Məhkəmə qərarları › İş №e-2(060)-1469/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1469/2025

14.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1469/2025 14.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və RPHŞ 2 saylı Sumqayıt ərazi dairəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və RPHŞ 2 saylı Sumqayıt ərazi dairəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Xalq Deputatlar İcraiyə Komitəsi tərəfindən (Sumqayıt şəhər XDS İK) tərəfindən tərtib edilmiş xx.xx.1990-cı il tarixdə, 576/571 nömrəli Orderdə ailə üzvləri siyahısında "Bağırova Pərvanə" kimi qeydiyyata alınmış şəxsin şəxsiyyət vəsiqəsindəki Ərizəçi yəni, ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə Ağsu rayonunda аnadan olub. O, mərhum həyat yoldaşı X6 ilə xx.xx.1989-cu il tarixdə rəsmi nikah qeydiyyatına keçərək ailə həyatı qurub. Birgə nikahlarından iki övladları olmuşdur. Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 16/25-də yerləşən, 7 saylı mənzil xx.xx.1990-cı il tarixdə, 576/571 nömrəli Order (xx.xx.1990- cı il, 12 saylı protokol) əsasında Sumqayıt şəhər Xalq Deputatlar İcraiyə Komitəsi tərəfindən (Sumqayıt şəhər XDS İK) mərhum həyat yoldaşı X4 verilmişdir. Orderdə ailə üzvi kimi mərhum həyat yoldaşı X6, qızı Mərdəliyeva Validə, oğlu Mərdəliyev Oktay və o göstərilib. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı X6 vəfat etmişdir. Mənzilin orderinin verildiyi tarixdən mənzildə yaşayıblar və bu gündə yaşayırlar. Hal-hazırda o, yaşadığı mənzili öz adına rəsmiləşdirib, özəlləşdirə bilmir. Sözügedən mənzil ilə bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsinə dair AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də, imtina cavabı vermişdilər. İmtinaya səbəb kimi sözügedən orderdə onun ata adının göstərilməməsidir. Lakin orderdə həmçinin onun soyadının qızlıq soyadı kimi yəni, "Bağırova" kimi göstərilmişdir. Sumqayıt şəhər XDS İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürməsi şöbəsinin xx.xx.1990cı il tarixdə, 576/571 nömrəli Orderin ailə tərkibi hissəsində onun ata adı qrafasında atasının adını qeyd etməyiblər və soyadını "Mərdəliyeva" yox, "Bağırova" kimi qeyd etmişlər. Bu zamana kimi bunun fərqinə varmayıb. Sözügedən mənzili öz adına rəsmiləşdirə bilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olub. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən və məhkəmə bildirişinə imza etməklə) məlumat verilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X5 ərizəyə dair izahat verərək bildirmişdir ki, ərizəçi xx.xx.1966-cı ildə Ağsu rayonunda аnadan olmuşdur. Ərizəçi mərhum həyat yoldaşı X6 ilə xx.xx.1989-cu il tarixdə rəsmi nikah qeydiyyatına keçərək ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahlarından iki övladı olmuşdur. Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 16/25-də yerləşən, 7 saylı mənzil xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhər Xalq Deputatlar İcraiyə Komitəsi tərəfindən mərhum X4 verilmişdir. Orderdə ailə üzvi kimi mərhum X6, Mərdəliyeva Validə, Mərdəliyev Oktay və tərəfi göstərilmişdir. xx.xx.2023-cü il tarixdə X6 vəfat etmişdir. Mənzilin orderinin verildiyi tarixdən tərəfi ailəsi ilə birlikdə mənzildə yaşamışdır. Hal-hazırda ərizəçi yaşadığı mənzili öz adına rəsmiləşdirib, özəlləşdirə bilmir. Sözügedən mənzil ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilsə də, imtina cavabı alınmışdır. İmtinaya səbəb kimi sözügedən orderdə tərəfinin ata adının göstərilməməsidir. Həm də orderdə ərizəçinin soyadı qızlıq soyadı kimi yəni, "Bağırova" kimi göstərilmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdurlar. 5.Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.İş materiallarında olan AZ İİ 361263 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 492 nömrə ilə qeyd edilmişdir. 7.İş materiallarında olan V-JQ 302179 saylı nikah haqqında şəhdətnamədən görünür ki, X6 ilə X2 02 noyabr 1989-cu il tarixdə Sumqayıt şəhər Nikah Evində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 1606 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Mərdəliyeva soyadı verilmişdir. 8.İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, təqdim edilən sənədlərin araşdırılması zamanı sözügedən mənzilə dair Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixii 576/581 nömrəli orderdə Ərizəçi ata adının qeyd olunmadığı müəyyən olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxsiərin adları tam şəkildə göstərilməlidir. Bundan əlavə Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli 3- 48-DA-10F/2-876-2023 nömrəli məktubunda xx.xx.1990-cı il tarixli 576/581 nömrəli orderin verilməsinə əsas olan Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1990-cı il tarixli 12 saylı iclas protokoluna əlavə olunmuş materiallarda sözügedən mənzilin vətəndaş X3 adına deyil, X8 adına ayrıldığı qeyd olunmuşdur.

9. İşdə olan xx.xx.1990-cı il tarixdə, 576/571 nömrəli Orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 16/25-də yerləşən, 7 saylı mənzil X4 və onun ailə üzvlərinə verilmişdir. 10.İşdə olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə Ağsu rayonu, Gəgəli kəndində doğulmuşdur və Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 16/25, mənzil 7 –də qeydiyyatdadır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X6 ilə Ərizəçi 02 noyabr 1989-cu il tarixdə Sumqayıt şəhər Nikah Evində rəsmi nikaha daxil olaraq ailə qurublar. xx.xx.1990-cı il tarixli, 576/571 nömrəli Orderə əsasən Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 16/25-də yerləşən, 7 saylı mənzil X4 və onun ailə üzvlərinə verilmişdir. Həmin orderdə ərizəçinin (mərhumun arvadının) soyadı Mərdəliyeva kimi deyil, Bağırova kimi qeyd edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə hesab edir ki, X4 və onun ailə üzvlərinə Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 16/25-də yerləşən, 7 saylı mənzilin ayrılması barədə xx.xx.1990-cı il tarixli, 576/571 nömrəli orderdə ailə üzvləri siyahısında olan "Bağırova Pərvanə" qeydinin AZE seriyalı, ********* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, bu fakt ərizəçinin nümayəndəsinin izahatı və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. 13.Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. 14.“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 15.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 16.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.1990-cı il tarixli, 576/571 nömrəli Orderdə ailə üzvləri siyahısında olan "Bağırova Pərvanə" qeydinin AZE seriyalı, ********* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. 17.Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 18.Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 19.Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

Nəticə hissəsi: 20.Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: Ərizə təmin edilsin. Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.1990-cı il tarixli, 576/571 nömrəli Orderdə ailə üzvləri siyahısında olan "Bağırova Pərvanə" qeydinin AZE seriyalı, ********* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar