Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1477/2024 05.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Şakir MTK"-nın nümayəndəsi Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, "xxxx" MTK və X23 olmaqla) “müqavilələrin ləğv edilməsi və pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahələrinin iddiaçıya təhvil verilməsi, orda təmir-tikinti işlərinin aparılması üçün şəraitin yaradılması, iddiaçının sahiblik istifadə hüquqlarının həyata keçirilməsi üçün məhdudiyyətlərin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sülh və Dostluq küçəsinnin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binanın İİİ blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m. olan qeyri-yaşayış sahəsi və Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binanın İ blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, orada təmir-tikinti işlərinin aparılması üçün şəraitin yaradılması, iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin dəyişdirilməsi və həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2006-cı il tarixli, 49 saylı müqavilə üzrə Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binanın İİİ blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsinə dair maliyyə arayışının verilməsi, orada təmir-tikinti işlərinin aparılması üçün şəraitin yaradılması, iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun və xx.xx.2006-cı il tarixli, 77 saylı müqavilə üzrə ödənilmiş 35000 (otuz beş min) ABŞ dollarının ödəniş gününə dolların manata olan məzənnəsi ilə hesablanaraq, Cavabdeh tutulub, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin dəyişdirilməsi və həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən tərəflər arasında bağlanılmış xx.xx.2006-cı il tarixli, 49 saylı müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 60000 (altmış min) ABŞ dollarının və həmin məbləğə illik 5% ilə hesablanmaqla 52972,60 (əlli iki min doqquz yüz yetmiş iki ABŞ dolları 60 sent) ABŞ dollarının, habelə tərəflər arasında bağlanılmış xx.xx.2006-cı il tarixli, 77 saylı müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 35000 (otuz beş min) ABŞ dollarının və həmin məbləğə illik 5% ilə hesablanmaqla 30037,67 (otuz min otuz yeddi ABŞ dolları 67 sent) ABŞ dollarının, ümumilikdə 178010,27 (yüz yetmiş səkkiz min on ABŞ dolları 27 sent) ABŞ dollarının ödəniş gününə dolların manata olan məzənnəsi ilə hesablanaraq, o cümlədən iddia tələbinin verilməsi üçün ödənilmiş 592,82 (beş yüz doxsan iki manat 82 qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulub, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinnin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binanın İİİ blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair X17 ilə Hüseynov Şakir Hüseyn oğlu arasında xx.xx.2006-cı il tarixli, 49 saylı müqavilə bağlanılmışdır. Müqavilənin 2.1-ci bəndinə görə sahənin dəyəri hər kv.m üçün 600 ABŞ dolları təşkil edir. Müqavilənin 3.1-ci bəndinə görə tikinti işləri başa çatdıqadan sonra müqavilənin əsas predmeti kimi ˝ıçarcİ˝ təhvil verir, ˝ıçyaP˝ isə qəbul edir. T.Səmədov xx.xx.2006-cı il tarixdə 35000 ABŞ dolları, xx.xx.2007-ci ildə 5000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 20000 ABŞ dolları olmaqla, ümumilikdə qeyri-yaşayış sahəsinin tam dəyəri olan 60000 (altmış min) ABŞ dolları məbləğində pulu Hüseynov Şakir Hüseyn oğluna ödənilmişdir. Bundan başqa Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binanın İ blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair X17 ilə Hüseynov Şakir Hüseyn oğlu arasında xx.xx.2006-cı il tarixli, 77 saylı müqavilə bağlanılmışdır. 77 saylı müqavilənin 2.1-ci bəndinə görə sahənin dəyəri hər kv.m. üçün 2200 ABŞ dolları təşkil edir. Müqavilənin 3.1-ci bəndinə görə tikinti işləri başa çatdıqadan sonra müqavilənin əsas predmeti kimi ˝ıçarcİ˝ təhvil verir, ˝ıçyaP˝ isə qəbul edir. T.Səmədov xx.xx.2006-cı il tarixdə 15000 ABŞ dolları, xx.xx.2007-ci ildə 5000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 5000 ABŞ dolları olmaqla, ümumilikdə qeyri-yaşayış sahəsi üçün 35000 (otuz beş min) ABŞ dolları məbləğində pulu Hüseynov Şakir Hüseyn oğluna ödəmişdir. Sözügedən bina tikilib qutarmasına baxmayaraq, həmin qeyri-yaşayış sahələri T.Səmədova təhvil verilməmişdir. X17 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, onun qanun üzrə vərəsəsi kimi həyat yoldaşı İddiaçı tanınmışdır. Hüseynov Şakir Hüseyn oğlu xx.xx.2016-cı il tarixdə vəfat etmişdir, onun qanun üzrə vərəsəsi kimi oğlu Cavabdeh Hüseyn oğlu tanınmışdır. Sözügedən qeyriyaşayış sahələrinin T.Səmədovun qanun üzrə vərəsəsi İddiaçı təhvil verilməsinə dair Cavabdeh pretenziya məktubu göndərilsə də, sonuncu bunu etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1477/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixdə keçirilən hazırlıq iclasında X23 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, iddia tələbi üzrə ilk öncə müqavilə üzrə vətəndaşa çatacaq qeyri-yaşayış sahələrini və yaxud onları əldə etmək, yaxud faktiki sahibliyə qaytarmaq niyyətləri olmuşdur. Lakin məhkəmə prosessi gedişində müəyyə edilmişdir ki, həmin sahələr ilə bağlı başqa şəxslər ilə müqavilələr vardır və başqa şəxslərə satılmışdır. Hüquqlarını müdafiə etdiyi və nümayəndə qismində təmsil etdiyi İddiaçı hesab etmişdir ki, həmin şəxslərin işə cəlb edilməsi və müqavilələrinin mübahisələndirilməsinə lüzum yoxdur. Ona görə də vərəsəsi olduğu Telman Səmədovun adından ödənilmiş məbləğlərin geri ödənilməsini, yekun nəticədə müqavilədə nəzərdə tutulduğu kimi dəymiş zərərin tələb olunması ilə kifayətlənmişdir. Hesab edirlər ki, iddia tələbi kifayət qədər əsaslıdır. Qarşı tərəfin tələb olunan sənədlərin çox hissəsini məhkəməyə təqdim etməməsi bir daha göstərir ki, iddia tələbi düzgün irəli sürülmüş və faktiki hallar, eyni zamanda hüquqi əsaslar düzgün müəyyən edilmişdir. Qarşı tərəfdən müvafiq hökm sadəcə olaraq yerləşdirilmişdir. Həmin hökmün mahiyyəti ilə tanış olduqda ümummiyətlə isə məlum olur ki, Şakir Hüseynov müvafiq qurumlarda qanunla tələb edilən icazələri almadan və buna müvafiq icazəsi olmadan tikinti aparmış və tikinti apardığı prosessdə də vətəndaşlardan külli miqdarda vəsait tələb etmişdir. Bu prosess də bir qrup şəklində olmuşdur. X33 aid olan bir prosess deyildir. Digər şəxslərə də bununla bağlı ittiham verilmişdir. Hökmdən həmçinin müəyyən olunur ki, sözügedən tikili əslində tikinti normalarına uyğun da olmamışdır. Fövqəlhadə Hallar Nazirliyinin Əməkdaşları tərəfindən tikintiyə baxış keçirilərək, onun tikintisinin qadağan edilməsi və blomblanma işlərinin aparılmasına baxmayaraq, sonradan tikinti özbaşına şəkildə davam etdirilmişdir. Tikinti davam etdikcə də digər vətəndaşların pul vəsaitləri mənimsənilmişdir. Bu onu göstərir ki, müqavilə bağlanan anda Şakir Hüseynov özü bilirdi ki, həmin vətəndaşın, eyni zamanda Telman Səmədovun hüquqlarını pozur. Çünki müvafiq səlahiyyəti və icazəsi olmadan vətəndaşdan ona qeyri-yaşayış sahəsi tikib-təhvil vermək barədə öhdəlik götürmüşdür. İddiaya etirazlardan biri o, olmuşdur ki, zərərçəkmiş şəxs qismində iddiaçı tərəfin tanınması və onların həmin cinayət işində iştirakına dair hər hansı bir sübut yoxdur. Hökm vətəndaşın prosessual statusunu müəyyən edən sənəd deyildir. Eyni zamanda ittiham aktı da prosessual statusu müəyyən etmir. Əgər qarşı tərəf həmin cinayət işindən xəbərdar olmalarını və həmin cinayət işinin gedişatında cəlb edilməklərini, şahid və yaxud zərərçəkmiş şəxs statusunda ilkin olaraq cəlb edilməsinə və yaxud xitam verilməsinə dair sübutlar təqdim etmiş olsa idilər, o zaman razılaşardılar. Lakin hökmdən də görünür ki, Telman Səmədovun adı zərərçəkmiş və yaxud şahid qismində prosessdə getmir. Ümumiyyətlə isə prosedur belədir ki, təqsirləndirilən şəxs barəsində cinayət təqibi aparılarkən təqsirləndilən şəxsdən əldə edilən məlumatlar yəni, kitabçalar, not dəftərləri, kompüter məlumatları əsasında hansı vətəndaşlara satılma və bu zaman zərərçəkənlərin dairəsi müəyyən olunur. Bu o deməkdir ki, təqsirləndirilən şəxsin iradəsində asılı olaraq cinayət təqibi orqanı zərərçəkmiş şəxslərin real dairəsini müəyyən edə bilmir. Burada əsas məqsəd təbii ki, təqsirləndirilən şəxsin öz törətdiyi əməldə cəzasının aşağı salınması məqsədi güdülür. Biri vardır ki, 100 nəfərə görə ittiham elan edilsin, biri də vardır ki, 80 nəfərə görə ona ittiham elan edilsin. Eyni zamanda bununla vurulmuş ziyanın məbləği də azalmış olur. Süni olaraq buna nail olmuş olur. Bu onu göstərir ki, Telman Səmədovun müqaviləsinin adının çəkilməməsi həmin dövrdə sırf Şakir Hüseynovun iradəsinin nəticəsi olmuşdur. Bu şəxslə hər hansı müqavilə bağlaması barədə məlumat verməsindən irəli gələrək, Telman Səmədov cinayət prosessinə cəlb edilməmiş, onun müqaviləsi həmin dövrdə yoxlanılmamış, onun tərəfindən ödənilmiş ödənişlərin həqiqətən qəbul edilməsi və sair mövzular aparılmış cinayət təqibinin mövzusu olmamışdır. Buna baxmayaraq əgər olmuş olsa idi, qarşı tərəf sübutların qiymətləndirilməsi qərarını təqdim etsə idilər, Telman Səmədovun əvvəldən cinayət təqibinə cəlb edilməsi, lakin onun müqaviləsinin saxta olması və sair fikrən əsaslar ilə onun da zərərçəkmiş şəxs qismində tanınmasına dair bir göstəriş olmuş olsa idi, onda müqavilənin cavabdeh üçün original olmaması əsası ilə razılaşar və hüquqi qiymətin verilməsi ilə razılaşardı. Lakin cinayət təqibi orqanının qəbul etdiyi yekunda, sübutların qiymətləndirilməsi qərarı və yaxud da zərərçəkmiş şəxs qismində tanınma barədə qərarın ləğvinə dair hər hansı sənəd hazırda təqdim edilmədiyinə görə hesab edirlər ki, həmin dönəmdə xüsusilə də Telman Səmədovun belə bir cinayət təqibinin aparılmasından məlumatı olmadığından, bu məlumatlar sonradan onun həyat yoldaşı tərəfindən artıq vərəsə olan dönəmdə əldə edildiyinə görə hesab edirlər ki, vətəndaşın hüquqlarının pozulmasından onun xəbəri olmamışdır. Eyni zamanda Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən hökm mülki icraat üçün yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hökm mövcuddur. Həmin hökmə əsasən Şakir Hüseynov dələduzluqda ittiham edilərək ona müvafiq cəza verilmişdir. Həmin əməldə də təqsirli hesab olunmuşdur. Verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, vətəndaş bilmişdir ki, müvafiq icazələr alınmadan və müvafiq səlahiyyətə malik olmadan tikinti işlərini aparmışdır. Ən maraqlı nüans ondan ibratədir ki, həmin tikinti hökmün detallarına əsaslansa tikinti normalarına uyğun aparılmamışdır. Orada seysmik normalara riayət edilməmişdir. Bina əslində zəlzələyə dözümlü deyildir. Bunların hər biri hökmün mahiyyətindən irəli gələrək deyilmişdir. Sonradan ola bilər ki, Tural müəllim binada müvafiq bərkitmə işləri aparmış və təmir işləri görmüşdür. Onlara bu hal məlum deyildir. Yəqin ki, cavabdeh bu halı çıxışında bildirəcəkdir. Faktiki olaraq verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, vətəndaş müqaviləni bağladığı anda qarşı tərəfin, yəni Telman Səmədovun hüquqlarını pozduğunu bilmiş, bunu da qarşı tərəfdən gizlətmişdir. Məhkəmə tərəfindən Əliəddin Səmədov üçüncü şəxs qismində işə cəlb edilmişdir. Hansı ki, onun müqaviləsi qarşı tərəfdən tanınır. Oradakı imzalan tutuşdurulmuş və müəyyən edilmişdir ki, müqavilənin bağlanması qrafasındakı Şakir Hüseynovun adı qarşısındakı olan imza ilə Telman Səmədovla bağlanmış müqavilədəki imzalar eyni şəxsə məxsusdur. Pulu alan qrafasındakı imzalar da eyni şəxsə məxsusdur. Lakin digər prosessdə də cavabdeh məlumat vermiş, eyni zamanda həmin müqaviləni elektron sistemə daxil etmişdir ki, digər şəxsin imzasından əlavə həmin digər şəxs Şakir Hüseynovun göstərişi ilə hərəkət etmişdir. Digər şəxsin imzasından əlavə Şakir Hüseynov sonradan onun imzasını təsdiqləyən bir imza çəkmişdir ki, həqiqətən bu məbləğ qəbul edilmişdir. Hökmə diqqət yetirilsə, müəyyən olunar ki, X25 adında mühasibi olmuşdur. O da təqsirləndirilən şəxslər sırasındadır. Əgər həmin şəxs özünü mühasib kimi təqdim edirsə, bütün maliyyə prosessləri də həmin şəxsin əlindən keçirsə Telman Səmədov onun ödədiyi məbləğin sonradan Şakir Hüseynov tərəfindən təsdiq edilməsinin zəruliyi və ya labüdlüyü barədə məlumatlandırılmırsa, onun üçün bunun əhəmiyyəti yoxdur. X34 vətəndaşa özünün mühasib kimi təqdim etdiyi şəxs tərəfindən məbləğlərin qəbul ediləcəyini göstərirsə, Telman Səmədovda ödənişi edərkən müqavilədə müvafiq qrafada həmin şəxsin imzasını görürsə bunun üçün əqd qanuni hesab edilir və onun üçün məbləği düzgün şəkildə düzgün şəxsə ödəmişdir. O imzanın sonradan bir də Şakir Hüseynov tərəfindən təsdiqlənməsinin labüdlüyü artıq cavabdehin iradəsindən irəli gəlir. O zaman Şakir Hüseynovun imzası yoxdursa o zaman ödəniş olmamışdır kimi iddia edilməsini hesab edir ki, hüquqi əsas olmadığı üçün əsassızdır. Eyni zamanda bu etiraz məntiqə də əsaslanmır. Bundan başqa etirazda iddia müddəti ilə bağlı göstərilmişdir. İddia müddətinin axımı vətəndaşın öz hüquqlarının pozulduğunu bildiyi və yaxud bilməli olduğu andan başlanır. Hazırki halda görünür ki, vətəndaşa 2022-ci ildə onun yerinə başqa şəxsin yerləşdirildiyi barədə məlumat verilmişdir. Ondan sonra da Cavabdeh ilə vətəndaş görüşmüşdür. Danışıq olmuş və daha sonra məlum olmuşdur ki, artıq boş sahələr yoxdur. Tural müəllim ona şifahi şəkildə bildirmişdir ki, daha bir korpus və bina tikəcəkdir. Həmin binadan da onunla halallaşacaqdır. Qeyri-yaşayış sahəsi deyil, mənzil söz verilmişdir. Vətəndaş icranın gecikdirildiyini, yəni tikinti işlərinə başlanılmadığını gördükdən sonra 2023-cü ildə müvafiq olaraq hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlayaraq məhkəməyə müraciət etmişdir. Belə olan halda iddia müddətinin axımı 2022-ci ildən başlamalıdır. Bu halda iddia müddəti keçməmiş hesab olunur. Digər tərəfdən bina tikilərək təhvil verilməli, vətəndaş da öhdəliyini yerinə yetirməli idi. İlkin müqaviləni bağlayan Şakir Hüseynovun vərəsəsi cavabdeh Tural müəllim qanun üzrə vərəsə olduğuna görə həmin öhdəlikləri bütünlükdə qəbul etmişdir. Ona görə də həmin binadakı tikililəri tamamlayıb təhvil vermək öhdəliyi də onun üzərində olmuşdur. Lakin bu öhdəlikləri yerinə yetirməməsi artıq onlarda tələb hüququnun irəli sürülməsi üçün əsas olmuşdur. Natiq müəllimin də müqaviləsinə hər hansı çertyoj əlavə edilməmişdir. Müqavilə bağlanarkən ümummiyətlə heç kəsə sxem və çertyoj təqdim edilməmişdir. Bütün yerlər şifahi olaraq göstərilmişdir. Yerli baxış zamanı Natiq müəllim də bildirmişdir ki, əvəllər də həmin sahədə onun böyük bir çayxanası olmuş, qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərmişdir. Real olaraq həmin sahəni işlətmiş və bina tikildiyinə görə binada olan qeyri-yaşayış sahələri ilə əvəzləşdirmişdir. Müvafiq qeyri-yaşayış sahəsi müvafiq sahədə verilmədiyinə görə daha sonra onun bir hissəsi mənzil ilə əvəzləşdirilmişdir. Hər bir halda həmin qeyri-yaşayış sahəsinin verilməsinə belə Natiq müəllim məhkəmə qərarı ilə nail olmuşdur. Məhkəmə qərarının icrası dönəmində yerli baxış zamanı müəyyən edilmiş yerdə qərarlaşdırılmış və ona müvafiq çertyoj verilmişdir. Ona görə də müqaviləni mübahisələndirmək hissəsində vətəndaş maraqlı olmamışdır. Baxmayaraq ki, həmin sahə üzrə ödənişi tam həyata keçirmişdir. Hesab edirlər ki, həmin sahədə Natiq müəllimin obyekti yerləşdiyi üçün, məhkəmə qərarı olduğu üçün sonradan qəliz prosesslərə aparılacağı ehtimalı olduğu üçün, eyni zamanda məhkəmə qərarının icrasını qeyri-mümkün edəcəyinə görə hesab edir ki, müqavilələrin ləğv edilməsi, ödənilmiş məbləğlərin və illik 5% ilə hesablanmış məbləğin ödənilməsi hissəsində iddia tamamilə əsaslıdır. Ona görə də məhkəmədən iddia tələbinin tam edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmin şəxslər Sumqayıt ərazisində yaşamırlar. Ev almaqlarına səbəb digər tanışlarının həmin ərazidə qeyri-yaşayış sahəsi, eyni zamanda mənzil alması olmuşdur. Həmin adamlar qeydiyyat ünvanı üzrə yəni, Bakı şəhərində yaşayırlar. Onların da Sumqayıt şəhərinə tez-tez gəlibgetmək kimi imkanları olmamış, heç maraqlarında da olmamışdır. Binanın da tikililərək yarımçıq qalması dönəmindən sonra həmin bina ilə Telman müəllim uzun müddət maraqlanmamışdır. Xanım da bildirir ki, vərəsəliyi aldıqdan sonra binanın olduğu kimi qaldığını görmüşdür. Qapısını döyərək soruşacaqları adam yoxdur. Onu həmin formada saxlamışlar. Lakin 2022-ci il tarixdə ona deyildikdən sonra artıq görmüşdür ki, oraya şüşələr vurulmuşdur. Real hərəkətlər olmuşdur. Bəziləri də öz yerlərini təmir etmişlər. Ona qədər isə orada qeyri-yaşayış sahələri şüşələnməmişdir. 2022-ci il tarixdə şüşələnməni gördükdən sonra bilmişlər ki, artıq real olaraq bina ilə bağlı addımlar atılır. Ona görə də Tural müəllim ilə görüşmüş və məlum olmuşdur ki, vərəsədir. Miras-əmlakıl da qəbul etmişdir. Tural müəllim söküntü olduğunu bildirmiş, lakin söküntü qərarını təqdim etməmişdir. Qərardad təqdim edilmişdir. Qərardad da icra mərhələsində olan hər hansı qərarın mübahisələndirilməsi ilə bağlıdır. Söküntü ilə bağlı hər hansı şəxsin və ya qurumun iddiasının olub-olmadığını və söküntünün əsl səbəblərini bilməmişdirlər. Buna baxmayaraq, yəni söküntünün olub-olmamasından asılı olmayaraq, istənilən halda vətəndaş ilə müqavilə bağlanmış və vətəndaş həmin müqaviləyə görə pul ödəmişdir. Onların müqavilələri birinci və üçüncü blok barəsindədir. Hansı ki, həmin bloklar da yerindədir. Faktiki olaraq dördüncü blok mövcud deyildir. Birinci blok sökülsə belə üçüncü blok yerindədir. Vətəndaş həmin sahələri 2023-cü ildən göstərmiş, o da həmin sahələrin şəkillərini çəkərək özündə saxlamışdır. Əgər bina sökülsə belə pulu verən tərəf olaraq Telman Səmədov hər hansı bir öhdəlik daşımır. Çünki müvafiq icazənin alınması və binanın tikilərək təhvil verilməsi öhdəliyi qarşı tərəfin üzərindədir. Əgər icra edə bilməyəcəkdirlərsə o müqavilə bağlanmamalı idi. Əgər bağlanmış lakin sökülmüşdürsə, dərhal qarşı tərəfi çağırıb müqaviləni ləğv etməli idilər. Çünki bunun icrası mümkün deyildir. Yaxud da əvəzləşdirilməli idi. Lakin bununla bağlı Telman Səmədova hər hansı rəsmi və yaxud qeyri-rəsmi məlumat verilməmişdir. Düşən tərəfə uyğun çertyoj və yaxud rəsmi sənəd verilmədiyi üçün adam rəsmi olaraq öz yerini göstərə bilmir. Şifahi olaraq göstərə bilir. Lakin rəsmi şəkildə sxem yoxdur. 2022-ci il tarixdə iddiaçı ilk dəfə şüşələnməsini görmüşdür. Lakin ona qədər heç nə olmamışdır. 2023-cü il tarixdə özü şəkil çəkən zaman belə obyekt təmir edilməmişdir. Həmin zaman təmir işləri olmamış, sadəcə şüşəli yerlər olmuşdur. Məhkəməyə təqdim edilən müqavilələr vətəndaşın özündə olmuşdur. X1r. O bildirmişdir ki, əmisi oğlu zəng edərək bildirmişdir ki, onların yerlərinə başqa adamlar girmişdir. İfadəni o formada işlətmiş, ona görə də 2022-ci il tarixdə oraya yaxınlaşmışlar. Hesab edirlər ki, xanım həmin müqavilədən sonra xəbər tutsa belə vərəsə kimi tələb etmə hüququ ondadır. Çünki bütün əmlaklar üzrə qanun üzrə vərəsə İddiaçıdır. Bu gün də qanun üzrə vərəsəliyi əsas tutaraq tələb edir. Həm onların müqaviləsində həm də Əliəddin Səmədovun müqaviləsində Şakir Hüseynov tərəfindən imzaların eyni şəxs tərəfindən atılıb-atılmaması yoxlanılmışdır. Əliəddin Səmədovun müqaviləsini cavabdeh tərəf qəbul edir. Əliəddin Səmədovun müqaviləsinin bazada olduğu cavabdeh tərəfindən deyilmişdir. Lakin bildirilmişdir ki, həmin müqavilənin digər müqavilədən fərqi orada iki imzanın olmasıdır. X34 daha sonra təsdiq edir ki, həqiqətən bu məbləğ alınmışdır. Əliəddin Səmədovun sağlamlığında ciddi problemlər vardır. X6 və onların müqavilələrində olan imzanın eyni şəxs tərəfindən icra olunmasını bildirmişdir. Hər iki müqavilədə imzaları edən və ödənişləri edən şəxslərin imzaları üst-üstə düşür. Mühasibin adı X18r. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunaraq barəsində hökm çıxarılmışdır. Orada vəzifəsi baş mühasib olaraq göstərilmişdir. Müqavilədə icra müddəti göstərilmədiyi üçün vətəndaş da ödəniş etməsinə rəğmən binanın tikintisinin gecikdiyini görərək ödənişi dayandırmışdır. Binanın dəyərinin sonradan bahalaşması təbii bir prosesdir. Müqavilə dəyərini tərəflər özləri müəyyən edirlər. Müqavilələr arasındakı məbləğ fərqi satışın surətlə getməsində və dəyərin qalxmasında olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Yəni milyonlarla əmlakın 100 manatı qəbul edilirsə, milyon manatı qəbul etmiş sayılır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Şakir MTK"-nın nümayəndəsi Cavabdeh izahatında bildirdi ki, atasının adına olan sənədlərə cavabdehlik daşıyır. X27 Əliəddinin doğma qardaşıdır. Hər iki qardaş eyni vaxtda almışdırlar. Necə olar bilər ki, biri zərərçəkmiş şəxs qismində tanınsın. Digərinin isə xəbəri olmasın. Ona təxminən 2-3 il öncə müraciət olunmuşdur. Ona müraciət etmiş və demişdir ki, onun yeri olmuşdur. Demişdir ki, sökülən binanı icra etmək mümkün deyildir. Onların sökülən binada yeri olduğu üçün halallaşmağa gəlmişdir. Söhbət zamanı Əliyəddinin oğlu Abdullaya demişdir ki, sökülən binaya cavabdehlik daşımır. Müraciət edəcək, əgər tikintiyə icazə verilsə tikiləcəkdir. Müqaviləni göstərməmiş, sadəcə şifahi formada bildirmişdir. Sənədlər təqdim olunsa, həqiqətən məhkəmə hökmündə adı olarsa, ümummiyətlə əgər imza olarsa onlarla halallaşacaqdır. Binanın tikintisinin vaxtı 2005-ci il, tikintisinin başa çatma vaxtı 2013-cü il olaraq göstərilir. Onlar sadəcə kosmetik işlər görmüşlər. Bina 9 blok, 17 mərtəbədən ibarət olmuşdur. Qarşı tərəfin vəkilinin dedikləri ilə razı deyildir. Atası rəhmətə getdikdən sonra 2016-cı il tarixdən rəsmi surətdə vərəsəliyini götürmüşdür. Həmin vaxta kimi nə üçün ona müraciət olunmamış və bildirilməmişdir. 2022-ci yaxud 2023-cü il tarixdə müraciət olunması ziddiyət təşkil edir. Düşünür ki, doğru deyildir. Əliyəddin müəllimə 3 yaxud 4 il öncə sahəni təhvil vermişlər. Gültəkin xanımın oğlu müraciət edərkən, Əliyəddin müəllim sahəni çox uzun müddət öncə təhvil almışdır. Natiq müəllim onlardan 400 m2 sahə, birinci və ikinci mərtəbələrdən sahə tələb etmişdir. Ona görə də aralarında məhkəmə mübahisəsi olmuşdur. İkinci mərtəbəni də tələb etmiş, o da sənədləri qarşıya qoymuşdur ki, dövlət ikinci mərtəbəni onlara mənzil sahəsi kimi vermişdir. Liftlərin arxasına düşən hissəyə qədər sahə Əliyəddin müəllimin özünə məxsusdur. Orta hissə Şahin adlı şəxsə məxsusdur. Həmin şəxsin adı da zərərçəkmişlərin siyahısında vardır. Bina 2018-ci il tarixdən istismara hazır vəziyyətdə olmuşdur. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, müqavilədə imzalı və möhürlü hazır sənəd nümunəsi olmuşdur. Müqavilə bağlanmalı olan şəxsin məlumatı olmadan digər şəxs müqavilə bağlamışdır. Qanunsuz tikinti işləri aparıldığı üçün mərhumun üzərinə tikilib-təhvil vermək öhdəliyi qoyulmuşdur. Daha sonra Apellyasiya Məhkəməsi bildirmişdir ki, cinayət mühakimə icraatında belə bir hal mövcud deyildir. Hökmün həmin hissəsi ləğv edilmişdir. Təqsir o hissədə olmuşdur ki, tikintiyə icazə olmadan vətəndaşlardan pulun alınması olmuşdur. Bildirmişdir ki, vətəndaşlardan pulu almışdır. Hesab edir ki, iddiaçının həmin binadan qeyri-yaşayış sahəsi tələb etməkdə subyektiv hüququ yoxdur. Şakir Hüseynovdan mənzil və ya qeyri-yaşayış sahəsi alan şəxslər barəsində başlanan, davam edən və hökm ilə nəticələnən işdə zərərçəkmiş şəxs qismində tanınan şəxslər olmuşdur. Həmin zərərçəkmişlərin dairəsi istintaq və məhkəmə orqanları tərəfindən dəqiq müəyyən edilmişdir. Bundan sonra həmin şəxslərlə Şakir Hüseynovun özünün imzası ilə təsdiq olunan müqavilələr bağlanılmışdır. Həmin şəxslərdən də alınan məbləğlər ilə əlaqədar qəbz təqdim olunmuşdur. Həmin müqavilələr ekspertizaya təqdim olunmuş və həmin müqavilələrin həqiqiliyi təsdiq olunandan sonra onları imzalayaraq təsdiq etmişdir. Həmin şəxslər də mənzil və qeyri-yaşayış sahəsi ilə təmin olunmuşdurlar. Bina 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən təhvil verilmişdir. Cavabdeh vərəsədir. Lakin vərəsəliyin də müəyyən hissəsini qəbul etmişdir. Vərəsənin də üzərinə nə dövlət, nə də məhkəmə tərəfindən hər hansı öhdəlik qoyulmamışdır. Əgər iddiaçının həyat yoldaşı Şakir Hüseynova müəyyən məbləğ vermişdirsə, bu cinayət işində təsdiqlənməli idi. Qarşı tərəfin həmin məbləği Şakir Hüseynova ödənilməsi necə sübut ediləcəkdir. Çünki qəbul edən Şakir Hüseynov deyildir. Məbləği qəbul edən şəxs qrafasındakı imzalar başqa şəxsə məxsusdur. Müqavilənin hər üçündə möhürün altında olan imza eyni şəxsə məxsusdur. İkisi iddiaçıya biri isə üçüncü şəxsə məxsusdur. Lakin ödəməni qəbul edən imzaların qrafasındakı imzalar fərqlidir. Rəydən də görünür ki, ödəməni qəbul edən şəxslə Hüseynov Ş. qrafasındakı imzalar fərqlidir. Həmin məbləğin cavabdehin atasına çatıbçatmaması şübhəlidir. Mübahisə predmeti pul tələbidirsə ümumi iddia müddəti 10 ildir. Həmin müddət də keçmişdir. Təhvil vermə müddəti müqavilədə aydın şəkildə göstərilmişdir. Müqavilənin icra olunduğu vaxt nəzərə alınsa 10 il müddət keçmişdir. Vətəndaşa mənzilin dəyəri ödənildikdən sonra təhvil verilir. Müqavilələrin şərtində də ciddi ziddiyətlər vardır. Bir müqavilə üzrə də ödəniş tam olmamışdır. Bütün bunlar isə şübhə yaradır. Şakir Hüseynov sağ olan zaman ödəməni tam həyata keçirmək və müqaviləni sonlandırmaq olardı. Bina mənzili vətəndaşların mülkiyyəti sayılır. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 izahatında bildirdi ki, müqavilə hər ay 1000 ABŞ dolları verilməsi şərti ilə bağlanılmışdır. Əgər ikinci mərtəbədən həmin sahə veriləcəksə həmin pulda imtina edəcəyini bildirmişdir. Son mərhələdə ev ilə əvəzləşdirilmişdir. Onun çayxanası ora olduğu üçün alt-üst həmin sahəni vermişlər. Şakir Hüseynov və hüquqşünas ilə birlikdə üç nəfər müqavilə bağlamışlar. X21 prospektinə baxan tərəf kimi qeyd aparılmışdır. Müqavilədə iki otaqlı mənzil də göstərilmişdir. Yuxarıda qeyri-yaşayış sahəsi olmadığı üçün iki otaqlı mənzilin dörd otaqlı mənzil ilə əvəzləşməsinə razılaşmışdır. Çertyoj olmamış, sadəcə müqavilə bağlanılmışdır. İcra Hakimiyyətindən götürdüyü yerin çertyoju olmuşdur. Həmin çertyoj əsasında onunla müqavilə bağlanılmışdır. Müqavilə üzrə borcunun olmaması barədə maliyyə arayışı vardır. Çünki əvəzləşdirmə aparılmışdır. Cinayət işi başlanana qədər və həmin dövrdə dəfələrlə şikayət etmişlər. Əliyyədin və Telmanı tanımır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işə baxıb, tərəflərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Sumqayıt Şəhər Məhkəməsinin hesabına 168.50 (bir yüz altmış səkkiz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Sumqayıt Şəhər Məhkəməsinin hesabına 323.82 (üç yüz iyirmi üç manat səksən iki qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 aprel 2016-cı il tarixli, AZ-İ seriyalı, 799014 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 05 aprel 2016-cı ildə Bakı şəhərində, kəskin ürək çatmamazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin 04-cü ayının 08-ci günündə 197 nömrə ilə qeyd edilmişdir. 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli müqavilədən görünür ki, bir tərəfdən fiziki şəxs X15 (gələcəkdə “İcraçı” adlandırılacaq), digər tərəfdən payçı X19 (gələcəkdə “Payçı” adlandırılacaq) şəxsində öz aralarında Sumqayıt şəhəri Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binadan pay barədə müqavilə imzalayırlar. Müqavilənin əsas predmeti Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evinin 1 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan mənzil olunmuş bir pay kimi verilir. İcraçı tərəfindən görülən işlər, tikintinin xarici tərtibatı və daxili arakəsmələr, giriş-dəmir seyf qapısının qoyulması, mənzillərə elektrik enerjisi, qaz, su, kanalizasiya xətlərinin çəkilməsi, divarların suvaq edilməsi, pəncərələrin qoyulması və şüşələnməsidir. Payçı müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öz üzərinə götürür. Bu mümkün olmadıqda müqavilə ləğv olunur və Payçının pulu mənzil satılandan sonra geri qaytarılır. Ödəmələr qarşılıqlı razılaşma əsasında həll edilir. Tikinti iki il müddətinə təhvil verilir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 2200 ABŞ dolları təşkil edir. Cəmi 100 kv.m sahə üçün ABŞ dolları təşkil edir. Ödəmə ABŞ dollarına ekvivalent olaraq ödənilir. Həmin müqavilə üzrə xx.xx.2006-cı il tarixdə 15.000 (on beş min) dollar, xx.xx.2007-ci il tarixdə 5000 (beş min) dollar, xx.xx.2007-ci il tarixdə 10.000 (on min) dollar və xx.xx.2007-ci il tarixdə 5000 (beş min) dolllar məbləğlərində ödəniş edilmiş, ödəyənin imzası və ödəməni qəbul edənin imzası qrafalarında müvafiq imzalar çəkilmişdir. 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqavilədən görünür ki, bir tərəfdən fiziki şəxs X15 (gələcəkdə “İcraçı” adlandırılacaq), digər tərəfdən payçı X19 (gələcəkdə “Payçı” adlandırılacaq) şəxsində öz aralarında Sumqayıt şəhəri Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binadan pay barədə müqavilə imzalayırlar. Müqavilənin əsas predmeti Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evinin 3 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan mənzil olan bir pay kimi verilir (market liftin qabağı). İcraçı tərəfindən görülən işlər, tikintinin xarici tərtibatı və daxili arakəsmələr, giriş-dəmir seyf qapısının qoyulması, mənzillərə elektrik enerjisi, qaz, su, kanalizasiya xətlərinin çəkilməsi, divarların suvaq edilməsi, pəncərələrin qoyulması və şüşələnməsidir. Payçı müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öz üzərinə götürür. Bu mümkün olmadıqda müqavilə ləğv olunur və Payçının pulu mənzil satılandan sonra geri qaytarılır. Ödəmələr qarşılıqlı razılaşma əsasında həll edilir. Tikinti iki il müddətinə təhvil verilir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 600 ABŞ dolları təşkil edir. Cəmi 100 kv.m sahə üçün ABŞ dolları təşkil edir. Ödəmə ABŞ dollarına ekvivalent olaraq ödənilir. Həmin müqavilə üzrə xx.xx.2006-cı il tarixdə 35.000 (otuz beş min) dollar, xx.xx.2007-ci il tarixdə 5000 (beş min) dolllar və xx.xx.2007-ci il tarixdə 20.000 (iyimi min) dolllar məbləğlərində ödəniş edilmiş, ödəyənin imzası və ödəməni qəbul edənin imzası qrafalarında müvafiq imzalar çəkilmişdir. AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası, Zəngilan rayonunda xx.xx.1963-cü il tarixdə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2006-cı il tarixli, 77 nömrəli və xx.xx.2006-cı il tarixli, 49 nömrəli pretenziya məktublarından görünür ki, X17 ilə Hüseynov Şakir Hüseyn oğlu arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 49 saylı müqaviləyə görə Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evin 3 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsi hər kv.m üçün 600 ABŞ dolları pay haqqı ödənilməklə X13 verilmişdir. Həmin müqavilə üzrə T.Səmədov xx.xx.2006-cı il tarixdə 35000 ABŞ dolları, xx.xx.2007-ci ildə 5000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 20000 ABŞ dolları olmaqla, ümumillikdə 60000 ABŞ dolları Hüseynov Şakir Hüseyn oğluna ödənilmişdir. Eyni zamanda X17 ilə Hüseynov Şakir Hüseyn oğlu arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 77 saylı müqaviləyə görə Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evin 3 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsi hər kv.m üçün 2200 ABŞ dolları pay haqqı ödənilməklə X13 verilmişdir. Həmin müqavilə üzrə T.Səmədov xx.xx.2006-cı il tarixdə 15000 ABŞ dolları, xx.xx.2007-ci ildə 5000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 5000 ABŞ dolları olmaqla, ümumillikdə 35000 ABŞ dolları Hüseynov Şakir Hüseyn oğluna ödənilmişdir. X17 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Onun qanuni vərəsəsi İddiaçı tanınmışdır. xx.xx.2016-cı il tarixdə vəfat etmiş Hüseynov Şakir Hüseyn oğlunun vərəsəsi qismində isə Cavabdeh Hüseyn oğlu tanınmışdır. Yuxarıda da qeyd edildiyi kimi, müqavilə öhdəlikləri T.Səmədov tərəfindən icra edilməsinə baxmayaraq, bugünədək sözügedən qeyri-yaşayış sahələri sahiblik və istifadəsinə verilməmişdir. Bununla əlaqədar olaraq bir gün müddətində müqavilə üzrə qeyri-yaşayış sahələrinin İddiaçı sahiblik və istifadəsinə verilməsi xahiş edilmişdir. Reyestrdə 2V-717 nömrə ilə qeyd edilmiş, 26 oktyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X11 vərəsəsi İddiaçı miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak BTİ və MHQİ tərəfindən xx.xx.2006-cı il tarixdə X13 verilmiş 30/18377 qeydəalma nömrəsi ilə 254 nömrəli kitabın 18377-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, 8-ci km, y/s, 1-ci Şərq döngəsi, 3 ünvanında yerləşən ümumi sahəsi 530.5 kv/m olan fərdi yaşayış evindən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 mart 2012-ci il tarixli, 2(102)-852 nömrəli qərarının surətindən görünür ki, cavabdeh Hüseynov Şakir Hüseyn oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nin 2(105)-1323 saylı, 03 noyabr 2011-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hüseynov Ş.H tərəfindən X13 ünvanlanmış 49 nömrəli bildirişdən görünür ki, payçı X17 cənabına, onun onlarla bağladığı müqaviləyə əsasən Sumqayıt şəhəri, “Sülh” və “Dostluq” küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbə, 100 m2 mənzil (market liftin qabağı) almışdır. Müqavilənin şərtinə əsasən aylıq ödənişlərin hər ay vaxtında ödənilməsi bildirilmiş, əks təqdirdə müqavilənin birtərəfli qaydada ləğv olunacağı bildirilmişdir. Hüseynov Ş.H tərəfindən X13 ünvanlanmış 77 nömrəli bildirişdən görünür ki, payçı X17 cənabına, onun onlarla bağladığı müqaviləyə əsasən Sumqayıt şəhəri, “Sülh” və “Dostluq” küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbə, 100 m2 mənzil (təzə market, beş mərtəbəyə baxan tərəf) almışdır. Müqavilənin şərtinə əsasən aylıq ödənişlərin hər ay vaxtında ödənilməsi bildirilmiş, əks təqdirdə müqavilənin birtərəfli qaydada ləğv olunacağı bildirilmişdir. Reyestrdə 2V-12 nömrə ilə qeyd edilərək, informasiya sisteminə daxil edilmiş, 25 yanvar 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş Hüseynov Şakir Hüseyn oğlunun vərəsəsi Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak – ünvan 4 ünvanında yerləşən, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departmentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Dövlət Reyestrindən çıxarışa və xx.xx.2016-cı il tarixli, **********237700 saylı məktuba əsasən, "xxxx" Mənzil-Tikinti Kooperativində mərhum – Hüseynov Şakir Hüseyn oğluna məxsus paydan ibarətdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1477/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahələrinin iddiaçıya təhvil verilməsi, orda təmir-tikinti işlərinin aparılması üçün şəraitin yaradılması, iddiaçının sahiblik istifadə hüquqlarının həyata keçirilməsi üçün məhdudiyyətlərin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə işin baxılma müddətinin 2 ay uzadılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, İddiaçı Cavabdeh qarşı iddia tələbini əsassız və qanunsuz hesab edirlər. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan mülki iş üzrə zəruri olan məlumatları və mötəbər sənədləri məhkəməyə təqdim edirlər. İlk öncə məhkəmənin diqqətinə çatdırır ki, X17 ilə Hüseynov Şakir Hüseyn oğlu arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Məhkəməyə təqdim olunmuş müqavilənin hansı qaydada hazırlanması məlum deyildir. Hər iki müqavilənin “faktiki ödəniş” hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar və müqaviləni imzalayan şəxsin imzası fərqlidir. Müqavilə üzrə ödənişlərin alınması barədə imzalar Şakir Hüseynov tərəfindən deyil başqa şəxs tərəfindən icra edilmişdir. Bu o deməkdir ki, müqavilə formasına salınmış kağız üzərində saxta imzalar atılaraq guya mənzilin dəyəri kimi pul ödənilməsi görüntüsü yaratmışlar. Buna digər sübut iddiaçının yaxın qohumu X10 ilə Hüseynov Şakir Hüseyn oğlu arasında bağlanmış alğı-satğı müqaviləsidir. Belə ki, həmin müqaviləni imza və “ödəməni qəbul edənin imzası” qrafasındakı imza Hüseynov Şakir Hüseyn oğlu tərəfindən icra edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Hüseynov Şakir Hüseyn oğlu ilə payçılar arasında olan müqavilələr Ədliyyə nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində tədqiq edilərək, həqiqiliyi təsdiq edilmişdir. X4 aid müqavilə mövcud olmamış və bu səbəbdəndir ki, sözügedən yaşayış binasında ona heç bir əmlak təhvil verilməmişdir. Binada olan mənzillər və qeyri-yaşayış sahələri payçılarına təhvil verilmiş və həmin binalarda boş mənzil və ya qeyri-yaşayış sahəsi yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. 15 fevral 2006-cı il tarixli, 48 nömrəli müqavilədən görünür ki, bir tərəfdən fiziki şəxs X15 (gələcəkdə “İcraçı” adlandırılacaq), digər tərəfdən payçı X10 (gələcəkdə “Payçı” adlandırılacaq) şəxsində öz aralarında Sumqayıt şəhəri Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binadan pay barədə müqavilə imzalayırlar. Müqavilənin əsas predmeti Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evinin 1 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan mənzil izolə olunmuş bir pay kimi verilir (market liftin qabağı). İcraçı tərəfindən görülən işlər, tikintinin xarici tərtibatı və daxili arakəsmələr, giriş-dəmir seyf qapısının qoyulması, mənzillərə elektrik enerjisi, qaz, su, kanalizasiya xətlərinin çəkilməsi, divarların suvaq edilməsi, pəncərələrin qoyulması və şüşələnməsidir. Payçı müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öz üzərinə götürür. Bu mümkün olmadıqda müqavilə ləğv olunur və Payçının pulu mənzil satılandan sonra geri qaytarılır. Ödəmələr qarşılıqlı razılaşma əsasında həll edilir. Tikinti iki il müddətinə təhvil verilir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 500 ABŞ dolları təşkil edir. Cəmi 100 kv.m sahə üçün ABŞ dolları təşkil edir. Ödəmə ABŞ dollarına ekvivalent olaraq ödənilir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-730/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə icarəsinə verilmiş Sumqayıt şəhərinin 10-cu mikrorayonu, Babək küçəsi ərazisində yerləşən sahəsi 3503,84 kvadrat metr olan torpaq sahəsindən istifadəyə görə yaranmış 18452,57(on səkkiz min dörd yüz əlli iki manat əlli yeddi qəpik) manat məbləğində icarə haqqı borcunun, dəbbə (gündəlik 0,1% gecikmə faizi) olaraq 1839,60 (bir min səkkiz yüz otuz doqquz manat altmış qəpik) manat, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 252 (iki yüz əlli iki manat) manat faiz borcunun,ümumilikdə 20544,17 (iyirmi min beş yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində icarə haqqı borcunun Cavabdeh Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması, sözügedən torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanılmış 28 dekabr 2018-ci il tarixli,123 saylı torpaq icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi barədə iddia tələbi rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1477/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə kompleks məhkəmə-xətşünaslıq, məhkəmə tikintitexniki və sənədlərin texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhərinin notariusu X12 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Müvafiq Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli müraciətdən görünür ki, icraatda olan, xx.xx.2016-cı il tarixdə vəfat etmiş ünvan 5 ünvanında qeydiyyatda olmuş Hüseynov Şakir Hüseyn oğlunun vərəsəlik işi ilə əlaqədar olaraq, vərəsəsi Cavabdeh notariat kontoruna müraciət etmişdir. Bununla əlaqədar, müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ünvan 6 ünvanda yerləşən torpaq sahəsi Hüseynov Şakir Hüseyn oğlunun adınadır. Vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar Hüseynov Şakir Hüseyn oğlunun adına olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsində yerləşən yüksəkmərtəbəli və çoxmənzilli evə və həmin ünvanda yerləşən torpaq sahəsinə dair çıxarışı vərəsəsi – Cavabdeh verilməsini xahiş etmişlər. Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)- 76/09 nömrəli, 25 iyun 2009-cu il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Hüseynov Şakir Hüseyn oğlu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2-ci maddələri ilə təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinib, əmlakı müsadirə olunmamaqla 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) 213.2.1, 213.2.2-ci maddələri ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, Şakir Hüseynovun üzərində əmlakı müsadirə olunmamaqla 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2008-ci il tarixli hökmü ilə təyin olunmuş cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu cəza ilə qismən toplanılmış və üzərində qəti olaraq əmlakı müsadirə olunmamaqla 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzası 05 (beş) il sınaq müddəti ilə şərti hesab edilmiş, Şakir Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmuş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, Şakir Hüseynova verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri onun ittihamından xaric olunmuş, Şakir Hüseynovun davranışına nəzarət Nərimanov Rayon Məhkəmə İcraçıları şöbəsinə həvalə olunmuş və onun üzərinə həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və Azərbaycan Respublikasını tərk etməmək vəzifələri qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-500/2009 nömrəli, 20 noyabr 2009-cu il tarixli qərarından görünür ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmü Hüseynov Şakir Hüseyn oğlu barəsində olan hissədə dəyişdirilməsi, hökmün nəticəvi hissəsindən Hüseynov Şakir Hüseyn oğlu barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair hissəsi xaric edilmiş, Hüseynov Şakir Hüseyn oğluna Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 10 il 6 ay azadlıqdan məhrum etmə qəti cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Ş.Hüseynova Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2008-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il azadlıqdan məhrum etmə cəzası qismən toplamaq yolu ilə Hüseynov Şakir Hüseyn oğluna qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Hüseynov Şakir Hüseyn oğlunun ibtidai istintaq və birinci instansiya məhkəməsində həbsdə olduğu 1 il 9 ay 11 gün ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına hesablanaraq, üzərində 9 il 2 ay 19 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkmə müddətinin əvvəli 20 oktyabr 2009-cu il tarixdən hesablanmış, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Rəşad Qoşqarlı) 2(060)-7960/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2004-cü il tarixli pay müqaviləsinə əsasən Sumqayıt şəhəri, köhnə avtovağzal ərazisində müqavilə öhdəlikləri üzrə tikiləcək binanın 1-ci və 2-ci mərtəbəsində 400 kv.metrlik qeyri-yaşayış sahəsinin, 3-cü mərtəbəsində inşa edilən 2 otaqlı mənzil və keçən müddət ərzində ödənilməyən 154.000 ABŞ dolları məbləğində pulun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla alınıb iddiaçı "xxxx" MMCyə verilməsi, Cavabdeh iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçı"xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-130/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7960/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin olunmamış, iş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri olaraq 100 manat pulun Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4521/2021 nömrəli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-130/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2024-cü il tarixli, 3-16-16/2-4/904-5/717 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspertizaya təqdim edilmiş, mülki işin 56-cı vərəqəsində olan 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 58-də olan 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 108də olan 70 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 56-cı vərəqəsində olan 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 58-də olan 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilədə “icraçı Hüseynov Ş.” Qrafalarındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 56-cı vərəqəsində olan 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 58-də olan 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 108-də olan 70 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafalarındakı imzalar ilə mülki işin 56-cı vərəqəsində olan 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 58-də olan 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 108də olan 70 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilələrdə “İcraçı Hüseynov Ş.” Qrafalarındakı imzalar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Sənədlərin məhkəmə-texniki ekspertizası üzrə tədqiqata təqdim edilmiş 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin, 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin, 70 nömrəli, xx.xx.2006cı il tarixli müqavilənin “ödəməni qəbul edənin imzası” və “İcraçı” qrafalarında olan imzalar hər hansı texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsi ilə icra edilmişdirlər. Təqdim edilmiş 48 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə reproqrafik surət olduğu üçün həmin müqavilə üzrə tədqiqat aparılmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, İddiaçı Cavabdeh qarşı 2006-cı ildə bağlandığı ehtimal olunan alqı-satqı müqaviləsi üzrə guya ödədiyi pulu tələb edir. İddiaçı əvvəlki iddia tələbində əmlak tələb etsə də sonradan bir müqavilə üzrə pulun tam ödənilmədiyi məlum olmuş (müqavilədən görünür) digər müqavilə üzrə isə tələb etdiyi əmlakı mövcut olmadığı məlum olmuşdur. Belə ki, sxem və cizgi mövcut deyildir. Hesab edir ki, iddia əsasız olduğundan təmin olunmamalıdır. Ən əsası isə iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İddia müdətinin ötürülməsi məhkəmə tərəfindən nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 373. İddia müddətləri: 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə
373. İddia müddətləri: 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 373. İddia müddətləri: 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Yuxarıda göstərilənlərin nəzərə alınmasını və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 və 387.2-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məlumatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 755-ci maddəsinə əsasən podratçı işi şəxsin yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 384.0.4-cü maddəsinə əsasən iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 02 dekabr 2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən bir tərəfdən fiziki şəxs X15 (gələcəkdə “İcraçı” adlandırılacaq), digər tərəfdən payçı X19 (gələcəkdə “Payçı” adlandırılacaq) şəxsində öz aralarında Sumqayıt şəhəri Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binadan pay barədə müqavilə imzalayırlar. Müqavilənin əsas predmeti Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evinin 1 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan mənzili bir pay kimi verilir. İcraçı tərəfindən görülən işlər, tikintinin xarici tərtibatı və daxili arakəsmələr, giriş-dəmir seyf qapısının qoyulması, mənzillərə elektrik enerjisi, qaz, su, kanalizasiya xətlərinin çəkilməsi, divarların suvaq edilməsi, pəncərələrin qoyulması və şüşələnməsidir. Payçı müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öz üzərinə götürür. Bu mümkün olmadıqda müqavilə ləğv olunur və Payçının pulu mənzil satılandan sonra geri qaytarılır. Ödəmələr qarşılıqlı razılaşma əsasında həll edilir. Tikinti iki il müddətinə təhvil verilir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 2200 ABŞ dolları təşkil edir. Cəmi 100 kv.m sahə üçün ABŞ dolları təşkil edir. Ödəmə ABŞ dollarına ekvivalent olaraq ödənilir. Həmin müqavilə üzrə xx.xx.2006-cı il tarixdə 15.000 (on beş min) dollar, xx.xx.2007-ci il tarixdə 5000 (beş min) dolllar, xx.xx.2007-ci il tarixdə 10.000 (on min) dollar və xx.xx.2007-ci il tarixdə 5000 (beş min) dollar məbləğlərində ödəniş edilmiş, ödəyənin imzası və ödəməni qəbul edənin imzası qrafalarında müvafiq imzalar çəkilmişdir. 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqaviləyı əsasən bir tərəfdən fiziki şəxs X15 (gələcəkdə “İcraçı” adlandırılacaq), digər tərəfdən payçı X19 (gələcəkdə “Payçı” adlandırılacaq) şəxsində öz aralarında Sumqayıt şəhəri Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binadan pay barədə müqavilə imzalayırlar. Müqavilənin əsas predmeti Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evinin 3 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan mənzili bir pay kimi verilir (market liftin qabağı). İcraçı tərəfindən görülən işlər, tikintinin xarici tərtibatı və daxili arakəsmələr, giriş-dəmir seyf qapısının qoyulması, mənzillərə elektrik enerjisi, qaz, su, kanalizasiya xətlərinin çəkilməsi, divarların suvaq edilməsi, pəncərələrin qoyulması və şüşələnməsidir. Payçı müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öz üzərinə götürür. Bu mümkün olmadıqda müqavilə ləğv olunur və Payçının pulu mənzil satılandan sonra geri qaytarılır. Ödəmələr qarşılıqlı razılaşma əsasında həll edilir. Tikinti iki il müddətinə təhvil verilir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 600 ABŞ dolları təşkil edir. Cəmi 100 kv.m sahə üçün ABŞ dolları təşkil edir. Ödəmə ABŞ dollarına ekvivalent olaraq ödənilir. Həmin müqavilə üzrə xx.xx.2006-cı il tarixdə 35.000 (otuz beş min) dollar, xx.xx.2007-ci il tarixdə 5000 (beş min) dolllar və xx.xx.2007-ci il tarixdə 20.000 (iyimi min) dolllar məbləğlərində ödəniş edilmiş, ödəyənin imzası və ödəməni qəbul edənin imzası qrafalarında müvafiq imzalar çəkilmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X11 vərəsəsinin İddiaçı olduğu 26 oktyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir. Məhkəmə 30 oktyabr 2024-cü il tarixdə mübahisəli əraziyə yollanmış və Sumqayıt şəhəri, 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binaya getmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, binanın 1-ci blokunun küçəyə baxan hissəsində X8 məxsus iki qeyri-yaşayış sahəsi mövcuddur. Qapıları qoyulmuş, istifadə edilmir, təmiri başa çatmamışdır. Həmin sırada bir boş obyekt var, tamamilə təmirsizdir. Qapıları da qoyulmamışdır. Cavabdehin dediyinə görə mübahisəlidir. Hazırda mübahisə üzrə işə Ali Məhkəmədə baxılır. Cavabdeh yerli baxış zamanı bildirmişdir ki, mövcud qeyri-yaşayış sahəsi ilə sənədlərdəki ünvan eynidir. 9 blok 17 mərtəbə onların kompleksi olmuşdur. Г şəkilli binadır. 1, 2, 3 blok yerindədir, 4-cü blok isə sökülmüşdür. İddiaçı tərəfindən iddia edilən digər qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin sahə binanın Dostluq küçəsinə düşən hissəsində yerləşir. Həmin sahədə “Dədə-baba” kafesi fəaliyyət göstərir. Kafeyə baxış keçirilərkən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 iştirakı müəyyən edilmiş, üçüncü şəxs X23 bildirmişdir ki, Sovet dövründən onun çayxanası olmuş, sahibkarlıq müqaviləsi bağlamışlar. Çayxanası söküləndə əvəzlənmiş, ona Şakir Hüseynov tərəfindən yer verilmişdir. Kafenin sahəsi 160 kvadrat metrdir. İki il olar ki, təmir etmişlər. Onların yerinin sahəsi ümumillikdə 200 kvadrat metr olmuşdur. Qeyri-yaşayış sahəsindən əlavə bu binadan bir dənə də mənzil verilmişdir. Əvvəl “Çaykovski” adı ilə, hazırda “Dədə-baba” kafesi kimi fəaliyyət görsədir. İddiaçı bildirmişdir ki, bina qazılandan yoldaşı pul köçürmüş, binanı tikəni tutmuşdurlar. Bina yarımçıq qalmışdır. Yoldaşı 2016-cı ildə vəfat etmişdir. Onlar bu kafeni işlədən şəxsi görməmişlər, tanımırlar. Yoldaşı rəhmətə gedəndə bina yarımçıq vəziyyətdə olmuşdur. Sonra da müracit etmişlər. Demişlər ki, mənzil verəcəkdirlər. Bir neçə vaxt gəlmişgetmişlər, heç nə verməmişdirlər. Cavabdeh bildirmişdir ki, binanı 2018-ci ildə təhvil verirdilər, yenidən vergiyə bağlandığına görə ləğv elətdirmişdir. Sonra 2020-ci ildə təhvil verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən İddiaçı (X11 vərəsəsi) məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 03 aprel 2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, Cavabdeh "xxxx" MMC-dən kiçik bir pay qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Cavabdeh tərəfindən lazımi sənədlər məhkəməyə təqdim edilməmiş, lakin iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-130/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iş materialları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən vərəsəlik işi ilə əlaqədar olaraq xx.xx.2016-cı ildə vəfat etmiş ünvan 5 ünvanında qeydiyyatda olan Hüseynov Şakir Hüseyn oğlunun vərəsəsinin dairəsi müəyyən edilmiş, vərəsəsi oğlu Cavabdehdur. Həmçinin iş materiallarında olan reyestrdə 2V-12 nömrə ilə qeyd edilərək, informasiya sisteminə daxil edilmiş, 25 yanvar 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə vəfat etmiş Hüseynov Şakir Hüseyn oğlunun vərəsəsi Cavabdehdur. Göründüyü kimi, bu hal AR Ali Məhkəməsinin MK-nın 14 oktyabr 2021-ci il tarixli, 2(102)-4521/2021 saylı qərarı ilə öz təsdiqi tapdığından mübahisələndirilə bilməz. Daha sonra yuxarıda sözügedən iclasda Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etirazın əsası kimi bildirmişdir ki, iki müqavilə vardır. Yaşayış sahələri X17 tərəfindən alınmış, lakin həmin müqavilələrin mötəbərliliyinə şübhələri vardır. Ödəməni qəbul edən şəxsin imzası ilə müqavilədə yeddinci bənddən sonra çəkilən imzalar fərqlidir. X24 məxsus olması şübhəlidir. Ödəməni qəbul edən şəxslərin imzası fərqlidir və Şakir Hüseynova məxsus deyildir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2024-cü il tarixli, 3-16-16/2-4/904-5/717 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspertizaya təqdim edilmiş, mülki işin 56-cı vərəqəsində olan 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 58-də olan 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 108də olan 70 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 56-cı vərəqəsində olan 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 58-də olan 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilədə “icraçı Hüseynov Ş.” Qrafalarındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 56-cı vərəqəsində olan 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 58-də olan 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 108-də olan 70 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafalarındakı imzalar ilə mülki işin 56-cı vərəqəsində olan 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 58-də olan 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 108də olan 70 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilələrdə “İcraçı Hüseynov Ş.” Qrafalarındakı imzalar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Sənədlərin məhkəmə-texniki ekspertizası üzrə tədqiqata təqdim edilmiş 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin, 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin, 70 nömrəli, xx.xx.2006cı il tarixli müqavilənin “ödəməni qəbul edənin imzası” və “İcraçı” qrafalarında olan imzalar hər hansı texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsi ilə icra edilmişdirlər. Təqdim edilmiş 48 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə reproqrafik surət olduğu üçün həmin müqavilə üzrə tədqiqat aparılmamışdır. Ekspertiza tədqiqatının dəyəri kimi yalnız iddiaçıya aid olan müqavilələr deyil, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 aid olan 15 fevral 2006-cı il tarixli, 48 nömrəli müqavilələrdə müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar – eyni şəxs tərəfindən, “icraçı Hüseynov Ş.” qrafalarındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Lakin həmin müqavilələrin “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar və “İcraçı Hüseynov Ş.” qrafalarındakı imzalar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Lakin buradan müəyyən edilir ki, “ödəməni qəbul edənin imzası” qrafasındakı imza başqa şəxs tərəfindən icra olunmuşdur. Lakin bu hal da özlüyündə pulun qəbul edilib-edilməməsini, həmin şəxsə verilib-verilməməsini və bu kimi digər halları müəyyən etmir. Çünki müqavilə icraçı Hüseynov Ş. tərəfindən imzalanmış və dolayısı ilə ona aid olan digər bir şəxs tərəfindən pulun qəbul edilməsi həmin pulun ödənilməsinə dəlalət edir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, X3 Cinayətlərə dair işlə üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 25 iyun 2009-cu il tarixli, 1(101)-76/09 nömrəli hökmünə əsasən zərərçəkmiş şəxs qismində tanınmış və Cavabdeh atası Bakı Apellyasiya Məhkəməsinin cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyasının 20 noyabr 2009-cu il tarixli, 1(103)-500/2009 saylı qərarına əsasən Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmü Hüseynov Şakir Hüseyn oğlu barəsində olan hissədə dəyişdirilmiş, hökmün nəticəvi hissəsindən Hüseynov Şakir Hüseyn oğlu barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair hissəsi xaric edilmiş, Hüseynov Şakir Hüseyn oğluna Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 10 il 6 ay azadlıqdan məhrum etmə qəti cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Ş.Hüseynova Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2008-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il azadlıqdan məhrum etmə cəzası qismən toplamaq yolu ilə Hüseynov Şakir Hüseyn oğluna qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Hüseynov Şakir Hüseyn oğlunun ibtidai istintaq və birinci instansiya məhkəməsində həbsdə olduğu 1 il 9 ay 11 gün ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına hesablanaraq, üzərində 9 il 2 ay 19 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkmə müddətinin əvvəli 20 oktyabr 2009-cu il tarixdən hesablanmış, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara olunmuş, yəni şəxs təqsirli hesab edilmişdir. Məhkəmə tərəfindən işin məhkəmə tərəfindən araşdırılan halları və ekspertiza tədqiqatının nəticəsinə əsaslanmaqla müəyyən edilmişdir ki, X8 aid olan müqavilələr üzrə iddiaçıya aid olan müqavilələrdə “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar – eyni şəxs tərəfindən, “icraçı Hüseynov Ş.” qrafalarındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən məhkəmə iclaslarında bildirimiş izahatlar sadəcə mülahizələrdən ibarət olmuş, bununla bağlı hər hansı mötəbər dəlil, sübut və iddia ərizəsinə əsaslı etirazın əsası kimi hər hansı bir sənəd təqdim edilməmişdir. X2 həmin hökmdə zərərçəkmiş şəxs qismində olmaması hal-hazırki iddianın əsassızlığına dəalət etmir. Belə ki, həmin hökmlə zərərçəkmiş şəxslərin dairəsinin dəqiq müəyyən edilə bilməməsi, X11 bu hadisələrdən xəbəri olmaması və sairə bu kimi hallar onun zərərçəkmiş şəxs qismində tanınmamasına səbəb ola bilər. Eyni zamanda bu ona aid olan müqavilələrin də etibarsız olması anlamına gəlmir. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa sürətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimeldən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanılmış xx.xx.2006-cı il tarixli, 49 saylı və xx.xx.2006-cı il tarixli, 77 saylı müqavilələrin ləğv edilməsi hissəsinə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia qaldırıldığı andan müqavilə ləğv edilmiş hesab edildiyindən həmin hissədə iddia tələbinin təmin edilməsinə zərurət yoxdur. Məhkəmə illik 5% məbləğində dəbbə pulunun hesablanmasına münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə qeyd edir ki, illik beş faiz məbləğdə hesablanan faiz ödənişləri müqavilə üzrə kreditor tərəfindən hesablanan məbləğdir. Ona görə də iddiaçının ödənilmiş pula münasibətdə illik 5% məbləğdə tələb olunmasını tələb etməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gələrkən eyni zamanda aşağıdakıları nəzərə almışdır. 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli müqavilədən görünür ki, xx.xx.2006-cı il tarixdə 15.000 (on beş min) dollar, xx.xx.2007-ci il tarixdə 5000 (beş min) dolllar, xx.xx.2007-ci il tarixdə 10.000 (on min) dollar və xx.xx.2007-ci il tarixdə 5000 (beş min) dolllar məbləğlərində ödəniş edilmiş, ödəyənin imzası və ödəməni qəbul edənin imzası qrafalarında müvafiq imzalar çəkilmişdir. 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqavilədən görünür ki, xx.xx.2006-cı il tarixdə 35.000 (otuz beş min) dollar, xx.xx.2007-ci il tarixdə 5000 (beş min) dolllar və xx.xx.2007-ci il tarixdə 20.000 (iyimi min) dolllar məbləğlərində ödəniş edilmiş, ödəyənin imzası və ödəməni qəbul edənin imzası qrafalarında müvafiq imzalar çəkilmişdir. 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli müqaviləyə əsasən 15.000+5000+10.000+5.000=35.000 ABŞ dolları və 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqaviləyə əsasən 35.000+5.000+20.000=60.000 ABŞ dolları məbləğində ödənişlər edilmişdir. Ona görə də bu hissədə iddia tələbi təmin edilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evinin 1 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan mənzilə görə ödənilmiş 35.000 ABŞ dolları məbləğində pul və xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evinin 3 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan mənzilə (market liftin qabağı) görə ödənilmiş 60.000 ABŞ dolları məbləğində pul ödəniləcək günə manat məzənnəsi ilə hesablanmaqla alınıb İddiaçı ödənilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 451,5 (dörd yüz əlli bir manat əlli qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, məhkəmə xərcləri işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin edildiyindən, 100.000 manatdan 1.000.000 manata kimi 390 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0.1 faizi məbləğində dövlət rüsumu tələb edildiyindən, eyni zamanda 95.000 ABŞ dolları (161.497 manat) məbləğində iddia tələbi təmin edildiyi üçün, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi məbləğin 451.5 manatı cavabdehdən tutulmalı və iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı verilmiş ərizəyə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. Məhkəmə qeyd edir ki, tələb mülkiyyətçinin və ya digər sahibin hər cür pozuntularının aradan qaldırılması haqqında tələbə aid olması səbəbindən və müqavilənin icra müddətinin hansı vaxtdan hesablanması ilə bağlı yetərli dəlillər mübahisə predmeti olmadığından iddia müddətinin ötürülməsi ilə bağlı ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunverciliyə görə (82.3 və 82.4-cü maddəsinə əsasən) bir mülkiiş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1 və 106.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ekspertiza xərci ilə bağlı hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ekspertiza xərci 110 manat təşkil etdiyindən, pul tələbi 95.000 ABŞ dolları (161.497 manat) məbləğində müəyyən edilərək, (161.497/302612.91x100%=53.3) Cavabdeh ekspertiza xərci olaraq 53.3 manat, İddiaçı isə 56.7 manat Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, "xxxx" MTK və X23 olmaqla) “müqavilələrin ləğv edilməsi və pul" tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evinin 1 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan mənzilə görə ödənilmiş 35.000 ABŞ dolları məbləğində pul ödəniləcək günə manat məzənnəsi ilə və xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evinin 3 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan mənzilə (market liftin qabağı) görə ödənilmiş 60.000 ABŞ dolları məbləğində pul ödəniləcək günə manat məzənnəsi ilə hesablanmaqla, ümumilikdə 95.000 ABŞ dolları ödəniləcək günə olan manat məzənnəsi ilə pul alınıb İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 451,5 (dörd yüz əlli bir manat əlli qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 53.3 (əlli üç manat otuz qəpik) manat pul və İddiaçı 56.7 (əlli altı manat yetmiş qəpik) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X9, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdənsonra qanuni qüvvəyə minir.
Hakim Aynur Behbudova