalıdır ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Məhz bu halda, mirasın açıldığı andan mirasda məcburi pay almaq hüququ olan şəxsin (şəxslərin) vəsiyyətnamə üzrə vərəsədən (vərəsələrdən) məcburi payın ödənilməsini tələb etmək hüququ yaranır və vəsiyyətnamə üzrə miras payı almış bütün vərəsələr həmin məcburi payı ödəməyə borcludurlar...
40. Göstərilənlərdən belə nəticəyə gəlinir ki, Mülki Məcəllənin 1193-cü maddəsində müəyyən edilmiş mirasda məcburi pay almaq hüququ olan şəxslərdən miras açıldığı an sağ olmuş, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş şəxsin bu hüququ qanun və ya vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur.
41. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur.
42. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X14 Qəzənfər qızının ölümündən sonra vəsiyyət üzrə vərəsəlik açılmışdır. Belə ki, Əliyeva Mənzər Qəzənfər qızı özünə məxsus mirası qızı X5 vəsiyyət etmişdir. X14 Qəzənfər qızının mirasından məcburi pay almaq hüququ olan mərhumun oğlu, iddiaçıların atası X16 isə xx.xx.2015-ci il tarixində, yəni miras qoyan M.Əliyevadan əvvəl ölmüş, mirası açıldığı vaxt - xx.xx.2024-cü il tarixində sağ olmamışdır.
43. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıların atası X16 anası Əliyeva Mənzər Qəzənfər qızının mirası açılarkən sağ olmadığından onun məcburi payı tələb etmək hüququ yaranmamış, dolayısı ilə həmin hüquq hazırki iş üzrə iddiaçılara da keçməmişdir.
44. İddia ərizəsində istinad olunan “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1193-cü maddəsi ilə ailə birliyinin və maraqlarının qorunmasına xidmət edən mirasda məcburi pay institutu vasitəsi ilə birinci növbə qanun üzrə vərəsələrin vərəsəlik hüquqları miras qoyanın ölümlə bağlı sərəncamlarına qarşı təminat altına alınmış, onun belə sərəncamlarla ən yaxın ailə üzvlərini vərəsəlik hüququndan tamamilə məhrum etməsinin qarşısı alınmışdır. Məcburi pay, adından da göründüyü kimi “məcburilik” xüsusiyyəti ilə təmin olunaraq miras qoyanın birinci növbə qanun üzrə vərəsələrinin miras əmlakdan istisna edilə bilməyəcək şəkildə və ehtiyacdan asılı olmayaraq minimum həcmdə ayrılan miras hissəsidir.
45. Qanunvericiliyə əsasən məcburi pay almaq hüququ olan vərəsənin onu qəbul etməkdən imtina etdiyi halda onun payının vəsiyyət üzrə vərəsələrə keçməsi (Mülki Məcəllənin 1202.1-ci maddəsi), məcburi pay almaq hüququndan məhrumetmənin, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkün olması (Mülki Məcəllənin 1203.1-ci maddəsi) kimi müddəaların mövcudluğu da qanunvericinin məcburi payı digər vərəsəlik növlərindən, qanun üzrə vərəsəlikdən fərqlənməyən, əksinə onun toxunulmaz hissəsi kimi müəyyənləşdirdiyini göstərir. Bu səbəbdən də Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq miras əmlak mirasın açıldığı gündən digər vərəsələr kimi məcburi pay sahibi vərəsələrin də mülkiyyəti sayılır.
46. Məcburi payı tələb hüququ kimi qiymətləndirən hüquq tətbiqedənlərin öz mövqelərini əsaslandırdığı Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
47. Bununla bağlı nəzərə alınmalıdır ki, mirasın açılması ilə miras əmlakı təşkil edən maddi dəyərlər vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçsə də, yəni həmin əmlak üzərində vərəsələrin, həmçinin məcburi pay sahibi vərəsələrin hüquqları yaransa da, bu hələ payların müəyyən edilməsini, mirasın bölüşdürülməsini, payların ayrılıb vərəsələrə verilməsini ifadə etmir.
48. Buna görə də, məcburi pay hüququ olan şəxslər miras qoyanın vəsiyyəti əsasında qanun üzrə vərəsəlikdən məhrum olarlarsa, mirasın açılması anından onların öz məcburi paylarının verilməsini digər vərəsələrdən tələb etmək hüququ yaranır və bu hüququn pozulması halında onun müdafiəsi qaydası digər vərəsəlik növləri üzrə pozulmuş hüquqların müdafiəsi qaydasından fərqlənmir.
49. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarında yuxarıda qeyd edilən qərarda şərh edilənlərdən fərqli hər hansı qayda nəzərdə tutulmamış, məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu halda onun məcburi payı tələb etmək hüququnun vərəsəlik qaydasında keçməsi barədə fərqli şərh verilməmişdir.
50. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və X7 cavabdeh 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X15, X9 və X4 qarşı məcburi pay hüququnun tanınması tələbinə dair iddia ərizəsinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur və iddia tələbi təmin edilməməlidir. 51.Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçıların məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu onların özünə aid edilməlidir. 52.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi: 53.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 və X7 cavabdeh 1 saylı Sumqayıt regional “Asan Xidmət ” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X15, X9 və X4 qarşı məcburi pay hüququnun tanınması və s. tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva