Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1437/2025 19.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh 680 manat məbləğində sığorta ödənişi, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunu və 0.40 manat xidmət haqqının, cəmi 710,40 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-nin hеsabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC (bundan sonra – Cəmiyyət və ya İddiaçı) ilə 28 dekabr 2022-ci il tarixli sığorta müqaviləsinə əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Qaz 3302” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2023cü il tarixdə Binəqədi rayonu ərazisində baş vermiş nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus olan giriş qapısını zədələmişdir. Sözügedən nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus olan giriş qapısına dəymiş zərərə görə Cəmiyyət tərəfindən 680 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında protokoldan müəyyən olunur ki, baş vermiş nəqliyyat hadisəsinin törədilməsində “Qaz 3302” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli əmlakın qiymətləndirmə aktında, nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus olan giriş qapısına dəymiş zərər məbləği 680 manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 018/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus olan giriş qapısına dəymiş zərərlə bağlı ödənilməli olan 680 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixdə Cavabdeh rəsmi qaydada təqdim edilməsinə baxmayaraq sonuncu əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş: "xxxx" ASC ilə X1 arasında xx.xx.2022-ci il tarixli PAG********** nömrəli icbari sığorta müqaviləsindən görünür ki, “Qaz 3302” markalı ** EM *** dövlət qeydiyyat nişanlı yük avtomobili xx.xx.2022-ci il ildən xx.xx.2023-cü il ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş A-PAG 0627/23 №-li sığorta aktından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “Qaz 3302” markalı ** EM *** dövlət qeydiyyat nişanlı yük avtomobil maneyə dəymişdir. Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında protokoldan müəyyən olunur ki, baş vermiş nəqliyyat hadisəsinin törədilməsində “Qaz 3302” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP5745443 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilnmiş, 100 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC xx.xx.2023-cü il tarixli, yekun aktından görünür ki, hadisə nəticəsində “Qaz 3302” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilə 680 manat məbləğində ziyan dəymişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, 7 gün müddətində göstərilən məbləğin cəmiyyətin bank hesabına ödənilməsi xahiş olunmuş, əks təqdirdə, bu məbləğlə yanaşı, məhkəmə icraatının başlanılmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsinin onun üzərinə düşəcəyi barədə xəbərdarlıq edilmişdir. "xxxx" ASC tərəfindən məhkəmə iddia qaldırmaq üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. «İcbari Sığorta Haqqında» Qanunun 25.1.3-cü bəndində görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsində təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-925.3-cü maddələrinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Həmin Məcəllənin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Qeyd olunan hüquq normaları ilə hazıki işin faktiki hallarını qarşılıqlı şəkildə tədqiq etməklə müəyyən olunur ki, “Qaz 3302” markalı ** EM *** dövlət qeydiyyat nişanlı yük avtomobili xx.xx.2022-ci il ildən xx.xx.2023-cü il ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış, Sığortalı ilə xx.xx.2022-ci il tarixli PAG********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “Qaz 3302” markalı ** EM *** dövlət qeydiyyat nişanlı yük avtomobil maneyə dəymiş, nəticədə "xxxx" MMC-yə məxsus olan giriş qapısını zədələmişdir. Sözügedən nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus olan giriş qapısına dəymiş zərərə görə Cəmiyyət tərəfindən 680 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Belə olan halda iddiaçının Cavabdeh qarşı faydalanan şəxsə ödənilmiş sığorta haqqını geri tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Vurulmuş zərərə görə 680 manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat və 0.4 manat xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-1437/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1437/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver