Məhkəmə qərarları › İş №e-2(060)-1502/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1502/2025

30.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1502/2025 30.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs1 PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin ölüm haqqında şəhadətnaməyə və doğum haqqında şəhadətnamədə göstərilən şəxslərə aid olması faktının müəyyən edilməsi”-nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0.0931 ha torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron ərazi idarəsi tərəfindən xx.xx.2024-cü ildə verilmiş reyestr № **********47, qeydiyyat № ********** olan çıxarışda qeyd edilən X2, X11, X9, X15 ilə eyni şəxs olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəməyə əlavə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən AR DƏDR və Kadastrı Publik hüquqi şəxsi 4 saylı ərazi idarəsi tərəfindən verilmiş Saray qəsəbəsində yerləşən 0.0934 ha torpaq sahəsinə verilmiş xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi **********47, qeydiyyat nömrəsi ********** olan çıxarışda X2, doğum haqqında və ölüm haqqında şəhadətnaməyə əsasən X11 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 10 may 2024cü il tarixli, iş № 2-1(118)-1426/2024 saylı qərarına əsasən Abşeron rayonu,Saray qəsəbəsində yerləşən 0,0931 ha torpaq sahəsi üzərində iddiaçı Ərizəçi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi, həmçinin həmin torpaq sahəsinin ümümi birgə mülkiyyət hüququ əsasında mərhum atası X16, nənəsi Mina Əhməd qızı, əmisi X22, anası X4 və bacısı X12 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsinin üzərinə qoyulmasına dair qərar qəbul etmişdir. Həmin qərarda anası mərhum X5 ata adı, doğum haqqında şəhadətnamədə və ölüm haqqında şəhadətnamədə Xəlil yazıldığı halda səhvən Mirkənan kimi, bacısı X6 adı isə doğum haqqında şəhadətnamədə və ölüm haqqında şəhadətnamədə Xədicə yazıldığı halda, səhvən Xəccə kimi qeyd olunmuş, buna əsasən də yuxarıda adı çəkilən 0.0931 ha torpaq sahəsinə xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi **********47, qeydiyyat nömrəsi ********** olan çıxarş verilmişdir. Cavabdeh 4 saylı ərazi idarəsinə bununla əlaqədar dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. xx.xx.2025-ci il tarixli məktubla ərizəsinə imtina cavabı verdilər. Səbəb olaraq bildirdilər ki, Sumqayıt şəhər dövlət arxivinin verdiyi təssərrüfat kitabında anasının ata adı Mirkənan kimi, bacısının adı isə Xəccə kimi qeyd olunduğundan çıxarışda da ona uyğun olaraq qeydiyyat aparılmışdır. Təqdim etdiyi rəsmi sənədlərə isə əhəmiyyət verilməmişdir. X3 1939-cu ildə o zaman Sumqayıt inzibati rayonuna daxil olan Pereküşkül kəndində anadan olmuş, adına Sumqayıt VVAQ şöbəsi tərəfindən xx.xx.1958-ci il tarixli 1-ИЕ № 402557 nömrəli doğum haqqında şəhadətnamə, xx.xx.2018-ci ildə isə vəfat etməsi ilə əlaqədar Abşeron rayon İHB-nın Saray qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən AZ-1№930376 –li ölüm haqqında şəhadətnamə verilmişdir. Hər iki sənəddə ata adı Xəlil kimi qeyd edilmişdir. Bacısı xx.xx.1956-cı ildə Sumqayıtda anadan olmuş, bu barədə adına xx.xx.1956-cı ildə verilmiş 1-ИЕ 961644 saylı doğum haqqında şəhadətnamə və vəfatı ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilmiş, hər iki sənəddə adı Xədicə kimi qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamə isə şəxsiyyət vəsiqəsinə əsasən rəsmiləşdirilir. Qeyd etmək istəyir ki,həmin təsərrüfat kitabı keçən əsrin 60-cı illərində yazılmış, hansı sənədlərə əsasən yazılmış, məlum deyildir. Görünür ki, şifahi şəkildə, heç bir sənəd tələb edilmədən qeydiyyat aparılmışdır. Ona görə ki, həmin vaxt anası və bacısı sağ olublar, indi təqdim etdiyi rəsmi sənədlər də mövcud olmuşdur. Hazırda o, daşınmaz əmlaka verilən bu çıxarışla notariat kontoruna müraciət etsə də anasının ata adı, bacısının isə adı səhv yazıldığı üçün vərəsəlik şəhadətnaməsini ala bilmir. 07 may 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında Abşeron rayonu İcra Hakimiyyəti maraqlı şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdilər və ərizənin məzmununa oxşar izahat verdilər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Abşeron rayonu İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Anasının adı, soyadı və ata adı əslində X17 olmuşdur. Ailədə 6 uşaq olmuşdurlar. İş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Ələbkər ilə dayı oğlu və bibi oğludurlar. Anasının adı, soyadı və ata adı əslində X17 olmuşdur. Məhkəmə ərizəçi və onun nümayəndəsinin və vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Ərizəçi adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmişdir. Digər hüquq sahibləri X16, Mina Əhməd qızı, X22, X4 və X13r. Daşınmaz əmlakın dövlət reyestrində 1343 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 dekabr 2021-ci il tarixli, AZ-İİ seriyalı, 241204 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 19 dekabr 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 12-ci ayının 22-ci günündə 1916 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu İHB-nın Saray qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyun 2018-ci il tarixli, AZ-İ seriyalı, 930376 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 25 may 2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin iyun ayının 01-ci günündə 39 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Ərizəçi verilmiş 16 yanvar 2025-ci il tarixli, 3-21-3-32/2-Ə-0007-8/2025 nömrəli müraciətə cavabdan görünür ki, **********47 reyestr nömrəli çıxarışın verilməsinə əsasən olmuş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1426/2024 saylı qərarında hüquq sahibləri X20, X1 göstərildiyi üçün sözügedən çıxarışda hüquq sahiblərinin adı X20, X1 qeyd olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1426/2024 saylı qərarına əsasən qeydiyyata alınmış **********47 reyestr nömrəli çıxarışda hüquq sahibinin ad, soyad və ata adına dəyişiklik və düzəlişlərin aparılması idarənin səlahiyyətləri xaricindədir. Bu səbəbdən məhkəməyə müraciət etmək məqsədə müvafiq hesab olunmuşdur. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli, 3-16-5/7-69-981/23 nömrəli arayışdan görünür ki, X18 və X6 nikahı haqqında 20 aprel 1976-cı il tarixdə 05 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah Abşeron rayonu, Saray kənd icra nümayəndəliyində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Cavadov, arvada isə Cavadova soyadı verilmişdir. Nikaha X.F.Cavadovanın xx.xx.2021-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2021-ci ildə 1916 nömrəli akt qeydi ilə Bakı Şəhəri Nizami Rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1426/2024 saylı, 24 aprel 2024-cü il tarixli qərarından görünür ki, iddianın təmin edilməsi, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0931 ha torpaq sahəsi üzərində iddiaçı Ərizəçi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi, həmçinin həmin torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ əsasında mərhum X16, Mina Əhməd qızı, X22, X4 və X12 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, AR DƏDR və Kadastrı Publik hüquqi şəxsi 4 saylı ərazi idarəsi tərəfindən, xx.xx.2024-cü ildə verilmiş hüquqmüəyyənedici sənəd olan reyestr nömrəsi **********47, qeydiyyat nömrəsi ********** olan çıxarışda X5 ata adı düzgün qeyd olunmamışdır. Qeyd olunan hüquq müəyyənedici sənəd olan çıxarışda yanlışlıqlar aradan qaldırılmadan ərizəçi həmin sənəd üzrə vərəsəlik, mülkiyyət və sair hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, həmin yanlışlıq ərizəçinin anasının sənədlərində göstərilən həqiqi ata adı nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilənadı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquq müəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) ona məxsus olmasıfaktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaqüçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, AR DƏDR və Kadastrı Publik hüquqi şəxsi 4 saylı ərazi idarəsinin xx.xx.2024-cü ildə verilmiş reyestr nömrəli **********47, qeydiyyat nömrəli ********** olan çıxarışının X8 məxsus olması faktı müəyyən olunmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. AR DƏDR və Kadastrı Publik hüquqi şəxsi 4 saylı Abşeron ərazi idarəsinin xx.xx.2024-cü ildə verilmiş reyestr nömrəli **********47, qeydiyyat nömrəli ********** olan çıxarışının X8 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar