Məhkəmə qərarları › İş №e-2(060)-1486/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1486/2025

25.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1486/2025 25.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbulu üçün ötürülmüş müddətin bərpası tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxxx 1954-cü ildə Ermənistan SSR-nin Kalinin rayonunun Qızılşəfəq kəndində anadan olmuşdur. X2, anası isə X20r. Atası ilə anası 1952-ci ildə nikaha daxil olmaqla ailə qurmuşlar. X2 xx.xx.1977-ci ildə öz əcəli ilə vəfat etmiş və Ermənistan SSR-nin Kalinin rayonunun Qızılşəfəq kəndinin qəbristanlığında dəfn olunmuşdur. X8 xx.xx.2002-ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra Şamaxı rayonu Kərkənc kəndində yerləşən iki otaqlı birmərtəbəli fərdi yaşayış evi anamdan miras qalmışdır. X3 vəfatından sonra ondan miras qalmış Şamaxı rayonu, Kərkənc kəndində yerləşən iki otaqlı birmərtəbəli fərdi yaşayış evi və ümumi birgə mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə o, faktiki olaraq sahiblik etmiş və evdə yaşamağa başlamış, evdə cari təmir işləri aparmış, evin yerləşdiyi torpaq sahəsində əkin aparmış, hal-hazırda əmlak onun faktiki sahibliyində və istifadəsindədir. O, anasından miras qalan Şamaxı rayonu Kərkənc kəndində yerləşən 0.08 ha torpaq sahəsinə və iki otaqlı birmərtəbəli fərdi yaşayış evinə vərəsəlik hüququ əldə etmək üçün 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi ona xx.xx.2023-cü il tarxli məktub verərək, vərəsəliyin qəbulu müddətini ötürdüyü səbəbindən vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi bildirilmişdir. Bundan başqa ona şifahi olaraq bildirilmişdir ki, X2nun ölümü haqqında şəhadətnamə olmalıdır. Belə ki, Ermənistan Respublikasının Azərbaycan türkərinə qarşı etnik təmizləmə siyasəti nəticəsində 1988-ci ildə ailəlikcə məcburən Ermənistandan Azərbaycana deportasiya olunmuş və Şamaxı rayonu, Kərkənc kəndində məskunlaşmışlar. Onlar daha sonra isə Bakı şəhərinə köçmüşlər. Qeyd edir ki, Ermənistandan qaçqın düşərkən zəruri sənədləri, o cümlədən atasının ölümü haqqında şəhadətnaməsini götürə bilməmişlər. Sonradan isə həmin sənədlərin götürülməsi mümkün olmamışdır. Buna görə də o, Binəqədi rayon Məhəməsinə ərizə ilə müraciət edərək (Binəqədi rayon Qeydiyyat şöbəsi cəlb edilməklə) X2nun 1977-ci ildə Ermənistan SSR-nin Kalinin rayonunun Qızılşəfəq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. Binəqədi rayon Məhkəməsinin e-2(001)-6147/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizəsi təmin edilərək, X7 21 sentyabr 1977-ci il tarixdə Ermənistan SSR-nin Kalinin rayonunun Qızıl Şəfəq kəndində ev şəraitində ölməsi faktı müəyyən edilməsi, qətnamənin X7 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilməsi qət edilmişdir. Binəqədi rayon Qeydiyyat şöbəsi məhkəmənin qətnaməsini icra edərək, X7 ölümü haqqında şəhadətnamə vermişdir. Binəqədi rayon Məhkəməsinin e- 2(001)-4451/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilərək, Şamaxı rayonu Kərkənc kəndində yerləşən, 492 inventar nömrəsi ilə qeydiyyata alınmış, iki otaqlı birmərtəbəli fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 14 №li Qeydiyyat Vəsiqəsində göstərilən məlumatların xx.xx.2002-ci ildə vəfat etmiş “X23”na məxsus olması faktı müəyyən edilmişdir. Bildiririk ki, hüquqlarını bilmədiyindən vaxtında notariat kontoruna müraciət etməmiş, bu səbəbdən də müddəti üzürlü səbəbdən ötürmüşdür. Hesab edir ki, xx.xx.2002-ci ildə vəfat etmiş X8ndan miras qalmış Şamaxı rayonu Kərkənc kəndində yerləşən, ümumi birgə mülkiyətində olan 0.08 ha torpaq sahəsi və iki otaqlı birmərtəbəli fərdi yaşayış evi olan əmlaklarla bağlı mirasın qəbul edilməsi üçün müəyyənlşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən xx.xx.2022-ci ildə vəfat etmiş anası X12 miras qalmış Şamaxı rayonu, Kərkənd kəndində yerləşən, ümumi birgə mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və iki otaqlı birmərtəbəli fərdi yaşayış evi olan əmlaklarla bağlı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, dağ kəndi olduğu üçün gediş-gəlişdə çətinlik çəkmişlər. Hal-hazırda Şamaxıda yaşamır. Həmin evdə indi heç kim yaşamır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, miras-əmlak X11 qalmışdır. Torpaq sahəsinə birgə mülkiyyət hüququ vardır. Kənd uzun müddətdir ki, baxımsız vəziyyətdədir. Yolu da yaxşı vəziyyətdə deyildir. Dağ kəndidir, suyu da yoxdur. Orada 10-15 ev vardır. Uzun müddət bir yerdə yaşamış, oğlu orada məktəbə getmişdir. Anasının vəfatından sonra Bakı şəhərində yaşamışlar. Həm də paylı mülkiyyət olduğuna görə sənədləşməni vaxtında apara bilməmişlər. Vaxtında gedib-gələ bilməmişlər. İddiaçının oğlu geniş maşın tutaraq rayona getmiş, götürüb gəlmiş və notariusda ərizə yazmışlar. Torpaq və ev sahəsi satılsa, cəmi 10-15 min manat pul edər. Cavabdeh 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirdi ki, iddiaçı ilə qohumluq əlaqələri yoxdur. Bir kəndlidirlər. Şamaxı rayonu, Kərkənc kəndində qonşuluqda yaşamışlar. Atası Ermənistanda rəhmətə getmiş, onu görməmişdir. Lakin mərhum Leyli xanımı görmüşdür. Onlar da yaxınlıqda, qonşuluqda yaşamışlar. Vəfat etdiyi tarixlər tam yadında deyil, lakin həmin zamanlar 8 ya da 9-cu sinifdə oxuyardı. Vəfat etdiyi tarixə qədər Əflatun kişi ilə yaşamışdır. Ömər Leyli xanıma baxmışdır. Mərhumun qardaşları, bacıları olmuş, lakin onları da görməmişdir. Həmin vaxtlar onun uşaqlıq dövrünə düşmüşdür. Məhkəmə iclasında şahid X21 ifadəsində bildirdi ki, iddiaçı ilə qonşudurlar. Oğlu ilə bir sinifdə oxumuşlar. Əflatun müəllimin xəstəliyi olmuş, lakin tarixi yadında deyildir. Ömər anasına baxmışdır. O zaman uşaq olmuş, əgər kimsə gəlsə və görsə belə, onun qohum və yaxud qonşu olduğunu bilməzdi. Mərhum Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunmuşdur. Mərhuma iddiaçı və oğlu baxmışdır. İş materiallarında olan: Azərbaycan Respublikası 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 26 iyul 2023-cü il tarixli, 691 nömrəli ərizəyə cavabdan görünür ki, buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. 01 sentyabr 2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 29 avqust 2022-ci il tarixdə 76 yaşında ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin sentyabr ayının 01-ci günündə 357 nömrə ilə qeyd edilmişdir. 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış sorğuya cavabdan görünür ki, mərhum X4 miras qalmış fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman sorğu edilən X17 adı, soyadı və ata adı daşınmaz əmlakın dövlət reyestrində Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X9 qeydiyyata alınmışdır. X17 Şamaxı rayonunun Kərkənc kəndində yerləşən mərhum X4 miras qalmış fərdi yaşayış evinin yerləşdiyi 0.08 ha həyətyanı torpaq sahəsinə ümumibirgə mülkiyyət hüququ vardır. 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış sorğuya cavabdan görünür ki, ərazi idarəsinin arxivində aparılmış araşdırma zamanı sorğu məktubunda adı çəkilən X18 adına Şamaxı rayon, Kərkənc kəndində yerləşən inventar nömrəsi 492, 1949-cı ildə inşa olunmuş, tikinti alt sahəsi 123.0 kv.metr olan fərdi yaşayış evinin olduğu məlum olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4451/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, ərizənin təmin edilməsi, Şamaxı rayonu Kərkənc kəndində yerləşən, 492 inventar nömrəsi ilə qeydiyyata alınmış, iki otaqlı birmərtəbəli fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 14 №-li Qeydiyyat Vəsiqəsində göstərilən məlumatların xx.xx.2002-ci ildə vəfat etmiş “X23”na məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 964451 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxx 1954-cü il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2024-cü ilin 08-ci ayının 14-cü günündə 23b nömrə ilə qeyd edilmişdir. X2, anası isə X20r. Azərbaycan Respubliası Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Kərkənc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-75- 33/2-90/2024 nömrəli arayışdan görünür ki, İddiaçı mərhumə X8na məxsus fərdi yaşayış əmlakı faktiki olaraq 2022-ci ildən hal-hazırki günə kimi İddiaçı tərəfindən baxılmış, təmir edilmiş və istifadəsindədir. Qızıl şəfəq kənd soveti, Kalinino rayonu tərəfindən verilmiş ЗЖ seriyalı, 154614 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X13 arasında 21 fevral 1952-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 5 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra qadına Əliyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İİ seriyalı, 378348 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 21 sentyabr 1977-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 12-ci ayının 28-ci günündə 1418 nömrə ilə qeyd edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6147/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, ərizənin təmin edilməsi, X7 21 sentyabr 1977-ci il tarixdə Ermənistan SSR-nin Kalinin rayonunun Qızı şəfəq kəndində ev şəraitində ölməsi faktının müəyyən edilməsi qət edilmişdir. X1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, onun mərhum X11 miras qalmış əmlaka və əmlakda olan payına heç bir iddiası və tələbi yoxdur. Şamaxı Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 may 2022-ci il tarixli, AZ-İİ seriyalı, 256092 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 19 may 2022-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, X23 xx.xx.2022-ci ildə vəfat etmiş, iddiaçı mərhum X3 vəfatından sonra ondan miras qalmış Şamaxı rayonu, Kərkənd kəndində yerləşən 0.08 ha torpaq sahəsi və iki otaqlı birmərtəbəli fərdi yaşayış evininin qəbulu üçün Azərbaycan Respublikası 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, imtina məktubu alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda həmçinin qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Məhkəmə hesab edir ki, müddətin ötürülməsi üzürlü səbəbdən olduğu (miras qalmış əmlakın faktiki qəbulu və ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisəsi olduğundan, bundan əlavə miras qalmış əmlakla bağlı müraciət etmək imkanın olmaması müəyyən edildiyindən, gediş-gəlişin çətin olması, iddiaçının yaşının çox olması, işin araşdırılan halları ilə təsdiq olunduğundan) ötürülmüş müddət bərpa edilməlidir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X11 miras qalmış Şamaxı rayonu, Kərkənd kəndində yerləşən 0.08 ha torpaq sahəsi və iki otaqlı birmərtəbəli fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı tərəfindən verilmiş iddia tələbi təmin edilsin. X11 miras qalmış Şamaxı rayonu, Kərkənd kəndində yerləşən 0.08 ha torpaq sahəsi və iki otaqlı birmərtəbəli fərdi yaşayış evinə dair miras əmlakı İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar