Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1496/2023 22.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ev 313-ü açıq hərracdan almışdır. Tam mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ev 313 saylı fərdi yaşayış evi Cavabdeh ilə bank arasında bağlanmış xx.xx.2018-ci il tarixli notarial beh müqaviləsinin şərtlərinə görə 7300 (yeddi min üç yüz) manat beh ödənilməklə, qalan məbləği, 36 ay müddətinə ödənildikdən sonra, müddətin sonunda 31000 manata Cavabdeh satılmalı idi. Həmçinin şifahi razılaşmaya görə Cavabdeh və onun ailə üzvləri bu müddətdə həmin evdə yaşayacaqlar. Lakin Cavabdeh beh müqaviləsi üzrə qalan 23700 manat pulu vaxtında ödəməmişdir. Həmin beh müqaviləsinin müddəti xx.xx.2021-ci ildə bitsə də, satıcı İddiaçı ASC tərəfindən müştəriyə müqavilə məbləğini tamamlamağa əlavə vaxt verilmişdir. Həmin müddət ərzində də, Cavabdeh tərəfindən beh müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmişdir. Bu səbəbdən onlar tərəfindən 3 dəfə xəbərdarlıq məktubu ilə Cavabdeh müraciət edilmiş və beh müqaviləsinin şərtlərinin onun tərəfindən pozulmasını nəzərə alaraq behin qaytarılmayacağını və evdən çıxarılacağını bildirmişlər. Mülkiyyətçi – İddiaçı ASC tərəfindən dəfələrlə Cavabdeh öhdəliklərini icra etməsi barədə edilmiş müraciətlərə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Belə bir vəziyyətdə banka məxsus olan əmlakı zəbt etmiş Cavabdeh və onun ailə üzvlərini banka məxsus əmlakdan qanunsuz olaraq istifadə etməsini bankın hüquqlarının, müqavilə şərtlərinin və qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il tarixli, ********** Qeydiyyat nömrəli, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ev 313-ə tam mülkiyyət hüququnu əldə etmişdir. Həmin əmlak hal-hazırda da, iddiaçının mülkiyyətindədir. Lakin əmlak cavabdeh tərəfindən zəbt edilmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnaməyə, keçirilmiş hərracın yekunlarına dair protokola, iddiaçının mülkiyyət hüququnu əldə etməsinə, beh müqaviləsinin şərtlərinin pozulmasına, eyni zamanda cavabdehin sözügedən əmlakdan istifadə hüquqlarının olmamasına baxmayaraq, həmin şəxs bankın əmlakından qanunsuz istifadə etməkdə davam edir. Bu da İddiaçı ASC-yə mülkiyyətçi kimi öz qanuni hüquqlarını həyata keçirməyə imkan vermir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ev 313dən əşyaları ilə birlikdə çıxarılması və iddiaçının hesabına boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 izahatında iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehin Corat qəsəbəsində yerləşən iddiaçıya məxsus mənzildən iddiaçının hesabına boşaldılmasını xahiş etmişdir. Beh müqaviləsinə istinadən müraciət etmişdir. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin ünvançının evdə olmaması səbəbindən məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmış, Cavabdeh “SMS” bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə İddiaçı ASC-nin nümayəndəsi X2 izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: 21 avqust 2018-ci il tarixli beh müqaviləsindən görünür ki, İddiaçı ASC mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81 məhəllə, 313 ünvanında yerləşən fərdi yaşayış evini və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.01322 ha torpaq sahəsini Cavabdeh 31000 manata satmaq üçün razılığa gələrək, ondan 7300 manat beh almışdır. Cavabdeh İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X3 7300 manat beh vermişdir. Cavabdeh fərdi yaşayış evini və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.11322 ha torpaq sahəsini bu müqavilənin 1-ci bəndində nəzərdə tutulan behini "xxxx" ASC Sumqayıt filialı vasitəsi ilə İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X3 isə həmin məbləği almaq üçün notariusdan bank çekini qəbul etmişdir. Məbləğin qalan 23700 manatını isə 36 ay müddətinə, birinci ay 635 manat, qalan 35 ay isə hər ay 659 manat ödəməyi öhdəsinə götürmüşdür. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15 sentyabr 2011-ci il tarixli müqavilədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1579-2008 saylı, 16 iyul 2008-ci il tarixli icra vərəqəsi, Sumqayıt Şəhər İŞ-nin xx/xx-3351 saylı, xx.xx.2011-ci il tarixli sifariş məktubunun və İddiaçı ASC-nin RB02/6068 saylı, xx.xx.2011-ci il tarixli məktubunun icrasına əsasən bağlanmışdır. İxtisaslaşdırılmış Təşkilat "xxxx" MMC-nin direktoru X7 və tələbkar İddiaçı ASC-nin RB-02/6069 saylı, xx.xx.2011- ci il tarixli etibarnamə əsasında nümayəndəsi X10 arasında aşağıda göstərilən əmlak barədə alqısatqı müqaviləsi bağlanmışdır. Satıcı qeyd olunan fərdi yaşayış evini alıcının tam mülkiyyətinə verməyi, alıcı isə həmin fərdi yaşayış evini qəbul edib onun dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Atlas Ekspress MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh məktub göndərilmişdir. Kuryer ünvana getmiş lakin şəxs məktubdan imtina etdiyi üçün məktub geri qaytarılmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, razılaşmanın şərtləri pozulduğundan beh İddiaçı ASC-də qalır. Buna görə də, razılaşmaya əsasən banka olan 5490 manat borcu 3 iş günü ərzində tam şəkildə ödənilməsinin təmin olunması bildirilmişdir. Əks halda bank tərəfindən əmlakın boşaldılması və orada yaşayanların evdən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı xəbərdarlığı edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, 313 İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə tam xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. 15 sentyabr 2011-ci il tarixli, № 76/02 saylı hərracın yekunları haqqında yekun protokolun surətindən görünür ki, X1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, 313 saylı fərdi yaşayıış evi 28687.50 manata İddiaçı Açıq Səhmdar Cəmiyyəti almışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2-1579 nömrəli, 2008-ci il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ASC-nin Sumqayıt filialı ilə R+C Trans arasında bağlanmış xx.xx.2005-ci il tarixli, xx.xx.2006-cı il tarixli, xx.xx.2006-cı il tarixli və xx.xx.2006-cı il tarixli kredit müqavilələrin ləğv olunması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən bu məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Eyni zamanda, İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İşin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iclasında tədqiq edilən sənədlərdən göründüyü kimi, beh müqaviləsi üzrə öhdəlikləri cavabdeh tərəfindən həyata keçirilməmiş, mübahisəli Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ünvanında yerləşən 313 saylı mənzil qanuni əsaslarla İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan mənzil daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzilin mülkiyyət hüququ iddiaçıya məxsus olmasına baxmayaraq cavabdeh evi boşaldıb, iddiaçıya təhvil verməkdən yayınır. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə cavabdehlərin mənzili təhvil verməməsi maneçilik törədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ünvanında yerləşən 313 saylı mənzildən Cavabdeh əşyaları ilə birlikdə çıxardılmalı və İddiaçı ASC-nin hesabına Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ünvanında yerləşən 313 saylı mənzil boşaldılmalıdır. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ünvanında yerləşən 313 saylı mənzildən Cavabdeh əşyaları ilə birlikdə çıxardılsın və İddiaçı ASC-nin hesabına Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ünvanında yerləşən 313 saylı mənzil boşaldılsın. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-1496/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1496/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver