Məhkəmə qərarları › İş №e-2(060)-1481/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1481/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1481/2023 27.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi” iddiasına dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh S18K556735 nömrəli, 30 dekabr 2018-ci il tarixli müqavilə üzrə 233 manat əsas, 69 manat dəbbə pulu, S18K5735600 nömrəli, 30 iyun 2019-cu il tarixli müqavilə üzrə 257 manat əsas, 76 manat dəbbə pulu, S18K5777645 nömrəli, 28 noyabr 2019-cu il tarixli müqavilə üzrə 162 manat əsas, 48 manat dəbbə pulu və 64 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla cəmi 875 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 dekabr 2018-ci il, 30 iyun 2019-cu il və 28 noyabr 2019-cu il tarixlərində Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) ilə aralarında müvafiq olaraq S18K556735 nömrəli, S18K5735600 nömrəli və S18K5777645 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1 -ci maddəsinə əsasən S18K556735 nömrəli müqavilə üzrə 2043 fnanat dəyəri olan 2 ədəd “Beko” markalı kondisioneri Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S18K5735600 nömrəli müqavilə üzrə 1150 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A70” markalı telefonu Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərimə götürmüşdür. S18K5777645 nömrəli müqavilə üzrə 490 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A20S” markalı telefonu Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1,2.2-ci maddəsinə əsasən Alıcı S18K556735 nömrəli müqavilə üzrə 60 manat ilkin ödəniş olmaqla, qalan 1993 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 20 ay müddətinə, aylıq 100 manat olmaqla, hər ayın 29-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S18K5735600 nömrəli müqavilə üzrə 60 manat ilkin ödəniş olmaqla, qalan 1090 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə, aylıq 73 manat olmaqla, hər ayın 29-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S18K5777645 nömrəli müqavilə üzrə 40 manat ilkin ödəniş olmaqla, qalan 450 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 38 manat olmaqla hər ayın 27-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun S18K556735 nömrəli müqavilə üzrə 233 manat əsas, 69 manat dəbbə pulu olmaqla 302 manat, S18K5735600 nömrəli müqavilə üzrə 257 manat əsas, 76 manat dəbbə pulu olmaqla, 333 manat, S18K5777645 nömrəli müqavilə üzrə 162 manat əsas, 48 manat dəbbə pulu olmaqla, 210 manat borcu yaranmışdır. Alıcı tərəfindən S18K556735 nömrəli, 30 dekabr 2018-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022ci il tarixdə 30 manat ödəniş; S18K5735600 nömrəli, 30 iyun 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 30 manat ödəniş; S18K5777645 nömrəli, 28 noyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 30 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, ünvan düzgün olmadığına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 556735 saylı, Hissə-hissə ödənişlə alqısatqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 2043 manat avadanlığı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 20 ay müddətinə ayda 100 manat olmaqla ödəməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli № ******* saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 1150 manat avadanlığı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 15 ay müddətinə ayda 73 manat olmaqla ödəməlidir. İşə əlavə olan xx.xx.2019-cu il tarixli № S18K5777645 saylı, Hissə-hissə ödənişlə alqısatqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 490 manat avadanlığı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 12 ay müddətinə ayda 38 manat olmaqla ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə S18K556735 nömrəli, 30 dekabr 2018-ci il tarixli müqavilə üzrə 233 manat əsas, 69 manat dəbbə pulu, S18K5735600 nömrəli, 30 iyun 2019-cu il tarixli müqavilə üzrə 257 manat əsas, 76 manat dəbbə pulu, S18K5777645 nömrəli, 28 noyabr 2019-cu il tarixli müqavilə üzrə 162 manat əsas, 48 manat dəbbə pulu borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh S18K556735 nömrəli, 30 dekabr 2018-ci il tarixli müqavilə üzrə 233 (iki yüz otuz üç) manat əsas, 15 (on beş) manat dəbbə pulu, S18K5735600 nömrəli, 30 iyun 2019-cu il tarixli müqavilə üzrə 257 (iki yüz əlli yeddi) manat əsas, 10 (on) manat dəbbə pulu, S18K5777645 nömrəli, 28 noyabr 2019-cu il tarixli müqavilə üzrə 162 (bir yüz altmış iki) manat əsas, 10 (on) manat dəbbə pulu və 64 (altmış dörd) manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla cəmi 751 (yeddi yüz əlli bir) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı N.İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh S18K556735 nömrəli, 30 dekabr 2018-ci il tarixli müqavilə üzrə 233 (iki yüz otuz üç) manat əsas, 15 (on beş) manat dəbbə pulu, S18K5735600 nömrəli, 30 iyun 2019-cu il tarixli müqavilə üzrə 257 (iki yüz əlli yeddi) manat əsas, 10 (on) manat dəbbə pulu, S18K5777645 nömrəli, 28 noyabr 2019-cu il tarixli müqavilə üzrə 162 (bir yüz altmış iki) manat əsas, 10 (on) manat dəbbə pulu və 64 (altmış dörd) manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla cəmi 751 (yeddi yüz əlli bir) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar