Məhkəmə qərarları › İş №e-2(060)-1548/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1548/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1548/2023 06.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, soyuducu “Hoffmann”, “Soft” divan, “Toshiba” kondisioner, İMEİ kodu **********97319 olan “Samsung Galaxy A51” markalı telefon, “Soft” divan, 0379 kodlu mebel, İMEİ kodu **********64242 olan “Samsung Galaxy A10” markalı telefon, “Hoffmann” LED TV, İMEİ kodu **********51011 olan “Samsung Galaxy A10” markalı telefon, mikrodalğalı soba “Hoffman” almış və nəticədə 1273 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 705,6 manat soyuducu “Hoffmann” üçün ümumilikdə 476,6 manat ödənilməmiş hissə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 504 manat “Soft” divan üçün ümumilikdə 260 manat ödənilməmiş hissə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2575,2 manat “Toshiba” kondisioner üçün ümumilikdə 178 manat ödənilməmiş hissə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 766,8 manat İMEİ kodu **********97319 olan “Samsung Galaxy A51” markalı telefon üçün ümumilikdə 166,8 manat ödənilməmiş hissə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 384 manat “Soft” divan üçün ümumilikdə 52,1 manat ödənilməmiş hissə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1029,6 manat 0379 kodlu mebel üçün ümumilikdə 41,6 manat ödənilməmiş hissə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 400 manat İMEİ kodu **********64242 olan “Samsung Galaxy A10” markalı telefon üçün ümumilikdə 26,4 manat ödənilməmiş hissə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 456 manat “Hoffmann” LED TV üçün ümumilikdə 25 manat ödənilməmiş hissə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 435,6 manat İMEİ kodu **********51011 olan “Samsung Galaxy A10” markalı telefon üçün ümumilikdə 24,5 manat ödənilməmiş hissə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 288 manat mikrodalğalı soba “Hoffmann” üçün ümumilikdə 22 manat ödənilməmiş hissə borcu mövcuddur. Cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2021-ci ildir. Cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2021-ci ildir. Cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2021-ci ildir. Cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2021-ci ildir. Cavabdehin cəmi ödədiyi məbləğ 7495,8 manat təşkil edir. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, soyuducu “Hoffmann” üçün 476,6 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Soft” divan üçün 260 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Toshiba” kondisioner üçün 178 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********97319 olan “Samsung Galaxy A51” markalı telefon üçün 166,8 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Soft” divan üçün 52,1 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 0379 kodlu mebel üçün 41,6 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********64242 olan “Samsung Galaxy A10” markalı telefon üçün 26,4 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Hoffmann” LED TV üçün 25 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********51011 olan “Samsung Galaxy A10” markalı telefon üçün 24,5 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, mikrodalğalı soba “Hoffmann” üçün 22 manat ödənilməmiş hissə, ümumilikdə 1273 manat borc, 32,73 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki- Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00789789 nömrəli müqavilədən görünür ki, "xxxx" “Hoffmann” markalı LED TV-ni Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00926401 saylı müqavilədən görünür ki, "xxxx" İMEİ kodu **********64242 olan “Samsung Galaxy A10” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 20 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00928026 nömrəli müqavilədən görünür ki, "xxxx" “Soft” markalı divanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01056802 nömrəli müqavilədən görünür ki, "xxxx" “Hoffman” markalı mikrodalğalı sobanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20273814 saylı müqavilədən görünür ki, "xxxx" İMEİ kodu **********51011 olan “Samsung Galaxy A10” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20273857 saylı müqavilədən görünür ki, "xxxx" “Soft” markalı divanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20337194 saylı müqavilədən görünür ki, "xxxx" 0379 kodlu mebeli Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20348717 saylı müqavilədən görünür ki, "xxxx" İMEİ kodu **********97319 olan “Samsung Galaxy A51” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20364740 saylı müqavilədən görünür ki, "xxxx" “Toshiba” markalı kondisioneri Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissəhissə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21206914 saylı müqavilədən görünür ki, "xxxx" “Hoffmann” markalı soyuducunu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissəhissə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 26 yanvar 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 476,6 manat borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 260 manat borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 178 manat borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 166,8 manat borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 52,1 manat borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 41,6 manat borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 26,4 manat borc, xx.xx.2019cu il tarixli müqavilə üzrə 25 manat borc, xx.xx.2020-ci il tarixli müqaviləüzrə 24,5 manat borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 22 manat borc, cəmi 1273 manat borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 476,6 (dörd yüz yetmiş altı manat, altmış qəpik) manat borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 260 (iki yüz altmış) manat borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 178 (bir yüz yetmiş səkkiz) manat borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 166,8 (bir yüz altmış altı manat, səksən qəpik) manat borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 52,1 (əlli iki manat, on qəpik) manat borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 41,6 (qırx bir manat, altmış qəpik) manat borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 26,4 (iyirmi altı manat, qırx qəpik) manat borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 25 (iyirmi beş) manat borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 24,5 (iyirmi dörd manat, əlli qəpik) manat borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 22 (iyirmi iki) manat borc, ümumilikdə 1273 (bir min iki yüz yetmiş üç) manat borc və 32,73 (otuz iki manat, yetmiş üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 476,6 (dörd yüz yetmiş altı manat, altmış qəpik) manat borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 260 (iki yüz altmış) manat borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 178 (bir yüz yetmiş səkkiz) manat borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 166,8 (bir yüz altmış altı manat, səksən qəpik) manat borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 52,1 (əlli iki manat, on qəpik) manat borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 41,6 (qırx bir manat, altmış qəpik) manat borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 26,4 (iyirmi altı manat, qırx qəpik) manat borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 25 (iyirmi beş) manat borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 24,5 (iyirmi dörd manat, əlli qəpik) manat borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 22 (iyirmi iki) manat borc, ümumilikdə 1273 (bir min iki yüz yetmiş üç) manat borc və 32,73 (otuz iki manat, yetmiş üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar