Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1475/2024 19.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdehna qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 506 manat əsas 75,9 AZN cərimə cəmi 581,9 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 59,9 AZN əsas 8,9 AZN cərimə cəmi 68,8 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 59,9 AZN əsas, 8,9 AZN cərimə, cəmi 68,8 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 699,6 AZN əsas, 104,9 AZN cərimə, cəmi 804,5 AZN borc, ümumilikdə dörd müqavilə üzrə 1325,4 AZN əsas, 198,6 AZN cərimə, 1524 AZN cəmi borcun və 35,24 AZN ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Xiaomi” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər 43 manat (sonuncu ay 33 manat) olmaqla cəmi 506 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Biogeneral” markalı sərinkeşə görə 6 ay ödəniş cədvəli üzrə hər 10 manat (sonuncu ay 9,90 manat) olmaqla cəmi 59,90 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Honor” markalı qulaqcığa görə 6 ay ödəniş cədvəli üzrə hər 10 manat (sonuncu ay 9,90 manat) olmaqla cəmi 59,90 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Xiaomi” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər 39 manat (sonuncu ay 36,6 manat) olmaqla cəmi 59,90 manat, ümumilikdə hər dörd müqavilə üzrə 1325,4 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, müqavilələr üzrə heç bir ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildiririk ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu dörd müqavilə üzrə 1986 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər dörd müqavilə üzrə 1986 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 198,6 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2023-cü il tarixədək "xxxx" MMCnə olan borcu xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 506 əsas, 75,9 manat cərimə, cəmi 581,9 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 59,9 əsas, 8,9 manat cərimə, cəmi 68,8 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 59,9 əsas, 8,9 manat cərimə, cəmi 68,8 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 699,6 əsas, 104,9 manat cərimə, cəmi 804,5 manat, ümumilikdə dörd müqavilə üzrə 1325,4 manat əsas, 198,6 manat cərimə, cəmi 1524 manat təşkil etmişdir. Cavabdehna iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinadən mübahisəyə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin qanunla nəzərdə tutulmuş müddətdə iddia ilə bağlı etiraz daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********* saylı (müddətli) nisyə alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Xiaomi” markalı mobil telefona 12 ay ödəniş cədvəli üzrə hər ay 43 manat (sonuncu ay 33 manat) olmaqla cəmi 506 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun iddiaçı "xxxx" MMC-yə ********* saylı, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-ci il tarixinə yaranmış 506 manat əsas borc, 75,9 manat cərimə borcu olmaqla, cəmi 581,9 manat ödənilməmiş borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********* saylı (müddətli) nisyə alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh aldığı “Biogeneral” markalı sərinkeşə görə 6 ay ödəniş cədvəli üzrə hər ay 10 manat (sonuncu ay 9,90 manat) olmaqla cəmi 59,90 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun iddiaçı "xxxx" MMC-yə ********* saylı, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-ci il tarixinə yaranmış 59,9 manat əsas borc, 8,9 manat cərimə borcu olmaqla, cəmi 68,8 manat ödənilməmiş borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********* saylı (müddətli) nisyə alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh aldığı “Honor” markalı qulaqcığa görə 6 ay ödəniş cədvəli üzrə hər ay 10 manat (sonuncu ay 9,90 manat) olmaqla cəmi 59,90 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun iddiaçı "xxxx" MMC-yə ********* saylı, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-ci il tarixinə yaranmış 59,9 manat əsas borc, 8,9 manat cərimə borcu olmaqla, cəmi 68,8 manat ödənilməmiş borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********* saylı (müddətli) nisyə alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh aldığı “Xiaomi” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 39 manat (sonuncu ay 36,6 manat) olmaqla cəmi 699,6 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun iddiaçı "xxxx" MMC-yə ********* saylı, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-ci il tarixinə yaranmış 699,6 manat əsas borc, 104,9 manat cərimə borcu olmaqla, cəmi 804,5 manat ödənilməmiş borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh hər ay ödəniş cədvəlinə uyğun olaraq pul ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.4-ci maddəsinə əsasən- Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh X1 iddiaçıdan nisyə alqısatqı müqavilələrinə əsasən aldığı məhsullar üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarix və xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən öhdəliklərini icra etməyərək həmin müqavilələrin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 75,9 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 8,9 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 8,9 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 104,9 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1524 manat olduğundan ((506+59,9+59,9+699,6) manat əsas+(75,9+8,9+8,9+104,9) manat cərimə=1524) iddiaçı tərəfindən ödənilmiş 35,24 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 506 manat əsas 75,9 AZN cərimə cəmi 581,9 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 59,9 manat əsas, 8,9 manat cərimə, cəmi 68,8 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 59,9 manat əsas, 8,9 manat cərimə, cəmi 68,8 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 699,6 manat əsas, 104,9 manat cərimə, cəmi 804,5 manat borc, ümumilikdə dörd müqavilə üzrə 1325,4 manat əsas, 198,6 manat cərimə, cəmi 1524 manat borc və 35,24 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 284-1, 284- 5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış;
1. xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 506 manat əsas 75,9 AZN cərimə, cəmi 581,9 manat borc;
2. xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 59,9 manat əsas, 8,9 manat cərimə, cəmi 68,8 manat borc;
3. xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 59,9 manat əsas, 8,9 manat cərimə, cəmi 68,8 manat borc;
4. xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 699,6 manat əsas, 104,9 manat cərimə, cəmi 804,5 manat borc; Ümumilikdə 1524 manat borc və 35,24 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov